Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4628/2024 14.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X31 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X32 Şəxsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6rşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi maraqlı şəxs “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X19rşı ərizə ilə məhkəməyə müraciət edərək, X4 1968-ci il tarixdən 1997-ci il tarixədək Gəncə Stomatoloji poliklinikada həkim-stomatoloq vəzifəsində işləməsi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa maraqlı şəxs “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X33 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X32 Şəxsi ilə əvəz edilmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum əri X11 1968-ci ildə Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsini bitirmişdir. Bu barədə ona Ş 294266 seriyalı, qeydiyyat nömrəsi 14082 saylı diplom verilmişdir. X11 1968-ci il tarixdən Gəncə şəhər Stomatologiya poliklinikasında həkim-stomatoloq kimi əmək fəaliyyətinə başlamışdır. O, X1 1997-ci ilədək əmək fəaliyyətini davam etdirmişdir. Ancaq Gəncə şəhər Stomatoloji poliklinika binasında 04 may 1994-cü il tarixdə yanğın baş vermiş və nəticədə arxiv sənədləri də yanmışdır. Bu barədə Gəncə şəhər X17 İdarəsi tərəfindən təqdim olunmuş arayışdan da məlum olur ki, həqiqətən ünvan 1 ünvanda yerləşən Diş Poliklinikasında 04 may 1994-cü il tarixdə yanğın baş vermişdir. Ona görə də Dövlət X23na müraciət edərək mərhum əri X4 1968-1997-ci illərdə Gəncə stomatoloji poliklinikada həkim-stomatoloq kimi fəaliyyət göstərməsi barədə arxiv arayışı verilməsini xahiş etmişdir. Müraciətinə cavab olaraq Gəncə Stomatoloji poliklinikanın arxiv sənədlərinin Dövlət X23na təhvil verilmədiyindən müraciəti müsbət cavablandırılmamışdır. Bütün vasitələrdən istifadə etməsinə baxmayaraq mərhum əri X4 1968-ci ildən 1997-ci ilədək X1 əmək fəaliyyətində olması barədə sənəd əldə edə bilməmişdir. Həmin poliklinikada 04 may 1994-cü il tarixdə yanğın baş verməsi səbəbindən arxiv sənədlərinin yanması ehtimalı edilir. Ancaq həmin poliklinikada tanıdığı iki nəfər vardır ki, onlar X8 həkim-stomatoloq və X12 tibb qeydiyyatçısı vəzifəsində əmək fəaliyyətində olmuşlar. Gəncə Stomatoloji klinikasının hər iki əməkdaşı mərhum əri X4 onlarla birlikdə əmək fəaliyyətində olması faktını təsdiq edirlər. Mərhum əri X4 X1 işləməsi faktının müəyyən edilməsi bir sıra hüquqi əməliyyatları həyata keçirməsi, o cümlədən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən ölmüş ərin (arvadın) pensiyasının ona təyin olunmasına görə müraciət etmək üçün vacib lazımdır. Ona görə də mərhum əri X4 1968-1997-ci illərdə X1 əmək fəaliyyətində olması hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, əri X11 1998-ci ilin yanvar ayında vəfat etmişdir. Yoldaşının təqaüdünün ona təyin olunmasını istəyir. DSMF-yə müraciət etmişdirlər, lakin sənədlər yandığı üçün müraciətləri təmin olunmamışdır.1994-cü ildən 1997-ci ilə kimi mərhum əri X2 şəhəri, Sabir küçəsində obyekt götürüb stomatoloq kimi işləmişdir. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyib, məhkəməyə yazılı etirazlarını da ünvanladıqlarını bildirərək izahatında göstərdi ki, şahidlərin işlədiyi dövrlər ərizədə qeyd olunan dövrlərə təsadüf etmir. Ərizənin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dinlənilən X13 ifadəsində göstərdi ki, Ərizəçi ilə, həm də onun mərhum əri Qalib həkim ilə 1 il yarım bir yerdə işləmişdirlər. 1977-ci ildən tibb qeydiyyatçısı vəzifəsində işləmişdir. Qalib həkim həmin vaxt da işləmişdir. Daha sonra o analıq məzuniyyətinə çıxmış, qayıtdıqda isə ixtisara salınmış, işdən çıxmışdır. Analıq məzuniyyətindən qayıdanda hələ müəssisə yanmamışdır. Yanandan 1-2 il sonra isə bərpa olunmuşdur. Qalib həkim müəssisə yanandan sonra kabinet götürüb işləmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dinlənilən X9 ifadəsində göstərdi ki, Ərizəçi bibisi oğlunun yoldaşıdır. Qalib 68-ci ildən vəfat edənə kimi stomatoloji poliklinikada işləmişdir. Özü isə 1984-cü ildən poliklinikada işləmişdir. Onun əmək kitabçası da yanğın zamanı yanmışdır. Ancaq təqaüdə çıxmaq üçün əmək kitabçası tələb olunduqda dublikatını çıxarmışdır. Müəssisə yandıqdan sonra Qalib ayrıca kabinet götürüb işlətmişdir. O isə poliklinika bərpa olunduqdan sonra poliklinikada işləmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2023-cü il tarixli arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 ilə X14 nikahları xx.xx.1980-ci il tarixdə Gəncə şəhər Qeydiyyat şöbəsində 1208 nömrə ilə qeydə alınmışdır. İV-JQ 462428 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.1998-ci ildə ölmüşdür. xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Ərizəçi ilə X4 nikahlarına xx.xx.1998-ci ildə Qalib Məmmədovun ölümü səbəbindən xitam verilmişdir. “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X33 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Gəncə şəhəri, Nizami küçəsində yerləşən poliklinika yandığı üçün yoldaşı X3 həmin poliklinikada işləməsi barədə heç bir sənəd verə bilməmişdirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 03/3737 nömrəli arayışdan görünür ki, X11 1963-cü ildə Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsinin İ kursuna əyani şöbəsinə qəbul olmuş və 1968-ci ildə həmin fakültənin əyani şöbəsini bitirmişdir. Universiteti bitirdikdə ona Ş 294266 seriyalı, 14082 qeydiyyat nömrəli, xx.xx.1968-ci il tarixli diplom verilmişdir. Azərbaycan Respublikası Dövlət X23 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1214(810)/4 nömrəli məktubdan görünür ki, X3 1968-1997-ci illərdə Kirovabad Stomatoloji poliklinikada işləməsi barədə göstərilən təşkilatın arxiv sənədləri Dövlət X23na təhvil verilmədiyindən sorğunun cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X17 Xidməti Gəncə Şəhər Dövlət X16 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1994-cü il tarixdə ünvan 3 ünvanda yerləşən Diş poliklinikasında yanğın hadisəsi baş vermişdir. X5 məxsus ******* nömrəli əmək kitabçasının 1-ci və 3-cü vərəqələrinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1984-cü ildə 1,0 ştat vahidi həkimstomatoloq vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2008-ci ildə müəssisənin özəlləşməsi ilə əlaqədar olaraq işdən azad edilmişdir. X7 məxsus ******* nömrəli əmək kitabçasının 1-ci və 3-cü vərəqələrinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1977-ci ildə Gəncə şəhər Stomatoloji poliklinikada tibb qeydiyyatçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2000-ci ildə verdiyi ərizəyə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Ərizəçi ünvanlanmış ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubdan görünür ki, Ərizəçi əri Q.Məmmədovun ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi sonuncunun stajı az olduğundan mümkün hesab edilməmiş və ona xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, Ərizəçi əri X15 xx.xx.1998-ci ildə ölmüşdür. Ərizəçi ərinə təyin edilmiş təqaüdü almaq üçün ərinin əmək stajı ilə əlaqədar sənədləri məhkəmədən kənar başqa qaydada əldə edə bilmədiyinə görə X4 1968-ci il tarixdən 1994-cü il tarixədək Gəncə Stomatoloji poliklinikada həkim-stomatoloq vəzifəsində işləməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.Məhkəmə iclasında şahid qismində dinlənilmiş X10 və X13 ifadələrində həqiqətən Gəncə Stomatoloji poliklinikanada yanğın baş verməsini və X4 1968-1994-ci illərdə Diş poliklinikasında həkim-stomatoloq kimi işləməsini təsdiq etmişdirlər. Şahidlərin həmin poliklinikada işləməsi onların əmək itabçaları ilə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Əmək pensiyaları haqqında Azərbaycan Rrespublikası Qanunununun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının atası, anası, əri, arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, habelə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. (mad.307.2.11) MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə sübut olundu ki, ərizəçinin əri 1968-ci il tarixdən 1994-cü il tarixədək Gəncə Stomatoloji poliklinikada həkim-stomatoloq işləmişdir. Ərizəçi mərhum ərinin iş stajı faktını təsdiq edən lazımı sənədləri poliklinikada yanğın baş verməsi nəticəsində arxiv sənədləri yandığına görə əldə edə bilmir. Ona görə də ərizə əsaslı olduğundan qismən təmin edilməlidir. Ərizəçinin ərinin 1994-cü ildən 1997-ci ilə qədər özəl kabinetdə həkimstomatoloq işləməsi faktının müəyyən edilməsinə dair məhkəmə qeyd edir ki, ərizəçi həmin faktı məhkəmədən kənar əldə etmək imkanında olduğu üçün ərizə həmin hissədə təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə qismən təmin edilsin. X4 1968-ci il tarixdən 1994-cü il tarixədək Gəncə Stomatoloji poliklinikada həkimstomatoloq işləməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-4628/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4628/2024
14.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver