Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-464/2023 18.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı paylı mülkiyyətdə olan ünvan 1 ünvanında olan mülkə köçürülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, mübahisəli mülkdə qeydiyyatdadır və yaşayırdı. Həmin ev rəhmətlik anaslı X1 məxsus olmuşdur. Anası vəfat etdikdən sonra keçmiş, gəlni olan cavabdehlə mübahisələri başlamış və cavabdeh onu həmin evdə yaşamağa imkan verməmişdir. Həmin mübahisəli mülk ilə bağlı bir neçə məhkəmə işləri olmuşdur. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 16 iyun 2016-ci il tarixli 2(044)- 2288/2016 saylı qətnaməsi ilə ünvan 2 ünvana 1/5 payı müəyyən edilərək köçürülməsi barədə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən verilən apellyasiya şikayəti, təmin edilərək Gəncə Apellyasiya Məhkəməsinin 03 oktyabr 2016- ci il tarixli 2(104)-1825/2016 saylı qətnaməsi ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 16 iyun 2016-ci il tarixli 2(044)-2288/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 31 mart 2017-ci il tarixli 2(102)-2125/2017 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 03 oktyabr 2016-cı il tarixli 2( 104)-1825/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəneə şəhəri üzrə İcra İdarəsinin 25 iyul 2017ci il tarixli qərarı ilə Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 16 iyun 2016-cı il tarixli 2(044)-2288/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Cavabdeh 2(104)-1196 2022 saylı 13 may 2022-ci il tarixli qətnaməsi elan olunan zaman, onun hüquqlarını pozaraq yəni xx.xx.2017-ci il tarixli evə köçürülmə aktının və Gəncə şəhəri iızrə İcra İdarəsinin 25 iyul 2017-ci il tarixli qərarı ilə Gəncə şəhər Nizami rayon Məhkəməsinin 16 iyun 2016-ci il tarixli 2(044)-2288/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinin icrasını nəzərə almamışdır. Cavabdeh hal-hazıradək onun mülkiyyət hüquqlarını pozaraq çöl qapısının açarlarını dəyişərək onu köçürüldüyü həmin evə buraxmır. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli 2(044)-1762/2019 saylı qətnaməsi ilə onun 1/10 payı müəyyən edilmişdir. Hal-hazırda həmin qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, mübahisəli evə köçürüldükdən sonra cavabdeh tərəfindən paqıların açarları dəyişdirildiyindən evə giribçıxa bilməmiş, dolayısıyla həmin evdə yaşaması mümkün olmamışdır. İddiaçı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirdiki, Tamella bir dəfə köçürülmüş, lakin evə sığa bilmədikləri üçün o, çıxıb getmişdir. Otaqlar balacadır, birgə yaşamaqları mümkün deyil. O, həmin evdə uşaqları ilə yaşadığını bildirdi. Cavabdeh iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iddia ərizəni və mülki işin materiallarını nəzərdən keçirərək nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş məhkəmə aktlarından məlum olur ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(044)-2288/2016 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı iddiası təmin edilmiş, İddiaçı ünvan 3 ünvanda 400 kv.m. torpaq sahəsində yerləşən 1-ci mərtəbəsi - sahəsi 20,1 kv.m. olan xidməti otaqdan, sahəsi 32,3 kv.m. və sahəsi 65,8 kv.m. talvardan, sahəsi 13.6 kv.m. qarajdan, sahəsi 12,8 kv.m. əl damından, sahəsi 8 kv.m. mətbəxdən, sahəsi 3.6 kv.m., sahəsi 4,5 kv.m. hamamdan, sahəsi 2,2 kv.m. ayaq yolundan, 2-ci mərtəbəsi - sahəsi 12,8 kv.m., 24,8 kv.m, 29,9 kv.m. üç yaşayış otaqlarından, sahəsi 71,5 kv.m. xidməti otaqdan, sahəsi 27 kv.m. örtülü eyvandan olan «A» literli yaşayış evindən ibarət mülkə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Şəhəri üzrə İcra İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(044)-2288/2016 saylı qətnaməsi icra edilmiş, icra sənədi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasən ünvan 4 ünvanda yerləşən evə İddiaçı 1/10 hissədə payı və Cavabdeh 9/10 hissədə payı, xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 73-cü maddəsinə əsasən, Tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsinə köçürülməsi haqqında icra sənədi borclu tərəfindən könüllü icra üçün icra məmurunun müəyyən etdiyi müddətdə icra edilmədikdə, köçürülmə icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru tələbkarın icra sənədində göstərilmiş yaşayış və ya qeyri-yaşayış sahəsinə maneəsiz daxil olmasını və orada yaşamasını (olmasını) təmin edir. Borclu tələbkarın köçürülməsi haqqında icra sənədinin icrasına mane olduqda, icra hərəkətləri hal şahidlərinin iştirakı ilə həyata keçirilir, habelə icra məmuru müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət etmək hüququna malikdir. Tələbkarın yaşamasına (olmasına) borclu tərəfindən sonradan maneçilik törədildikdə, icra məmuru bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. Tələbkarın köçürülməsi haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. Tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsindən maneəsiz istifadə etmək imkanı təmin olunduqda, icra sənədi icra edilmiş sayılır. Tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. Tələbkarın yaşamasına (olmasına) maneçilik törədən şəxs icra sənədində göstərilən borclu şəxs olmadıqda, icraat təzələnə bilməz. Bu halda köçürülmə haqqında məsələ məhkəmə qaydasında həll olunur. Göründüyü kimi, hazırkı iş üzrə İddiaçı Cavabdeh qarşı daha əvvəl iddia ərizəsiylə müraciət edərək paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında olan mülkə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin eyni tərəflər arasında eyni predmetə dair eyni əsaslarla irəli sürülmüş iddia Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli, 2(044)-2288/2016 saylı qətnaməsi ilə təmin edilmiş, həmin qətnamə icra edilərək icra sənədi üzrə icraata xitam verilmişdir. Beləliklə, İddiaçı mübahisəli evə köçürülməsi barədə akt tərtib edildikdən sonra, Cavabdeh onun yaşamasına yenidən maneçilik törətdiyindən, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(044)-2288/2016 saylı qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə icraat təzələnməlidir. İddiaçı mübahisəli evdə yaşamasına maneçilik törədən şəxs icra sənədində göstərilən Cavabdeh deyil, başqa şəxs olsaydı köçürülmə haqqında məsələ məhkəmə qaydasında həll olunmalıydı. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı iş üzrə mübahisəyə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. İddiaçının diqqətinə çatdırılır ki, icra sənədi üzrə icraatın təzələnməsi barədə xahişlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Şəhəri üzrə İcra İdarəsinə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1 əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262 və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-464/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-464/2023
18.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver