Məhkəmə qərarları › İş №2(125)-453/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-453/2023

14.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-453/2023 14.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Əli oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X1, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mülkiyyət hüququ ona məxsus olan ünvan 2 mənzildən cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 mənzil tam mülkiyyət hüququ ilə ona məxsusdur. Bu barədə ona Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin seriya RX № ******* saylı çıxarış verilmişdir. Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 onun mənzilində pasport qeydiyyatındadırlar. Onların onun evində pasport qeydiyyatında olmaları ona bir çox problemlər yaradır. Kommunal ödənişlərdə çox çətinlik çəkir. O, cavabdeh şəxslərin onun mənzilindən istifadə hüquqlarına xitam verilməsini bildirmək istəsə də, onların harada yaşamaları barədə heç bir məlumatı yoxdur və onlarla əlaqə saxlaya bilmir. Ona görə də cavabdeh şəxslərin onun mənzilindən istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmənin hazırlıq iclasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi, vəkili X3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, yalnız Cavabdeh3 mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 məhkəmənin əvvəlki iclasında etiraz təqdim edərək bildirmişdir ki, o, 1999cu ildə İddiaçı oğlu Rüfətlə rəsmi nikaha girərək ailə qurmuşdur. 2000-ci ildə özləri onu ünvan 2 mənzilə qeydiyyata salmışlar. Həmin evdə 01 il yaşamışdır. Onun iddiaçının oğlundan 3 övladı olmuşdur. 22 ildir o, evdə qeydiyyatdadır, onun və övladlarının yaşayış hüququ vardır. Hal-hazırda kirayədə yaşayır. Onun harasa qeydiyyata düşməyə və yaşamağa evi yoxdur. İddiaçının kommunal xərclərlə bağlı ödənişlərinə kömək edə bilər. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 1, ümumi sahəsi 42.9 kv.m olan yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh3 ünvan 2 mənzildə qeydiyyatdadır. İş materiallarında olan Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi 13 nömrəli xidmət sahəsinin tərtib etdiyi aktdan görünür ki, Cavabdeh3 ünvan 1 ünvanında heç vaxt yaşamamışdır və hal-hazırda da yaşamır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, ev 12, 20 nömrəli mənzil xx.xx.2014-cü il tarixdən iddiaçının mülkiyyətindədir. Cavabdeh isə iddiaçının oğlunun ailə üzvü olmaqla 2000-ci ildə həmin mənzildə yaşamış və qeydiyyata alınmışdır. Cavabdeh həmin mənzildə 01 il yaşamış və qeyd olunan fərdi yaşayış evindən uzun müddətdir ki, köçmüş, həmin fərdi yaşayış evi ilə bütün əlaqələrini kəsmişlər. Lakin, onlar hələ də iddiaçıya məxsus fərdi yaşayış evində pasport qeydiyyatında formal olaraq qalmışdır ki, bu da iddiaçının mülkiyyətində olan əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. İşin faktiki halları ilə müəyyən olunur ki, cavabdehin iddiaçıya məxsus evdən istifadə hüquqları yaranmış olsa da, o uzun müddətdir həmin evdə yaşamır və daimi yaşamaq üçün özünə başqa yaşayış yeri seçmişdir. Belə olan vəziyyətdə cavabdehin iddiaçının iradəsinə zidd olaraq formal olaraq onun evində qeydiyyatda qalması iddiaçıya mülkiyyət hüququnu həyata keçirməyə mane olur. Cavabdehin evdən qeydiyyatdan çıxarılması üçün isə onların evdən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğu üçün təmin olunmalı, cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh3 ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar