Məhkəmə qərarları › İş №2(125)-4412/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4412/2025

02.09.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4412/2025 02.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X13, Cavabdehin nümayəndəsi (vəkili) X2 və cavabdehin direktoru X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru Xoşqədəm Xudiyeva tərəfindən qəbul edilmiş, xx.xx.2025-ci il tarixli, 31 nömrəli əmrin ləğv edilməsinə, İddiaçı işə bərpa olunmasına və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, himayəsində övladı var, övladım universitet tələbəsidir, tək ana kimi ailə üzərində olan bütün öhdəlikləri yerinə yetirməyə çalışır, hazırda doktorantura pilliəsindədir, işlədiyi müddətdə həmkarlar ittifaqının sədri olmuşdur. Ona işdən çıxarılmağı ilə bağlı əvvəlcədən heç bir xəbərdarlıq edilməmişdir. Birbaşa əvvəlcədən məlumat verilmədən haqqında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç“ bəndi tətbiq edilmişdir. Bildirir ki, işçilərin vəzifə təlimatı onların sayına uyğun olaraq hazırlanır və rəhbərliyin imzası ilə təsdiq olunur, vəzifə təlimatı işçinin çalışdığı struktur bölməsinin rəhbəri tərəfindən hazırlanır və işçinin vəzifə öhdəlikləri, hüquqları, məsuliyyət daşıdığı sahə orada qeyd olunur, işçi imza edərək həmin təlimatla tanış edildikdən sonra kadrlar şöbəsində saxlanılmalıdır, lakin heç bir struktur bölməsi işçilərin vəzifə təlimatını hazırlamayıb, o, öz vəzifə təlimatıyla tanışdır və vəzifə öhdəliklərini və hüquqlarını bilir. Qeyd edir ki, 2012-ci ildən Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin kadrlar şöbəsinin müdiri vəzifəsində işlədiyi müddətdə daima öz üzərinə düşən vəzifə öhdəliyini layiqincə yerinə yetirmişdir. İşçilərin işə davamiyyətinin təmin edilməsi barədə Gəncə Dövlət Universitetinin nəzdındə Regional Kollecin direktoru Xoşqədəm Xudiyevanın xx.xx.2025-ci il tarixli 52 nömrəli əmrinə əsasən komissiyyanın sədri özü olmuşdur. Bildirir ki, işçilər Əliyeva Əsmər, Əhmədov Arif, Pənahova Könül, Əmirova Zeynəb, Umudov Tural, Qıyasova İlhamə və texniki işçilərə nəzarəti tabeli təsərrüfat işləri üzrə direktor müavini X1. Hüseynova Aybəniz müəllimə isə xəstəlik vərəqəsində olub və işə gəlməyib. Mühasibatlıq isə əmək haqqı yazıb, ona da nəzarət isə Tədris İşləri üzrə direktor müavinin səlahiyyətlərinə aiddir. O, kobud şəkildə pozulmuş hüquqlarının bərpası ilə bağlı ilk əvvəl Gəncə 2 X20 müraciət etdi. Ona mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, 00359 nömrəli arayış verildi ki, bundan sonra məhkəməyə müraciət edə bilər. O, Gəncə Dövlət Universitetinin nəznində Regional Kollecin xx.xx.2025-ci il tarixli, 31 nömrəli əmrinə əsasən, “Kadrlar şöbəsinin müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin ləğv edilməsi və işə bərpa olunmağını istəyir. Hətta əmək müqaviləsinin xitamı ilə əlaqədar elektron bildirişdə düzəlişin edilməsi öhdəliyinin Gəncə Dövlət Universitetinin nəznində Regional Kollecin üzərinə qoyulmasım məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının təmsilçisi iddia ərizəsində yazılanların izahatı olaraq qəbul olunmasını xahiş etdi, həmçinin bildirdi ki, cavabdeh tərəfindən işdə olmadığı vaxt ərzində iddiaçı barəsində töhmət tətbiq edilmişdir, cavabdehin təqdim etdiyi sənədlərə münasibətdə isə işçiyə icazə verilməsi direktorun səlahiyyətindədir və kadrlar şöbəsi müdirinin belə hüququ yoxdur, buna görə iddiaçı icazə almaq üçün direktora müraciət etməsinə dair işçiyə məsləhət vermişdir, bundan başqa, hansısa işçinin hansısa otaqda oturmasına, eləcə də işçinin işə gəlməsinə nəzarət edilməsi kadrlar şöbəsinin hüquq və vəzifələrinə aid deyil, həmin nəzarəti keçirməli olan şəxs tərəfindən bu barədə akt tərtib edib direktora təqdim etməli idi, iddiaçı vəzifəsinə uyğun olaraq tabel məlumatlarına əsasən mühasibatlığa məlumat vermişdir. İddiaçının təmsilçisi iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı ərizəsində yazılanların izahatı olaraq qəbul olunmasını xahiş etdi, həmçinin bildirdi ki, həmkarlar ittifaqının sədri direktorun onu aldadaraq ərizəni yazdığını bildirdi və onun barışıq ərizəsi var, lakin cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır, bundan başqa, xəstəlik icazəsində olan işçi xəstəlik vərəqəsini gec gətirdiyi üçün mühasibatlıq həmin şəxsə əmək haqqı hesablanmışdır, belə ki, direktor müavini bu barədə mühasibatlığa gec məlumat vermişdir, digər işçi Türkiyə Respublikasında olmadığını və direktorun təhdidi ucbatından ölkə hüdudlarından kənarda olduğunu dediyini bildirdi, qeyd edilənləri həmin şəxslər təsdiqləyə bilərlər, ona verilmiş təqdimatlara əsasən tabellərə dair məlumatları mühasibatlığa təqdim etmişdir, Xoşqədəm Xudiyeva direktor təyin edilməzdən əvvəl işçilər icazə üçün ərizə ilə ona müraciət edirdi və o, həmin ərizəni müdiriyyətə təqdim edir, həmin qaydanın tətbiq olunması əvvəlki müdiriyyət tərəfindən müəyyən edilmişdir, Xoşqədəm Xudiyeva direktor təyin edildikdən sonra onun özündən icazə alınmasına dair göstəriş verdi, təsərrüfat işləri üzrə direktor müavini tabellərin imzalanmasına dair təqdimatlar verirdi, iki mütəxəssis tabelə nəzarət etmişdir və tabellərə dair direktora birbaşa nəzarət etmişdir, artıq hesablanmış əmək haqqları daha sonra işçilərdən tam tutulmuşdur. İddiaçı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) iddiaya etiraz edərək bildirdi ki, intizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrin qəbul olunduğu gün iddiaçı işdə olmuş və həmin gün axşam saatlarında xəstəxanada olmuşdur, bundan başqa, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, işdə olmayan işçilərin işdə olması barədə mühasibatlığa iddiaçı tərəfindən məlumat təqdim edilmiş və həmin şəxslərə əmək haqqı hesablanmışdır. Cavabdehin nümayəndəsi (vəkili) iddianın əsassız olduğunu bildirdi və təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin direktoru iddiaya etiraz edərək bildirdi ki, intizam tənbeh tədbiri tətbiq olunduqdan sonra səhhəti pisləşən iddiaçı həmin gün axşam saatlarında xəstəxanaya getmişdir, bundan başqa, iddiaçı işə davamiyyət tabelinə nəzarət etmədən və işçinin işdə olmamasına dair əmr olmasına baxmayaraq, mühasibatlığa verdiyi məlumatlara əsasən işdə olmayan işçilərə əmək haqqı hesablanmışdır, işçilər vəzifə təlimatlardan məlumatsız idilər, lakin bu hal aradan qaldırıldı, iddiaçı həmkarlar ittifaqının sədrini hədələmişdir, işə gəlməyən işçilərə nəzarət etmək direktorun vəzifə öhdəliklərinə daxil deyil, işçilər vəzifə təlimatlarından məlumatsız olduğu üçün icazə almaq istədikdə ərizə ilə müraciət etmədən, birbaşa direktor olaraq ona şifahi müraciət edirdilər, iddiaçı aldığı şifahi məlumat əsasında mühasibatlığa məlumat verdiyi üçün əmək haqqı hesablanmışdır, halbuki, həmin tabellərə şəxsən nəzarət edərək mühasibatlığa məlumat verməli idi, tabelə nəzarət etmək tabelçinin öhdəliyində, tabelçiyə vəzifə təlimatlarını bildirmək kadrlar şöbə rəisinin öhdəliyində idi, tabeldə bəzi işçilərin imzaları yoxdur və ya eyni şəxsin adına fərqli imzalar icra edilmişdir, işdə olmayan işçi məzuniyyətə çıxmaq üçün icazə istəyəndə özünün etirafı və araşdırma əsasında işə olmadığı və tabeli imzalamadığı halda əmək haqqı hesablandığı müəyyən edildi, tabellərə nəzarət etməli şəxslərin izahatı alındı və onlar öz öhdəliklərinin nədən ibarət olmadığını bilmədiyini bildirdi, işçini vəzifə təlimatıyla tanış etmək kadrlar şöbəsinin rəhbərinin öhdəsindədir, töhmət tətbiq edildikdən sonra şiddətli töhmət tətbiq edilməsi zərurəti birbaşa əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilmişdir, işə gəlməyən işçilərə hesablanmış əmək haqqı bu barədə ayrıca əmr olmadan həmin işçilərdən tutulmuşdur, o direktor təyin olunduğu vaxt təhsil müəssisəsində heç bir işçi öz öhdəsində olan işiylə məşğul deyildi, daha sonra işçilər vəzifə təlimatlarıyla tanış edildi və hazırda hər bir işçi öz vəzifə öhdəliyini icra edir, işçilər istədiyi vaxt işə gəlib-gedirdi, bu halı özləri bildirdilər, işçilər ərizə yazaraq icazə almalı olduqlarını bilmirdilər, təzyiqlər nəticəsində təqdimatlar artıq tərtib edilmədi. İddiaçıya qərəzli olsaydı, pozuntunun aşkar edildiyi gün əmək müqaviləsinə xitam verilərdi, halbuki təşkil edilmiş komissiya bu barədə araşdırma aparmışdır. AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” və “e” bəndlərinin tətbiqi əsası kimi işə gəlməyən işçilərə əmək haqqının hesablanması, “ə” bəndinin tətbiqi əsası kimi töhmət tətbiq edildikdən altı ay ərzində əmək funksiyasının pozulması nəzərdə tutulmuşdur. Cavabdehin direktoru iddianın əsassız olduğunu bildirdi və təmin olunmamasını xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kolleci tərəfindən qəbul edilmiş, xx.xx.2025-ci il tarixli, 31 nömrəli əmrdən görünür ki, kadrlar şöbəsinin müdiri vəzifəsində çalışan İddiaçı öz vəzifə funksiyalarının icrası zamanı bir sıra nöqsanlara yol vermişdir. Belə ki, bəzi işçilər işdə olmadığı halda İddiaçı mühasibatlıq şöbəsinə təqdim etdiyi yekun tabeldə həmin işçilərin işdə olduqlarını göstərmiş, nəticədə həmin işçilərə əmək haqqı hesablanaraq ödənilmişdir. Bu isə müəssisəni maliyyə itkilərinə məruz qoymuşdur. İşçi İddiaçı əmək funksiyalarının icrası zamanı yol verdiyi ciddi nöqsanlara görə ona xx.xx.2025-ci il tarixdə töhmət verilmişdir. Lakin o, həmin intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmuşdur. X49 öz hərəkətləri nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 182-ci maddəsinə əsasən qəbul edilmiş müəssisədaxili intizam qaydalarını da pozmuşdur. Beləki, bir neçə əməkdaşı, o cümlədən AHİK-nin sədrini təhqir və təhdid etmişdir. İşçi İddiaçı hərəkətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-cj maddəsinin ‘’c” və “e" və “ə” bəndlərinin tələblərinə əsasən (c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; (e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi: ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması) əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən haldır. Bu isə işçi ilə bağlanmış əmək müqaviləsini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək üçün əsasdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göründüyü kimi işçi vəzifə funksiyalarının icrası zamanı daxili intizam qaydalarının, işçinin vəzifə təlimatının, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozmuşdur. Qeyd edilənləri, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndini və qanunvericiliyin tələblərini rəhbər tutaraq, Kadrlar şöbəsinin müdiri İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilməsi; işçinin son haqq-hesabı mühasibatlıq şöbəsi tərəfindən qanunvericiliyə uyğun şəkildə hesablanaraq ödənilməsi; işçinin əmək kitabçasında müvafiq qeyd aparılması və əmək kitabçası özünə təhvil verilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin texniki işçiləri tərəfində direktora ünvanlanmış 08.04.25-ci il tarixli ərizədən görünür ki, onlar 6 xadimə öz işlərini görürlər, Əmirova Zeynəb xadimə ştatında öz işini icra etmir, otaqda oturub. O, X39 xadiməsi Məlahət xanımdan icazə almaq istəmişdir, onu müdiriyyətə yönləndirmişdir ki, icazəni müdir verir. Həmkardan maddi durumu zəif olduğu üçün yardım istəmişdir, ona kömək etməmişdr. X31 yoldaşı rəhmətə getdiyi üçün Həmkardan yardım istəmiş, ona yardım etməmişdir. Onlar bugünıdık həmkarın kim olduöunu bilməmişlər. X32 müdirin yanına getmişlər, ona Bakı şəhərinə getdiyi üçün icazə versin. İş materiallarında olan Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin kadrlar üzrə mütəxəssisi Mədətova Leyla tərəfindən həmin kollecin direktoruna ünvanlanmış xx.xx.2025-ci il tarixli izahatdan görünür ki,bugün xx.xx.2025-ci ildə kadlrar şöbəsinin müdiri İddiaçı ona zəng vuraraq xadimələri öz otağına yığıb onlara onun əleyhiunə olan bir neçə fikir cəmləşdirib müdiriyyətə şikayət olaraq mərizə yazdırmlçdlr. O isə ona bu deyilənlərin tam əsassız olduğunu, xadimələrin ondan müdirə şikayət etməsindən xəbəri olmadığını təkrar-təkrar bildirsə də, o yenə onu günahlandırdı. Hətta ona xadimləri və onu prokurorluq orqanlarına şikayət edəcəyi barədə hədələdi. O, yenə də ona təmkinlə and içərək başa salıb sakitləşdirmək istəyirdi ki, ona təhqiramiz ifadələr işlədərək onu kobud şəkildə təhqir etməyə davam etmişdir. O da çarəsiz qalıb telefonu söndürmüşdür. İş materiallarında olan Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin kadrlar şöbəsinin müdiri İddiaçı tərəfindən həmin kollecin direktoruna ünvanlanmış xx.xx.2025-ci il tarixli məlumat görünür ki, işçiərin vəzifə təlimatı onların sayına uyğun olaraq hazırlanır, rəhbərliyin imzası ilə təsdiq olunur. Vəzifə təlimatı işçinin çalışdığı struktur bölməsinin rəhbəri tərəfindən hazırlanır və işçinin vəzifə öhdəlikləri, hüquqları, məsuliyyət daşıdığı sahə orada qeyd olunur. İşçi imza edərək, həmin təlimatla tanış edildikdən sonra kadrlar şöbəsində saxlanılmalıdır. Lakin heç bir struktur bölməsi işçilərin vəzifə təlimatını hazırlamamışdır. O, öz vəzifə təlimatıyla tanışdır və vəzifə öhdəliklərinin və hüquqlarının nədə ibarət olduğunu bilir. Lakin təsdiqlənmiş vəzifə təlimatı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru tərəfindən təsdiqlənmiş xx.xx.2025-ci il tarixli kadrlar şöbəsinin müdirinin vəzifə təlimatından görünür ki, vəzifə öhdəliklərinin 15-ci bəndinə əsasən, tabel uçotunu, məzuniyyətlər cədvəlinin tərtib edilməsini və yerinə yetirilməsini müəssisənin struktur bölmələrində əmək intizamının vəziyyətinə nəzarəti, işçilər tərəfindən daxili əmək rejiminə riayət olunmasını təşkil edir, əmək intizamının möhkəmləndirilməsi, kadr axınının, iş vaxtı itkisinin aşağı salınması üzrə tədbirləri işləyib hazırlayır, onların yerinə yetirilməsinə nəzarət edir; 22-ci bəndinə əsasən, əmək qanunvericiliyinə, müəssisə daxili intizam qaydalarına, əmək və icra intizamına riayət olunmasına nəzarət edir və bu məsələlərin icrasını təmin edir; 23-cü bəndi: Əmək qanunvericiliyinə,daxili nizam-intizam qaydalarına, əmək və icra intizamına əməl olunubolunmamasını yoxlayır, baş vermiş qayda pozuntuları barədə dərhal rəhbərliyə yazılı məlumat verir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin 120 nömrəli, xx.xx.2025-ci il tarixli əmrinə əsasən, cari işlərin aparılması zamanı müəssisədə vəzifə təlimatlarının mövcud olmaması, işçilərin vəzifə təlimatları ilə tanış edilməməsi, bır sıra işçilərin əmək müqavilələri üzrə funksiyalarını yerinə yetirməkdən imtina etdiyi, kadrlar şöbəsinin müdiri İddiaçı bu istiqamətdə qanunvericiliyin tələblərim təmin etməyə, öz əmək funksiyalarının düzgün təşkil edilməsinə etinasız yanaşdığı müəyyən edilmişdir. Kadrlar şöbəsinin müdiri İddiaçı əmək funksiyasının icrası zamanı yol verdiyi bu kobud pozuntuları nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b" bəndinə əsasən əmr edilmişdir: 1) Kadrlar şöbəsinin müdiri İddiaçı əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə görə töhmət verilsin; 2) İşçi əmrlə tanış edilsin; 3) Bu əmrin surətinin aidiyyəti üzrə çatdırılması təmin edilsin. Əsas: tərbiyə işləri üzrə direktor müavini A.Ə.Quliyevin 08 aprel 2025-cı il tarixli təqdimatı, kadrlar şöbəsinin müdiri İddiaçı 08 aprel 2025-cı il tarixli izahatı, N.Ş.Bayramova, Z.KƏləsgərovanın, X.R.İsmayılovanın, S.S.Qəhrəmanının və Z.T.Huseynovanın 08 aprel 2025-cı il tarixli kollektiv ərizəsi. İş materiallarında olan Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin tədris işləri üzrə direktor müavini Aslan Quliyev tərəfindən həmin kollecin direktoruna ünvanlanmış xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, xx.xx.2025-cı il tarixli 146 saylı əmrə əsasən yaradılmış “Əmək və icra intizamı komissiyası” tərəfindən müvafiq yoxlamalar aparılmış, nəticədə kadrlar şöbəsinin müdiri İddiaçı tərəfindən bır sıra pozuntu hallarına yol verilməsi aşkar edilmişdir. Belə ki, işçi işə gəlmədiyi halda ona əmək haqqı hesablanması və ödənilməsi üçün mühasibatlıq şöbəsinə səhv məlumat təqdim etməsi, davamiyyət tabellərini yoxlamaması, işçinin yerinə əvəzetmə əmri olduğu halda həmin əmri mühasibatlıq şöbəsinə təqdim etməməsi və nəticədə işçiyə qanunsuz əməkhaqqı hesablanması bundan başqa onun tərəfindən bəzi əməkdaşlara qarşı etik davranış qaydaların pozulması təhdid xarakterli hərəkətlər edilməsi pozuntu hallarından bəziləridir. Kadrlar şöbəsinin müdiri İddiaçı bu hərəkətləri müəssisədə maliyyə itkilərinə səbəb olmuş işin normal gedişinə mənfi təsir göstərmişdir. Yuxarıda göstərilənlərə əsasən, kadrlar şöbəsinin müdiri İddiaçı məsələsinə münasibət bildirməyi xahiş etmişdir. İş materiallarında olan Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin tədris işləri üzrə direktor müavini Aslan Quliyev tərəfindən həmin kollecin direktoruna ünvanlanmış tarixsiz təqdimatdan görünür ki, Kollecin kadrlar şöbəsinin müdiri İddiaçı işçilərin vəzifə təlimatlarını rəhbərliyə təqdim olunması tələb edilmişdir. İddiaçı müəssisədə vəzifə təlimatlarının mövcud olmadığını bildirmişdir Bu məsələ ilə əlaqədar ondan izahat istənildikdə sonuncu izahatında vəzifə təlimatlarının müxtəlif şöbələr tərəfindən hazırlanmalı olduğunu bildirsə də, bu prosesə niyə nəzarət etmədiyini, habelə özünün rəhbərlik etdiyi şöbənin işçiləri üçün də vəzifə təlimatlarının mövcud olmadığını bildirmiş, sadəcə qanunvericilikdə müəyyən olunan ümumi tələblərin onun üçün kifayət olmasını iddia etmişdir. Eyni zamanda Kollecdə işçilərin davamiyyəti ilə əlaqədar aparılan yoxlamalar zamanı da bir sıra işçilərin əmək müqaviləsi üzrə funksiyalarını icra etmədikləri, habelə işçilərin ailə vəziyyəti ilə bağlı icazə almaq istədikdə kadrlar şöbəsinin müdiri İddiaçı müraciət etdikləri zaman, sonuncu tərəfindən rəhbərliyin icazələrlə bağlı tapşırıqlarını dəqiq icra etməməsi, bütün hallarda işçilərə təhrif edilmiş məlumat təqdim etməsi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən, kadrlar şöbəsinin müdiri İddiaçı əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyi üçün ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a" bəndinə əsasən ona töhmət verilməsi məsələsinə münasibət bildirsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin baş mühasibi C.Y.Bağırova tərəfindən direktora ünvanlanmış tarixsiz izahatdan görünür ki, GDU-nun nəzdində Regional Kollecin müəllimi X22 xx.xx.2025-ci il tarixindən dərsdə olamyıb, bu barədə mühasibatlığa heç bir məlumat verilmədiyi üçün ona 270 manat artıq, əmək haqqı ödənilmişdir, xx.xx.2025-ci il tarixdən əmək haqqı qabiliyyəti olmaması vərəqəsini mühasibatlığa aprel ayında təqdim olunduğu üçün mart ayıənda 675 manat artıq əmək haqqı ödənilmişdir. Kollecin xadiməsi X50 xx.xx.2025 xx.xx.2025kimi işdə olmayıb, lakin iş vaxtının uçotu vərəqəsində 7 gün iş günü göstərildiyi üçün ona 132.87 manat artıq əmək haqqı ödənilmişdir. Cəmi 777.37 manat artıq əmək haqqı ödənilmişdir. İş materiallarında olan Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin baş mühasibi Gülnarə Bağırova tərəfindən həmin kollecin direktoruna ünvanlanmış tarixsiz izahatdan görünür ki, xx.xx.2024-cü ildə 2024/2025 tədris ili üçün təsdiq olunmuş tarifləşmə cədvəli hər il olduğu kimi mühasibatlığa təqdim edilmişdir. Bunun əsasında hər ay müəllimlərə əmək haqqı hesablanıb ödənilmişdir. xx.xx.2025-ci ildə təsdiq olunmuş inzibati idarə, tədris köməkçi və xidmətedici heyyətindin çtat cədvəli üzrə və hər ayın sonunda təqdim olunmuş iş vaxtının uçotu tabeli əsasında əmək haqqı hesablanıb ödənilir. İş materiallarında olan Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin baş mühasibi tərəfindən həmin kollecin direktoruna ünvanlanmış tarixsiz məlumatdan görünür ki, müəllimlərin əmək haqqı tarifləndirmə cədvəlinə əsasən, hesablanıb ödənilir. Dərsdə olmayan müəllimlər barədə əmr kadrlar şöbəsi tərəfindən təqdim etməlidir. İşçilərin əmək haqqı isə çtat cədvəli üzrə hesablanır və kadr şöbəsinin təqdim etdiyi işçinin iş vaxtının uçot vərəqəsi üzrə işçinin üşdə olmaması təyin olunur, kadr tərəfindən əmr verilməlidir və əmək haqqı tutulmalıdır. İş materiallarında olan Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin inzibati və təsərrüfat işləri üzrə direktor müavini X11 tərəfindən həmin kollecin direktoruna ünvanlanmış xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, X23 xx.xx.2025-ci ildə ödənişsiz məzuniyyətinin vaxtı bitib, 6 gün xəstə olduğu üçün ondan icazə alıb, işə gəlməyib. Tabel onun otağında olduğu üçün maaş tabelı yazılarkən kadrlar şöbə müdiri ona zəng edib, X23 haqqında məlumat alarkən, o, şçinin hər gün işdə olduğunu məlum etmiş, xx.xx.2025ci il tarixdən öz ərizəsi ilə işdən azad olunmuşdur. İş materiallarında olan Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin kadrlar şöbəsinin müdiri İddiaçı tərəfindən həmin kollecin direktoruna ünvanlanmış xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, hər ayın maaş tabelini hazırlayan zaman o, hər üç korpusdan tabelə nəzarət edən şəxslərdən məlumat toplayır və onun əsasında hazırlayır. Qeyd edir ki, X50 xx.xx.2025-ci il tarixinədək ödənişsiz məzuniyyətdə olmuşdur. Texniki işçilərin tabeli inzibati təsərrüfat işləri üzrə direktor müavini X6 otağında olduğu üçün xadimə Əliyeva Əsmərin işə gəldiyi haqqında məlumat almışdır. O, isə Əsmərin işdə olduğunu bildirmişdir. İş materiallarında olan Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin xadiməsi X50 tərəfindən həmin kollecin direktoruna ünvanlanmış xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, 24.02 xx.xx.2025 tarixlərindən ödənişsiz məzuniyyətə çıxmışdır və 21 apreldən işə gəlmir. Məlahət xanım zəng edib xəbərdarlıq edib ki, işə gəlsin, o da demişdir ki,Türkiyə Respublikasındadır. 12 may tarixində gəlib xahiş edir ki, ona yenidən icazə verilsin, işə gəlməməsi ilə bağlı üzrlü bilinsin. İş materiallarında olan Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin tabelçisi X33 tərəfindən həmin kollecin direktoruna ünvanlanmış xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, tabel onda olan müddətdə ondan baş binadan səlahiyyəlti nümayəndələrdən hər bir tabel haqqında yazılı formada məlumat istəməyibr. Ona görə məlumat yazmamışdır. Sonuncu dəfə Nərgiz soruşdu zəng vurub dedi ki bulteyin var, dedi yoxdu. İş materiallarında olan Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin kadrlar üzrə mütəxəssisi Mədətova Leyla tərəfindən həmin kollecin direktoruna ünvanlanmış xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, mart ayı üçün tabel və üzrlü qeydiyyatlarla bağlı o, bütün məlumatları Məlahət xanıma şifahi olaraq bildirmişdir. Eləcə də, aprel ayına aid olan məlumatları da bu qayda üzrə şifahi olaraq Nərgiz xanıma bildirmişdir. İş materiallarında olan Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin tabelçisi X43 tərəfindən həmin kollecin direktoruna ünvanlanmış xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, xx.xx.2025-ci il tarixində kadrlar şöbə müdiri İddiaçı ona zəng vuraraq bildirmişdir ki, icazə olan işçiyə xətt çəkib, ona qol çəkməyinə niyə icazə vermişdir. Onda məlumat vermişdir ki, ona Leyla xanım baxır və onlar hər zaman belə etmişdir. Bununla da bağlı məlumatı Leyla xanıma bildirmişdir. İş materiallarında olan Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin baş mühasibi tərəfindən həmin kollecin direktoruna ünvanlanmış xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, aprel ayı kadr şöbəsi tərəfindən verilən iş vaxtının uçotu tabellərdə X16 günləri tam verildiyi üçün, əmək haqqı tam ödənilmişdir. İş materiallarında olan Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin kadrlar şöbəsinin müdiri İddiaçı tərəfindən həmin kollecin direktoruna ünvanlanmış xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, aprel ayının maaş tabelinin hazırlayan zaman ona X16 əmək qabiliyyətinin olmaması haqqında vərəqə təqdim etməsi barədə kadrlar üzər mütəxəssis X44 tərəfindən heç bir məlumat verilməmişdir. Ona iki nəfərin texnik X34 və şöbə müdiri X17 tabeldə xəstə oduqları üçün imza etmədikləri bildirib. Musiqi korpusunda tabelə imza etmədikləri bildirib. Musiqi korpusunda tabelə imza edən şəxs kadlrar üzrə mütəxəssis X24r. Onu da qeyd edir ki, xx.xx.2025-ci il tarixində məsələni araşdırmaq üçün X43 ilə əlaqə saxlamışdır və o, isə ona Leyla xanıma xx.xx.2025-ci il tarixində xəstəlik vərəqəsinin açıldığını bildirdiyini qeyd etmişdir. O, isə bu haqda heç bir məlumat verməmişdir. İş materiallarında olan Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin tabelçisi X43 tərəfindən həmin kollecin direktoruna ünvanlanmış xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, kadlrar şöbəsinin müdiri İddiaçı müəlliməyə müntəzəm olaraq ondan işçilərin haqqında mlumat almışdır. o, ona şifahi olaraq işçilərin davamiyyəti haqda məlumat vermişdir. İş materiallarında olan Gəncə Dövlət Universitetinin nəzdində X12 Təşkilatının sədri Kəmalə Hüseynova tərəfindən həmin kollecin direktoruna ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, xx.xx.2025-ci ildə X21 Təşkilatının sədri vəzifəsinə təyin olunmuşdur. Lakin kollecin kadrlar şöbəsinin müdiri eyni zamanda keçmiş həmkarlar təşkilatının sədri İddiaçı heç bir əsası, sübutu olmadan xidməti kabinetinə gələrək ona hədə-qorxu gəlir, onun işlərində buraxdığı ciddi nöqsanları araşdıracağı təqdirdə ailəsinə zərər verməklə hədələmişdir. Bu səbəbdən həmin şəxslə bağlı ciddi tədbir görməyini xahiş etmişdir. İş materiallarında olan Gəncə Dövlət Universitetinin nəzdində X12 Təşkilatının sədri Kəmalə Hüseynova tərəfindən həmin kollecin direktoruna ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, xx.xx.2025-ci il tarixində GDU-nun nəzdində Regional Kollecin kadrlar şöbəsinin müdiri M.Əsəgrova ilə aralarında yaranmış anlaşılmazlıqla əlaqədar ona ərizə ilə müraciət etmişdir. Lakin xx.xx.2025-ci ildə İddiaçı ilə söhbət etmişdir və aralarında heç bir ədavət yoxdur. Qarşılıqlı razılığa glmişlər və barışıq əldə etmişlər. İş materiallarında olan Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin tədris işləri üzrə direktor müavini Aslan Quliyev tərəfindən həmin kollecin direktoruna ünvanlanmış xx.xx.2025-ci il tarixli rəydən görünür ki, kadrlar şöbəsinin müdiri İddiaçı ona aid olan vəzifə öhdəliklərini yerinə yetirərkən bir sıra npqsanlara yol vermişdir: işçilərin tabel kitabında olan çatışmazlıqlar; əvəzetmə sənədinin vaxtında mühasibatlığa ötürülməməsi; AHİ sədrinin ünvanında deyilmiş təhdidlər; kadlrar şöbəsinin işçisinin ünvanında səsləndirilmiş təhdidlər. İş materiallarında olan X25 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəydən görünür ki, 1) əmək haqqının əsassız yazılması halları – X77- faktiki olaraq işə gəlmədiyi halda ona əmək haqqı yazılmışdır; X52 - əmək haqqı sənədlərindəki imzanın ona məxsus olmadığı müəyyən edilmiş, onun əvəzinə başqa çəxs imza etmışdır; 2) etik davranış qaydalarının pozulması: - həmkarlar sədri X14 v əkadr mütəxəssisi X37 təhdid olunmuşdur. İş materiallarında olan Əmək və icra intizamı komissiyasının üzvü X3 X42 kadrlar şöbəsinin müdiri İddiaçı xanımın fəaliyyəti haqqında aparılan araşdırmalar haqqında xx.xx.2025-ci il tarixli rəydən görünür ki, İddiaçı vəzifə səlahiyyətinin nədən ibarət olduğunu, mahiyyətini dərindən anlamamış, bir çox pozuntulara yol vermiş, səhlənkarlığa yol verdiyi halda, günahını etiraf etməmiş və nöqsanlara səbəb kimi başqalarını günahlandırmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin xx.xx.2025-ci il tarixli 146 saylı əmrinə əsasən yaradılmış “Əmək və icra intizamı komissiyası”nın üzvləri tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Kadrlar şöbəsinin müdiri X18 İmran qızı Əliyeva xx.xx.2025- xx.xx.2025-ci il tarixlərində öz hesabına məzuniyyətə çıxıb, 21 apreldən 12 maya qədər işdə olmamış və faktiki olaraq işə gəlmədiyi halda ona aprelin 30-na qədər əmək haqqı yazılmışdır. İşdə olmamasıyla bağlı rəhbərliyə heç bir məlumat verilməmiş və haqqında heç bir tədbir görülməmişdir. Əlavə olaraq tabeldə mart ayına qədər işçi özhesabına məzuniyyətdə olduğu halda imzalar çəkilmişdir. Bununla bağlı Əsmər və Məlahət xanımın izahatları alınmışdır; X53 - əməkhaqqı sənədlərindəki imzanın ona məxsus olmadığı müəyyən edilmiş və araşdırma zamanı məlum olmuşdur ki, həmin şəxs taktiki olaraq işə gəlmir, onun əvəzinə başqa şəxs və ya şəxslər fərqli imzalar atmışdır. İşçilərin izahatına və fikirlərinə əsasən sonuncunu bir neçə dəfə işə gəldiyini görmüş və bəziləri də tanımadıqlarını bildirmişlər; X19 xx.xx.2025 tarixdən əvəzetmə əmri olduğu halda, bu barədə sənədlər mühasibatlığa təqdim olunmamış və nəticədə fevral və mart ayı əməkhaqqı hesablanmışdır. Bununla bağlı Məlahət xanımın, baş mühasibin, şöbə müdürünün izahatı alınmışdır. Eyni işçiyə məxsus sətirdə fərqli imzalar müşahidə edilmişdir. Bəzi işçilərin tabel cədvəlində imzaları olmadığı halda, onlara əməkhaqqı yazıldığı müəyyən edilmişdir. X45 28, 29, 30, 31 yanvar, 3,4,5,6 fevrala qədər imza yoxdur. X46. 16 yanvardan, 18 fevrala qədər imzası yoxdur. X56- 16 yanvardan 23 yanvara qədər imzası yoxdur. 13 fevral tarixində xəstəlikdə olduğu halda imza çəkilmişdir. 13 martdan 4 aprelə qədər imzası yoxdur. 15 maydan 20 maya qədər imzası yoxdur.X35- 16 yanvardan 20 maya qədər imzası voxdur X51- 16 yanvardan 6 fevrala qədər imzası yoxdur və imzalar fərqlidir. X47- 16 yanvardan 23 yanvara qədər imzası yoxdur, 12 maydan 20 maya qədər imzalar yoxdur, digər imzalar fərqlidir. X26- 16 yanvardan 15 aprelə qədər imzası yoxdur. 22 apreldən 20 maya qədər imza yoxdur. X57 - 19 martda imzası yoxdur və imzalar fərqlidir. Həmçinin İddiaçı tərəfindən bir sıra işçilərə və əməkdaşlara qarşı etikadan kənar, təhdid xarakterli davranışlar müşahidə olunmuşdur. Xüsusilə, Həmkarlar İttifaqının sədri X14 və kadr mütəxəssisi X37 təhdid olunmuşlar və ərizəylə müraciət ediblər. Bununla bağlı Məlahət xanımın izahatı alınmışdır. İş materiallarında olan Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin tədris işləri üzrə direktor müavini Aslan Quliyev tərəfindən həmin kollecin direktoruna ünvanlanmış xx.xx.2025-ci il tarixli təqdimatdan görünür ki, xx.xx.2025-ci il tarixli 146 saylı əmrinə əsasən yaradılmış “Əmək və icra intizamı komissiyası" tərəfindən müvafiq yoxlamalar aparılmış, nəticədə məlum olmuşdur ki, kollecin fəhlə və xadimələrin bəziləri tabeldə may ayı ərzində imzalar çəkməmiş, ancaq onlara əmək haqqı ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin xx.xx.2025-ci il tarixli 146 saylı əmrinə əsasən yaradılmış “Əmək və icra intizamı komissiyası”nın üzvləri tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025-ci il tarixində Həmkarlar İttifaqı Komitəsi Kollecin Kadrlar şöbəsinin müdiri İddiaçı ilə bağlı iclas təşkil etmişdir. Keçirilən iclas zamanı kollecin laboratoriya müdiri X4 əməkdaşlarını təxribat xarakterli hərəkətə yönəldərək kollecdə qarışıqlıq yaratmaq məqsədi ilə həmin iclasın gedişinə mane olmuş, komitə üzvlərinin ünvanına nalayiq ifadələr səsləndirmiş, komitə üzvü X9 xəsarət yetirmiş iclasın gedişini pozmağa çalışmışdır. Bundan sonra Kollecin tədris işləri üzrə direktor müavini Aslan Quliyevi heç bir əsas olmadan işgüzar nüfuzuna xələl gətirmək məqsədi ilə təhqiramiz davranışlar sərgiləmiş həmçinin kollecin əmrlər kitabını qəsdən cırmışdır. İş materiallarında olan Gəncə Dövlət Universitetinin nəzdində X21 İttifaqı Komitəsinin xx.xx.2025-ci il iclası zamanı baş verən hadisə ilə bağlı protokoldan görünür ki, Gəncə X21 İttifaqı Komitəsinin xx.xx.2025-ci il tarixinə təyin edilmiş Kollecin Kadrlar şöbəsinin müdiri İddiaçı işində buraxdığı nöqsanlarla bağlı Kollecin rəhbərliyi tərəfindən verilmiş təqdimat əsasında keçirilən müzakirələr zamanı İddiaçı yanında özünü şəhid bacısı kimi təqdim etdiyi tanımadıqları şəxslə, həmçinin digər bir qadınla zorakı şəkildə otağa daxil olmuş və həmim an komitə üzvülərinin ünvanına və “mənim əlehimə qərar verənlərin allah çörəyini kəssin" ifadəsini işlətməklə iclasın gedişinə təziq göstərməyə çalışmışdır. Onuda qeyd edək ki, xx.xx.2025-ci il tarixində keçiriləcək iclasla bağlı xx.xx.2025-ci il tarixdə İddiaçı göndərilmiş bildirişi nümayişkəranə surətdə geri qaytarmış və bu fakt dörd nəfərin iştirakı ilə aktlaşdırılmışdır. İddiaçı komitə üzvülərinin ünvanına səsləndirdiyi təhqirlərə cavab olaraq X8 sədri Vüqar Cahangirov öz etirazını bildirərək etik normalara uyğun davranmağa çağırmışdır. Komitə üzvü X55 Əsgərovaya iradını bildirərək məllim adına yaraşmayan hərəkətlərə yol verməməyə çağırmışdır. Sevinc Qurbanova nizam intizamı qorumağa çalışdığı halda İddiaçı onun ünvanına daha ağır təhqirlərlə dolu ifadələr işlətmiş, onunla birgə otağa daxil olmuş şəxslər tərəfindən fiziki təziqə məruz qalmışdır. Daha sonra İddiaçı komitə üzvülərinin ünvanına ən ağır söyüşlərlə təhqir etmiş və otağı tərk etmişdir. Bir müddət sonra bu məsələyə heç bir aydiyatı olmayan fəaliyyətində çox ciddi nöqsanlara yol vermiş Kollecin keçmiş loboratoriya müdiri Səidə Talıbova yanında bir qrup şəxslərlə (Kitabxana işçiləri Arzu, Aygün və s.) X8 üzvülərinin olduğu otağının qarşısına gələrək Kollecin direktoru Xoşqədəm Xudiyevanın və komitə üzvülərinin ünvanına ağır təhqirlərlə dolu ifadələr işlətmişdir. Səidə Talıbovanın otaq qarşısında yol verdiyi qanunsuz hərəkətlərinin video görüntüləri mövcuddur. İddiaçı ilə otağa daxil olub özünü şəhid bacısı kimi təqdim edən xanım nə haqla İddiaçı işinə baxılmasını bildirmiş komitə üzvülərinə təzyiq göstərməyə və iclasın gedişini pozmağa çalışmışdır. X10 iclası bitdikdən sonra qapıdan çıxan HİK-in sədrinin ünvanına nalayiq ifadələr şərəfsiz, binamus, biqeyrət, nakişi və s ) işlətməklə kifayətlənməmiş və onun ailə üzvlərinin ünvanına təhqir və qarğış yağdırmışdır. Bütün bu faktlar kollecin nəzarət və təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Gəncə Dövlət Universitetinin nəzdində X61 Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2025-ci il tarixində keçirilmiş iclasının 67 nömrəli protokolundan görünür ki, Kollecin rəhbərliyi tərəfindən X21 X15 müzakirəsinə verilən təqdimatdır. Təqdimatda xx.xx.2025-ci il tarixli 146 saylı əmrə əsasən yaradılmış “Əmək və icra intizamı komisiyası”nın Kadrlar şöbəsinin müdiri İddiaçı işçinin işə gəlmədiyi halda ona əmək haqqı hesablanması üçün mühasibatlığa tabel təqdim etməsi, davamiyyət tabellərini yoxlamaması və sair faktlara münasibət bildirməkləri xahiş etmişdir. Təqdimatda göstərilmişdir ki, yol verdiyi nöqsanlarla Kollecin xx.xx.2025-ci il tarixində təsdiq edilmiş kadrlar şöbəsi müdirinin Vəzifə təlimatının (15-ci bəndi: Tabel uçotunu, məzuniyyətlər cədvəlinin tərtib edilməsini və yerinə yetirilməsini müəssisənin struktur bölmələrində əmək intizamının vəziyyətinə nəzarəti, işçilər tərəfindən daxili əmək rejiminə riayət olunmasını təşkil edir, əmək intizamının möhkəmləndirilməsi, kadr axınının, iş vaxtı itkisinin aşağı salınması üzrə tədbirləri işləyib hazırlayır,onların yerinə yetirilməsinə nəzarət edir; və 23cü bəndi: Əmək qanunvericiliyinə,daxili nizam-intizam qaydalarına, əmək və icra intizamına əməl olunub-olunmamasını yoxlayır, baş vermiş qayda pozuntuları barədə dərhal rəhbərliyə yazılı məlumat verir) tələblərini pozmuşdur. O da qeyd olunmuşdur ki, İddiaçı vəzifəsinin icrasında yol verdiyi nöqsana görə xx.xx.2025 -ci il tarixində töhmət verilmişdir. Təqdimatda İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaşcan Respublikasının Əmək Məcəlləsinin “ç” bəndinə əsasən, xitam verilməsi məsələsinə Kollecin AHİK -nin idarə hevyətindən münasibət bildirməkləri xahiş etmişdir. Məsələ barədə HİK sədri Vüqar Cahangirov çıxış edərək iclas iştirakçılarından bu məsələyə öz obyektiv münasibətlərini bildirmələrini xahiş etmişdir. Çıxışlar zamanı Qayıbova Tərlan çıxışında bu məsələyə öz münasibətini bildirərək qeyd etmişdir ki, İddiaçı öz işində yol verdiyi nöqsanlara görə işindən ayrılmalıdır; Qurbanova Sevinc məsələyə ciddi yanaşmalı olduğunu qeyd etmiş, buraxılmış səhvlərə görə qanunvericiliyə söykənərək İddiaçı işindən ayrılmasına müsbət yanaşmışdır; Qurbanova Sevinc məsələyə ciddi yanaşmalı olduğunu qeyd etmiş, buraxılmış səhvlərə görə qanunvericiliyə söykənərək İddiaçı işindən ayrılmasına müsbət yanaşmışdır; Hüseynov Arif məsələyə daha yumşaq yanaşmağı təklif etmişdir; Kərimov Samir məsələnin daha geniş araşdırılmalı olduğunu sənədlərlə tanış olduqdan sonra məsələyə müsbət rəy vermişdir; Sonra təqdimata münasibət səsə qoyulmuşdur. Səs vermə nəticəsində idarə heyətinin üzvüləri təqdimatın lehinə səs vermişlər. Təqdimata 8 nəfər lehinə, 1 nəfər bitərəf, 2 nəfər əleyhinə səs vermişdir. Səs üstünlüyü ilə qərar verilmişdir: Regional Kollecin HİK təqdimatla razılaşmış İddiaçı Kadrlar şöbəsi müdiri vəzifəsindən çıxarılmasına müsbət yanaşılmışdır. İş materiallarında olan Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin növbədənkənar Pedaqoji Şuranın xx.xx.2025-ci il tarixli iclas protokolundan görünür ki, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin kadrlar şöbəsinin müdiri İddiaçı haqqında Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələrinə; əmək və icra intizamı komissiyasının xx.xx.2025-ci il tarixli aktına; müəssisədaxili intizam qaydalarına; kollec rəhbərliyinə, X29 sədrinə qarşı hörmətsizlik, etik davranış qaydalarının pozulması və təhdit hallarını əldə rəhbər tutaraq işinə xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X82 "Gəncə Şəhər Birləşmiş Xəstəxanasi" X75 Kardioloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan İddiaçı xx.xx.2025-ci il tarixdə saat 18.52- də TTTY ilə xəstəxanaya daxil olmuşdur. İddiaçı xx.xx.2025- ci il tarixdə saat 19:09-da xəstəxananın reanimasiya, intensiv terapiya və anesteziologiya şöbəsinə qəbul edilmişdir. Aparılan müayinələrin nəticəsinə əsasən xəstəyə “ÜİX:İlk dəfə baş tutan stenokardiya (İ20.8), Aorta və tac damarlarının aterosklerozu (İ25.2), Trikuspidal çatmamazlıq İİ dərəcə (İ36). Piylənmə(l66)” diaqnozu qoyulmuşdur. xx.xx.2025-ci il tarixdə saat 10.00-da xəstə ritm pozğunluğu şöbəsinə sövq olunmuşdur. İddiaçı xx.xx.2025-ci il tarixdə ambulator müalicəsini davam etdirməklə evə buraxılmışdır. Xəstəyə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi xəstəlik vərəqəsi verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü bəndinə əsasən, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallardır. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən, a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci bəndinə əsasən, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən, a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 300-ci maddəsinin 1-ci bəndinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Əmək Məcəlləsinin 80-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, Əmək Məcəlləsinin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin birinci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin maddənin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Həmin Məcəllənin 175-ci maddəsinin 3-cü bəndinə əsasən, 3. işəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz. Həmin Məcəllənin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 186-cı maddəsinin 3-ci hissəsinə əsasən, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərardan görünür ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürənin işçiyə münasibətdə tam maddi məsuliyyəti müəyyən edilmişdir. Hazırkı iş üzrə iddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv olunmasını, əvvəlki işinə bərpa olunmasını və məcburi iş buraxma dövrü üçün əmək haqqının tam hesablanıb ona ödənilməsini məhkəmədən xahiş etmiş, tələbini əmrin qanunsuz və əsassız olması ilə əsaslandırmışdır. Mübahisələndirilən əmr hüquqi cəhətdən 1) iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; 2) iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; 3) iddiaçının əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması ilə əsaslandırılmışdır. Mübahisələndirilən əmr faktiki cəhətdən 1) bəzi işçilər işdə olmadığı halda iddiaçının mühasibatlıq şöbəsinə təqdim etdiyi yekun tabeldə həmin işçilərin işdə olduqlarını göstərməsi, nəticədə həmin işçilərə əmək haqqı hesablanaraq ödənilməsi, müəssisənin maliyyə itkilərinə məruz qoyulması; 2) iddiaçının əmək funksiyalarının icrası zamanı yol verdiyi ciddi nöqsanlara görə ona xx.xx.2025-ci il tarixdə töhmət verilməsi, onun həmin intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; 3) iddiaçının öz hərəkətləri nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 182-ci maddəsinə əsasən qəbul edilmiş müəssisədaxili intizam qaydalarını da pozması; 4) iddiaçının bir neçə əməkdaşı, o cümlədən AHİK-nin sədrini təhqir və təhdid etməsi ilə əsaslandırılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mübahisələndirilən əmr əsaslı hesab edilə bilməz. Məhkəmə əvvəla qeyd edir ki, qanunvericinin tələbinə əsasən, işçiylə əmək müqaviləsini ləğv etmək istəyən işəgötürən tərəfindən həmin müəssəsisənin həmkarlar ittifaqı təşkilatına verilən yazılı təqdimat əsaslandırılmalıdır. Lakin çəkişmə prinsipinin təmin olunmasına baxmayaraq, mülki prosessual qanunvericiliyinə tələbinə əsasən, işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların verilməli olduğu birinci instansiya məhkəməsinə işəgötürənin həmin təqdimatı təqdim olunmamışdır. Belə olan halda, həmkarlar ittifaqının xx.xx.2025-ci il tarixdə barəsində qərar qəbul etdiyi təqdimat və onun əsaslandırılıb-əsaslandırılmadığı, təqdimatın əsaslandırıldığı halda istinad edilən sənədlər məlum deyil. Belə ki, qeyd edilən iclasın protokoluna əsasən, müzakirə edilən təqdimatı rəhbərliyin təqdim etdiyi göstərilmişdir, lakin həmin sənədin rəhbərliyin hansı üzvü və ya məhz işəgötürən tərəfindən verilib-verilmədiyi müəyyən olunmur. Bundan başqa, orfoqrafik qaydalara riayət edilmədən tərtib edildiyindən dəqiq anlaşılması çətinlik yaradan müvafiq iclas protokolundan ehtimal olunur ki, təqdimat elan edilərək vəzifə təlimatlarını pozmasına görə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç“ bəndi ilə xitam verilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. İclası və onun gedişatını əks etdirən protokoldan təqdimata dair araşdırma aparmadan qərar qəbul edildiyi görünür. Belə ki, iclas iştirakçıları gəldikləri qənaəti əsaslandırmadan, hansı əsaslara istinad etmələri aydın olmadan, əmək müqaviləsinə xitam verilməsi kimi ağır iqtisadi nəticələrə səbəb olan təqdimat üzrə xahişi dəstəklədiklərini bildirməklə kifayətlənmişlər. Halbuki, iclas müvafiq təqdimatın araşdırılması və ona münasibət bildirilməsi üçün keçirilməkdədir. Beləliklə, həmkarlar ittifaqının heyət üzvləri eyni məzmunlu çıxışlar edərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair tərəfdar olduqlarını bildirmişlər. Halbuki, həmin protokoldan əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsaslar xitam verilməsi üçün əsasların mövcud olub-olmamasının araşdırılması və öz təsdiqini tapması müəyyən olunmur. Həmkarlar ittifaqı tərəfindən işəgötürənə verilməli olan cavab məktubu və (ya) qərar məhkəməyə təqdim edilmədiyi üçün əmək müqaviləsinə xitam verilməsi barədə yekun mövqeyin əsaslandırılıb-əsaslandırılmadığı müəyyən olunmamaqla yanaşı, qeyd edilən iclasla eyni mahiyyəti daşıdığı məntiqi nəticədir. Məhkəmə həmçinin nəzərə alır ki, əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tənzimlənir, qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun əsaslandırılmamış qərar əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əsası ola bilməz. Bundan sonra, işəgötürən əmək müqaviləsinə xitamın əsası kimi bəzi işçilərin işdə olmadığı halda iddiaçının mühasibatlıq şöbəsinə təqdim etdiyi yekun tabeldə həmin işçilərin işdə olduqlarını göstərməsi, nəticədə həmin işçilərə əmək haqqı hesablanaraq ödənilməsi, müəssisənin maliyyə itkilərinə məruz qoyulmasını göstərmiş və bu halı iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, habelə iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi kimi əsaslandırması məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur. Məhkəmə həmin hala münasibətdə qeyd edir ki, cavabdeh müvafiq vəzifə təlimatının 15, 22 və 23-cü bəndlərinə istinad etməklə kifayətlənərək, dəqiq hansı vəzifə öhdəliyinin pozulmasını göstərməmişdir. Digər tərəfdən, iddiaçı ona təqdim edilən məlumata əsasən, yekun məlumatı hazırlayaraq mühasibatlığa təqdim etdiyini bildirmişdir. Həmin yekun məlumatın hazırlanmasının təsbit olunmuş qaydası və (ya) iddiaçının mühasibatlığa təhrif olunmuş məlumat təqdim etməsi niyyətimüəyyən olunmur. Belə olan halda, bəzi işçilərin işdə olmadığını bildiyi halda iddiaçının onların işdə olmalarına dair məlumat verməsi, dolayısıyla iddiaçının qəsd və ya ehtiyatsızlıq formasında təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması müəyyən olunmur. Bununla yanaşı, cavabdehin həmin halı həmçinin, iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi kimi qiymətləndirməsi əsassızdır. Belə ki, qanunverici zərurətdən irəli gələrək əmək vəzifələrinin kobud pozuntusu kimi qeyd edilən iki halı fərqləndirmişdir fərqləndirmişdir, bir hərəkətin iki kobud pozuntu kimi qiymətləndirilməsi yolverilməzdir. Bundan başqa, tərəflərin bildirdiyinə əsasən, səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verilməsindən sonra sonra işçidən həmin məbləğlər tutulmuşdur. Beləliklə, maddi ziyan aradan qalxmışdır. Bununla yanaşı, cavabdeh iddiaçının öz əmək funksiyasına daxil olan vəzifələrini yerinə yetirmədiyini və əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədiyini, habelə barəsində intizam tənbeh tədbiri tətbiq edildikdən altı ay ərzində iddiaçının təkrarən əmək funksiyasını pozmasını əmrdə göstərməklə kifayətlənmişdir. Lakin işçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması əsaslandırılmamışdır. Əmək Məcəlləsinin 84-cü maddəsinin birinci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda göstərilməli bütün məlumatlar öz əksini tapmamış, beləliklə tam tərtib edilməmişdir. Belə ki, əmək münasibətlərinə xitam verilməsi kimi ağır nəticəyə səbəb olan tənbeh tədbirinin tətbiq olunması üçün əmək münasibətlərində iqtisadi cəhətdən daha güclü olan işəgötürənin hüquqdan sui-istifadəsi olaraq görünür. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qəbul edilməsi üçün əsaslar ilk öncə həmin münasibətin digər tərəfi olan və əmrin təqdim edildiyi işçiyə aydın olmalıdır. Belə ki, həmin əsaslarla razılaşmadığı halda müvafiq əmri mübahisələndirmək işçinin hüququdur. Məhkəmə həmçinin nəzərə alır ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş intizam tənbeh tədbirlərinin ardıcıl qaydada verilməli olmasına dair şərt nəzərdə tutulmasa da, həmin maddənin 3-cü bəndində tənbeh tədbirinin tətbiqi zamanı nəzərə alınmalı halları göstərmişdir. Məhkəmə qanunvericiliyin həmin tələblərinə əsasən hesab edir ki, iddiaçının törətdiyi istinad olunan xətanın xarakteri ilə tətbiq edilən intizam tənbeh tədbiri düz mütənasib deyildir. Bundan başqa, mübahisələndirilən əmrin qəbul edilməsi əsası kimi həmçinin iddiaçının bəzi şəxsləri təhqir və (ya) təhdid etməsi göstərilmişdir. Halbuki, hər hansı şəxs təhqir və (ay) təhdid hesab etdiyi hallardan müdafiə olunmaq üçün qanunvericiliklə müəyyən edilmiş səlahiyyətli orqanlara müvafiq qaydada müraciət etmək hüququna malikdir və belə hal(lar) əmək müqaviləsinə xitam verilməsi əsası kimi əmək qanunvericiliyində nəzərdə tutulmamışdır. Bundan başqa, mübahisələndirilmədiyi və hazırkı iş üzrə bu barədə araşdırma aparılmadığı üçün töhmət tətbiq edilməsi haqqında əmrin qanuniliyi və (ya) əsaslılığına münasibət bildirilə bilməz. Məhkəmə həmçinin bildirir ki, iddiaçının işdə olmadığı vaxt barəsində töhmət verilməsinə dair əmr qəbul edildiyi bildirilsə də, müvafiq xəstəxana tərəfindən verilmiş məktubdan iddiaçının iş günündən sonra müayinə-müalicə edildiyi müəyyən olunur. Mməhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə əmr qanunvericiliyin tələblərinə uyğun qəbul edilməsi müəyyən olunmadığından, iddia təmin edilməli, iddiaçının əmək müqaviləsinin ləğv edilməsi barədə əmr ləğv edilməli, iddiaçı əvvəlki işinə bərpa edilməli və məcburi iş buraxma dövrünün əmək haqqı ona tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin xx.xx.2025-cü il tarixli, 31 nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəlki işinə bərpa edilsin və məcburi iş buraxma dövrü üçün əmək haqqı tam hesablanıb ona ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar