Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4712/2024 06.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Şakir oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçı X4 etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili) Vəkil iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı “mənzilə köçürmə, mülkiyyət hüququna yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı X7 Cavabdeh qarşı “mənzilə köçürmə, mülkiyyət hüququna yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, onun Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, ev 17/32, mənzil 15 ünvanında yerləşən mənzilə köçürülməsi, mənzilə girib-çıxmasının və sərbəst istifadəsinin təmin edilməsi və mənzilə dair mülkiyyət hüququna maneə yaratmağın cavabdehə qadağan edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, ev 17/32, mənzil 15 ünvanında yerləşən mənzil mülkiyyət hüququ ilə ona və rəhbətlik anası X3 məxsusdur. Anası 2023-cü ilin avqustunda dünyasını dəyişmişdir. Cavabdeh hası yolla isə anasının onun adına vəsiyyətnamə yazmasına nail olmuşdur. Cavabdeh onun Rusiyada olmasından istifadə edərək mənzilin kilidini dəyişmiş və onu evə buraxmır. Dəfələrlə tələb etsə də, cavabdeh bu hərəkətindən əl çəkmir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, onun mübahisəli mənzilə dair mülkiyyət hüququ müdafiə edilməlidir və mənzilə köçürülməsi qanunamüvafiqdir. Məhkəmə iclasında iddiaçı X4 etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili) Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; İİİ-Aİ seriyalı, 761691 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə Nümayəndə arasında nikah 01 mart 2024-cü il tarixdə Sverdlovsk vilayəti, Yekaterinburq şəhəri, Verx-İsetsk rayonun vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbəsində ********************7 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Poluşov, arvada Lipetskaya soyadı verilmişdir. AZ-İİ seriyalı, 387111 nömrəli, 2 saylı Gəncə ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş, 13 noyabr 2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2023-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 31 oktyabr 2023-cü il tarixdə 10 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi qida borusunun dəqiqləşdirilməmiş bədxassəli yenitörəməsi qeyd edilmişdir. 28 mart 2022-ci il tarixli, 2V-38 reyestr nömrəli, 2 saylı Gəncə regional ASAN xidmət mərkəzində Notariat ofisi tərəfindən verilmiş vəsiyyətnamənin surətindən görünür ki, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, ev 17/32, mənzil 15 ünvanında qeydiyyatda olan X6 həmin vəsiyyətnamə ilə aşağıdakılar barədə sərəncam verir: ölən günədək ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, bütün əmlakını ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh vəsiyyət edir. 26 aprel 2024-cü il tarixli, 2V-440 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 2 saylı Gəncə regional ASAN xidmət mərkəzində Notariat ofisi tərəfindən xx.xx.2022 tarixdə təsdiq edilən və reyestrdə 2V-38 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2023 tarixdə vəfat etmiş X2 vərəsəsi Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, ev 17/32, mənzil 15 ünvanında qeydiyyatda olan Cavabdehdur. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə verilmiş **********55-05101- 093007 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarışa əsasən miras qoyan X3 məxsus ünvan 2umi sahəsi 30.1 kvadratmetr olan mənzildən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrdən əldə edilmiş xx.xx.2024 tarixli qeydiyyat nömrəsi **********KW33108 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, ev 17/32, mənzil 15 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Gəncə Regional ASAN xidmət Mərkəzində Notariat Ofisi tərəfindən Cavabdeh ünvanlanmış 31 oktyabr 2023-cü il tarixli, 1584 nömrəli məktubda xx.xx.2022-ci il tarixdə, 2 saylı Gəncə regional ASAN xidmət Mərkəzi notariat ofisində X6 tərəfindən Cavabdeh 2V-38 nömrə ilə təsdiq edilmiş vəsiyyətnamənin ləğv edilmədiyi, hal-hazırda qüvvədə olduğu bildirilmişdir. 01 may 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********55-05101-093007 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən Çıxarışın surətindən görünür ki, ünvan 2umi sahəsi 30,1 kvadratmetr olan mənzilin ½ hissəsi İddiaçı, ½ hissəsi X3 məxsusdur. 15 may 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********55-05101-093007 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən Çıxarışın surətindən görünür ki, ünvan 2umi sahəsi 30,1 kvadratmetr olan mənzilin ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh məxsusdur. 14 oktyabr 2024-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 4Ə-2033 reyestr nömrəli, 1 saylı Gəncə Regional ASAN xidmət mərkəzi notariat ofisində Polushov Aınur ilə Cavabdeh arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X9 şəhəri, Nəriman Nərimanov prospekti, ev 17/32, mənzil 15 ünvanında yerləşən ümumi sahəsi 30,1 kvadratmetr olan mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni alıcı Cavabdeh verir: satıcı Polushov Aınur (ümumi sahəsi 30,1 kvadratmetr olan mənzilin yalnız özünəməxsus olan ½ hissəsini) alıcı Cavabdeh satdı. Satılan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən satıcıya məxsusdur ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2024 tarixdə Polushov Aınur-a verilmiş ********** qeydiyyat nömrəli, **********55- 05101-093007 reyestr nömrəli dövlət reyestrdən çıxarışa əsasən paylı mülkiyyət üzrə ½ hissə. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrdən əldə edilmiş xx.xx.2024 tarixli qeydiyyat nömrəsi **********VC33106 olan arayışa əsasən müqavilə bağlananadək Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, ev 17/32, mənzil 15 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Satıcı daşınmaz əmlakı 198000 manat 00 qəpik qiymətinə satdı, alıcı isə həmin qiymətə aldı. Alıcı Cavabdeh satıcı Polushov Aınur-dan satdığı ½ hissəni ondan 198000 manat 00 qəpik qiymətinə aldı. 17 oktyabr 2024-cü il tarixli, ********** nömrəli, **********55-05101-093007 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən Çıxarışın surətindən görünür ki, ünvan 2umi sahəsi 30,1 kvadratmetr olan mənzil tam mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli ünvan olan ünvan 2umi sahəsi 30,1 kvadratmetr olan mənzil paylı mülkiyyətdə olmaqla, ½ hissəsi iddiaçı Aınur Polushova, ½ hissəsi isə iddiaçının anası Almaz Əliyevaya məxsus olmuşdur. Almaz Əliyeva 28 mart 2022-ci il tarixli, 2V-38 reyestr nömrəli, 2 saylı Gəncə regional ASAN xidmət mərkəzi Notariat ofisi tərəfindən verilmiş vəsiyyətnamə əsasında ölən günədək ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, bütün əmlakını cavabdeh olan Cavabdeh vəsiyyət etmişdir. Mübahisəli ünvanının ½ hissəsinin iddiaçı Aınur Polushova, ½ hissəsinin isə Cavabdeh məxsus olması barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən Çıxarış verilmişdir. İddiaçı Aınur Polushov Cavabdeh onu mülkiyyətində olan əmlaka qoymaması, mənzilin kilidini dəyişməsini əsas gətirərək, “mənzilə köçürmə, mülkiyyət hüququna yaradılmış maneənin aradan qaldırılması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra 14 oktyabr 2024-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 4Ə-2033 reyestr nömrəli, 1 saylı Gəncə Regional ASAN xidmət mərkəzi notariat ofisində iddiaçı ilə cavabdeh arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında iddiaçı X9 şəhəri, Nəriman Nərimanov prospekti, ev 17/32, mənzil 15 ünvanında yerləşən ümumi sahəsi 30,1 kvadratmetr olan mənzilin özünə məxsus olan ½ hissəsini Cavabdeh 198000 manata satmışdır. Sözügedən alqı-satqı müqaviləsi əsasında Cavabdeh mübahisəli əmlaka dair 17 oktyabr 2024-cü il tarixli, ********** nömrəli, **********55-05101-093007 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən Çıxarış almışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəflər arasında olan mübahisənin həlli ilə bağlı əvvəlcə iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malik olub-olmaması məsələsinə qiymət verilməsinin zəruriliyinə vurğulayaraq, bu baxımdan “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyini qeyd etməyi lazım bilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli həmin qərarında qeyd edilmşdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu baxımdan məhkəmə, ilk növbədə iddiaçı Aınur Poushov hazırki iddia ilə məhkəməyə müraciət edərkən müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüquqlarının pozulub-pozulmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir idda tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulubpozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyətli və əsassız olardı. Bu mənada məhkəmə qeyd edir ki, iddiaçı X7 hazırki məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, iddiaçı Aınur Polushov mülki iş məhkəmənin icraatında olan zaman mübahisəli əmlak olan ünvan 2umi sahəsi 30,1 kvadratmetr olan mənzilin özünə məxsus olan ½ hissəsini 14 oktyabr 2024-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 4Ə-2033 reyestr nömrəli, 1 saylı Gəncə Regional ASAN xidmət mərkəzi notariat ofisində bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh satmış, cavabdeh tərəfindən sözügedən əmlakın tam mülkiyyətində olması barədə 17 oktyabr 2024-cü il tarixli, ********** nömrəli, **********55-05101-093007 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən Çıxarış alınmışdır. Göründüyü kimi, mübahisəli əmlak iddiaçıya məxsus olmamaqla, sözügedən əmlak üzərində iddiaçının mülkiyyət hüquqları qeydiyyata alınmadığından başqa sözlə iddiaçı artıq mülkiyyətçi olmadığından iddiaçı cavabdehə qarşı mövcud iddianı qaldırmaqda subyektiv hüquqa malik deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı X4 Cavabdeh qarşı “mənzilə köçürmə, mülkiyyət hüququna yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X4 Cavabdeh qarşı “mənzilə köçürmə, mülkiyyət hüququna yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-4712/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4712/2024
06.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver