Məhkəmə qərarları › İş №2(125)-4683/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4683/2024

30.09.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4683/2024 30.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Gəncə şəhəri Samir Vəliyev adına 34 nömrəli orta məktəbə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məktəbəqədər və Ümumi Təhsil üzrə X29-Daşkəsən regional Təhsil İdarəsi) qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxdığı iş günləri üzrə əmək haqqı» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Gəncə şəhəri Samir Vəliyev adına 34 nömrəli orta məktəbə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məktəbəqədər və Ümumi Təhsil üzrə X29-Daşkəsən regional Təhsil İdarəsi) qarşı əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin 2*.*5.2*24-cü il tarixli, 1** nömrəli əmrinin ləğv edilməsi, iddiaçının Gəncə şəhəri Samir Vəliyev adına 34 nömrəli orta məktəbində gözətçi vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, 2**8-ci ildə Gəncə Dövlət Universitetinin «Maarif İbtidai Təhsilin pedaqogikası və metodikası» ixtisası üzrə tam kursu bitirmişdir və ali təhsillidir. *1.*4.2*1*-cu il tarixli 88 nömrəli əmrlə o, Gəncə şəhər Samir Vəliyev adına orta məktəbdə xadimə, *9.*3.2*16-cı il tarixli 23/5 nömrəli əmrlə həmin məktəbdə gözətçi vəzifəsinə təyin edilərək işləməyə başlamışdır. İşlədiyi müddətdə də, həmişə əmək intizamına əməl etməklə heç bir intizam qaydasında cəza almamışdır. Buna baxmayaraq, cavabdeh Gəncə şəhəri Samir Vəliyev adına tam orta məktəbinin direktoru X23 2*.*5.2*24-cü il tarixli 1** nömrəli əmri ilə onun xəbəri və məlumatı olmadan Əmək Məcəlləsinin 7*-ci maddəsinin «ç» bəndi ilə yəni «üzrsüz səbəbdən bütün iş günü işə gəlməməməsinə əsasən» onu işdən azad etməklə bağlanan əmək müqaviləsinə xitam vermiş, həmin əmrin surətini o, 23.*5.2*24-cü il tarixdə poçt vasitəsi ilə almışdır. Halbuki, o, 2*24-cü ilin may ayı ərzində, yəni işdən azad olunan günə kimi daim vaxtı-vaxtında işdə olmaqla əmək funksiyanı yerinə yetirmişdir. Bundan əvvəl onun barəsində hər hansı intizam tənbeh tədbiri tətbiq olunmamış, 16.11.2*23-cü il tarixdə töhmət, 14.12.2*23-cü il tarixdə şiddətli töhmət kimi intizam tənbeh tədbirinin tətbiqindən məlumatsız olmuşdur. Həmin əmrlər direktor tərəfindən sonradan saxtakarlıq edilərək, əvvəlki tarixə tərtib olunmuşdur. Lakin, o, hər hansı bir əmək funksiyasını pozmamış, onun hərəkətləri ilə əlaqədar iş yerində işin, istehsalın və icra intizamının normal ahəngi pozulmamış və ya işə götürənin habelə əmək kollektivinin, onun ayrı-ayrı üzvlərinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı bir formada ziyan vurmamışdır. Hətta 2*.*5.2*24-cü il tarixli 1** nömrəli əmrinə qədər Gəncə şəhəri Samir Vəliyev adına 34 nömrəli orta məktəbin rəhbərliyinin hərəkətlərindən Məktəbəqədər və Ümumi Təhsil üzrə X29-Daşkəsən regional Təhsil İdarəsinə çoxsaylı şikayətlər etmişdir. Bundan başqa, o, sözügedən qanunsuz əmrin ləğv edilməsinə dair dərhal X16 Gəncə-Daşkəsən regional şöbəsinə şikayət etmişdir. Həmin şöbədə də bir müddət araşdırma aparıldıqdan sonra ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Daha sonra o, əmək mübahisəsinin həlli üçün *5.*7.2*24-cü il tarixdə Gəncə 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Buna görə də o, Gəncə şəhəri Samir Vəliyev adına 34 nömrəli orta məktəbin əmək müqaviləsinə xitam verilməsi barədə 2*.*5.2*24-cü il tarixli, 1** nömrəli əmrinin ləğv edilməsinə dair iddia tələbi üzrə iddia müddətini ötürməmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının işdən azad olunması üçün əsas, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin «ç» bəndi, səbəb isə həmin Məcəllənin 72-ci maddəsinin «a» bəndində və «ə» bəndində göstərilən halların dəfələrlə təkrar olması olmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin «iş saatı» qrafasında iş saatlarının 16:**-dan 24:**-dək olması göstərilmişdir. Lakin dəfələrlə şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq, İddiaçı ya işə gəlməmiş, ya da işə gəlib tabel jurnalına imza etdikdən sonra yenə də iş yerini tərk edib getmişdir. 16.11.2*23-cü il tarixdə belə bir hal yenidən təkrar edildiyi üçün, məktəbin təsərrüfat işləri üzrə direktor müavini X13, məktəbin məktəbdən kənar sinifdən xaric işləri üzrə təşkilatçısı X5, məktəbin psixoloqu X9, məktəbin həmkarlar komitəsinin sədri X6 iştirakı ilə İddiaçı 15.11.2*23-cü il tarixdə işə gecikməsi ilə bağlı izahat yazmaqdan imtina etməsinə dair akt tərtib edilmiş və intizam qaydasını pozduğuna görə İddiaçı töhmət elan edilmişdir. Lakin İddiaçı izahatı yazmaqdan imtina etdiyi kimi, əmr ilə tanış olmaqdan da imtina etmişdir. Daha sonra *1.12.2*23-cü il tarixdə İddiaçı heç bir üzürlü səbəb olmadan işə gəlmədiyi üçün həmin gün saat 16:3* da iddiaçının işə gəlməməsi ilə bağlı akt tərtib edilmiş və *2.12.2*23-cü il tarixli 361 saylı əmrlə İddiaçı həmin gün üçün işçiyə əmək haqqı hesablanmamışdır. *5.12.2*23-cü il tarixdə İddiaçı saat 16:**-da məktəbə gəlib tabelə imza edərək iş yerini heç bir üzürlü səbəb olmadan, yuxarı rəhbərliyə heç bir məlumat vermədən tərk edib getmişdir. Qeyd olunan səbəbdən məktəbin təsərrüfat işləri üzrə direktor müavini X13, laborant X1* və direktorun iştirakı ilə akt tərtib edilmiş və həmin gün üçün əmək haqqının hesablanmaması ilə bağlı *6.12.2*23cü il tarixdə 366 saylı əmr verilmişdir. 13.12.2*23-cü il tarixdə İddiaçı yenə də 16:**-da işdə olmalı olduğu halda heç bir üzürlü səbəb olmadan və işə gəlməyəcəyi barədə əvvəlcədən xəbərdarlıq etmədən işə gəlmədiyi üçün məktəbin təsərrüfat işləri üzrə direktor müavini X13, laborant X1* və həmin vaxt məktəbin direktor vəzifəsini icra edən X9 iştirakı ilə akt tərtib edilmiş və həmin gün üçün əmək haqqının hesablanmaması ilə bağlı 14.12.2*23-cü il tarixdə məktəbin direktor vəzifəsini icra edən X24 tərəfindən 387 saylı əmr verilmişdir. Bundan başqa İddiaçı 13.12.2*23-cü il tarixdə işə gəlmədiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinin «b» bəndinə əsasən İddiaçı 14.12.2*23-cü il tarixli 388 saylı əmrlə «şiddətli töhmət» elan edilmişdir. Həmin gün, yəni 14.12.2*23-cü il tarixdə İddiaçı 388 saylı əmrin surətini təhvil almasına dair imza etməkdən imtina etməsi ilə əlaqədar olaraq məktəbin təsərrüfat işləri üzrə direktor müavini X13, məktəbin həmkarlar Komitəsinin sədri X6 və məktəbin katibəsi X2 iştirakı ilə akt tərtib edilmişdir. *8.*1.2*24-cü il tarixdə 16:31 də yoxlama zamanı məlum olmuşdur ki, İddiaçı yenə də, tabelin «gəldi» və «getdi» qrafalarına imza edib icazəsiz olaraq iş yerini tərk edib getmiş və bu səbəbdən də Gəncə şəhər üzrə təhsil sektorunun məsləhətçisi X7, məktəbin təsərrüfat işləri üzrə direktor müavini X13 və məktəbin ocaqçısı X25 iştirakı ilə akt tərtib edilmişdir. Məktəbin direktoru vəzifəsini icra edən Zəhra Heydərova tərəfindən İddiaçı işə gəlmədiyi gün üçün əmək haqqının hesablanmaması ilə bağlı *9.*1.2*24 -cü il tarixli 12 saylı əmr verilmişdir. 18.*1.2*24-cü il tarixdə İddiaçı saat 16:**-da işdə olmalı olduğu halda heç bir üzürlü səbəb olmadan iş yerinə gəlmədiyi üçün məktəbin təsərrüfat işləri üzrə direktor müavini X13, laborant X1* və Gəncə şəhər üzrə təhsil sektorunun məsləhətçisi X7 iştirakı ilə akt tərtib edilmiş və həmin gün üçün əmək haqqının hesablanmaması ilə bağlı 19.*1.2*24-cü il tarixdə məktəbin direktoru vəzifəsini icra edən Zəhra Heydərova tərəfindən 22 saylı əmr verilmişdir. 26.*4.2*24-cü il tarixdə İddiaçı saat 16:**-da işdə olmalı olduğu halda heç bir üzürlü səbəb olmadan iş yerinə gəlməmiş, 17:**-da telefon əlaqəsinin saxlanılmasına baxmayaraq, yenə də iş yerinə gəlmədiyi üçün məktəbin təsərrüfat işləri üzrə direktor müavini X13, laborant X1*, ingilis dili müəllimi X3, məktəbin katibəsi X2 və direktorun iştirakı ilə akt tərtib edilmişdir. 29.*4.2*24-cü ildə iddiaçı 26.*4.2*24-cü il tarixdə işə gəlməməsi ilə əlaqədar izahat verməkdən imtina etməsinə görə akt tərtib edilmişdir. Həmin tarixdə, yəni 19.*4.2*24-cü il tarixdə Gəncə şəhər S.Vəliyev adına 34 nömrəli tam orta məktəbin həmkarlar ittifaqı komitəsinin sədri X8 təqdimat verilərək, iddiaçının intizam qaydalarını kobud şəkildə pozması, mütəmadi olaraq işə gəlməməsi və ya heç bir xəbərdarlıq etmədən iş yerini tərk edib getməsinə görə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin «ç» bəndinə əsasən azad edilməsinə münasibət bildirilməsi üçün təqdimat verilmişdir. Gəncə şəhər S.Vəliyev adına 34 nömrəli tam orta məktəbinin Həmkarlar İttifaqının komissiyasının *3.*5.2*24-cü il tarixli,1 nömrəli protokolunda göstərilmişdir ki, İddiaçı səhvini etiraf edib və bir daha belə səhvlərə yol verməyəcəyinə söz vermiş, bununla bağlı İddiaçı ərizə də yazmışdır. Məktəbin Həmkarlar İttifaqının qərarında göstərilmişdir ki, İddiaçı işinə məsuliyyətli yanaşacaq və gələcəkdə bir daha işinə qarşı məsuliyyətsizlik halı baş verərsə, həmin şəxsin təqdimatda göstərilmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin «ç» bəndi ilə işdən azad edilməsinə müsbət rəy verilir. 14.*5.2*24-cü il tarixdə məktəbin təsərrüfat işləri üzrə direktor müavini X3* tərəfindən təqdimat verilərək İddiaçı 13.*5.2*24-cü il tarixdə tabelin «gəldi» və «getdi» qrafalarına imza edib icazəsiz olaraq iş yerini tərk edib getməsi göstərilmiş və həmin şəxs barəsində müvafiq tədbir görülməsi xahiş edilmişdir. 14.*5.2*24cü il tarixdə İddiaçı iş yerini üzürsüz səbəb olmadan tərk etməsi ilə əlaqədar olaraq izahat yazmaqdan imtina etməsi ilə bağlı akt tərtib edilmişdir. Məktəbin Həmkarlar İttifaqının sədri X11 17.*5.2*24-cü il tarixdə ünvanlanmış cavab olaraq, 2*.*5.2*24 cü il tarixdə məktəbin Həmkarlar İttifaqı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin «ç» bəndi ilə işdən çıxarılmasına etiraz etmədiklərini bildirmişdir. Göründüyü kimi iddianın maddi-hüquqi əsası yoxdur. Bundan başqa, İddiaçı mübahisələndirdiyi 2*.*5.2*24-cü il tarixli əmri 23.*5.2*24-cü il tarixdə poçt vasitəsilə qəbul etmiş və mediasiya prosesinin tətbiq olunması ilə bağlı təklif ərizəsini *5.*7.2*24-cü il tarixdə göndərmişdir. Bununla da İddiaçı həm də qanunvericiliklə nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüşdür. Sonda Nümayəndə iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X17 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı Gəncə şəhər S.Vəliyev adına 34 nömrəli tam orta məktəbdə 2*16-cı il tarixdən 2*24-cü il tarixədək gözətçi kimi işləmiş, bir neçə dəfə üzrlü səbəb olmadan və işəgötürənə bildirmədən icazəsiz olaraq işdən getmiş və ya ümumiyyətlə iş yerinə gəlməmişdir. Bununla bağlı bir neçə dəfə İddiaçı ilə proflaktiki söhbətlər aparılmış və İddiaçı güzəşt edilmişdir. Lakin sonuncu dəfə sözügedən məktəbin direktoru X23 bildirmişdir ki, işəgötürən odur və işçinin bu qaydada hərəkətlər etməsi məktəbin nüfuzuna zərər vurmaqla yanaşı, nizam-intizam qaydalarına da ziddir və bununla yanaşı iddiaçının bu hərəkətləri artıq vərdiş halına çevrilmişdir. Buna görə də İddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin 2*.*5.2*24-cü il tarixli, 1** nömrəli əmrini qanuni hesab edir. X1 iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını, cavabdehin nümayəndəsini (vəkilini) və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsini dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, işdə olan 2**8-ci il tarixli, B 116271 nömrəli diplomun surətindən görünür ki, İbrahimova (Musayeva) X31 Dövlət Universitetinin «Maarif ibtidai təhsilin pedaqojikası və metodikası» fakultəsini bitirmişdir. İş materiallarında olan *9.*3.2*16-cı il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı *9.*3.2*16-cı il tarixdən müddətsiz olaraq Gəncə şəhər S.Vəliyev adına 34 nömrəli tam orta məktəbdə gözətçi kimi növbəlik əsasında saat 16:**-dan 24:**-dək işləməyə başlamışdır. İşdə olan Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin diektor vəzifəsini icra edən X23, məktəbin təsərrüfat işləri üzrə direktor müavini X3*, məktəbin gecə gözətçisi X14 və məktəbin katibəsi X12 tərəfindən tərtib edilmiş 29.*9.2*23-cü il tarixli aktın surətindən görünür ki, 15.*9.2*23-cü il tarixdə Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin gözətçilərinin iş qrafikinə imza edilərkən İddiaçı əvvəlcə iş qrafiki ilə razılaşmış, lakin akta imza edərkən imza etməkdən imtina etmişdir. İşdə olan 29.*9.2*23-cü il tarixli Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin gözətçilərinin iş vaxtının razılaşdırılması barədə iş qrafikinin surətindən görünür ki, İddiaçı iş vaxtı 16:**-dan 24:**-dək olan müddəti əhatə edir. İş materiallarında olan Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin diektor vəzifəsini icra edən X23, məktəbin təsərrüfat işləri üzrə direktor müavini X3*, GDRTİ-nin mühasibləri X18, X26, X19 və məktəbin laborantı X27 tərəfindən tərtib edilmiş 15.11.2*23-cü il tarixli aktının surətindən görünür ki, məktəbin gözətçisi İddiaçı iş saatı 16:**-da başlasa da 16:1*-da iş yerində olmamışdır. İşdə olan Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin diektor vəzifəsini icra edən X23, məktəbin təsərrüfat işləri üzrə direktor müavini X3*, məktəbin məktəbdən kənar sinifdən xaric işlər üzrə təşkilatçısı X2*, məktəbin psixoloqu X24 və məktəbin həmkarlar komitəsinin sədri X21 tərəfindən tərtib edilmiş 16.11.2*23-cü il tarixli aktının surətindən görünür ki, məktəbin gözətçisi İddiaçı 15.11.2*23-cü il tarixdə işə gecikməsi ilə bağlı izahat yazmaqdan imtina etmişdir. İş materiallarında olan Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin 16.11.2*23-cü il tarixli, 339 nömrəli əmrininin surətindən görünür ki, məktəbdə gözətçi vəzifəsində çalışan İddiaçı 15.11.2*23-cü il tarixində məktəbdaxili əmək inzitam qaydalarını pozduğuna və əmək funksiyasını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət edilmişdir. İşdə olan Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin diektor vəzifəsini icra edən X23, məktəbin təsərrüfat işləri üzrə direktor müavini X3* və məktəbin laborantı X27 tərəfindən tərtib edilmiş *1.12.2*23-cü il tarixli aktının surətindən görünür ki, məktəbin gözətçisi İddiaçı iş saatı 16:**-da başlasa da 16:3*-da iş yerində yox idi. İş materiallarında olan Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin *2.12.2*23-cü il tarixli, 361 nömrəli əmrininin surətindən görünür ki, məktəbdə gözətçi vəzifəsində çalışan İddiaçı *1.12.2*23-cü il tarixdə növbəli iş qrafikinə uyğun olaraq iş saatı 16:**-da başlasa da, rəhbərliyə məlumat vermədən üzrsüz səbəbdən iş yerinə gəlmədiyi üçün həmin günü tutulmuş və İddiaçı günün tutulması ilə bağlı xəbərdarlıq edilmişdir. İşdə olan Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin diektor vəzifəsini icra edən X23, məktəbin təsərrüfat işləri üzrə direktor müavini X3* və məktəbin laborantı X27 tərəfindən tərtib edilmiş *5.12.2*23-cü il tarixli aktının surətindən görünür ki, məktəbin gözətçisi İddiaçı 16:**-da davamiyyət cədvəlinə imza atmış, lakin üzrsüz səbəbdən iş yerini tərk etmişdir. İş materiallarında olan Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin *6.12.2*23-cü il tarixli, 366 nömrəli əmrininin surətindən görünür ki, məktəbdə gözətçi vəzifəsində çalışan İddiaçı *6.12.2*23-cü il tarixdə davamiyyət cədvəlinə imza atmış, lakin üzrsüz səbəbdən iş yerini tərk etmişdir, həmin günü tutulmuş və İddiaçı günün tutulması ilə bağlı xəbərdarlıq edilmişdir. İşdə olan Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin diektor vəzifəsini icra edən X24, məktəbin təsərrüfat işləri üzrə direktor müavini X3* və məktəbin laborantı X27 tərəfindən tərtib edilmiş 13.12.2*23-cü il tarixli aktının surətindən görünür ki, məktəbin gözətçisi İddiaçı iş saatı 16:**-da başlasa da iş yerində yox idi. İş materiallarında olan Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin 14.12.2*23-cü il tarixli, 387 nömrəli əmrininin surətindən görünür ki, məktəbdə gözətçi vəzifəsində çalışan İddiaçı 13.12.2*23-cü il tarixdə növbəli iş qrafikinə uyğun olaraq iş saatı 16:**-da başlasa da, rəhbərliyə məlumat vermədən üzrsüz səbəbdən iş yerinə gəlmədiyi üçün həmin günü tutulmuş və İddiaçı günün tutulması ilə bağlı xəbərdarlıq edilmişdir. İşdə olan Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin 14.12.2*23-cü il tarixli, 388 nömrəli əmrininin surətindən görünür ki, məktəbdə gözətçi vəzifəsində çalışan İddiaçı 13.12.2*23-cü il tarixdə növbəli iş qrafikinə uyğun olaraq iş saatı 16:**-da başlasa da, rəhbərliyə məlumat vermədən üzrsüz səbəbdən iş yerinə gəlmədiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı şiddətli töhmətlə bağlı xəbərdarlıq edilmişdir. İşdə olan Gəncə şəhər üzrə təhsil sektorunun məsləhətçisi X22, məktəbin təsərrüfat işləri üzrə direktor müavini X3* və məktəbin ocaqçısı X37 tərəfindən tərtib edilmiş *8.*1.2*24-cü il tarixli aktının surətindən görünür ki, məktəbin gözətçisi İddiaçı iş saatı 16:**-da başlasa da iş yerində yox idi.Lakin davamiyyət cədvəlində “gəldi bölməsinə” imza etmişdir. İş materiallarında olan Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin *9.*1.2*24-cü il tarixli, 12 nömrəli əmrininin surətindən görünür ki, məktəbdə gözətçi vəzifəsində çalışan İddiaçı *8.*1.2*24-cü il tarixdə növbəli iş qrafikinə uyğun olaraq iş saatı 16:**-da başlasa da, rəhbərliyə məlumat vermədən üzrsüz səbəbdən iş yerinə gəlmədiyi üçün həmin günü tutulmuş və İddiaçı günün tutulması ilə bağlı xəbərdarlıq edilmişdir. İşdə olan Gəncə şəhər üzrə təhsil sektorunun məsləhətçisi X22, məktəbin təsərrüfat işləri üzrə direktor müavini X3* və məktəbin laborantı X27 tərəfindən tərtib edilmiş 18.*1.2*24-cü il tarixli aktının surətindən görünür ki, məktəbin gözətçisi İddiaçı iş saatı 16:**-da başlasa da iş yerində yox idi. İş materiallarında olan Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin 19.*1.2*24-cü il tarixli, 22 nömrəli əmrininin surətindən görünür ki, məktəbdə gözətçi vəzifəsində çalışan İddiaçı 18.*1.2*24-cü il tarixdə növbəli iş qrafikinə uyğun olaraq iş saatı 16:**-da başlasa da, rəhbərliyə məlumat vermədən üzrsüz səbəbdən iş yerinə gəlmədiyi üçün həmin günü tutulmuş və İddiaçı günün tutulması ilə bağlı xəbərdarlıq edilmişdir. İşdə olan Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin diektor vəzifəsini icra edən X23, məktəbin təsərrüfat işləri üzrə direktor müavini X3*, məktəbin ingilis dili müəllimi X15, məktəbin laborantı X27 və məktəbin katibəsi X12 tərəfindən tərtib edilmiş 26.*4.2*24-cü il tarixli aktının surətindən görünür ki, məktəbin gözətçisi İddiaçı iş saatı 16:**-da başlasa da iş yerində yox idi. Bununla bağlı sonuncuyla 17:**-da əlaqə saxlanasa da iş yerinə gəlməmişdir. İş materiallarında olan Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin diektor vəzifəsini icra edən X23, məktəbin təsərrüfat işləri üzrə direktor müavini X3*, məktəbin uşaq birliyi rəhbəri X28 və məktəbin ingilis dili müəllimi X15 tərəfindən tərtib edilmiş 29.*4.2*24-cü il tarixli aktının surətindən görünür ki, məktəbin gözətçisi İddiaçı 26.*4.2*24-cü il tarixdə üzrsüz səbəbdən işə gəlməməsi ilə bağlı izahat yazmaqdan imtina etmişdir. İşdə olan Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin 29.*4.2*24-cü il tarixli, 96 nömrəli əmrininin surətindən görünür ki, məktəbdə gözətçi vəzifəsində çalışan İddiaçı müəssisə daxili intizam qaydalarını (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin «a» bəndi) növbəti dəfə pozduğuna görə, sonuncu intizam tənbehinə (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin «ç» bəndi işdən azad olunma) Həmkarlar İttifaqı Komitəsinin rəyini öyrənmək üçün, işçi haqqında bütün sənədlərin surəti Həmkarlar İttifaqı Komitəsinin sədri X11 verilmişdir. İş materiallarında olan Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsi Komissiyasının *3.*5.2*24-cü il tarixli, 1 nömrəli protokolunun surətindən görünür ki, məktəbin Həmkarlar İttifaqı Komitəsinin üzvü İddiaçı işində daha da məsuliyyətli olmasına qərar verilmiş, əks halda işdən azad olunmasına Həmkarlar İttifaqı Komitəsi müsbət cavab verəcəkdir. İşdə olan *7.*5.2*24-cü il tarixli Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin sədri Rəna Həsənova tərəfindən verilmiş rəyin surətindən görünür ki, İddiaçı qeyd olunan hallar təkrar edərsə sonuncunun işdən azad edilməsinə heyyət üzvlərinin razılığı olmadan azad edilməsinə etiraz olunmur. İş materiallarında olan 14.*5.2*24-cü il tarixli təqdimatın surətindən görünür ki, İddiaçı 13.*5.2*24-cü il tarixdə saat 17:35-də üzrsüz səbəbdən iş yerində olmamışdır. İşdə olan 2*.*5.2*24-cü il tarixli Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin sədri Rəna Həsənova tərəfindən verilmiş bildirişin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin «ç» bəndi işdən azad edilməsinə etiraz olunmamışdır. İş materiallarında olan *5.1*.2*23-cü il tarixli, *6.1*.2*23-cü il tarixli, *7.1*.2*23-cü il tarixli, *9.1*.2*23-cü il tarixli, 1*.1*.2*23-cü il tarixli, 11.1*.2*23-cü il tarixli, 27.1*.2*23-cü il tarixli, 15.11.2*23-cü il tarixli, 16.11.2*23-cü il tarixli, *2.12.2*23-cü il tarixli, *4.12.2*23-cü il tarixli, *5.12.2*23-cü il tarixli, 14.12.2*23-cü il tarixli, *8.*1.2*24-cü il tarixli, *9.*1.2*24-cü il tarixli, 15.*1.2*24-cü il tarixli 19.*1.2*24-cü il tarixli, 29.*4.2*24-cü il tarixli və 14.*5.2*24-cü il tarixli təqdimatların surətlərindən görünür ki, İddiaçı müxtəlif tarixlərdə üzrsüz səbəbdən ya işə gecikmiş, ya iş yerindən vaxtından əvvəl getmiş və ya ümumiyyətlə iş yerinə gəlməmişdir. İşdə olan Gəncə-Daşkəsən regional Təhsil İdarəsi Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbinin 2*.*5.2*24-cü il tarixli, 1** nömrəli əmrin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin «ç» bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin «a» bəndində sadalanan hal) əmək funksiyasını pozduğuna görə əvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən (16.11.2*23-cü il tarixli, 339 nömrəli əmrlə töhmət, 14.11.2*23-cü il tarixli, 388 nömrəli əmrlə şiddətli töhmət) nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğu üçün (Əmək Məcəlləsinin 72-ci maddəsinin «ə» bəndi) 2*.*5.2*24-cü il tarixdən tutuduğu vəzifədən azad edilmiş və onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan 2*.*5.2*24-cü il tarixli, 1** nömrəli «əmək müqaviləsinə xitam verilməsi» barədə elektron əmrdən görünür ki, Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbində «gözətçi» işləyən İddiaçı dəfələrlə əmək funksiyasını pozduğuna görə əvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrarən əmək funksiyasını pozduğu üçün tutuduğu vəzifədən azad edilmiş, işçinin 12.1*.2*22-ci il tarixdən 2*.*5.2*24-cü il tarixinədək istifadə edilməmiş məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Gəncə Daşkəsən regional Təhsil idarəsinin mühasaibatlığına həvalə edilmişdir. İşdə olan İddiaçı X33 xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisinə ünvanladığı 2*.*5.2*24-cü il tarixli ərizəsinin surətindən görünür ki, Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbinin direktoru ona işdən çıxmağa dair ərizə yazmadığı təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinə xitam verəcəyini bildirmişdir. İş materiallarında olan İddiaçı X33 xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə ünvanladığı *7.*6.2*24-cü il tarixli izahatının surətindən görünür ki, İddiaçı müəssisənin təqdim etdiyi sənədlər təqdim olunmuş, yalnız *7.*5.2*24-cü il tarixli ərizəni özü yazdığını bildirmiş və digər sənədlərlə razılaşmamışdır. Bundan başqa işdən çıxdığı üçün son haqqhesab ödənilmədiyindən bu barədə tədbir görülməsini xahiş etmişdir. İşdə olan *5.*7.2*24-cü il tarixi mediasiya prosessinin tətbiqi barədə təklifin surətindən görünür ki, İddiaçı tərəfindən *5.*7.2*24-cü il tarixdə «işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi»nə dair təkliflə Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbinə müraciət ünvanlamışdır. İş materiallarında olan 26.*7.2*24-cü il tarixli ilkin mediasiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbinin nümayəndəsi mediasiya prossesində iştirak etmədiyinə görə mediasiya prosessinə xitam verilmişdir. İşdə olan **5**13 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı *1.*4.2*1*-cu il tarixli, 88 nömrəli əmrlə Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbdə xadimə vəzifəsinə təyin edilmiş, *1.*9.2*11-ci il tarixli, 7*/2 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) tərəflər arasında bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. *9.*3.2*16-cı il tarixli, 23/5 nömrəli əmrlə Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbdə gözətçi vəzifəsinə təyin edilmişdir. 2*.*5.2*24-cü il tarixli, 1** nömrəli əmrlə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində sadalanan hal) əmək funksiyasını pozduğuna görə əvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən (16.11.2*23-cü il tarixli, 339 nömrəli əmrlə töhmət, 14.11.2*23-cü il tarixli, 388 nömrəli əmrlə şiddətli töhmət) nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğu üçün (Əmək Məcəlləsinin 72-ci maddəsinin «ə» bəndi) 2*.*5.2*24-cü il tarixdən tutuduğu vəzifədən azad edilmiş və onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan 2*24-cü il may ayında "xxxx" ASC-nin «Gəncə» filialı tərəfindən verilmiş arayışdan görünür ki, Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəb tərəfindən İddiaçı hesabına 4*8 manat 55 qəpik məbləğində pul vəsaiti köçürülmüşdür. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı *9.*3.2*16-cı ildə Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbində gözətçi işinə qəbul edilmiş, 2*.*5.2*24-cü il tarixdə Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin 1** nömrəli «əmək müqaviləsinə xitam verilməsi barədə» əmrlə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. İddiaçı Gəncə şəhəri Samir Vəliyev adına 34 nömrəli orta məktəbə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məktəbəqədər və Ümumi Təhsil üzrə X29-Daşkəsən regional Təhsil İdarəsi) qarşı əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin 2*.*5.2*24-cü il tarixli, 1** nömrəli əmrinin ləğv edilməsi, iddiaçının Gəncə şəhəri Samir Vəliyev adına 34 nömrəli orta məktəbində gözətçi vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin «ç» bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin «a» bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla, heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud pozuntusu hesab edilir. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 7*-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqailəsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlankarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 8*-ci maddəsinin 1-ci hissəsinə görə həmin Məcəllənin 7*-ci maddəsinin «b» və «ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi Əmək Məcəlləsinin 7*-ci maddəsinin «ç» bəndində əmək müqaviləsinin ləğv edilməsinin iki əsası nəzərdə tutulmuşdur: 1) əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi; 2) 72-ci maddədə sadalanan əmək vəzifələrinin kobud şəkildə pozulması. Birinci əsasla bağlı qeyd edilməlidir ki, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri hər hansı formada yerinə yetirməmə özü-özlüyündə işçi ilə əmək müqaviləsini ləğv etməyə kifayət etmir. Buna o zaman yol verilir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan – işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəysin. İşəgötürən tərəfindən əmək müqaviləsinə əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi əsası ilə xitam verilərkən Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan şərtlərin mövcud olub-olmamasının ümumiyyətlə nəzərə alınmaması, ya da işin faktiki və hüquqi halları, eləcə də bu halları təsdiq və ya rədd edən sübutların lazımi qaydada əsaslandırılmaması pozuntu kimi səciyyələndirilən haldır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş halları ilə müəyyən edilmişdir ki, əmək funksiyasının pozulmasına görə İddiaçı barəsində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbinin 16.11.2*23-cü il tarixli 339 nömrəli əmri ilə töhmət, 14.12.2*23-cü il tarixli 388 nömrəli əmri ilə şiddətli töhmət tətbiq edilmişdir. Bundan sonra İddiaçı əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, altı ay ərzində əmək funksiyasına pozduğu üçün Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbinin 2*.*5.2*24-cü il tarixli 1** nömrəli əmri ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Lakin həmin əmrdə Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan halların mövcudluğuna qiymət verilməmiş, İddiaçı əmək funksiyasını pozması ilə işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyib-dəyməməsi ümumiyyətlə yoxlanılmamışdır. Buna görə də məhkəmə hesab edir ki, Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin 1** nömrəli «əmək müqaviləsinə xitam verilməsi barədə» əmri qanun tələbinə uyğun olmamış və İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Lakin İddiaçı Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin 1** nömrəli «əmək müqaviləsinə xitam verilməsi barədə» əmrini 23.*5.2*24-cü il tarixdə almasına baxmayaraq, bundan 43 gün sonra, yəni *5.*7.2*24-cü il tarixdə Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəb mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, 26.*7.2*24-cü il tarixdə ilkin mediasiya sessiyası başa çatmış və bundan da 4 gün sonra 31.*7.2*24-cü il tarixdə İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, İddiaçı məhkəməyə hüququnun pozulduğunu aşkar etdiyi gündən 47 gün sonra (ilkin mediasiya sessiyasınadək 43 gün, ilkin mediasiya sessiyasından sonra 4 gün) həmin hüququn bərpası tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, bununla da iddia müddətini 17 gün müddətə ötürmüşdür. Mülki işə məhkəmədə baxılarkən Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin nümayəndəsi iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəlləsinin 296-cı maddəsinin 7-ci bəndinə görə mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 35.1 və 35.2-ci maddələrinə görə mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə erdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina etməsində qərar çıxarması üçün əsasdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekbar 2**1-ci il tarixli qərarında göstərilir ki, iddia müddəti birinci növbədə hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.*.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun *3 iyun 2*13-cü il tarixli qərarında göstərilir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. «L.İ.Binnətovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin *8 may 2**8-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını (subyekt, forma, verilmə anı, məzmun – iddia müddətlərinin keçməsini əks etdirən konkret faktoloji əsas və onun nəticəsində yaranan maddi-hüquq tələbi) ehtiva edən maddi hüquq normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin həllinin tənzimlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici təbiəti bir qayda olaraq onun hüququn müdafiəsində prosessual normanı qabaqlamasını tələb edir. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, «Miragall Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə 25 yanvar 2***-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6cı bəndinə görə bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3*.*7.2*21-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. X34 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası 296-cı maddəsinin 6-cı bəndinin tələbindən göründüyü kimi həmin maddənin tətbiq olunması üçün iddia müddətinin ötürülməsi səbəbi iddiaçının şəxsiyyəti ilə bağlı obyektiv hallarla bağlı olmalıdır. Lakin İddiaçı Gəncə şəhəri Samir Vəliyev adına 34 nömrəli orta məktəbə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məktəbəqədər və Ümumi Təhsil üzrə X29-Daşkəsən regional Təhsil İdarəsi) qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxdığı iş günləri üzrə əmək haqqı» tələbinə dair iddiası üzrə ötürülmüş müddətin bərpası haqqında ərizə verməmiş, həmçinin iddia müddətini buraxması barədə məhkəməyə heç bir üzrlü səbəb və ya həmin səbəblərin üzrlü olmasına dair heç bir mötəbər dəlil təqdim etməmişdir. İddiaçı iddia müddətini ötürməsini yalnız Məktəbəqədər və Ümumi Təhsil üzrə X29-Daşkəsən regional Təhsil İdarəsinə, X16 Gəncə-Daşkəsən regional şöbəsinə etdiyi şikayətlərin araşdırmasının nəticəsini gözləməsi ilə izah etmişdir. Həmin hal isə iddiaçının şəxsiyyəti ilə bağlı obyektiv hala, yəni Azərbaycan Respublikası 296-cı maddəsinin 6-cı bəndinin tələbinə, habelə «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3*.*7.2*21-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə uyğun deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək və hazırki iddia tələbi üzrə iddia müddətinin keçməsini nəzərə alaraq, hesab edir ki, İddiaçı Gəncə şəhəri Samir Vəliyev adına 34 nömrəli orta məktəbə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məktəbəqədər və Ümumi Təhsil üzrə X29-Daşkəsən regional Təhsil İdarəsi) qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxdığı iş günləri üzrə əmək haqqı» tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 358-36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Gəncə şəhəri Samir Vəliyev adına 34 nömrəli orta məktəbə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məktəbəqədər və Ümumi Təhsil üzrə X29-Daşkəsən regional Təhsil İdarəsi) qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxdığı iş günləri üzrə əmək haqqı» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar