Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4527/2024 29.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X25 İsa oğlunun sədrliyi, X13 Eldar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ailə üzvləri - həyat yoldaşı X10, xx.xx.2002-ci ildə anadan olmuş oğlu X18 və xx.xx.2009-cu ildə anadan olmuş qızı X14 ilə birlikdə mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən mülkün 4/84 hissəsi xüsusi mülkiyyət hüququ ilə ona, 24/84 hissə ilə X9, 7/84 hissə ilə X15, 21/84 hissə ilə X5, 28/84 hissə ilə X16 məxsusdur. ünvan 3 ünvanda yerləşən mülkün 1/3 hissəsi mərhum X1ndan miras qalmışdır. Hazırda həmin miras mülkdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayırlar və onlar onu mülkə buraxmırlar. Halbuki onun başqa yerdə yaşayış evi olmadığı üçün o, 4 nəfərdən ibarət ailəsi ilə kirayədə yaşayır. Bu günkü gündə o, kirayə pulunu verməkdə çətinlik çəkdiyi üçün 4/84 hissə ilə xüsusi mülkiyyətində olan mülkə köçüb yaşamaq istəyir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, o, mübahisəli əmlak olan ünvan 4 ünvanında doğulmuşdur. Həmin əmlak nənəsi Məlahət Əliyevaya məxsus olmuş, nənəsi vəfat etdikdən sonra mübahisəli əmlak üzərində atası Elbrus Əliyev, əmiləri Yaqub Əliyev və Eyyub Əliyevin hər birinin 1/3 hissə olmaqla, miras payları müəyyən edilmiş və Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən çıxarış verilmişdir. Hazırda evli olmaqla anası Cavabdeh2 ilə birlikdə miras əmlakda yaşayır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını və yekun qərar çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işdə olan materialları nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında 0.0722 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 273.4 kv.m olan fərdi yaşayış evi 4/84 hissəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı, 24/84 hissə ilə X6, 7/84 hissə ilə X11, 21/84 hissə ilə X4, 28/84 hissə ilə X12 adına mülk kimi qeydə alınmışdır. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-124/2024 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, mərhum X3 miras qalmış, ünvan 6 ünvanının 1/3 hissəsindən ibarət olan miras əmlaka İddiaçı 1/7 hissədə payı olmaqla ümumi əmlakın 1/21 hissəsinə miras payının müəyyən edilməsi qət edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1981-ci ildə Gəncə şəhərində anadan olmuşdur. X1, anası X7r. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, X18 xx.xx.2002-ci ildə, X14 xx.xx.2009-cu ildə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası X2r. İşdə olan nikah haqqında şəhadətnamədən müəyyən edilir ki, İddiaçı ilə X8 xx.xx.2011-ci il tarixdə rəsmi nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. Beləliklə məhkəmədə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən mülkün 4/84 hissəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı, 24/84 hissə ilə X9, 7/84 hissə ilə X15, 21/84 hissə ilə X5, 28/84 hissə ilə X16 məxsusdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-124/2024 nömrəli qətnaməsi ilə mərhum X3 miras qalmış, ünvan 6 ünvanının 1/3 hissəsindən ibarət olan miras əmlaka İddiaçı 1/7 hissədə payı olmaqla ümumi əmlakın 1/21 hissəsinə miras payı müəyyən edilmişdir. İddiaçı həmin fərdi yaşayış evində onun yaşamağına icazə verilmədiyini qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə əlaqədar qeyd etməyi vacib hesab edir ki, iddiaçının tələbi özünün mülkiyyətində olan fərdi yaşayış evinə ailə üzvləri ilə birlikdə köçürülməsi ilə bağlı olduğundan tərəflərin arasında yaranan münasibətlərə mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə ilə bağlı normalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin; -12.1-ci maddəsinə əsasən, yaşayış sahələri mənzil hüququnun obyektidir. -16-cı maddəsinə əsasən, yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. -29.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. -30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Məhkəmə iddiaçının dövlət reyestrindən verilmiş Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə ümumi paylı mülkiyyətində və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki sahibliyində olan ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddiasına qiymət verərkən, ilk növbədə iddiaçının öz ailə üzvləri ilə birlikdə mübahisəli yaşayış evindən (mənzildən) istifadə etmək hüququnun yaranması əsaslarının mövcud olub-olmamasının və onun əsasında da, iddiaçının subyektiv hüququnun pozulubpozulmaması ilə bağlı iddiaçının cavabdehə qarşı iddia irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsinin müəyyən edilməsini zəruri hesab edərək, belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarından müəyyən edildiyi kimi, iddiaçının ümumi paylı mülkiyyətdə olan mübahisəli fərdi yaşayış evinin həm mülkiyyətçisi olması işin mübahisəsiz halıdır. Yuxarıda qeyd edilən maddi hüquq normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, iddiaçının cavabdehlərlə ümumi paylı mülkiyyətlərində olan fərdi yaşayış evindən istifadə etmək hüquqları qanunla qorunan hüquqdur. Hazırda iddiaçı mübahisəli mənzildən onun ailə üzvləri ilə birlikdə istifadə etməsinə cavabdehlərin imkan vermədiklərini qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mübahisəli əmlakın mülkiyyətçisi olan iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır, qarşı tərəfin hərəkətləri hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir, ona görə də iddiaçının və onun ailə üzvlərinin qanunla qorunan hüquqları müdafiə edilməli və iddia əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı, ailə üzvləri - arvadı X10, xx.xx.2002-ci ildə anadan olmuş oğlu X18 və xx.xx.2009-cu ildə anadan olmuş qızı X14 ilə birlikdə cavabdehlərlə ümumi paylı mülkiyyətlərində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülsünlər. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-4527/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4527/2024
29.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver