Məhkəmə qərarları › İş №2(125)-4675/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4675/2025

24.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4675/2025 24.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakimi Quliyev Camal Yusifəli oğlu İddiaçı1, İddiaçı2 Samir oğlunun və X2 Cavabdeh1 və Cavabdeh2 qarşı «vərəsəlik hüququnun tanınması və miras əmlakın bölünməsi tələbi» barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2 Samir oğlu və X1 Gülər Zakir qızına və Cavabdeh2 qarşı Gəncə şəhəri, İ.Məmmədov küçəsində yerləşən 34 nömrəli evin mərhum X7 adına olan miras əmlak üzərində qanun üzrə vərəsə kimi iddiaçıların və cavabdehlərin vərəsəlik hüququnun tanınıb miras əmlakın paylara uyğun bölgüsünün aparılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən iddia ərizəsinin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçılar mərhum X6 mirasda payın müəyyən edilməsi ilə əlaqədar notariat ofisinə müraciət etməli olduğu halda, notariat ofisinə müraciət etmədən məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıların hazırki tələbi məhkəmənin səlahiyyətinə aid deyil və ərizə yolverilməz əsaslarla məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı1 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2025; qəbz nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı1 qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı1, İddiaçı2 Samir oğlunun və X2 Cavabdeh1 və Cavabdeh2 qarşı «vərəsəlik hüququnun tanınması və miras əmlakın bölünməsi tələbi» barədə iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçı1, İddiaçı2 Samir oğluna və X3 notariat ofisinə müraciət etmək hüququnun olması izah edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2025; qəbz nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı1 qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar