Məhkəmə qərarları › İş №2(125)-4461/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4461/2025

25.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4461/2025 25.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «ödənilməyən əmək haqqının və son haqqhesabın ödənilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi» tələbinə dair iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək və xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək olan ödənilməmiş aylıq əmək haqqının - 1.200 manat məbləğində pulun ödənilməsi, Cavabdeh MMC tərəfindən onun qanunsuz işdən çıxarıldığına görə cavabdehin ona işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi və ödənilmiş mediasiya xərcinin əvəzi qismində 60 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək və xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək olan ödənilməmiş aylıq əmək haqqının - 1.200 manat məbləğində pulun ödənilməsi, işə bərpa olunması, Cavabdeh MMC tərəfindən onun qanunsuz işdən çıxarıldığına görə cavabdehin ona işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi və ödənilmiş mediasiya xərcinin əvəzi qismində 60 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, xx.xx.2025-cü il tarixdə Cavabdeh MMC-də satış təmsilçisi olaraq işə qəbul olunmuşdir. Lakin bir müddət işlədikdən sonra Cavabdeh MMC-nin rəhbərliyinin təyziqlərinə görə xx.xx.2024-cü il tarixdə öz ərizəsi ilə tutuduğu vəzifədən azad edilmişdir. Onunla bağlanmış əmək müqaviləsi ləğv edildikdən sonra təqdim olunan əmək kitabçasında faktiki olaraq xx.xx.2024-cü il tarixdən işləməsinə baxmayaraq, işə qəbul müddətinin xx.xx.2024cü il tarixdən qeyd olunduğunu müəyyən etmişdir. Bundan başqa, Cavabdeh MMC tərəfindən onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixənədək olan dövr ərzində əmək haqqı ödənilməmişdir. xx.xx.2024-cü il tarixdə vəzifəsindən azad edilməsinə baxmayaraq, Cavabdeh MMC tərəfindən ona xx.xx.2025-ci il tarixində 113 manat məbləğində əmək haqqı ödəniş edilmişdir. Bununla bağlı Cavabdeh MMC-nin qanunsuz hərəkətlərindən Azərbaycan Respublikasınının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin regional idarələrinə şikayət etmiş, X2 Xidməti tərəfindən şikayəti araşdırılmış Azərbaycan Respulikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələblərini pozduğuna görə Cavabdeh MMC-nin işəgötürəni barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2025-ci il tarixli qərarla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Hazırda o, işsizdir və başqa heç bir yerdən gəlir əldə etmir. Cavabdeh MMC isə onun pozulmuş hüquqlarının bərpasından imtina edir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində cavabdehin nümayəndəsi X1 məhkəmə iclasını cavabdehin nümayəndəsi olmadan keçirilməsini və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa, xx.xx.2025-ci il tarixdə cavabdehin nümayəndəsi X1 «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş etirazında göstərmişdir ki, iddia tələbi qanunsuz və əsassızdır, buna görə də məhkəmə tərəfindən rədd edilməlidir. Belə ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə əsasən o, xx.xx.2024-cü il tarixdən işə başlamaqla satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. İşçi ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, Cavabdeh MMC-nin müvafiq əmri ilə elə həmin tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşçi ilə son haqq-hesab aparılmış, əmək qanunvericiliyi ilə müəyyən edilmiş ödənişlər edilmişdir. Lakin həmin ödənişlər texniki səbəblərdən əmək müqaviləsinə xitam verilən gün deyil sonrakı tarixdə edilmişdir. İddiaçının Əmək Müfəttişliyinə şikayəti əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar isə yalnız son haqq-hesabın əmək müqaviləsinə xitam verildiyi gün ödənilməməsinə görə qəbul edilmişdir. Bunun səbəbləri inzibati orqana bildirilsə də nəzərə alınmamışdır. Yəni iddiaçının may ayından iyun ayına qədər işləməsi iddiası, həmçinin son haqq-hesabın məbləği ilə bağlı iddiaları öz təsdiqini tapmamışdır. İddiaçıya təyziq göstərilərək əmək müqaviləsinə xitam verilməsi iddiasının da heç bir əsası yoxdur və böhtan xarakterlidir. Məhkəmə iddiaçını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 117099 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 103/24 nömrəli əmrlə xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-də satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. 203/24 nömrəli əmrə əsasən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «a» bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-də satış təmsilçisi kimi aylıq 345 manat əmək haqqı almaqla xx.xx.2024-cü il tarixdən işə başlamaq şərti ilə 1 illik müddətinə müddətli əmək müqaviləs bağlamışdır. İşdə olan xx.xx.2024-cü il tarixli İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış ərizənin surətindən görünür ki, əmək müqaviləsinin xx.xx.2024-cü il tarixdən ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, K- 203/24 nömrəli əmrin surətindən görünür ki, Cavabdeh MMC-də satış təmsilçisi vəzifəsində çalışan İddiaçı xx.xx.2024-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən (öz ərizəsi ilə) tutduğu vəzifəsindən azad edilmiş və onunla bağlanmış Əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən İddiaçı ünvanlamış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-H-12352/2025 nömrəli məktubun surətindən görünür ki, Cavabdeh MMC-də xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və işəgötürənin son haqq-hesabının verilməməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətini Bakı şəhər İdarəsinə edilmiş müraciətə xidmətin Gəncə-Daşkəsən regional şöbəsində baxılır.Cəmiyyətin rəhbərliyi tərəfindən Şöbəyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli məktub və məktuba əlavə olunan sənədlərdə, həmçinin araşdırmaya təqdim olunmuş sənədlərdə inzibati xətanın əlamətləri aşkar olunmuş, bu səbəbdən də cəmiyyətin rəhbərliyi barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən İddiaçı ünvanlamış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-H-21051/2025 nömrəli məktubun surətindən görünür ki, xx.xx.2024-cü il tarixli əmək müqaviləsi əsasında satış təmsilçisi vəzifəsinə təyin olunmuş, əmək müqaviləsində işə başlama tarixinin xx.xx.2024-cü il müəyyən edilmiş əmək müqaviləsinin xx.xx.2024-cü il tarixdə xitam verilməsi haqqında cəmiyyətin rəhbərliyinə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edilmiş və cəmiyyətin xx.xx.2024-cü il tarixli K-203/24 nömrəli əmrinə əsasən əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra - Məcəllə) 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə (öz xahişi ilə) uyğun olaraq xx.xx.2024-cü il tarixdən xitam verildiyi bildirilmişdir. Həmçinin məktubda xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməyi barədə müraciətdə qeyd etdiklərinin əsassız olduğu bildirilmişdir. Araşdırmaya təqdim olunan sənədlərə əsasən məlum olmuşdur ki, əmək müqaviləsi xx.xx.2024-cü il tarixli K-203/24 nömrəli əmrlə ləğv edilsə də, İddiaçı düşən bütün ödənclər işdən çıxdığı gün ödənilməmiş, gecikdirilərək xx.xx.2025-ci il tarixində əmək haqqı kartına köçürülmüşdür. Belə ki, cəmiyyətin işəgötürəni tərəfindən Məcəllənin 172.4-cü (İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) maddəsinin tələbi pozulmuşdur. Belə ki, aşkar olunmuş pozuntuya əsasən Cəmiyyətin işəgötürəni barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi) maddəsinin tələbinə uyğun olaraq xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla inzibati cərimə tətbiq edilmişdir. Araşdırmaya cəmiyyətin rəhbərliyi tərəfindən - iş vaxtının uçotu cədvəlləri, həmçinin əməkhaqqının və işəgötürənin son haqq-hesabının hesablanması cədvəlləri təqdim olunmadığından işdən çıxarkən düşən bütün ödənclərin tam məbləğdə verilməsini aydınlaşdırmaq mümkün olmamışdır. İşdə olan ASC «XalqBank» tərəfindən verilmiş xx.xx.2024-cü il tarixdən xx.xx.2025ci il tarixinədək şəxsi hesabdan çıxarışdan görünür ki, ASC «XalqBank» tərəfindən İddiaçıt Vaqif oğlunun hesabına xx.xx.2025-ci il tarixdə 113 manat 02 qəpik məbləğində əmək haqqı köçürülmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mediasiya üçün müraciətdən görünür ki, İddiaçı Cavabdeh MMC-yə qarşı «son haqq-hesabın ödənilməməsi, işə bərpa və məcburi işburaxma dövrünə görə orta aylıq əmək haqqının ödənilməsi» tələbinə dair Gəncə 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktlarının surətlərindən görünür ki, 83 manat, 2.041 manat 80 qəpik, 428 manat 69 qəpik, 1.026 manat və 1.000 manat məbləğində malların dəyərinin ödənilməsinin icra edilməsi öhdəliyi Cavabdeh MMC-nin satış təmsilçisi İddiaçı üzərinə qoyulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, BO-XO-3.11.2025-008 nömrəli ASC «XalqBank» tərəfindən verilmiş İddiaçı məxsus bank hesabından xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək aparılmış əməliyaytlar barədə hesabdan çıxarışdan görünür ki, İddiaçı məxsus bank hesabına xx.xx.2024-cü il tarixdə 315 manat 87 qəpik məbləğində əmək haqqı, xx.xx.2024-cü il tarixdə 315 manat 88 qəpik məbləğində əmək haqqı, xx.xx.2024-cü il tarixdə 315 manat 87 qəpik məbləğində əmək haqqı, xx.xx.2024-cü il tarixdə 315 manat 88 qəpik məbləğində əmək haqqı, xx.xx.2025-ci il tarixdə 113 manat 32 qəpik məbləğində əmək haqqı köçürülmüşdür. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-də «satış təmsilçisi» işinə qəbul edilmiş, həmin əmək müqaviləsində işə başlama tarixi xx.xx.2024-cü il göstərilmişdir. Lakin İddiaçı Cavabdeh MMC ilə faktiki əmək münasibətlərinə xx.xx.2024-cü il tarixdə daxil olmuş, xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən xx.xx.2024-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı Cavabdeh MMC ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək münasibətlərində olduğu 7 ay 03 gün müddətinə görə Cavabdeh MMC tərəfindən İddiaçı əmək haqqı qismində xx.xx.2024-cü il tarixdə 315 manat 87 qəpik, xx.xx.2024-cü il tarixdə 315 manat 88 qəpik, xx.xx.2024-cü il tarixdə 315 manat 87 qəpik, xx.xx.2024-cü il tarixdə 315 manat 88 qəpik, son haqq-hesab qismində xx.xx.2025-ci il tarixdə 113 manat 02 qəpik ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixinə edilmiş ödəniş 2024-cü ilin iyul ayının, xx.xx.2024-cü il tarixə edilmiş ödəniş 2024-cü ilin avqust ayının, xx.xx.2024-cü il tarixdə edilmiş ödəniş 2024-cü ilin sentyabr ayının, xx.xx.2024-cü il tarixdə edilmiş ödəniş isə 2024-cü ilin oktyabr ayının əmək haqqı ödənişləri olmuş, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan 1 ay 13 gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 1 ay 06 gün gün müddətə görə Cavabdeh MMC tərəfindən İddiaçı hər hansı ödəniş edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsinə görə əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Həmin Məcəllənin 42-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsi sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə görə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Həmin Məcəllənin 69-cu maddəsinin 1-ci hissəsinə görə işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 5-ci bəndinə görə işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etdmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmçinin bir qayda olaraq işçi əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinə yol verilmir, əks halda yəni müqaviləsinin ləğv edilməsi gününü göstəribsə, ərizədə göstərilən gün əmək müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi yaradan xx.xx.2025-ci il tarixli 2(102)-415/2025 nömrəli qərarında da (66-72-ci bəndlər) oxşar hüquqi mövqe ifadə olunmuşdur. Hazırki halda İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə Cavabdeh MMC-yə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini xahiş etmiş və onunla bağlanmış əmək müqaviləsi həmin ərizə əsasında xx.xx.2024-cü il tarixdə ləğv edilmişdir. Qeyd olunan xüsusat İddiaçı iradəsinə uyğun olmuş, həmçinin İddiaçı öz iddia tələbinin əsası kimi iradə zədələnməsinə istinad etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı iddiası «işə bərpa» və həmin tələbdən yaranan əlavə tələblərə dair hissədə əsassızdır. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin «d», «e» və «ə» bəndlərinə görə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək; əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək hüquqları vardır. Həmin Məcəllənin 154-cü maddəsinin 1-ci hissəsinə görə əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 156-cı maddəsinin 1-ci hissəsinə görə əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Həmin Məcəllənin 172-ci maddəsinin 1-ci hissəsinə görə aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC ilə əmək münasibətlərinə daxil olsa da, onunla əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanmış və həmin əmək müqaviləsində işə başlama tarixi xx.xx.2024-cü il kimi qeyd olunmuşdur. Halbuki, İddiaçı əmək funksiyalarının icrası kimi artıq xx.xx.2025-ci il tarixdən satış təmsilçisi kimi Cavabdeh MMC-yə məxsus malları təhvil almış, satış təmsilçisinə aid öhdəlikləri daşımış və buna dair xx.xx.2024-cü il təhvil-təslim aktları tərtib olunmuşdur. İddiaçı Cavabdeh MMC ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək münasibətlərində olduğu 7 ay 03 gün müddətinə görə Cavabdeh MMC tərəfindən İddiaçı əmək haqqı qismində xx.xx.2024cü il tarixdə 315 manat 87 qəpik, xx.xx.2024-cü il tarixdə 315 manat 88 qəpik, xx.xx.2024cü il tarixdə 315 manat 87 qəpik, xx.xx.2024-cü il tarixdə 315 manat 88 qəpik, son haqqhesab qismində xx.xx.2025-ci il tarixdə 113 manat 02 qəpik ödəniş edilmişdir. xx.xx.2024cü il tarixinə edilmiş ödəniş 2024-cü ilin iyul ayının, xx.xx.2024-cü il tarixə edilmiş ödəniş 2024-cü ilin avqust ayının, xx.xx.2024-cü il tarixdə edilmiş ödəniş 2024-cü ilin sentyabr ayının, xx.xx.2024-cü il tarixdə edilmiş ödəniş isə 2024-cü ilin oktyabr ayının əmək haqqı ödənişləri olmuş, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan 1 ay 13 gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 1 ay 06 gün gün müddətə görə Cavabdeh MMC tərəfindən İddiaçı hər hansı ödəniş edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (1 ay 13 gün) və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (1 ay 06 gün) ödənilməmiş əmək haqqına görə 831 manat 79 qəpik (315 manat 87 qəpik x 2 ay + 315 manat 87 qəpik/30 gün x 19 gün) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia qalan əmək qismində ödənilməmiş pul tələbinə dair digər hissədə təmin edilməməlidir. Belə ki, İddiaçı əmək münasibətlərinin xx.xx.2024-cü il tarixdən başlanmasını iddia tələbinin əsası kimi göstərsə də, tərəflər arasındakı əmək münasibətlərinin xx.xx.2024-cü il tarixdən başladığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə görə bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (1 ay 13 gün) və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (1 ay 06 gün) ödənilməmiş əmək haqqının əvəzi qismində 831 manat 79 qəpik məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia qalan əmək qismində ödənilməmiş pul tələbinə dair digər hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh Məhdud Məcusliyyətli Cəmiyyətindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (1 ay 13 gün) və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (1 ay 06 gün) ödənilməmiş əmək haqqının əvəzi qismində 831 (səkkiz yüz otuz bir) manat 79 (yetmiş doqquz) qəpik məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar