Məhkəmə qərarları › İş №2(125)-4652/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4652/2023

04.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4652/2023 04.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X31 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, iddiaçı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Cavabdeh qarşı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 77B nömrəli binanın 26-27 nömrəli mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X1* tərəfindən məhkəməyə iddia həcminin azaldılması barədə ərizə verilərək, Cavabdeh Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 77B nömrəli binanın 27 nömrəli mənzilindən istifadə hüququna xitam verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. MPM-in 53-cü maddəsinə əsasən məhkəmə iddia tələbinə iddianın dəqiqləşdirilməsi kimi baxmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1* iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 77B nömrəli bina Gəncə Şəhəri MKTİB-nin balansına aiddir. Həmin binanın 27 nömrəli mənzili Kirovabad şəhəri Toxuculuq Kombinatının 23.*2.1963-cü il tarixli 9 nömrəli orderi ilə Qəzənfərova Yamənin istifadəsinə verilmişdir. Qəzənfərova Yamən 21.12.2*22-ci ildə ölmüşdür. Hazırda həmin mənzildə mərhumun oğlu X11 ailəsi ilə birlikdə yaşayır. Cavabdeh isə 1999-cu ildə ailə quraraq başqa yaşayış yerinə köçmüşdür. 24 ildir ki, qeydiyyatda olduğu mənzildə yaşamır. Hazırki vaxtda isə X11 mərhum anasından qalan mənzili özəlləşdirmək istəsə də, cavabdeh mənzildə qeydiyyatda olduğu üçün mənzilin özəlləşdirilməsi mümkün deyildir. Belə ki, qardaşlar arasında narazılıqlar vardır, buna görə də cavabdeh mənzilin özəlləşdirilməsi üçün tələb olunan razılıq ərizəsini verməkdən imtina etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 iddiaçı ilə eyni məzmunda izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində göstərdi ki, Cavabdeh və Qəzənfərov Vidadinin bacısıdır. Qalib 22-24 ildir ki, öz ailəsi ilə birlikdə Sevinc qəsəbəsində yaşayır, sözügedən 27 nömrəli mənzildə yaşamır. Həmin mənzildə anaları Qəzənfərova Yamən qardaşı Vidadi ilə yaşamış, 7 aydır ki anası vəfat etmişdir. Hazırda isə qardaşı Vidadi yaşayır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 31.*5.2*23-cü il tarixli, 231*9*****461 nömrəli Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Şəxsi hesabdan çıxarışdan görünür ki, Cavabdeh Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 77b nömrəli binanın 26-27 nömrəli mənzilində yaşamır. X1 həmin ünvanda yaşayır. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X11, X12, X7, X5, X14, X3*, Cavabdeh, X15, X8, X9 25.1*.2**5-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadırlar. AZ-İİ 324569 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Qəzənfərova Yamən 21.12.2*22-ci ildə ölmüşdür. Kirovabad şəhəri Toxuculuq Kombinatı tərəfindən verilmiş 23.*2.1963-cü il tarixli 9 nömrəli orderin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 27 nömrəli mənzil Yamən Cəfərovanın istifadəsinə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən X4 ünvanlanmış 25.*5.2*23-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, ərizəyə mənzilə hüququ olan şəxslərin mənzilin özəlləşməsi barədə razılıq ərizələri əlavə edilmədiyindən mənzilin özəlləşdirilməsindən imtina edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatlarını və şahid ifadəsini dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə isclasında tədqiq olunmuş sübutlara hüquq normalarına uyğun olaraq qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra-Mənzil Məcəlləsi ) 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Mənzil Məcəlləsinin 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi küçəsi, 77B saylı bina Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. Binanın 27 nömrəli mənzilində X16 qeydiyyatda olsa belə orada yaşamır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 77B saylı binanın 27 saylı mənzilində qeydiyyatda olan X6 istifadə hüququna xitam verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilməmiş 1** manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-22*, 227, 233, 358 və 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdeh Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 77B nömrəli binanın 27 nömrəli mənzilindən istifadə hüququna xitam verilsin. Cavabdeh dövlət rüsumu hesabına 1** manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar