Məhkəmə qərarları › İş №2(125)-467/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-467/2024

22.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-467/2024 22.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçinin iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində göstərməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1940-cı il tarixdə Ermənistanın Vardenis rayonunda doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, ata qrafasında X14, ana qrafasında X19 göstərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, xx.xx.1940-cı il tarixdə X1nun və anası X10 birgə nikahından Ermənistan Respublikası, Vardenis rayonunda doğulmuşdur. X1 26 mart 1995-cı ildə Gəncə şəhərində, anası X19 isə 1943-cü ildə Ermənistan Respublikası, Vedi rayonunda vəfat etmişdir, 1948-ci ildə atası ilə birlikdə Gəncə şəhərinə köçmüşlər. O, ilkin sənədləri atasının adına olan və hazırda ailə üzvləri ilə birlikdə yaşadığı Gəncə şəhəri, Poçt qəsəbəsi, B.Sərdarov küçəsi 108 saylı evi öz adına sənədləşdirmək istəyir. Lakin onun doğum haqqında şəhadətnaməsi itmişdir. O, doğum haqqında şəhadətnaməni əldə etmək üçün hər yerə müraciət etsə də, həmin sənədi əldə etmək mümkün olmamışdır. Gəncə şəhər Nizami Rayon Qeydiyyat şöbəsinin verdiyi 1118 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan da görünür ki, onun doğum haqqında şəhadətnaməsi aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizələrinin məzmununa uyğun izahat verərək tələbin təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, xx.xx.1940-cı ildə Ermənistanın Vardenis rayonunda anadan olmuşdur, doğum haqqında şəhadətnaməsi olsa da, 1948-ci ildə atası ilə birlikdə Gəncə şəhəri köçdükdən sonra şəhadətnaməsini itirmişdir, bacısı X2 isə doğum haqqında şəhadətnaməsi var. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır, həmin evi öz adına sənədləşdirmək istəsə də doğum haqqında şəhadətnaməsi olmadığından bu mümkünsüz olmuşdur. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Maraqlı şəxs, məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyindən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki baxış iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, ərizəçinin qonşusudur, əvvəllər Ermənistanda yaşasa da, 1968-ci ildən Gəncə şəhərində yaşayırlar, ərizəçini və onun ailəsini xeyli müddətdir ki, tanıyır, ərizəçinin X1dur. Şahid2 ifadəsində bildirdi ki, ərizəçi onun atasıdır, atası xx.xx.1940-cı il tarixdə Ermənistanın Vardenis rayonunda doğulmuşdur, atasının doğum haqqında şəhadətnaməsi əvvəllər mövcud olsa da, itirmişdir, babasının adı Cabbar, nənəsinin adı Əsli olmuşdur. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Ərizəçi X1, anası X19 olmaqla, xx.xx.1940-cı il tarixdə Ermənistanın Vardenis rayonunda doğulması və onun doğumunun qeyd edilməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-1118 nömrəli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 14-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Maraqlı şəxs tərəfindən doğum akt qeydinin bərpa edilməsi üçün lazımi sənədləri təqdim edə bilmədiyinə görə cavabdehə qanunvericiliyə uyğun olaraq yaşadığı ərazi üzrə doğum haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan ЗЖ seriyalı, 643685 nömrəli, xx.xx.1954-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X11 1938-ci ildə Vedi rayonunda doğulmuşdur, X1, anası X15r. Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 886343 nömrəli, xx.xx.2017-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2017-ci ildə Gəncə şəhərində “ikincili hipertenziya” səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 119 nömrəsi ilə qeydiyyat aparılmışdır. Maraqlı şəxs tərəfindən verilmiş AZ-İİ seriyalı, 281595 nömrəli, xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.1995-ci ildə Gəncə şəhərində “xərçəngin intoksikasiyası” səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1995-ci il tarixdə 217 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş “hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən” arayışdan görünür ki, ünvan 1 ünvanda 0,0325 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 58,6 kv.m olan fərdi yaşayış evi X3 xüsusi mülkiyyətində olmaqla, **********6-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi və xx.xx.2023-cü il tarixli qeydiyyat tarixi ilə onun adına qeydə alınmışdır. Sorğu əsasında məhkəməyə göndərilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Baş Polis İdarəsinin xx.xx.2024- cü il tarixli, 3-13-57/2-3436/2024 nömrəli məktubu ilə təqdim olunmuş “Fərdi uçot kartoçkası”nın surətindən görünür ki, Ərizəçi xx.xx.1940-cı ildə Ermənistanın Vardenis rayonunda doğulmuşdur. Validеynləri barədə məlumat sənədə daхil еdilməmişdir. Pasport, tibbi arayış və nikah haqqında şəhadətnamə əsasında ona şəxsiyyət vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs 3-16-5/8-13-237/2024 nömrəli, xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.1940-cı il təvəllüdlü Ərizəçi barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək yoxlama aparılmış və informasiya sistemində ailə üzvləri barəsində aşağıdakı məlumatlar aşkar edilmişdir. 1.Arvad - X16 – xx.xx.1957-ci il, 2.Uşaq – X8 – xx.xx.1976-ci il 3.Uşaq – X4 –xx.xx.1973-cü il 4.Uşaq – X12 – xx.xx.1972-ci il 5.Uşaq – X9 – xx.xx.1984-cü il 6.Uşaq – X5 – xx.xx.1982-ci il Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki işin materiallarından görünür ki, ərizəçi doğum haqqında şəhadətnaməsinin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin onun doğum akt qeydi aşkar olunmadığına görə doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Ərizəçi X1, anası X19 olmaqla, xx.xx.1940-cı il tarixdə Ermənistanın Vardenis rayonunda doğulması və onun doğumunun qeyd edilməsi şahidlərin ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri, eləcə də işin digər materialları ilə təsdiq olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, X1nun adına qeydə alınmış fərdi yaşayış evini öz adına rəsmiləşdirməsi üçün ərizəçinin doğum haqqında şəhadətnaməsi tələb olunur. Bu səbəbdən ərizəçinin doğumunun qeyd edilməsi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin doğum haqqında şəhadətnamənin verilməsindən imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, MPM-in 308-ci maddəsinə əsasən, o, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin doğumunun qeyd edilməsi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin ərizəçinin doğum akt qeydi aşkar olunmadığına görə onun doğum haqqında şəhadətnaməsini verə bilməməsi nəticəsində ərizəçi doğum haqqında şəhadətnaməsini başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi X1, anası X19 olmaqla, xx.xx.1940-cı il tarixdə Ermənistanın Vardenis rayonunda doğulmasının qeyd edilməsi ərizəçinin izahatı ilə yanaşı işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, onun tərəfindən verilmiş hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi X1, anası X19 olmaqla, xx.xx.1940-cı il tarixdə Ermənistanın Vardenis rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar