Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4785/2023 04.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X20 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, Ərizəçi nümayəndəsi (vəkil) X6, maraqlı şəxs “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X18 nümayəndəsi X4 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X19) “işləmə faktının müəyyən edilməsi” tələbi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi (maraqlı şəxs “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X19) “işləmə faktının müəyyən edilməsi” tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1985ci il tarixdən xx.xx.2003-cü il tarixədək Gəncə şəhər Stomatoloji poliklinikasında tibbi bacısı vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, hal-hazırda Rusiya Federasiyasının vətəndaşıdır. Pensiya yaşına çatdığı üçün müvafiq dövlət orqanına müraciət etmişdir. Ondan işləməsi ilə bağlı əmək kitabçası tələb etmişlər. xx.xx.1985-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Gəncə şəhəri Stomatoloji poliklinikasında tibbi bacısı vəzifəsində işləmiş və əmək kitabçası həmin müəssisədə olmuşdur. 2003-cü ildən Rusiya Federasiyasına getdiyindən əmək kitabçasını müəssisədən götürməmişdir. Daha sonra əmək kitabçasını tələb etdikdə poliklinikanın yanması və oradakı bütün sənədlərin məhv olması səbəbindən ona heç bir sənəd təqdim edə bilməyəcəklərini və bununla bağlı olaraq məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Bununla bağlı arxiv idarəsinə də tərəfindən müraciət olunsa da, cavab olaraq ona bildirilmişdir ki, Gəncə şəhəri Stomatoloji poliklinikasında arxiv sənədləri X14 filialına təhvil verilməmişdir. Rusiya Federasiyasında pensiyaya çıxmaq üçün xx.xx.1985-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Gəncə şəhəri Stomatoloji poliklinikasında tibb bacısı vəzifəsində işləməsi ilə bağlı sənəd təqdim etməlidir. Lakin, həmin sənədləri təqdim edə bilmədiyi üçün pensiyaya çıxa bilmir. Qeyd olunan faktla bağlı sənədləri başqa yolla əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi (vəkil) X6 ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X18 nümayəndəsi X9 izahatında bildirdi ki, 1994-cü ildə Gəncə şəhəri Stomatoloji poliklinikasında yanğın baş vermiş və nəticədə bütün sənədlər, o cümlədən işçilərin şəxsi işləri yanmışdır. Bu səbbədən Ərizəçi 01 sentyabr 1985-ci il tarixdən 01 yanvar 2003-cü il tarixinədək Gəncə şəhəri Stomatoloji poliklinikasında tibbi bacısı vəzifəsində işləyibişləməməsi barədə məlumatın verilməsi imkan xaricindədir. Buna baxmayaraq, ərizənin təmin edilməsinə etiraz edilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, Ərizəçi iş yoldaşı kimi tanımışdır. Belə ki, Gülnarə Gəncə şəhər Stomatoloji poliklinikasında 1985-ci ildə işləməyə başlamışdır. 1994-cü il tarixində Gəncə şəhər Stomatoloji poliklinikasında yanğın hadisəsi baş vermiş və bütün sənədlər yanaraq məhv olmuşdur. Bildiyinə görə Gülnarə 1985-ci ildən 2002-ci ilin sonuna kimi Gəncə şəhəri Stomatoloji poliklinikasında tibbi bacısı vəzifəsində işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, Ərizəçi iş yoldaşı kimi tanıyır. Belə ki, o, Gəncə şəhər Stomatoloji poliklinikasında 1975-ci ildə işləməyə başlamışdır. Ərizəçi isə ondan sonra, yəni 1985-ci il tarixində sözügedən poliklinikada işə düzəlmiş və müalicə şöbəsində tibb bacısı vəzifəsində çalışmışdır. 1994cü il tarixində Gəncə şəhər Stomatoloji poliklinikasında yanğın hadisəsi baş vermiş və bütün sənədlər yanaraq məhv olmuşdur. Hal-hazırda özü təqaüdçüdür. Bildiyinə görə 2002-ci ilin sonuna kimi Gülnarə həmin poliklinikada işləmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; 08 iyul 2023-cü il tarixli Evlər üçlüyü tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi 1986-cı ildən etibarən ünvan 1 ünvanda pasport qeydiyyatında durur. AZ-T seriyalı, 212968 nömrəli doğum haqqında şəhadətnamənin əsli ilə tutuşdurulmuş surətindən görünür ki, X1 xx xxxxx 1965-ci il tarixdə doğulmuşdur. Valideynləri atası – X5, anası – X7r. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X14 filialının 02 iyun 2023-cü il tarixli, 3-48-DA-4F/2-990//1/2023 nömrəli məktubunda Azərbaycan Respublikası Vəkillər Kollegiyası Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Hümbət İsgəndərova bildirilmişdir ki, müəssisənin arxiv sənədləri X14 filialına təhvil verilməmişdir. Bu səbəbdən sorğunun müsbət cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X15 02 iyun 2023-cü il tarixli, PHŞ-6-37-/2-393/2023 nömrəli məktubunda Azərbaycan Respublikası Vəkillər Kollegiyası Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Hümbət İsgəndərova bildirilmişdir ki, Gəncə şəhər Stomatoloji poliklinikası yandığından və oradakı bütün sənədlər məhv olduğundan Zeynalova (Atakişiyeva) Gülnarə Faxrəddin qızının sözügedən poliklinikada işləyib-işləməməsi barədə arayışın verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti Gəncə şəhər X10 Xidmətinin 21 iyul 2023-cü il tarixli, 3-18-181/2-426/23 nömrəli məktubunda bildirilmişdir ki, 04 may 1994-cü il tarixdə ünvan 2 ünvanda yerləşən Diş poliklinikasında yanğın hadisəsi baş vermişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X15 04 sentyabr 2023-cü il tarixli, 18-1-37/2-726/2023 nömrəli məktubunda bildirilmişdir ki, 04 may 1994-cü il tarixdə ünvan 3 ünvanda yerləşən Diş poliklinikasında yanğın hadisəsi baş verdiyindən Ərizəçi xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Gəncə şəhəri Stomatoloji poliklinikasında tibb bacısı işləyibişləməməsi barədə məlumatın verilməsi imkan xaricindədir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X14 filialının 23 avqust 2023-cü il tarixli, 3-48-DA-4F/2-1523//1/2023 nömrəli Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış məktubunda bildirilmişdir ki, Gəncə şəhəri Stomatoloji poliklinikasının arxiv sənədləri X14 filialına təhvil verilməmişdir. Bu səbəbdən də sorğunun cavablandırılması mümkün olmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ərizəçi təqaüd yaşına çatmış və bununla bağlı müvafiq dövlət orqanına müraciət etmişdir. Lakin, ondan işləməsi ilə bağlı əmək kitabçası tələb edilmişdir. Ərizəçi Rusiya Federasiyasına getdiyi üçün işlədiyi Gəncə şəhər Stomatoloji poliklinikasında əmək kitabçasını götürməmişdir. Gəncə şəhər Stomatoloji poliklinikasından əmək kitabçasını tələb edən zaman 1994-cü il tarixində poliklinikada yanğın hadisəsi baş verməsi səbəbindən bütün sənədlərin yandığı bildirilmişdir. Ərizəçi tərəfindən Azərbaycan Respublikası X14 filialına da müraciət edilmiş, lakin oradan da müəssisənin arxiv sənədlərinin X14 filialına təhvil verilmədiyi bildirilmişdir. Hal-hazırda Ərizəçi xx.xx.1985-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Gəncə şəhər Stomatoloji poliklinikasında tibbi bacısı vəzifəsində işləməsi faktının müəyyən edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi lazım bilir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə sənədləri başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcuddur. Bununla belə məhkəmə hesab edir ki, ərizəçinin tələbi qismən haqlı olduğundan qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti Gəncə şəhər X10 Xidmətinin 21 iyul 2023-cü il tarixli, 3-18-181/2-426/23 nömrəli məktubundan görünür ki, 04 may 1994-cü il tarixdə ünvan 2 ünvanda yerləşən Diş poliklinikasında yanğın hadisəsi baş vermişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X15 02 iyun 2023-cü il tarixli, PHŞ-6-37-/2- 393/2023 nömrəli məktubunda isə Gəncə şəhər Stomatoloji poliklinikası yandığından və oradakı bütün sənədlər məhv olduğundan Ərizəçi sözügedən poliklinikada işləyibişləməməsi barədə arayışın verilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə qeyd edir ki, Ərizəçi 01 sentyabr 1985-ci il tarixdən 04 may 1994-cü il tarixinədək Gəncə şəhər Stomatoloji poliklinikasında tibbi bacısı vəzifəsində işləməsi şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Lakin, 04 may 1994-cü il tarixindən 01 yanvar 2003-cü il tarixinədək sözügedən müəssisədə işləməsinə dair hər hansı təsdiq edici sənədlər və sübutlar müəyyən edilməmişdir . Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Ərizəçi xx.xx.1985-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Gəncə şəhər Stomatoloji poliklinikasında tibbi bacısı vəzifəsində işləməsi faktı müəyyən edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci ilin yanvar ayının 1-dək keçmiş SSRİ–nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydalarının 2.5-ci bəndində göstərilir ki, əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 13.2-ci bəndində qeyd edilir ki, əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin qərarın 13.3-cü bəndində izah olunur ki, əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Həmin qərarın 13.4-cü bəndində izah olunur ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307-ci maddəsində birbaşa nəzərdə tutulmasa da, Məcəllənin 307.2.11–ci maddəsində başqa faktların da məhkəmə tərəfindən müəyyən edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. Ərizəçi xx.xx.1985-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Gəncə şəhər Stomatoloji poliklinikasında tibbi bacısı vəzifəsində işləməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-4785/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4785/2023
04.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver