Məhkəmə qərarları › İş №2(125)-460/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-460/2022

22.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-460/2022 22.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizələrlə məhkəməyə müraciət edərək, onun xx.xx.1953-cü il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunun Oxçoğlu kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1953-cü il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunun Oxçoğlu kəndində anadan olmuş, 1978 ci ildə X3 ilə nikaha girərək ailə qurmuşdur. Bundan sonra Azərbaycana, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Ona məxsus olan doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir və tapılmamışdır. Bu da o, öz hüquqlarımı həyata keçirməkdə çətinliklər yaradır. Məhkəmə iclasında ərizəçi tələbini müdafiə edərək doğum akt qeydinin bərpa edilməsinin gələcəkdə vərəsəliklə bağlı sənədləşdirmə üçün zəruri olduğundan ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Gəncə şəhər Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1953-cü ildə Ermənistan Respublikasında anadan olmuşdur. İş materiallarında olan İ-СЛ seriyalı, 257232 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi və X3 xx.xx.1978-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarına əlavə edilən Gəncə şəhər X2 Mahizər Əli qızına ünvanladığı 174/15 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, o, doğumun bərpası üçün lazım olan sənədləri tədqim edə bilmədiyindən ərizəsinin təmin edilməsi mükün olmamışdır. İş materillarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1959-cu ildə Ermənistan Respublikasının, Amasya rayonunda anadan olmuş, onun atası X5, anası isə X1 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, Ərizəçi bacısıdır. Ərizəçi 1953-cü il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunun Oxçoğlu kəndində doğulmuşdur. Onların atası X5, anası isə X1 olmuşdur. Belə ki, ərizəçinin izahatı, şahid ifadəsi və işin materialları ilə Ərizəçi 1953-cü il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunun Oxçoğlu kəndində doğulması, atasının X5, anasının X1 olması sübuta yetirilmişdir. Lakin ərizəçinin doğulduğu gün və ay iş materiallarına əsasən sübuta yetirilmir. Belə ki, ərizəçinin 22 sentyabrda doğulması şahid ifadəsiylə təsdiqlənmir. Bundan başqa, nikah haqqında şəhadətnaməsində ərizəçinin doğum tarixi kimi “xx.xx.1952-ci il” qeydi üzrə sonradan dəyişiklik edilməsi sənədin əslinə baxış keçirilən zaman məlum olmuşdur. Bununla yanaşı, şəhadətnamədə qeyd edilən tarixlə hazırda araşdırılan ərizə üzrə tarix eynilik təşkil etmir. Mülki işin materiallarından da görünür ki, Ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğum akt qeydinin bərpası üçün lazım olan sənədlər təqdim olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi vərəsəliklə bağlı doğumunun qeydi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin Ərizəçi doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi Ərizəçi doğum akt qeydinin bərpa etməkdən və yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki Ərizəçi doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi xx.xx.1953-cü il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunun Oxçoğlu kəndində doğulması, atasının X5, anasının X1 olması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, verilmiş ərizə həmin hissədə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. Ərizəçi atası X5, anası isə X1 olmaqla, xx.xx.1953-cü il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunun Oxçoğlu kəndində doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar