Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4492/2024 03.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, Ərizəçi Nadirova (Hüseynova) Saray Həsən qızının iştirakı ilə, Ərizəçi Nadirova (Hüseynova) Saray Həsən qızının (Maraqlı şəxs) qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Nadirova (Hüseynova) Saray Həsən qızı ərizə ilə məhkəməyə müraciət edərək, Nadirova (qızlıq soyadı Hüseynova) Saray Həsən qızının xx.xx.1956-cı il tarixdə Ermənistan Respublikasının, Vedi rayonunda doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı il tarixdə Ermənistan Respublikasının Vedi (Ararat) rayonunda anadan olmuşdur. Soyad “Hüseynova” olmuş, 20 avqust 1981-ci ildə X2 ilə Yevlax rayon Qaraməmmədli kənd İcra nümayəndələliyində nikaha daxil olmuş və “Nadirova” soyadını qəbul etmişdir. Hal-hazırda ünvan 1 ünvanda yaşayır. Hazırda onun doğum haqqında şəhadətnasi yoxdur, belə ki, o doğum haqqında şəhadətnaməni itirmişdir, Ermənistan Respublikasında doğulduğundan həmin şəhadətnaməni əldə edə bilmir. O, Maraqlı şəxsnə bu barədə müraciət etsə də, onun ərizsi Maraqlı şəxs tərəfindən təmin edilməmiş, ona xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15- 1356/2024 saylı məktubla xx.xx.1956-cı ildə Ermənistanın Vedi rayonunda anadan doğulmağı ilə bağlı doğum haqqında akt qeydinin bərpası üçün qeydiyyat üzrə məhkəməyə müraciət etməyim bildirilmişdir. Bu səbəbdən də, məcbur olub ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ərizə ünvanlayaraq nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Nadirova (Hüseynova) Saray Həsən qızının Ermənistan Respublikası Vedi rayonunda doğulmasını təsdiq edəcək sənədləri Qeydiyyat şöbəsinə təqdim edə bilmədiyinə görə Qeydiyyat şöbəsində doğum haqqında akt qeydinin bərpası mümkün olmamışdır. Ona görə də barəsində doğum haqqında akt qeydinin bərpası üçün qeydiyyat yeri üzrə məhkəməyə müraciət etmək hüququ vardır. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı ildə Ermənistan Respublikası Ararat rayonunda doğulmuşdur. İş materiallarında olan Yevlax rayon Qaraməmmədli kənd nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 və X1 xx.xx.1981-ci ildə rəsmi nikaha daxil olmuşdur. Nikahdan sonra arvada Nadirova Soyadı verilmişdir. “Elektron məhkəmə” informasiya sisteminə verilmiş sorğudan görünür ki, Ərizəçi xx.xx.1956-cı ildə Ermənistan Respublikası Ararat rayonunda doğulmuşdur. Belə ki, ərizəçinin izahatı və işin materialları ilə Nadirova (Hüseynova) Saray Həsən qızının xx.xx.1956-cı il tarixdə Ermənistan Respublikası, Vedi (Ararat) rayonunda tam sübuta yetirilir. Mülki işin materiallarından da görünür ki, ərizəçi Nadirova (Hüseynova) Saray Həsən qızının doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğum akt qeydinin bərpası üçün lazım olan sənədlər təqdim olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi Nadirova (Hüseynova) Saray Həsən qızının doğumunun qeydi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi Nadirova (Hüseynova) Saray Həsən qızının doğum akt qeydinin bərpa etməkdən və yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki Nadirova (Hüseynova) Saray Həsən qızının doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Nadirova (Hüseynova) Saray Həsən qızının xx.xx.1956-cı il tarixdə Ermənistan Respublikası, Vedi (Ararat) rayonunda doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktı müəyyən edilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, verilmiş ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Nadirova (Hüseynova) Saray Həsən qızının xx.xx.1956-cı il tarixdə Ermənistan Respublikası, Vedi (Ararat) rayonunda doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-4492/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4492/2024
03.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver