Məhkəmə qərarları › İş №2(125)-465/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-465/2024

05.11.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-465/2024 05.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının, onun vəkili Vəkil2, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evinin və mənzilin açıq hərracdan satılaraq, satışdan əldə olunmuş vəsaitin tərəflərin paylarına uyğun bölünməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 və Gəncə şəhəri, Mahrasa bağı 10/12 saylı ünvanda yerləşən daşınmaz əmlaklardakı paylarının birləşdirilərək onun payının ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ünvan 2 ünvandakı əmlakın ½ hissə ilə naturada (faktiki) bölünməsi və payının naturada ayrılması, həmçinin Gəncə şəhəri, Mahrasa bağı 19/12 nömrəli mənzilin faktiki bölünməsi, bu mümkün olmadıqda mənzilin onun mülkiyyətində olan ½ hissəsinin cavabdeh tərəfindən alınması, cavabdeh bundan imtina etdikdə isə hərracda satılaraq payına düşən məbləğin ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı bir daha iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iş üzrə təyin edilmiş ekspertiza rəyinə əsasən iddianın predmeti olan Gəncə şəhəri, Təbriz küçəsi, 137 nömrəli evin və Gəncə şəhəri, Mahrasa bağı 19/12 nömrəli mənzilin naturada bölünməsinin və payına görə kompensasiyanın verilməsinin mümkün olmamasının müəyyən edildiyini bildirmiş, göstərilənlərə əsasən, Gəncə şəhəri, Təbriz küçəsi, 137 nömrəli evin və Gəncə şəhəri, Mahrasa bağı 19/12 nömrəli mənzilin hərracda satılaraq tərəflərin payına münasib dəyərinin bölünməsini xahiş etmişdir. İşin faktiki hallarına görə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-293/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Təbriz küçəsi 137 nömrəli evin və Gəncə şəhəri, Mahrasa bağı 19 nömrəli evin 12 nömrəli mənzilinin ½ hissəsi üzərində İddiaçı, ½ hissəsi üzərində Cavabdeh payı müəyyən edilmişdir. Gəncə şəhəri, Təbriz küçəsi ünvanında xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 71,4 m2 olan 137 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ (hər birinin ½ hissədə payı olmaqla) əsasında tərəflərin adına daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmışdır və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********37- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 55,8 m2 olan 12 nömrəli mənzil paylı mülkiyyət hüququ (hər birinin ½ hissədə payı olmaqla) əsasında tərəflərin adına daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 132 nömrəli vərəqində qeydiyyata alınmışdır və bu barədə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən **********62-05101- 093012 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə onun iddiası təmin edilmiş, cavabdehin mülkiyyətində olan Gəncə şəhəri, Təbriz küçəsi 137 nömrəli evin və Gəncə şəhəri, Mahrasa bağı 19 nömrəli evin 12 nömrəli mənzilinin ½ hissəsi üzərində onun, ½ hissəsi üzərində cavabdehin payı müəyyən edilmişdir. Qeyd edilən qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Belə ki, **********37 reyestr nömrəsi ilə ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 71,4 kv.m olan, 0,03 ha kateqoriyası yaşayış məntəqələrinin torpaqları olan torpaq sahəsinin ½ hissəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair çıxarış verilmişdir. Birgə nikahdan əldə edilmiş digər daşınmaz əmlak - Gəncə şəhəri, Mahrasa bağı bina 10, mənzil 12 "xxxx"da ipoteka ilə yüklü olduğundan hələ ki, həmin əmlakla bağlı çıxarış verilməmişdir. Bir daha qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti məhkəmənin qətnaməsindən ipoteka ilə yüklü edilmiş əmlakın bölünməsi məsələsi ilə əlaqədar apellyasiya şikayəti versə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Hazırda cavabdeh onun daşınmaz əmlaklardan istifadə etməyinə imkan vermir. Daima yaşadığı və əşyalarının olduğu ünvan 1 evə onu buraxmır. Mahrasa bağında yerləşən mənzil isə cavabdeh tərəfindən illərdir ki, kirayəyə verilmişdir və həmin kirayə pul onun tərəfindən mənimsənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi, həmçinin bildirdi ki, hər iki evin faktiki cəhətdən bölünməsi mümkün olmadığından və payına görə kompensasiyanın məbləğində razılığa gələ bilmədiklərindən hər iki əmlak açıq hərracdan satılmalı, dəyəri tərəflərin payına münasib bölünməlidir. İddiaçı həmçinin əlavə etdi ki, cavabdeh mənzili ona verərək həyət evini özünə götürmək istəyir, bu isə düzgün deyil, çünki mənzil demək olar ki, istifadəyə yararsızdır. Cavabdehə mənzildən əlavə 20000 manat verildiyi təqdirdə onunla razılaşacağını bildirsə də, cavabdeh buna münasibət bildirmir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili bildirdi ki, tərəflər arasında razılıq əldə olunmamışdır, odur ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə etdi ki, rəsmi formada olmasa da iddiaçıya mənzildən əlavə 10000 manat məbləğində pul təklif edilmiş, iddiaçı bu təkliflə razılaşmamışdır. Hazırda hər iki daşınmaz əmlak istifadəyə yararlıdır, bu halda əmlakların açıq hərracdan satılaraq tərəflərin payına münasib dəyərinin bölünməsi hər iki tərəfin mənafeyinə ziddir. Məhkəmə, iddiaçını, onun vəkilini və cavabdehin nümayəndəsi və vəkilini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış təklifdə (göndərilməsi barədə poçt qəbzi əlavə olunmuşdur) iddiaçı bildirmişdir ki, hər iksinin daşınmaz əmlaklar üzərində mülkiyyət hüquqları olsa da, hazırda mülkiyyət hüququnu yalnız cavabdeh realizə edib, mülklərdən öz mənafeyi üçün istifadə edə bilir. Onun hər iki daşınmaz əmlak üzərində mülkiyyət hüququ olsa da, öz mülkiyyət hüququndan dinc istifadə edə bilmir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinin tələblərinə əsasən o, mülkdəki paylarının ayrılmasını istəyir. Buna görə də cavabdehə hər iki evin bazar qiymətinin müəyyən edilib, hər iki daşınmaz əmlaka görə onun payına düşən məbləğin ona verilməsini təklif etmiş, əks halda, evlərin naturada bölünməsi, bu mümkün olmadıqda isə evlərin açıq hərracda satılmasına dair məhkəmədə iddia qaldıracağını bildirmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/794 nömrəli rəyi ilə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Gəncə şəhəri, Təbriz küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin tərəflərin paylarına (1/2 hissə) uyğun şəkildə naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə və Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Gəncə şəhəri, Mahrasa bağı 19 nömrəli evin (rəydə texniki səhvə yol verilərək evin nömrəsi 10 qeyd edilmişdir) 12 nömrəli mənzilin tərəflərin paylarına uyğun naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətininin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətininin “Gəncə” filialı ilə cavabdeh arasında bağlanmış 31 may 2018-ci il tarixli ipoteka müqaviləsi əsasında sonuncunun mülkiyyətində olan Gəncə şəhəri, Məhrəsə Bağında 19 nömrəli evin 1-ci mərtəbəsində yerləşən 55.8 m2 ümumi, 34.8 m2 yaşayış, 21 m2 yardımçı sahədən ibarət 2 otaqlı 12 nömrəli mənzil (reyestr nömrəsi: **********62-05101-093012) Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və müvafiq ipoteka müqaviləsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən çıxarışla 39 nömrəli reyestr kitabının 132 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Həmçinin, icrası sözügedən cavabdeh arasında bağlanmış 31 may 2018-ci il tarixli ipoteka müqaviləsi ilə təmin olunmuş “AccessBank Qapalı Səhmdar Cəmiyyətininin” Gəncə filialı ilə cavabdeh arasında bağlanmış 31 may 2018-ci il tarixli 006A**********5 saylı kredit müqaviləsi üzrə borclu öz öhdəliklərini icra edərək təminatlı kredit borcunu ödəmişdir. Odur ki, yuxarıda qeyd edilənlərin nəzərə alınaraq cavabdehin mülkiyyətində olan Gəncə şəhəri, Məhrəsə Bağında 19 nömrəli evin 1-ci mərtəbəsində yerləşən 55.8 m2 ümumi, 34.8 m2 yaşayış, 21 m2 yardımçı sahədən ibarət 2 otaqlı 12 nömrəli mənzil (reyestr nömrəsi: **********62- 05101-093012) ipoteka ilə yüklü edilməsi barədə aparılmış bütün yüklülüklərin ləğv edilməsi, müvafiq əmlakın özgəninkiləşdirilməsinə icazə verilməsi, eyni zamanda həmin daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında qeydə alınmış bildirişin ləğv edilməsi xahiş edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətininin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 051443 nömrəli məhkəmə sorğusuna cavab məktubundan görünür ki, cavabdehlə bağlanmış xx.xx.2018 -ci il tarixli ipoteka müqaviləsi əsasında, cavabdehin mülkiyyətində olan Gəncə şəhəri Məhrəsə bağı 10 nömrəli binanın 12 nömrəli mənzili (reysetr nömrəsi: **********62-**********2) Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və müvafiq ipoteka müqaviləsinin DƏDRX-də 39 nömrəli reyestr kitabının 132 nömrəli vərəqində xx.xx.2018-ci ildə qeydiyyatı aparılmışdır. Həmçinin cavabdehlə bağlanmış borc öhdəlikləri tam icra olunduğu üçün, bank xx.xx.2023-cü il tarixində DƏDRX-ə ipoteka ilə yüklü edilmiş əmlakın (ünvan 5 ünvanlamışdır. Digər əmlak (ünvan 6zərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2- 11328/2024 nömrəli məhkəmə sorğusuna cavab məktubundan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, ünvan 7 ünvanında yerləşən daşınmaz əmlaklar üzərində hər hansı yüklülük aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülki Məcəllənin 220.5-ci maddəsinə əsasən, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 2 ünvanında 0,03 ha torpaq sahəsindən və ümumi sahəsi 71,4 m2 olan fərdi yaşayış evindən ibarət **********37-10301 reyestr nömrəli daşınmaz əmlak və ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 55,8 m2 olan 12 nömrəli mənzildən ibarət **********62-05101- 093012 reyestr nömrəli daşınmaz əmlak paylı mülkiyyət hüququ əsasında 1/2 hissədə tərəflərə məxsusdur. Məhkəmə qeyd edir ki, iddiaçı paylı mülkiyyətdə olan payının ayrılmasını tələb edir. İddiaçının bu tələbi əsaslıdır. Qanunvericilikdə heç bir məhdudiyyət qoyulmadan paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakdan öz payının ayrılmasını tələb etmək hüququ təsbit edilmişdir. Ümumi mülkiyyətdən payın ayrılması Mülki Məcəllənin 220-ci maddəsində göstərilmiş ardıcıllığa riayət etməklə mümkündür. İş üzrə ekspert rəyindən müəyyən olunur ki, hər iki əmlakın naturada bölünməsi mümkün deyildir. Həmçinin, tərəflər arasında ümumi paylı mülkiyyətə kompensasiya vermək yolu ilə xitam verilməsi barədə razılıq əldə edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, yalnız paylı mülkiyyətdəki ünvan 2 ünvanında 0,03 ha torpaq sahəsindən və ümumi sahəsi 71,4 m2 olan fərdi yaşayış evindən ibarət **********37-10301 reyestr nömrəli daşınmaz əmlakın və ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 55,8 m2 olan 12 nömrəli mənzildən ibarət **********62-05101-093012 reyestr nömrəli daşınmaz əmlakın açıq hərracdan satılaraq satış pulunun tərəflər arasında paylarına mütənasib bölünməsi yolu ilə paylı mülkiyyətə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumundan və ekspertiza tədqiqatının dəyəri olan 50 manat ekspertiza xərcindən ibarətdir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, eyni zamanda ekspertiza xərci olan 50 manat məbləğində pul cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Tərəflərin ümumi paylı mülkiyyətində olan, ünvan 2 ünvanında 0,03 ha torpaq sahəsindən və ümumi sahəsi 71,4 m2 olan fərdi yaşayış evindən ibarət **********37- 10301 reyestr nömrəli daşınmaz əmlak və ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 55,8 m2 olan 12 nömrəli mənzildən ibarət **********62-05101-093012 reyestr nömrəli daşınmaz əmlak açıq hərracdan satılaraq satışdan əldə olunan vəsait İddiaçı 1/2 hissədə və Cavabdeh 1/2 hissədə olan paylarına mütənasib surətdə paylı mülkiyyətin mülkiyyətçiləri arasında bölünsün. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh tutulsun və (VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar