Məhkəmə qərarları › İş №2(125)-4721/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4721/2023

13.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4721/2023 13.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, Ərizəçi (maraqlı şəxs Gəncə şəhər Qeydiyyat İdarəsi) «qohumluq faktının və şəxslərin eyni şəxs olması faktının müəyyən edilməsi» tələbi barədə ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi (maraqlı şəxs Gəncə şəhər Qeydiyyat İdarəsi) ərizə ilə məhkəməyə müraciət edərək, X6 İsmayılov X1 və X4 oğlu olması, İsmayılov X3 ilə X5 eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizənin qəbul olunmasından imtina edilməli, ərizəçiyə ilk öncə X6 doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək, daha sonra isə sənədin şəxsiyyət vəsiqəsində göstərilən şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək, ərizəçi doğum akt qeydlərinin düzgün tərtib olunmadığını hesab etdiyi halda isə həmin akt qeydlərində düzəlişlər edilməsinə dair ərizə ilə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, işdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli və Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arayışların surətlərindən görünür ki, X8 doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, X13 və Ərizəçi nikahlarını xx.xx.1970-ci ildə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1096 nömrəsi ilə qeydə aldırmışlar. X6 xx.xx.1999-cu ildə ölməsi ilə bağlı nikaha xitam verilmiş və ölüm xx.xx.1999-cu ildə 667 nömrəli akt qeydi ilə Maraqlı şəxs tərəfindən qeydə alınmışdır. İşdə olan AZ seriyalı 012852 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1999-cu ildə ölmüşdür. İş materiallarında olan НЗ seriyalı ******* nömrəli hərbi biletin və xx.xx.1960-cı il tarixli əmək kitabçalarının surətlərindən görünür ki, X8 adına hərbi bilet və əmək kitabçası tərtib edilmişdir. İşdə olan **********22-10301 reyestr nömrəli daşınmaz əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Şota Rustaveli küçəsində yerləşən 11 nömrəli daşınmaz əmlak İsmayılov X2 mülkiyyətindədir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışın surətindən görünür ki, X11 xx.xx.1966-cı ildə ölmüşdür. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, X13 müstəqil fərd kimi ayrıayrı vaxtlarda öz adından hüquq münasibətlərinə daxil olmuş, hətta Ərizəçi ilə nikahını xx.xx.1970-ci ildə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1096 nömrəsi ilə qeydə aldırmış, adına hərbi bilet və əmək kitabçası tərtib olunmuş, onun ölümü xx.xx.1999-cu ildə 667 nömrəli akt qeydi ilə Maraqlı şəxs tərəfindən qeydə alınmışdır. Qeyd olunan hərəkətlərin icrası və qeydiyyatı şəxsin şəxsiyyət vəsiqəsi (pasport) olmadan, şəxsiyyət vəsiqəsinin (pasportun) verilməsi isə doğum akt qeydi tərtib edilmədən mümkün deyildir. Hazırki halda isə E.D.İsmayılova məxsus doğum akt qeydinin aşkar olunmaması, həmin akt qeydinin ümumiyyətlə mövcud olmaması mənasını vermir. Buna görə də Ərizəçi X6 doğumunun qeyd edilmə faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Belə ki, şəxsin doğum akt qeydi olmadan qohumluq faktının məhkəmədə müəyyən olunması yolverilməzdir. Bundan başqa, ərizədə göstərilən X5 ölümü Gəncə şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində xx.xx.1967-ci ildə qeydə alınmış və buna dair 06 nömrəli akt qeydi tərtib olunmuşdur. Şəxsin ölümü haqqında qeyd onun şəxsiyyət vəsiqəsində (pasportunda), eləcə də doğum akt qeydlərində göstərilən məlumatlar əsasında tərtib edilir. Hazırki halda isə ərizəçinin məhkəməyə təqdim etdiyi sənədlərdən yalnız **********22-10301 reyestr nömrəli daşınmaz əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda İsmayılov X1 adı göstərilmişdir. Buna görə də ərizəçi X5 şəxsiyyət vəsiqəsini (pasportunu) sübut qismində əldə etməklə **********22-10301 reyestr nömrəli daşınmaz əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının X10 məxsus olması faktının müəyyən olunması tələbi barədə ərizə ilə məhkəməyə, yaxud doğum akt qeydlərinin düzgün tərtib olunmadığını hesab etdiyi halda isə həmin akt qeydlərində düzəlişlər edilməsinə dair ərizə ilə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 2.2-ci bəndində məhkəmələr izah edilmişdir ki, əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin Qərarın 6.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericilikdə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair sənəd aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də vətəndaşlıq vəziyyəti aktlarında yol verilən sənvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və s.) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 9.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-nin XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda qeyd olunanları, habelə mübahisə tərəflərinin hüquqi vəziyyətinin və onların arasındakı münasibətlərin ümumi hüququn nizamasalma predmetinə aid olmasını nəzərə alaraq, hesab edirəm ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə ərizəni qəbul etməkdən imtina edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyə ərizə verilərkən təqdim edilmiş sənədlər Ərizəçi qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2023; əməliyyat İD:210518384; qəbzin nömrəsi:1820; terminal nömrəsi: K0127015; GPP qəbz nömrəsi:**********) dövlət büdcəsindən Ərizəçi qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Ərizəçi (maraqlı şəxs Gəncə şəhər Qeydiyyat İdarəsi) «qohumluq faktının və şəxslərin eyni şəxs olması faktının müəyyən edilməsi» tələbi barədə ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2023; əməliyyat İD:210518384; qəbzin nömrəsi:1820; terminal nömrəsi: K0127015; GPP qəbz nömrəsi:**********) dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar