Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4563/2025 22.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X21 Şakir oğlunun sədrliyi, X8 iclas katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə2, Cavabdeh Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdehlər Gəncə şəhər X16 X5 və Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi:
1. İddiaçı cavabdehlər Gəncə şəhər X16 X5 və Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər X16 X4 direktorunun 3*.*6.2*25-ci il tarixli, “Əmək müqaviləsinin ləğvi barədə” əmri ləğv edərək onun əvvəlki vəzifəyə bərpa edilməyi və məcburi iş buraxma dövrünün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandığı hallar:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, *8.12.2**9-cu il tarixdən Gəncə şəhər X16 X6 ingilis dili müəllimi işləyir. İşlədiyi uzun müddət ərzində daima təhsil müəssisəsinin qabaqcıl müəllimlərindən biri olmuşdur. 3*.*6.2*25-ci il tarixdə Gəncə şəhər X16 X4 direktoru Nümayəndə1 7* nömrəli əmri ilə Təhsilverənlərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə 2*.*6.2*25-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyinə görə onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsini 7*-ci maddəsinin “C” bəndinə əsasən xitam verilmişdir. Hesab edir ki, onun işdən çıxarılmağı barədə əmr əsassız və qanunsuzdur. Belə ki, o, qeyd edilən imtahandan apellyasiya şikayəti vermiş və direktor heç bir əsas olmadan onunla bağlanılmış əmək müqaviləsinə əsassız yerə xitam vermişdir. Əlavə olaraq bildirir ki, əmək müqaviləsinə xitam verilərkən o, hamilə olmuşdur. 27.*6.2*25-ci il tarixdə səhhəti ilə bağlı həkimə müraciət edərkər ona məlum olmuşdur ki, o, 6-7 həftəlik hamilədir. Belə olan halda o, imtahana girməməli olduğu halda imtahanda iştirak etmişdir. Bundan başqa o, 3*.*6.2*25-ci il tarixdə səhər saatlarında hamilə olmağı barədə həm işlədiyi təhsil müəssisəsinə, həm də ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə məlumat vermişdir. Hesab edir ki, 3*.*6.2*25-ci il tarixli, 7* nömrəli “Əmək müqaviləsinin ləğvi barədə” əmr əsassız və qanunsuzdur. Buna görə də əmr ləğv edilərək o, əvvəlki işinə bərpa edilməlidir. Tərəflərin izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, o, *8 dekabr 2**9-cu il tarixdən 3* iyun 2*25-ci il tarixədək Gəncə şəhər X16 X6 ingilis dili müəllimi işləmişdir. İşlədiyi müddətdə nümunəvi müəllim olmuş öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. Hətta öyrədənin öyrədəni də olmuşdur. 2* iyun 2*25-ci il tarixdə təkrar sertifikatlaşdırma imtahanında iştirak etmişdir. Həmin gün halı elə də yaxşı olmamış, cəmi 1 balı imtahandan uğur qazanması üçün çatmamış və imtahandan kəsilmişdir. Bundan sonra o, həkim müayinəsindən keçmiş və nəticədə onun 6-7 həftəlik hamilə olduğu ortaya çıxmışdır. Yəni faktiki olaraq o, təkrar sertifikasiya imtahanının keçirildiyi zaman hamilə olmuşdur. O, dərhal bu barədə işlədiyi məktəbin rəhbərliyinə və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə məlumat vermiş lakin onun hamilə olmasını təsdiq edən sənəd olmasına və imtahanın nəticəsindən apellyasiya şikayəti verməsi gözlənilmədən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsini 7*-ci maddəsinin “C” bəndinə əsasən xitam verilmişdir. Halbuki ki, Əmək Məcəlləsinin 67 və 67-1-ci maddəsi onun sertifikasiya imtahanında iştirakından hamilə olduğu müddətdə azad edir. Lakin buna məhəl qoyulmamış, nəticədə o, çox pis stress kemirmiş və onun hamiləliyi bir müddətdən sonra pozulmuşdur. Odur ki, hesab edir ki, iddiası əsaslı olduğundan təmin olunmalı, 3*.*6.2*25ci il tarixli, 7* nömrəli “Əmək müqaviləsinin ləğvi barədə” əmr əsassız və qanunsuz olduğuna görə ləğv olunmalıdır.
4. İddiaçı nümayəndəsi Nümayəndə2 iddiaçı ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında cavabdeh Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X13 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı əvvəl hamilə olmadığı dövrdə sertifikasiya imtahanında iştirak edərək 25 bal toplamış və kəsilmişdir. Daha sonra 2* iyun 2*25-ci il tarixdə təkrar sertifikatlaşdırma imtahanında iştirak etmiş, yenə də 29 bal toplayaraq kəsilmişdir. Yəni İddiaçı imtahandan keçməsi üçün 1 balı çatmamışdır. Hesab edir ki, İddiaçı təkrar sertifikasiya imtahanı keçirilən zaman 6-7 həftəlik hamilə olması onun həmin imtahanda iştirakdan azad etmir. Belə ki, İddiaçı tibbi baxımdan o qədər də gərgin vəziyyətdə olmamış, heç özü də hamilə olduğunu bilməmişdir. Bu səbəbdən iddia tələbinin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş edir.
6. Cavabdeh Gəncə şəhər X16 X5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərməyərək məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdeh Gəncə şəhər X16 X4 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edtmişdir. Cavabdeh tərəfin iddia tələbinə dair yazılı etirazı:
7. Cavabdeh Gəncə şəhər X16 X1* tərəfindən iddia tələbinə verilmiş etirazdan görünür ki, İddiaçı cavabdeh Gəncə şəhər İnternat Tipli X1rşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə şəhər X16 X1* aşağıda qeyd olunanlara əsasən İddiaçı iddia ərizəsinə etiraz edir: 1. Əvvəla qeyd olunur ki, iddiaçının işdən çıxarılması əmrinin verilməsinə əsas Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 25 iyun 2*25-ci il tarixli, 3-29-69-/3-2-29F/2*25 saylı əmri olmuşdur. Belə ki, iddiaçı təkrar olaraq sertifikatlaşdırmadan keçmədiyi üçün onun barəsində səlahiyyətli orqan tərəfindən qərar qəbul olunmuş və həmin qərar əsas götürülərək onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. 2. Digər məsələ iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi imtahan ərəfəsində hamilə olması olmuşdur. İddiaçı tərəfindən onun hamilə olması, imtahanda iştirakının mümkün olmaması və ya üzürlü hesab edilməsi ilə bağlı nə Məktəbəqədər və ümumi Təhsil üzrə Dövlət Agentliyinə, nə də Gəncə şəhər X16 X1* rəhbərliyinə rəsmi müraciət daxil olmamışdır. İddiaçı sərbəst qaydada sertifikatlaşdırma imtahanında iştirak etmiş və imtahanda təkrar olaraq məqbul hesab olunan keçid balını toplamamışdır. Bu səbəbdən işəgötürən tərəfindən qanunvericiliyin tələbi əsas götürülməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. “Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası’nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* dekabr 2*23-cü il tarixli, 488 saylı qərarının 5.4.-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi 1 (bir) ay müddətində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “C” bəndinə müvafiq olaraq işə götürən tərəfindən ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin c bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə onunla bağlanmış əmək müqaviləsi işə götürən tərəfindən ləğv edilə bilər. Odur ki, yuxarıda qeyd olunanlara əsasən, İddiaçı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi barədə” iddia tələbi əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur.
8. Cavabdeh Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən iddia tələbinə verilmiş etirazdan görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi aşağıda qeyd olunanlara əsasən İddiaçı iddia ərizəsinə etiraz edir: 1. İddiaçı Gəncə şəhər X16 X6 ingilis dili üzrə müəllim vəzifəsində çalışmış və 2*.*6.2*25-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırma imtahanında iştirak etmişdir. Lakin imtahan nəticəsinə əsasən, müəyyən edilmiş minimum bal tələbinə cavab vermədiyi üçün onun peşə fəaliyyətini davam etdirməsi mümkün olmamışdır və bu səbəbdən, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 3-29-69/3-2- 29F/2*25 saylı, 25 iyun 2*25-ci il tarixli əmrinə əsaslanmaqla Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*2*-ci il 3* aprel tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Həmin Qaydanın 5.3-cü bəndinə əsasən isə təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar və eynilə həmin qaydanın 5.4-cü maddəsinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “C” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi nəzərdə tutulduğundan, iddiaçının təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edilməklə, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “C” bəndinə əsasən xitam verilməsi qanuna uyğundur. 2. İddiaçı öz iddia ərizəsində qeyd edir ki, o, sertifikasiya imtahanında iştirak etdikdən və nəticələri bəlli olduqdan sonra, 27 iyun 2*25-ci il tarixində tibbi müayinədən keçərək 5-6 həftəlik hamilə olduğunu öyrənmişdir. Bu səbəbdən də, əmək müqaviləsinə xitam verilməsi haqqında çıxarılmış əmrin qanunsuz və əsassız olduğunu iddia etmişdir. Lakin bu iddia ilə bağlı xüsusilə vurğulamaq istəyirlər ki, iddiaçının özünün də ərizəsində təsdiqlədiyi kimi, əmək müqaviləsinə xitam verilməsi haqqında qərarın qəbul edildiyi tarixdə işəgötürən tərəfində onun hamilə olması barədə hər hansı bir məlumat mövcud olmamışdır. İşçinin hamiləlik faktı barədə rəsmi bildiriş və tibbi sənəd təqdim edilməmişdir, yalnız əmək müqaviləsinə xitam verildikdən sonra şifahi məlumat verilmişdir. Eyni zamanda bildirilir ki, işçinin müqaviləsinə xitam verilməsi hamiləlik faktı məlum olmamışdan əvvəl – sertifikatlaşdırma nəticəsinə görə əsaslandırılmışdır. İddiaçı 2* iyun 2*25-ci il tarixində təkrar sertifikatlaşdırma imtahanında iştirak etmiş, lakin müəyyən olunmuş minimum bal tələbinə cavab verə bilməmişdir. Bu nəticə isə Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, pedaqoji fəaliyyətin davam etdirilməsi üçün tələb olunan şərtlərdən biridir və nəticə etibarilə əmək müqaviləsinə xitam verilməsi üçün qanuni əsas yaratmışdır. 3. Eyni zamanda diqqətə çatdırmaq istəyirlər ki, işçinin hamiləlik vəziyyəti ilə onun sertifikatlaşdırma prosesində iştirak etməsi və həmin prosesin nəticələrinə əsasən əmək münasibətlərinə xitam verilməsi arasında hüquqi cəhətdən səbəb-nəticə əlaqəsi mövcud deyildir. Əksinə, təkrar sertifikatlaşdırma proseduru pedaqoji fəaliyyətin keyfiyyət göstəricilərini və müəllimin peşəkar bilik səviyyəsini obyektiv şəkildə ölçmək məqsədi daşıyır. Bu baxımdan, işçinin təkrar sertifikatlaşdırmadan uğursuz nəticə göstərməsi, onun tədris prosesini yüksək keyfiyyətlə və peşəkarlıqla həyata keçirmək imkanlarının məhdud olduğunu təsdiqləyən əsaslı göstəricidir. Bununla əlaqədar olaraq, qeyd etmək zəruridir ki, müəllimin keyfiyyətsiz dərs keçməsi yalnız işəgötürənin hüquq və maraqlarını deyil, həm də birbaşa təhsilin ümumi səviyyəsini, şagirdlərin təlim nəticələrini və nəticə etibarilə cəmiyyətin və dövlətin strateji maraqlarını ciddi şəkildə zədələyir. Belə hallarda işəgötürənin əmək münasibətlərinə xitam verməsi qanunvericiliklə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində həyata keçirilmişdir və bu tədbir yalnız obyektiv meyarlara əsaslanır. Yuxarıda qeyd olunanları nəzərə alaraq vurğulanır ki, bu kimi hallarda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin (işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsi halları) tətbiqi tam hüquqi əsaslara söykənir. Əks mövqenin qəbul edilməsi isə bir tərəfdən işəgötürənin qanuni hüquqlarının pozulması, digər tərəfdən isə işçinin hüquqdan sui-istifadə halları üçün zəmin yaratmış olur. Təhsil sektorunda çalışan şəxslərin peşəkarlıq səviyyəsinin yüksək olması dövlətin prioritet məqsədlərindən biri kimi çıxış etdiyi üçün bu məsələnin hüquqi qiymətləndirilməsi zamanı həm qanunvericiliyin tələbləri, həm də təhsilin keyfiyyətinə dair ictimai və dövlət maraqları nəzərə alınmalı, işə obyektiv və ədalətli hüquqi yanaşma təmin edilməlidir. Hüquqi məsələlər: Sertifikatlaşdırılmadan keçmək hər bir təhsilverənin vəzifəsidir (“Təhsil haqqında” Qanunun 33.3.9-cu, “Ümumi təhsil haqqında” Qanunun 23.3.2-ci maddələri). “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2-ci maddəsinin, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinin və Əmək Məcəlləsinin 67-2-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*2*-ci il 3* aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın tələblərinə uyğun olaraq, dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər məcburi sertifikatlaşdırmadan keçməlidir və sertifikatlaşdırmadan keçməyən şəxslərin pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ yoxdur. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2-ci, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci və Əmək Məcəlləsinin 67-2-ci maddələrində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*2*-ci il 3* aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nda sertifikatlaşdırmadan keçirilməyən təhsilverənlərin siyahısı qeyd olunmuşdur. Eyni zamanda, 6* və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olması qeyd olunmuşdur. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2.1-ci maddəsinə əsasən dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsin 67-2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2.5-ci maddəsinə və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinnin 67-2-ci maddəsinin 4-cü hissəsinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsinə dair” tələbi əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar;
9. İddiaçı məxsus **8165* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, sonuncu dəfə Gəncə şəhər X16 X4 19.*6.2*2*-ci il tarixli, 53 nömrəli əmrinə əsasən Gimnaziyaya müddətsiz ingilis dili müəllimi təyin edilmişdir. 1*. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 25 iyun 2*25-ci il tarixli, 3-29-69/3-2-29F/2*25 nömrəli əmrinin surətindən görünür ki, 1. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, regional təhsil idarələrinə və Agentliyin Aparatının tabeliyində olan ümumi təhsil müəssisələrinə tapşırılsın ki, 2* iyun 2*25-ci il tarixdə keçirilən təkrar sertifikatlaşdırlmadan keçməyən təhsilverənlərin (siyahı əlavə olunur) əmək müqavilələrinin 2*25-ci ilin 3* iyun tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsini və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini təmin etsinlər.
11. İddiaçı - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırova ünvanlandığı 3*.*6.2*25-ci il tarixli ərizəsində göstərmişdir ki, ... “Yazıb Sizə bildirəm ki, 2* iyun 2*25-ci il tarixdə Gəncə şəhəri 12 saylı tam orta məktəbdə ETN və MÜTDA tərəfindən keçirilmiş, Təhsil verənlərin sertifikatlaşdırma prosesi ilə bağlı keçirilmiş imtahanda neqativ halların baş verməsi ilə bağlı mən imtahanda guya ki, yetərli bal toplaya bilmədiyimə görə (29 bal toplamışam) məni uğursuz nəticə toplayan müəllimə kimi qeydiyyata almısız. Bununla mən razı deyiləm və apellyasiya şikayəti vermişəm. 17 ildir peşəkar, səriştəli, savadlı və məsuliyyətli müəllimə kimi vəzifəmin öhtəsindən gəlmişəm. Bunu pedaqoji həmkar heyyətimiz və valideyinlər də sübut edə bilərlər. 2*11-ci ildə Təhsil Naziri cənab Misir Mərdanov mənə “TƏLİMÇİ” statusu sertifikatı təqdim etmişdir. Bildiyimiz kimi təkrar sertifikatlaşdırmadan keçməyən təhsil verənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Lakin, mən hal-hazırda hamiləyəm. Bəli, Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 2-ci bəndinin nəzərə alsaq, mən sertifikasiyada iştirak etməli deyildim. Bunu isə mən sertifıkasiya imtahanı bitəndən 3 gün sonra özümdə baş verən narahatlıqdan sonra bilmişəm. Yəni, Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar, 1. İşəgötürən tərəfindən: hamilə qadınların; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Xahiş edirəm mənim əmək müqaviləmə xitam verilməsi ilə bağlı prosesin dayandırılması ilə bağlı müvafiq göstəriş verəsiz.”
12. Gəncə şəhər X16 X4 direktoru Nümayəndə1 tərəfindən imzalanmış “əmək müqaviləsinə xitam verilməsi barədə” 3* iyun 2*25-ci il tarixli, 7* nömrəli əmrdən görünür ki, Gəncə şəhər X16 X6 ingilis dili müəllimi işləyən İddiaçı ilə bağlanmış xxxxxxx***2** nömrəli əmək müqaviləsi, «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c”-peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə» maddəsinə əsasən 3*.*6.2*25-ci il tarixdən xitam verilmişdir.
13. X3 Ginekoloji Polikilinikasının həkimi X11 tərəfindən verilmiş 23 iyun 2*25-ci il tarixli tibbi məlumatdan görünür ki, İddiaçı 5-6 həftəlik hamiləlik (uşaqlıaq boşluğunda 1 döl yumurtası) təyin olunmuşdur.
14. *3.*7.2*25-ci il tarixli müraciət vərəqələrinin surətindən görünür ki, İddiaçı Gəncə şəhər X16 X6 əmək hüquqlarının pozulmasına görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X12nə şikayətlər etmişdir.
15. X7 PHŞ Perinatal Mərkəz tərəfindən verilmiş 16.*7.2*25-ci il tarixli ultrasəs müayinəsinə dair tibbi məlumatdan (həkim radioloq Aynur Ağabəyli) görünür ki, İddiaçı 7 həftəlik hamiləlik aşkar olunmuşdur.
16. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X22 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X22 tərəfindən verilmiş 23 iyul 2*25-ci il tarixli, 18- *1-37/3-3323/2*25 nömrəli arayışdan görünür ki. ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.1983-cü il təvəllüdlü, İddiaçı (Fin: xxxxxxx) həqiqətən 8 (səkkiz) həftəlik hamilədir və Ü.Hacıbəyli ASM-də qeydiyyatdadır.
17. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin İddiaçı ünvanlandığı 27 avqust 2*25-ci il tarixli, 3-17-5/2-Ş-76689/25 nömrəli məktubunda bildirilmişdir ki, ... “ Sizin işdən qanunsuz azad olunmağınız barədə Azərbaycan Respublikası Əmək və Əhalin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinə ünvanladığınız müraciətinizə Xidmətin Gəncə-Daşkəsən regional şöbəsində baxılmışdır. Müraciətinizlə əlaqədar Gimnaziyanın 1*.*7.2*25-ci il tarixli, 23 nömrəli məktubuna və məktuba əlavə olaraq Şöbəyə təqdim etdiyi sənədlərə baxılması zamanı Sizinlə Gimnaziya arasında bağlanılmış 13.1*.2*11-ci il tarixli əmək müqavilənizə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 25 iyun 2*25-ci il tarixli, 3-29-69/3-2-29F/2*25 nömrəli “Təkrar sertifikatlaşdırmada keçməyən təhsil verənlər barədə” əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra- Məcəllə) 7*-ci maddəsinin “c” bəndinə uyğun olaraq 3*.*6.2*25-ci il tarixində xitam verildiyi məlum olmuşdur. Müraciətinizə baxılmasında iştirakınızın təmin olunması məqsədilə Şöbəyə dəvət olundunuz, Şöbəyə təqdim etdiyiniz yazılı izahatınızda 2*.*6.2*25-ci il tarixində Təkrar sertifikatlaşdırma imtahanında iştirak etdiyinizi, lakin fizioloji vəziyyətinizi (hamilə olduğunuzu) həmin vaxt bilmədiyinizi, habelə mövcud vəziyyətlə bağlı işəgötürənə 27.*6.2*25-ci il tarixdə məlumat verdiyinizi, o cümlədən son haqq-hesabınızın düzgün ödənilmədiyini bildirdiniz. Şöbəyə təqdim etdiyiniz hamilə olduğunuz barədə işəgötürənə ünvanladığınız məktubun və USM müayinəsi SX*4844*562AZ nömrəli poçt göndərişinə əsasən 3*.*6.2*25-ci il tarixdə saat *9:5*-də işəgötürənə çatdırıldığı məlum olmuşdur. 3- 17-5/1-Ş-5*344/2*25 nömrəli 18.*8.2*25 tarixli izahatınızda son haqq-hesabınızın müvafiq qanunvericiliyə uyğun ödənildiyini, heç bir etirazınızın olmadığını qeyd etdiniz. Müraciətinizə baxılması zamanı işəgötürən tərəfindən əmək müqaviləniz ləğv edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra - Məcəllə) 79-cu maddəsinin 1-ci hissəsinin tələbləri nəzərə alınmadan (İşəgötürən tərəfindən hamilə qadınla bu Məcəllənin 7*-maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır) əmək müqavilənizin ləğv edildiyi məlum olmuşdur. Belə ki, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X15 23.*7.2*25-ci il tarixli 18-1-37/3-3323/2*25 nömrəli arayışında Sizin 8 (səkkiz) həftəlik hamilə olduğunuz öz təsdiqini tapmışdır. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) nəzərdə tutulmuş xəta törədilmişdir.Tərəfimizdən inzibati xətanı törədən Gimzaniyanın direktoru Nümayəndə1 barəsində 28.*7.2*25 tarixli MN ******* inzibati xəta haqqında protokol tərtib edilərək iş üzrə icraata başlanılmış və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 3* gün müddət müəyyən olunaraq *8.*8.2*25-ci il tarixli MN **2367* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Müraciətdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır.
18. *1.*9.2*25-ci il tarixli ərizədən görünür ki, İddiaçı Gəncə şəhər X16 X6 əmək hüquqlarının pozulmasına görə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Bahar Muradovaya müraciət etmişdir.
19. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə 14 iyul 2*25-ci il tarixli, MŞG/MT*33/2*25 nömrəli arayışdan görünür ki, bu arayış İddiaçı və Gəncə şəhər X16 X4 direktoru Nümayəndə1 14 iyul 2*25-ci il tarixində, saat 1*:** saatlarında “işə bərpa” tələbi barədə mübahisəsi üzrə keçirilən ilkin mediasiya sessiyasında işirak etdiyini təsdiq etmək üçün verilir. Lakin, Gəncə şəhər X16 X4 direktoru Nümayəndə1 ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirilməsinə razılıq verməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 55 (əlli beş) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə iclasında müəyyən edilən hallar: 2*. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh Gəncə şəhər X16 X1* arasında bağlanmış 19 iyun 2*2*-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Gəncə şəhər X16 X6 müddətsiz olaraq ingili dili müəllimi vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı 2* iyun 2*25-ci il tarixdə təkrar sertifikatlaşdırma imtahanında iştirak etmişdir. Lakin İddiaçı imtahanda uğur qazanmaq üçün 1 bal az toplayaraq təkrar sertifikatlaşdırma imtahanından kəsilmişdir. İddiaçı imtahandan 3 gün sonra, yəni 23 iyun 2*25-ci il tarixdə tibbi yoxlamadan keçmiş və onun 5-6 həftəlik hamilə olması müəyyən olunmuşdur. Bundan sonra iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırova bu faktı qeyd edərək onun işdən azad edilməsinin dayandırılmasını xahiş etmişdir. Lakin Gəncə şəhər X16 X4 direktoru Nümayəndə1 tərəfindən imzalanmış “əmək müqaviləsinə xitam verilməsi barədə” 3* iyun 2*25-ci il tarixli, 7* nömrəli əmrə əsasən İddiaçı ilə bağlanmış xxxxxxx***2** nömrəli əmək müqaviləsi «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Bundan sonra iddiaçı bir sıra orqanlara o cümlədən X12nə müraciət etmişdir. Aparılmış araşdırma zamanı iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin pozulması zamanı qanunvericiliyin tələblərinin pozulduğu müəyyən olunmuş, bu səbəbdən işəgötürən barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İddiaçı iddia tələbini məhkəmə iclasında müdafiə etmiş, cavabdeh tərəf isə iddia tələbinə öz etirazını bildirmişdir. Məhkəmənin mövqeyi və təbiq olunan hüquq:
21. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
22. Belə ki, məhkəmə tərəflər arasında olan mübahisənin hüquqi həlli ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
23. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.
24. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 9-cu maddəsinin “q” bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işçinin əsas hüquqlarındadır. - 12-ci maddəsinin 1-ci bəndinin, “b” yarımbəndində həmin Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin vəzifəsi kimi nəzərdə tutulmuşdur. - 11-ci maddəsinə əsasən işəgötürənin əmək münasibətləri sahəsində daşıdığı əsas vəzifələrindən biri də Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək,əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq, işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq vəzifəsidir. - 45-ci maddəsinin 1-ci bəndinə görə əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Həmin maddənin 2-ci bəndinə görə əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməyibsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. - 67-ci maddəsinin 1-ci bəndinə görə Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. - 67-1-ci maddəsinin 2-ci bəndinə əsasən hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası tələb olunmur. - 67-2-ci maddəsinin 2-ci bəndinə görə hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir. - 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər və 68.2-ci maddəsinin a bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi tərəflərdən birinin təşəbbüsü qeyd edilmişdir. - 7*-ci maddəsində “c” bəndində peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv olunması əsası qeyd olunmuşdur. - 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. - 79-cu maddəsinin 1-ci bəndinə görə işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-1** faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
25. Məhkəmənin qənaətinə görə İddiaçı Gəncə şəhər X16 X4 direktoru Nümayəndə1 tərəfindən imzalanmış “əmək müqaviləsinə xitam verilməsi barədə” 3* iyun 2*25-ci il tarixli, 7* nömrəli əmri qanuni və əsaslı sayıla bilməz.
26. Belə ki, İddiaçı 2* iyun 2*25-ci il tarixdə təkrar sertifikatlaşdırma imtahanında iştirak etsə də imtahanda uğur qazanmaq üçün 1 bal az topladığı üçün təkrar sertifikatlaşdırma imtahanından kəsilmişdir. İddiaçı təkrar sertifikatlaşdırma imtahandan 3 gün sonra, yəni 23 iyun 2*25-ci il tarixdə tibbi müayinə olunduqda onun 5-6 həftəlik hamilə olması aşkar olunmuşdur. Bundan sonra iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırova bu faktı qeyd edərək onun işdən azad edilməsinin dayandırılmasını xahiş etsə də Gəncə şəhər X16 X4 direktoru Nümayəndə1 tərəfindən imzalanmış “əmək müqaviləsinə xitam verilməsi barədə” 3* iyun 2*25-ci il tarixli, 7* nömrəli əmrə əsasən İddiaçı ilə bağlanmış xxxxxxx***2** nömrəli əmək müqaviləsi «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Bundan sonra iddiaçı bir sıra orqanlara o cümlədən X12nə müraciət etmişdir. Aparılmış araşdırma zamanı iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin ləğvi zamanı qanunvericiliyin tələblərinin pozulduğu müəyyən olunmuşdur.
27. Göründüyü kimi əmək qanunvericiliyi hamilə qadının sertifikasiyasının tələb olunmadığını müəyyən etməklə yanaşı, həmçinin hamilə qadınla işögötürən arasında bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla ləğv edilməsini qadağan edir. İşəgötürən isə bu halları nəzərə almadan qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur.
28. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı barəsində Gəncə şəhər X16 X4 direktoru Nümayəndə1 tərəfindən imzalanmış “əmək müqaviləsinə xitam verilməsi barədə” 3* iyun 2*25-ci il tarixli, 7* nömrəli əmr ləğv olunmalı, İddiaçı Gəncə şəhər X16 X6 ingilis dili müəllimi vəzifəsinə işə bərpa edilməli və ona məcburi iş buraxma dövrü üçün əmək haqqı hesablanıb ödənilməlidir.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 3*. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216-22*, 227 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası təmin edilsin. İddiaçı barəsində Gəncə şəhər X16 X4 direktoru Nümayəndə1 tərəfindən imzalanmış “əmək müqaviləsinə xitam verilməsi barədə” 3* iyun 2*25-ci il tarixli, 7* nömrəli əmr ləğv edilsin. İddiaçı Gəncə şəhər X16 X6 ingilis dili müəllimi vəzifəsinə işə bərpa edilsin və ona məcburi iş buraxma dövrü üçün əmək haqqı hesablanıb ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov