Məhkəmə qərarları › İş №2(125)-4850/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4850/2025

24.09.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4850/2025 24.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi və vəkili X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə etməyə cavabdeh tərəfindən törədilən hər cür maneələrə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı1 və İddiaçı2 qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi (keçmiş Tağı Arani), 15/16 saylı mənzildən istifadə etməyə cavabdeh tərəfindən törədilən hər cür maneələrə son qoyulması, mənzilin çöl qapısının hər iki açarının, mənzildəki otaqların və balkonun açarlarının bir nüsxəsinin onlara verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və mənzilə əlavə çarpayı qoyulmasına cavabdeh tərəfindən maneə törədilməsinin qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 31 yanvar 2011-ci il tarixli, 2(043)-80/2011 saylı qətnaməsinə əsasən İddiaçı1 azyaşlı oğlu İddiaçı2 ilə birlikdə Gəncə şəhəri, T.Arani küçəsi, 15 nömrəli evin 16cı mənzilinə köçülürlməsi qət edilmişdir. Məhkəmə qətnamə çıxararkən onun 2001-ci ildə evə gəlin gəlməyinə və həmin zaman evin kirayəçilərinin buna etiraz etməməsinə, onun 2008-ci ildən həmin mənzilə pasport qeydiyyatına alınmasına əsaslanaraq, onun və azyaşlı oğlunun həmin mənzildən istifadə hüququ olması qənaətinə gəlmişdir. Kəpəz Rayon Məhkəməsi Konstitusiya Məhkəməsinin 14 aprel 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş icarədar tərəfindən yaşadığı sahəyə başqa şəxsin köçürülməsinə yeganə şərt kimi onunla birlikdə yaşayan ailə üzvlərinin razılığını kifayət hesab etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 16.10 1992-ci il tarixli 2 nömrəli Qərarı ilə kirayəçinin və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin əri (arvadı) mənzilə köçürülərkən etiraz etmədiklərini faktiki razılıq kimi qəbul edib, onların mənzilə pasport qeydiyyatı olmadığı hallarda belə, yaşayış sahəsinə hüquqlarının tanına biləcəyini qeyd etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 11 may 2011-ci il tarixli, 2(104)-357/2011 saylı qətnaməsi və AR Ali Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2011-ci il tarixli 2(102)- 3118/11 saylı qərarı ilə qeyd edilən qətnamə qüvvədə saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra mənzilə köçürülmüşdürlər. Köçürüldüyü andan başlayaraq, Cavabdeh1 və onun mərhum əri Babayev Akif Əhməd oğlu onun və uşağının normal yaşayışına mane olmağa, onları bezdirərək evdən çıxarmağa çalışmışdırlar. Babayev Akif Əhməd oğlu 2015-ci il fevral ayında vəfat etdikdə Cavabdeh1 mərhumun qardaşlarından tələb etmişdir ki, onun əşyalarını evdən çıxarmaq üçün, əşyalarının anasının evinə yığılması üçün onu razı salsınlar. Onun kimi mərhumun qardaşları da Cavabdeh1 yas mərasimindən istifadə edərək onu evdən çıxarmağa çalışmasını dərk etmişdirlər, ona görə də yas mərasimini yola vermək üçün mərhumun qardaşları onun əşyalarının müvəqqəti olaraq arxa otağa keçirilməsini xahiş etmişdirlər. O, ümumi təsərrüfatı birgə idarə etdiklərindən əşyaları arxa otağa keçirmiş, 40 mərasimindən sonra yenidən əşyalarını əvvəlki yerinə qaytarmaq istədikdə Cavabdeh1 buna yenə də mane olmağa çalışmışdır. Ümumiyyətlə həmin vaxtdan sonra Qənirə daha çox onu və uşağını yola verməməyə başlamışdır. Onları daima təhqir etmiş, qonaq gedəndə qapını onlara açmamış, onları çöldə saxlamışdır. Uşağını soyuq qış aylarında balkona çıxarkən evə girməməsi üçün balkonun qapısını bağlayıb orada saxlamış və uşağı soyuqdan öldürməyə cəhd etmişdir. Həmin vaxt qonşular işə zəng edərək onu çağırmışdırlar. Bu barədə dəfələrlə davaları olmuşdur. Cavabdehin oğlu Cavabdeh2 onlar ayrıldıqları vaxtdan da əvvəl, təxminən 2007-2008-ci illərdə həmin mənzili tərk etmişdir. Bakı şəhərində yaşayır və orada ailə qurmuşdur. Mənzillə heç bir əlaqəsi yoxdur. Cavabdeh1 isə qarşısına məqsəd qoymuşdur ki, onları bezdirərək evdən çıxartsın. Oğlu Türkiyə Respublikasında təhsil alır. Hər dəfə Azərbaycana gələndə nənəsi Cavabdeh1 qəsdən qapını bağlayaraq onu çöldə qoyur. Mənzilin çöl qapısının iki qıfılı vardır. Həmin qıfıllardan birini onlara verməmişdir. Hətta bütün əşyalar və sənədlər həmin mənzildə olduğu halda, onların Bakı şəhərində istirahət etdikləri vaxtda mənzilin çöl qapısının onlarda olmayan qıfılını da bağlayaraq guya ki, Gədəbəyə getmişdir. Bütün bunları qəsdən, onlara əziyyət vermək, əsəblərini korlamaq, onların mənzildən vazkeçmələri üçün etmişdir. Oğlunun Türkiyə Respublikasına uçması üçün bütün sənədlərinin mənzildə olduğunu bildiyi halda, açarı almaq üçün Gədəbəyə getməyə razı olduqları halda, onlara dəqiq yerini deməmiş, hər gün "Gəlirəm" deyərək aldatmış, nəticədə onlara xeyli miqdarda ziyan vurmuşdur. Onlar evdə olmayanda iç-içə olan otağı bağlayaraq hətta onların əşyalarının bəzilərini həmin otağa qoyaraq öz əşyalarından istifadə etmələrinə imkan verməmişdir. Mənzil iç-içə olan 2 otaqdan ibarətdir. Yay aylarında hər iki tərəfdən pəncərəsinin açılması lazımdır ki, ev havalansın. Evə onlar tərəfindən ventilyator alınmış, yenə də onlara əziyyət vermək üçün onlar olmayan kimi həmin ventilyatoru qəsdən otağın birinə qoyaraq qapını bağlamışdır. Oğlu kiçik olan zaman bir çarpayıda məcbur olub yatmışdırlar. Hazırda oğlu böyükdür. Onunla bir çarpayıda yatmaq mümkün deyildir. Cavabdeh isə uşağın və ya onun divanda yatmalarına imkan verməmişdir. Cavabdeh imkan verməmişdir ki, heç olmasa, başqa bir çarpayı da gətirib həmin otağa qoysun. Həmin mənzil özəlləşdirilməmişdir, dövlət mülkiyyətindədir. Onun və oğlunun həmin mənzillə bağlı gözlənilən mülkiyyət hüququ vardır. İllərdir ki, ətraf rayonlarda və Bakı şəhərində övladının təhsil alması və böyüməsi üçün əmək fəaliyyəti ilə məşğul olmuşdur. Hər dəfə evə gələndə əşyalarının və sənədlərinin qəsdən yerinin dəyişdiyinin şahidi olmuşdur. Cavabdeh1 qonşular arasında onun şərəf və ləyaqətini alçaldan sözlər işlətmiş, onu nüfuzdan salmağa çalışmışdır. Məhkəmə iclasında İddiaçı1 etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, balaca vaxtından bəri həmin evdə yaşayır. Giriş-çıxış qapısının 2 qıfılı, 2 açarı vardır. Cavabdeh1 nənəsidir. Nənəsi hər iki qıfılı bağlayıb getdiyi üçün evə girə bilmirlər. Açarlardan yalnız biri onlarda vardır, ancaq digər qıfılın açarı yoxdur. Sonuncu dəfə gələndə yenə qapı bağlı olmuş, nənəsindən harada olduğunu soruşduqda Bakıda olduğunu demişdir. Evə girmək üçün açarı göndərməsini istəmişdir. Cavabdeh bu hərəkətləri ilə anasının və onun evlərindən istifadə hüququnu pozmuşdur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı1 keçmiş gəlinidir, digər İddiaçı2 isə nəvəsidir. Ev onun mülkiyyətindədir. 2 açar vardır, biri onlarda biri isə özündədir. Heç vaxt giriş-çıxış qapısını bağlamamış, öz yatdığı otağın qapısını bağlamışdır. Özü xəstədir, bacısının evinə gedib-gəlir, hər dəqiqə evdə ola bilmir. Ramilə ilə oğlunun nikahları 2011-ci ildən pozulmuşdur, onun evindən çıxmasını istəyir. Nəvəsinə pis nənə olmamışdır, o, Türkiyədə olan vaxt 300 manat pul göndərmişdir ki, zəlzələ təhlükəsi olduğuna görə gəlsin, ancaq gəlməmişdir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(043)-80/20211 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı1 azyaşlı oğlu İddiaçı2 ilə birlikdə Gəncə şəhəri, Tağı Arani küçəsi, 15 nömrəli evin 16-cı mənzilinə köçürülməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli, 2(104)- 357/2011 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh Babayev Akif Əhməd oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(043)-80/20211 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli, 2(102)-3118/11 nömrəli qərarının surətindən görünür ki, cavabdeh Babayev Akif Əhməd oğlunun kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx.xx.2011-ci il tarixli, 2(104)-357/2011 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq edilmiş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(043)-80/20211 nömrəli qətnaməsi ilə iddiaçıların Gəncə şəhəri, Tağı Arani küçəsi, 15 nömrəli evin 16-cı mənzilinə köçürülmələri qət edilmişdir. İddiaçılar iddia etmişdirlər ki, cavabdehlər onların həmin məzildən istifadə etmələrinə maneçilik törədərək, mənzilin qapısını bağlamaqla ayrı-ayrı vaxtlarda onların mənzilə daxil olmalarına və mənzildən sərbəst istifadə etmələrinə maneçilik törətmişdirlər. Cavabdeh tərəf isə iddia tələbinə qarşı etiraz edərək, iddiaçıların mənzilə daxil olmalarına və ya mənzildən istifadə etmələrinə hər hansı maneçilik törədilmədiyini, yalnız özünə məxsus əmlaklarını otaqlardan birinə yığmaqla otağın qapısını bağladığını və hərdən evdə tək olanda başqa yerə getdiyini göstərmişdir. Göründüyü kimi, iddiaçılar mübahisəli mənzilə köçəndən sonra birgə yaşayış qaydalarına uyğun olaraq həmin mənzildən istifadə etmələrinə cavabdehlərdən Cavabdeh1 tərəfindən maneçilik törədilmişdir. Digər Cavabdeh2 tərəfindən iddiaçıların mənzildən istifadə etmələrinə maneçilik törədilməsi məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də fiziki və hüquqi şəxslərin digər hərəkətləridir. MM-in 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. MM-in 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar əmlak hüquqları sayılır. MM-in 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. MM-in 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin hallarını araşdırıb tədqiq olunmuş hüquq normaları baxımından qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan qismən təmin olunmalı, iddiaçılar İddiaçı1 və İddiaçı2 Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi (keçmiş Tağı Arani), 15/16 saylı mənzildən istifadə etmələrinə Cavabdeh1 tərəfindən törədilən maneələrə son qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi (keçmiş Tağı Arani), 15 nömrəli evin 16 nömrəli mənzildən istifadə etmələrinə Cavabdeh1 tərəfindən törədilən maneələrə son qoyulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar