Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-472/2023 14.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, X6 iclas katibliyi ilə, iddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Respublika Xammal və X11 Mərkəzi Cavabdeh1nə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə və "xxxx" X15 səhmdar cəmiyyətinə qarşı «hərracın nəticəsinin ləğv edilməsi, yekuna dair bağlanmış protokolun, alqı-satqı müqaviləsinin, mülkiyyət hüququna dair aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi və ipoteka müqaviləsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Respublika Xammal və X11 Mərkəzi Cavabdeh1nə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə və "xxxx" X15 səhmdar cəmiyyətinə qarşı Cavabdeh1 ilə "xxxx" X15 səhmdar cəmiyyəti arasında bağlanmış 29 iyun 2018-ci il tarixli, 48/02-1 saylı protokolun etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən həmin əmlakla bağlı cavabdeh "xxxx" X15 səhmdar cəmiyyətinin adına verilmiş çıxarışın ləğv edilməsi və evin ilkin hüquqi vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək, bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(104)-2276/2019 nömrəli qətnaməsi ilə İddiaçı və X4 müştərək qaydada cəmi 7.236 ABŞ dolları 11 sent tutularaq "xxxx" X15 səhmdar cəmiyyətinə ödənilməsi, borcun kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş X5 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu S.Kəsəmənli küçəsində yerləşən 65 saylı fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Hərrac Mərkəzi Cavabdeh1 ilə "xxxx" X15 səhmdar cəmiyyəti arasında həmin əmlaka dair 29 iyun 2021-ci il tarixdə ipoteka predmetinin əldə edilməsinə dair 48/02-1 saylı protokol tərtib olunmuş və əmlak alınmışdır. İddiaçı həmin protokolla razı deyildir və hesab edir ki, protokol etibarsız sayılmalı və hərracın nəticələri ləğv olunmalıdır. Belə ki, əmlakın real bazar qiyməti 200.000 manatdan yuxarı olsa da, hərrac nəticəsində bank, cəmi 38.250 manat ödəniş etməklə əmlakı balansına keçirmişdir. Bununla da haqsız olaraq dəyərindən üç dəfədən aşağı qiymətlənmə nəticəsində əmlak faktiki dəyərindən 160.000 manat aşağı qiymətə bank tərəfindən balansa götürülmüşdür. «İpoteka haqqında» qanuna əsasən 3 dəfə hərrac keçirilməklə hər baş tutmamış hərracın nəticəsi olaraq predmetin dəyərinin ilkin olaraq 15%, daha sonra 25% azalması ilə yekun hərrac keçirilməlidir. Hər bir hərracın keçirilməsi barədə borclu və cavabdehə məktubla məlumat verilməli olduğu halda, buna riayət edilməmişdir. Sonda Nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Respublika Xammal və X11 Mərkəzi Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi və "xxxx" X15 səhmdar cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəmə iclaslarında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan açıq hərracın keçirilməsinə dair 04 may 2021-ci il və 01 iyun 2021-ci il tarixli, 01/2709 və 01/3113 nömrəli bildirişlərdə X7, İddiaçı, X8, X1, X2 və X3 Gəncə şəhəri, Kəpəz rayonu S.Kəsəmənli küçəsində yerləşən 65 saylı fərdi yaşayış evinə dair hərracın keçirilməsinə dair məlumat qeyd edilmişdir. İpoteka predmetinin ilkin satış qiyməti 60.000 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan Respublika Xammal və X11 Mərkəzi Cavabdeh1ndən X7, İddiaçı, X8, X1, X2 və X3 ünvanlanmış 22 iyun 2021-ci il tarixli, 01/3419 saylı məktubdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu S.Kəsəmənli küçəsində yerləşən 65 saylı fərdi yaşayış evinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, təkrar hərracın baş tutmaması barədə «Birja yenilikləri» qəzetinin 22 iyun 2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 30 oktyabr 2018ci il tarixli 2(043)37-2018 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh X4 və İddiaçı müştərək qaydada tərəflər arasında bağlanmış 09 iyun 2008-ci il tarixli 009v/8 nömrəli kredit müqaviləsinə əsasən 9.404 ABŞ 57 sent əsas borc, 1.778 ABŞ dolları 49 sent faiz borcu, 100 ABŞ dolları cərimə borcu, cəmi 11.283 ABŞ dolları 06 sent kredit borcu qətnamə icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsinə uyğun ödənilməklə alınaraq, iddiaçı "xxxx" X15 Səhmdar Cəmiyyətinə verilməsi, 09 iyun 2008-ci il tarixli 009v/S nömrəli kredit müqaviləsinə əsasən cəmi 11.283 ABŞ dolları 06 sent kredit borcunun qətnamə icra olunduğu Azərbaycan manatının məzənnəsinə uyğun ödənilməklə, 30 manat dövlət rüsumunun ödənilməsi iddiaçı "xxxx" X15 Səhmdar Cəmiyyəti ilə X10 arasında bağlanmış 09 iyun 2008-ci il tarixli 009vik/8 nömrəli ipoteka müqaviləsi üzrə X5 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Kəsəmənli küçəsi, 65 saylı evə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, evin ilkin satış qiymətinin 60.000 manat məbləğində müəyyən edilməsi, Evin (ipoteka predmetinin) satışından əldə olunan puldan 09 iyun 2008-ci il tarixli 009v/8 nömrəli kredit müqaviləsi üzrə cəmi 11.283 ABŞ dolları 06 sent kredit borcunun qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsinə uyğun ödənilməklə, iddia ərizəsi üzrə dövlət büdcəsinə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, iddiaçı "xxxx" X15 Cəmiyyətinin xeyrinə verilməsi qət edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli, 2(104)- 2276/2019 saylı qətnaməsinin surətindən görünür ki, iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli 2(043)37-2018 saylı qətnaməsi cavabdehlər X4 və İddiaçı müştərək qaydada tərəflər arasında bağlanmış 09 iyun 2008-cı il tarixli 009v/8 sayli kredit müqaviləsinə əsasən 9.404 ABŞ dolları 57 sent əsas borc, 1.778 ABŞ dolları 49 sent borcu, 100 ABŞ dolları cərimə borcu, cəmi 11.283 ABŞ dolları 06 sent kredit borcu qətnamə icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsinə uyğun ödənilməklə, 30 manat dövlət rüsumunun ödənilməsi üçün iddiaçı "xxxx" KB ASC-i ilə X10 arasında bağlanmış 09 iyun 2008-cı ıl tarixli 009vik/8 nömrəli ipoteka müqaviləsi üzrə X5 mülkiyətində olan, Gəncə şəhəri, Kəpəz rayonu, S,Kəsəmənli küçəsi 65 saylı evə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, evin ilkin satış qiymətinin 60.000 manat məbləğində müəyyən edilməsi, evin satışından əldə olunan puldan 09 iyun 2008-ci il tarixli 009v/8 nömrəli kredit müqaviləsi üzrə cəmi 11.283 ABŞ dolları 6 sent kredit borcunun qətnamə icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsinə uyğun iddiaçımn xeyrinə ödənilməsi hissəsində dəyişdirilsin və cavabdehlər X4 və İddiaçı müştərək qaydada tərəflər arasında bağlanmış 09 iyun 2008-ci ıl tarixli 009v78 saylı kredit müqaviləsinə əsasən 6.085 ABŞ dolları 32 sent əsas borc, 1.150 ABŞ dolları 79 sent faiz borcu, cəmi 7.236 ABŞ dolları 11 sent kredit borcu qətnamə icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsinə uyğun ödənilməklə alınaraq, iddiaçı "xxxx" KB ASCnin xeyrinə verilməsi, 09 iyun 2008-cı ıl tarixli 009c/8 nömrəli kredit müqaviləsinə əsasən cəmi 7.236 ABŞ dolları 11 sent kredit borcunun qətnamə icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsinə uyğun ödənilməklə, 30 manat dövlət rüsumunun ödənilməsi üçün iddiaçı "xxxx" KB ASC-i ilə X10 arasında bağlanmış 09 iyun 2008-cı ıl tarixli 009vik/8 nömrəli ipoteka müqaviləsi üzrə X5 mülkiyətində oları, Gəncə şəhəri, Kəpəz rayonu, S.Kəsəmənli küçəsi 65 saylı evə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, evin ilkin satış qiymətinin 60.000 manat məbləğində müəyyən edilməsi, evin satışından əldə olunan puldan 09 iyun 2008-ci il tarixli 009v/8 nömrəli kredit müqaviləsi üzrə cəmi 7.236 ABŞ dolları 11 sent kredit borcunun qətnamə icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsinə uyğun iddiaçının xeyrinə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 sentyabr 2020-ci il tarixli, 2(102)-3786/2020 saylı qərarının surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli, 2(104)-2276/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş X9 48/02-1 nömrəli Protokolun surətindən görünür ki, X7 məxsus olan, Gəncə şəhəri, Kəpəz rayonu S.Kəsəmənli küçəsində yerləşən 65 saylı fərdi yaşayış evinin (ipoteka predmeti) ilkin hərrac qiyməti 60.000 manat, ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiyməti 51.000 müəyyən edilmiş, ipoteka predmeti 25 faiz aşağı olan qiyməti 38.250 manat məbləğinə tələbkar "xxxx" X15 səhmdar cəmiyyəti tərəfindən əldə edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, "xxxx" X15 səhmdar cəmiyyəti ilə X10 arasında bağlanmış 09 iyun 2008-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" X15 səhmdar cəmiyyəti tərəfindən F.K.Nəbiyevə 108 ay müddətinə, illik 19 faiz ödəmək şərti ilə 30.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Öhdəliklərin icrasının təmimatı kimi 09 iyun 2008-ci il tarixli ipoteka müqaviləsinə əsasən F.K.Nəbiyevin mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, S.Kəsəmənli küçəsində yerləşən 65 saylı ev ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 25 fevral 2009-cu il tarixli zaminlik müqaviləsinə İddiaçı ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin F.K.Nəbiyev və İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməmiş və onların "xxxx" X15 səhmdar cəmiyyətinə borcu yaranmış, həmin borcdan yaranan mübahisə üzrə yuxarıda qeyd olunmuş qətnamələr qəbul edilmişdir. Həmçinin Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli 2(043)37-2018 saylı qətnaməsi, Gəncə Apellyasiya Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli, 2(104)-2276/2019 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 sentyabr 2020-ci il tarixli, 2(102)-3786/2020 saylı qərarı ilə hazırki mülki iş üzrə mübahisə predmeti olan «ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün X9» 29 iyun 2021-ci il tarixli 48/02-1 nömrəli protokolla özgəninkiləşdirilmiş Gəncə şəhəri, Kəpəz rayonu, S.Kəsəmənli küçəsində yerləşən 65 saylı mənzilin F.K.Nəbiyevin mülkiyyətində olduğu, həmin mənzilin hərracın nəticələri üzrə 38.250 manat məbləğinə "xxxx" X15 səhmdar cəmiyyəti tərəfindən əldə edildiyi müəyyən edilir. Qeyd olunan məbləğ isə 09 iyun 2008-ci il tarixli 009v/8 nömrəli kredit müqaviləsi üzrə F.K.Nəbiyevin 7.236 ABŞ dolları 11 sent kredit borcunun ödənilməsinə kifayət edir. İpoteka ilə yüklü edilmiş əmlak İddiaçı deyil F.K.Nəbiyevin mülkiyyətində olduğundan, eləcə də hazırda nəticələri mübahisələndirilən hərracla İddiaçı mənafelərinə toxunulmadığından əsl olmayan iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi İddiaçı nümayəndəsinə təklif olunmasına baxmayaraq, İddiaçı nümayəndəsi əsl olmayan iddiaçının əsl iddiaçı əvəz edilməsinə razı olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, məhkəmə mülki işə irəli sürülmüş tələblər üzrə baxmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli Qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə... ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır... Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, İddiaçı cavabdehlər Respublika Xammal və X11 Mərkəzi Cavabdeh1nə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə və "xxxx" X15 səhmdar cəmiyyətinə qarşı «hərracın nəticəsinin ləğv edilməsi, yekuna dair bağlanmış protokolun, alqı-satqı müqaviləsinin, mülkiyyət hüququna dair aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi və ipoteka müqaviləsinə xitam verilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Respublika Xammal və X11 Mərkəzi Cavabdeh1nə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə və "xxxx" X15 səhmdar cəmiyyətinə qarşı «hərracın nəticəsinin ləğv edilməsi, yekuna dair bağlanmış protokolun, alqı-satqı müqaviləsinin, mülkiyyət hüququna dair aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi və ipoteka müqaviləsinə xitam verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-472/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-472/2023
14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver