Məhkəmə qərarları › İş №2(125)-4722/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4722/2023

25.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4722/2023 25.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə regional «Asan xidmət» mərkəzində Notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, müəyyən etdi : Ərizəçi maraqlı şəxs 1 Saylı Gəncə regional «Asan xidmət» mərkəzində Notariat ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək mərhum anası X1 miras qalmış Goranboy rayonunu Düzqışlaq kəndindəki mülkə görə mirası qəbul etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi məhkəməyə ərizə təqdim edərək ərizənin və ona əlavə olunmuş sənədlərin ödənilmiş dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs 1 saylı Gəncə regional «Asan xidmət» mərkəzində Notariat ofisinə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 17*.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.*.1-261.*.3 və 261.*.6-261.*.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə regional «Asan xidmət» mərkəzi Notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 17*.1, 114.1.3, 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə regional «Asan xidmət» mərkəzi Notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçiyə qaytarılsın. Ərizəçi tərəfindən ödənilmiş 1** (yüz) manat dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 1* (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar