Məhkəmə qərarları › İş №2(125)-4425/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4425/2024

23.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4425/2024 23.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X26 İsa oğlunun sədrliyi, X16 Eldar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 50 saylı qərarına əsasən X12, X9, X7 və X3 0.28 ha torpaq sahəsi verilməsini özündə əks etdirən JN-186A KOD 50413068 seriya nömrəli, 17 fevral 2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair» X4 Əkbər qızı, X9, X5 və X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 50 saylı qərarı ilə Şəmkir rayonunun Abbaslı kəndində 0.28 ha torpaq sahəsi fərdi yaşayış evi-həyətyanı sahə məqsədləri üçün X23 təsərrüfat başçısı olmaqla onun ailə üzvlərinə ayrılmışdır. Həmin torpaq sahəsinə anası X12, onun qardaşı X9, sonuncunun övladları X7 və X2 adlarına Azərbaycan Respublikası DT və XK-nin Şəmkir rayon şöbəsi tərəfindən JN-186A KOD 50413068 saylı 17 fevral 2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. Lakin həmin şəhadətnamədə anası Simnazın adı səhv olaraq “Çimnaz” kimi, dayısı Müsəddinin adı həm öz adında həm də övladları Gülpəri və Sərxanın ata adında “Müsəddin" kimi qeyd edilmişdir. X23 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Onun övladı və vərəsəsi olaraq müraciəti əsasında 1 saylı Regional Asan Xidmət Mərkəzi Notariat Ofisində vərəsəlik işi açılmışdır. Qeyd olunan şəhadətnamədə anasının adının səhv qeyd olunması vərəsəlik işində onun üçün maneələr yaradır. Belə ki, ad səhv olduğuna görə o, anasından qalan miras əmlaka vərəsəlik hüququnu həyata keçirə bilmir. Bundan başqa anası sağlığında Gəncə İnzibati Məhkəməsində Gülpəri Hüseynova və Sərxan Hüseynovun adlarının şəhadətnamədən çıxarılması barədə iddia qaldırmışdır. Belə ki, aqrar islahat zamanı Gülpəri hələ doğulmamış, mövcud olmamışdır. Həmçinin Sərxan və Gülpəri hər ikisi övladlığa götürülmüş və islahat zamanı torpaq sahəsinin qanuni istifadəçiləri, yəni Müsəddinin ailə üzvləri olmamışdır. Gəncə İnzibati Məhkəməsində icraat zamanı anası Simnaz vəfat etmiş və müraciəti əsasında məhkəmə onu iddiaçının prosessual hüquqi varisi - iddiaçı kimi işə cəlb etmişdir. Bütün bu məsələlərin qanuni həll edilməsi və hüquqlarını həyata keçirə bilməyi üçün şəhadətnamədə qeyd olunan səhvlərin düzəldilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Məhkəmənin iş üzrə 23 sentyabr 2024-cü il tarixli qərardadı ilə iddianın X9, X7 və X3 aid olan hissəsi baxılmamış saxlanmışdır. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respulikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını araşdırıb hesab edir ki, ərizəçinin tələbi X8 aid olan hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Şəmkir rayon AİK-nın 28 aprel 1998-ci il tarixli 50 saylı qərarı ilə JN-186A KOD 50413068 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə əsasında Şəmkir rayonu, Abbaslı kənd sakinləri X13, X10, X7 və X3 0.28 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X14 ilə X6 birgə nikahından xx.xx.2005-ci il tarixdə Ərizəçi adında bir uşaq anadan olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan 1 saylı Gəncə ASAN xidmət mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin 12 mart 2024-cü il tarixli 05/09İS/017823-24 saylı arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X8 aid 12 mart 2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti atları üzrə yoxlama aparılmış və X6 ailə tərkibində xx.xx.1990-cı il tarixdə anadan olmuş X11 və xx.xx.1992-ci il tarixdə anadan olmuş Ərizəçi göstərilmişdir. İşdə olan Azərbaycan Respulikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şəmkir rayonu, Abbaslı kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş JN-186A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə səhv yazılmış vətəndaşların (payçıların) hər hansı birinin adının çıxarılması, dəyişdirilməsi və ya düzəliş edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Beləliklə məhkəmə iclasında iş materialları ilə müəyyən edildi ki, Şəmkir rayon AİKnın 28 aprel 1998-ci il tarixli 50 saylı qərarı ilə JN-186A KOD 50413068 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə əsasında Şəmkir rayonu, Abbaslı kənd sakinləri X12, X9, X7 və X3 0.28 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə yanlış olaraq anası Simnazın adı səhv olaraq “Çimnaz” kimi, dayısı Müsəddinin adı həm öz adında həm də övladları Gülpəri və Sərxanın ata adında “Müsəddin" kimi qeyd edilmişdir. Ərizəçinin xahişi də məhz hüquq müəyyənedici sənədin onun mərhum anasına məxsus olmasının müəyyən edilməsindən ibarətdir. Ərizənin predmeti olan sənədlər ərizəçiyə torpaq sahəsi ilə bağlı müvafiq sənədləşmələr aparılması üçün zəruridir və ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada əldə edə bilmir. Məhkəmə hesab edir ki, hüquq müəyyənedici sənədin şəxsə məxsus olması ərizəçinin qanunla müəyyən edilmiş hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, ərizəçinin xahişi onun anası X8 aid olan hissədə təmin edilməli və sənədin tərtibatı zamanı yoı verilmiş yanlışlıq aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görəşəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsində birbaşa nəzərdə tutulmasa da, həmin Məcəllənin 307.2.11-ci maddəsində başqa faktların da məhkəmə tərəfindən müəyyən edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi qismən əsaslı olduğundan təmin edilməli və JN-186A KOD 50413068 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» X1 aid hissədə ona məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305-311 və 391-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. JN-186A KOD 50413068 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə göstərilən torpaq sahəsinin mülkiyyətçisi kimi qeyd edilmiş X13 qeydinin 25 mart 1963-cü ildə Şəmkir rayonunun Seyfəli kəndində doğulmuş və 28.oktyabr 2023-cü il tarixdə ölmüş X8 aid (ona məxsus) olması faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar