Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-465/2025 01.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı payın naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ona məxsus payının cavabdehin payından naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən ev paylı mülkiyyət hüququ üzrə ½ hissədə ona, ½ hissədə isə Cavabdeh məxsusdur. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 0,0415 ha torpaq sahəsində yerləşməklə ümumi sahəsi 113,5 kv.m-dir. Hazırda o, mülkün özünə məxsus olan hissəsinə ayrıca sənəd alıb satmaq istəyir. Lakin cavabdeh buna imkan verməmişdir. Odur ki, mülkün məhkəmə qaydasında naturada bölünməsini istəyir. Mülk artıq bir neçə ildir ki, öz aralarında faktiki bölünmüşdür. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ekspert rəyinə uyğun olaraq payının naturada ayrılmasına dair qətnamə çıxarılmasını və ekspertiza xərcinin aralarında bölünməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini qəbul edərək, ekspert rəyinə uyğun olaraq paylarının naturada ayrılması barədə qətnamə çıxarılmasını və ekspertiza xərcinin aralarında bölünməsini məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********71-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0415 ha torpaq sahəsi xüsusi mülkiyyətdə olmaqla, paylı mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh adına rəsmi reyestrdə qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/390 nömrəli ekspert rəyindən görünür ki, tədqiq olunan fərdi yaşayış evinin və torpaq sahəsinin faktiki vəziyyətini, planlı yerləşməsini, torpaq sahələrinə ayrı-ayrılıqda giriş-çıxış qapısının olduğunu, tərəflərin hər birinin faktiki istifadəsində olan yaşayış və yardımçı sahənin ümumi sahədən təcrid şəkildə bölündüyünü nəzərə alaraq, Gəncə şəhəri, Təbriz küçəsi, 5-ci döngədə yerləşən ümumi sahəsi 0,0415 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 22 saylı fərdi yaşayış evinin faktiki bölünməyə uyğun şəkildə naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. MM-in 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. MM-in 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi, iddiaçının iddia etdiyi fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi onun paylı mülkiyyətində olmaqla digər payçı ilə paylarının naturada bölünməsi barədə razılığa gələ bilməmişlər. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi əsaslar hazırki işdə mövcud olmaqla bu hallar Mülki Məcəllənin 220-ci maddəsinə uyğun olaraq iddianın təmin edilməsi üçün əsaslı olduğundan, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Gəncə şəhəri, Təbriz küçəsi, 5ci döngədə yerləşən 0,0415 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 22 nömrəli fərdi yaşayış evi faktiki bölünməyə uyğun şəkildə (ekspert tərəfindən tərtib edilmiş bölgü sxeminə uyğun şəkildə) naturada bölünməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun yarısı 50 manat İddiaçı, 50 manatı isə Cavabdeh aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Gəncə şəhəri, Təbriz küçəsi, 5-ci döngədə yerləşən 0,0415 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 22 nömrəli fərdi yaşayış evi faktiki bölünməyə uyğun şəkildə (ekspert tərəfindən tərtib edilmiş bölgü sxeminə uyğun şəkildə) naturada bölünsün. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pulun yarısı 50 manat İddiaçı, 50 manatı isə Cavabdeh alınaraq Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-465/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-465/2025
01.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver