Məhkəmə qərarları › İş №2(125)-4793/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4793/2024

07.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4793/2024 07.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2, Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə Regional «Asan xidmət» mərkəzi notariat ofisinə qarşı mirasın qəbul edilməsi vaxtının uzadılması və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsinin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünə məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə Regional «Asan xidmət» mərkəzi notariat ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək atası X1 miras əmlak kimi Gəncə şəhəri, Nizami rayonu ərazisində yerləşən Gülüstan bina 56,mənzil 4, 47,0 3 otaqdan ibarət yaşayış evinin miras əmlak kimi tərəfindən qəbul edilməsi faktını müəyyən etməklə, mirasın qəbul edilməsi vaxtının uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərk hesab edirəm ki, ərizəçi mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etməklə işin məhkəmədən kənar həlli qaydasına nail olmaq imkanı olduğu halda məhkəməyə müraciət etmişdir. MPM-in 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 10-cu bəndində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Bununla belə Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il 26 dekabr tarixli Qərarı ilə Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüşdür. Məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə Regional «Asan xidmət» mərkəzi notariat ofisinə qarşı mirasın qəbul edilməsi vaxtının uzadılması və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Ərizəçiyə mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264, 268-269-cu maddələrini rəhbər tutaraq msəhkəmə, qərara aldı: Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə Regional «Asan xidmət» mərkəzi notariat ofisinə qarşı mirasın qəbul edilməsi vaxtının uzadılması və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar