Məhkəmə qərarları › İş №2(125)-4497/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4497/2024

01.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4497/2024 01.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, 1 saylı Gəncə Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinə qarşı «miras əmlaka vərəsəlik hüququnun tanınması və miras əmlaka bütövlükdə payın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, 1 saylı Gəncə Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinə qarşı «miras əmlaka vərəsəlik hüququnun tanınması və miras əmlaka bütövlükdə payın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1518*155*9 qeydiyyat nömrəsi ilə torpağa dair tam pay üzrə sahib mərhum anası X1 miras qalmış Məhsəti qəsəbəsi, ünvanda yerləşən *,*4 ha torpaq sahəsindən ibarət miras əmlaka onun tam hissədə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehlər məhkəmənin çağırışlarına üzrlü səbəblər göstərmədən gəlməmişlər, iddiaçı işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.*.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. 26*-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1** (bir yüz) manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 26*, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, 1 saylı Gəncə Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinə qarşı «miras əmlaka vərəsəlik hüququnun tanınması və miras əmlaka bütövlükdə payın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1** (bir yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar