Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-488/2025 13.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmək qabiliyyətinin itirilməsinə görə aylıq ödəncin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mülki işin mübahisəsiz halları ondan ibarətdir ki: xx.xx.2017-ci il tarixli 15 nömrəli əmrin, xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin və xx.xx.2017-ci il tarixli əmək müqaviləsi bildirişinin surətindən məlum olur ki, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə bir illik əmək müqaviləsi bağlanaraq İddiaçı fəhlə kimi işə götürülmüş, işçinin aylıq əməkhaqqı 250 manat müəyyən edilmişdir; xx.xx.2017-ci il tarixli 01 nömrəli “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” Aktın surətindən məlum olur ki, "xxxx" MMC-də fəhlə işləyən İddiaçı 07 may 2017-ci il tarixdə saat 10:00 radələrində tikinti sahəsində işləyərkən müvazinətini itirərək yıxılmış və xəsarət almışdır; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli müayinəyə dair məlumatından görünür ki, İddiaçı əmək zədəsi nəticəsində əmək qabiliyyətinin 80 faizini itirdiyinə görə ona ikinci dərəcəli əlillik təyin edilmişdir: "xxxx" Sığorta Şirkətinin 01 may 2018-ci il tarixli məktubunun surətindən məlum olur ki, İddiaçı xəsarət aldığı vaxt sığorta olunanlar siyahısında olmaması səbəbindən əmək xəsarəti alması ilə bağlı sığorta ödənişinin verilməsindən imtina olunmuşdur; İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.2018-ci il tarixdən ödənilməli olan zərərə görə aylıq ödəncin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-971/2019 nömrəli, 01 may 2019-cu il tarixli qətnaməsinə əsasən, iddia təmin edilmiş, İddiaçı istehsalatda əmək xəsarəti nəticəsində sağlamlığının pozulmasına görə əmək qabiliyyətini itirməzdən əvvəlki orta aylıq əmək haqqının 80 faizi miqdarında aylıq ödənc cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi qət edilmişdir. Hazırkı iş üzrə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əmək xəsarətinə görə xx.xx.2017-ci ildən xx.xx.2024-cü il tarixinədək 19166,54 manat ödəncin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, Əmək xəsarəti aldığım tarixdən hal-hazıradək mənə cavabdeh cəmi 985.46 manat əmək xəsarətinə görə ödəniş etmişdir. Əmək xəsarəti aldığı tarixədək əmək haqqı 250 manat olmuşdur. Əmək fəaliyyətini 80% itirmişdir. xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilə qədər 8 ay üçün 200 manat hesabı ilə 1600 manat, xx.xx.2018xx.xx.2018-ci ilə qədər 12 ay üçün x 200=2400 manat, xx.xx.2019-xx.xx.2019-cu ilə qədər 12 au üçün x 200=2400 manat, xx.xx.2020- xx.xx.2020-ci ilə qədər 12 ay üçün x 200=2400, xx.xx.2021-xx.xx.2021 -ci ilə qədər 12 ay üçün x 200=2400 manat, xx.xx.2022- 3 1.12.2022-ci ilə qədər 12 ay x 240 manat (2022-ci ildə minimum əmək haqqı AR-da hər ay 300 manat olmuşdur 2880 manat) xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə qədər AR-da orta aylıq əmək haqqı 345 manat olmuşdur. 22 ay x 276 manat - 6072 manat ödənilməlidir. Beləliklə, cavabdeh əmək xəsarətinə görə 2017-ci il üçün cəmi 1600 manat, 2018-ci il üçün 2400 manat, 2019-cu il üçün 2400 manat, 2020-ci il üçün 2400 manat, 2021-ci il üçün 2400 manat, 2022-ci il üçün 2880 manat, 2023-xx.xx.2024-cü il üçün 6072 manat ödənc ödəməlidir. Cavabdeh xx.xx.2017-ci ildən xx.xx.2024-cü ilə qədər cavabdeh əmək xəsarətinə görə iddiaçıya 985,46 manat ödəniş etmişdir. Cavabdehin ona hazırki tarixə ödənilməmiş 19166.54 manat borcu qalmışdır (20152-985.46 manat = 19166,54 manat). Hesab edir ki, cavabdehdən əmək xəsarətinə görə iddiaçıya xx.xx.2017-ci ildən xx.xx.2024-cü ilədək 19166.54 manat ödənc tutularaq ona ödənilməlidir. Cavabdeh iddiaya etiraz verərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, əmək haqqının 80 faizi miqdarında aylıq ödənc, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatı əsasında müəyyən edilmişdir. Belə ki, 21 fevral 2018-ci il tarixli Forma 88-də (0529003AAFGX) əmək zədəsi ilə ikinci dərəcəli əlillik və əmək qabiliyyətinin itirilmə faizi 80% müəyyən edilmişdir. Bununla belə, Əmək müqavilələrinin reyestrindən görünür ki, İddiaçı əmək qabiliyyəti bərpa olunmuşdur. Belə ki, o xx.xx.2019-xx.xx.2020 tarixlərində "xxxx" MMC-də (VÖEN3:1********) suvaqçı, xx.xx.2021-6.04.2021 tarixlərində fərdi sahibkar X2 (VÖEN:**********) yanında malyar usta, xx.xx.2021-xx.xx.2022 tarixlərində fərdi sahibkar X3 VÖEN:**********) yanında qəlbçi, xx.xx.2022-ci il tarixindən fərdi sahibkar X1 (VÖEN: **********) yanında qəlbçi vəzifəsində işləyir. Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialının 27 oktyabr 2022-ci il tarixli **********7 nömrəli məktubunda xx.xx.2022-ci il tarixli 28 nömrəli sorğumuza cavab olaraq qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron – Xızı regional filialından xx.xx.2018-ci il tarixdən müddətsiz Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyaya görə 61 manat sosial müavinət təyin edilmişdir. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli Qərarının 1.4-cü bəndinə əsasən işəgötürən istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş müvafiq həkim məsləhət komissiyası və ya TSEK-in rəyi əsasında müvəqqəti yüngül işə keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərqi ödəyir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək, əlillik müəyyən edildiyi vaxtadək ödənilməlidir. İş materiallarına əlavə edilən əmək müqaviləsi bildirişindən göründüyü kimi iddiaçının əmək fəaliyyəti bərpa olunmuş və müxtəlif iş yerlərində işləmişdir. Bununla yanaşı bildirmək istəyirik ki, iddiaçının hazırda qaldırdığı iddia tələbi üzrə işə baxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2997/2022 saylı, xx.xx.2022ci il tarixli qərarında qeyd etdiyimiz xüsusatlar öz əksini tapmışdır. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli Qərarı hazırki mübahisəni tənzimləyir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq iclasın onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmiş, cavabdeh iclasa gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 195-ci maddəsinin “c” bəndinə əsasən işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işəgötürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” 9 yanvar 2003-cü il tarixli 3 saylı qərarına əsasən istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir (Qaydaların 2.1-ci bəndi). Hazırkı iş üzrə iddiaçı xx.xx.2017-ci il tarixdən cavabdeh MMC-də başladığı əmək prosesi zamanı xx.xx.2017-ci il tarixdə xəsarət almış və əmək zədəsi nəticəsində əmək qabiliyyətinin 80 faizini itirdiyinə görə ona ikinci dərəcəli əlillik təyin edilmişdir. Qanuni qüvvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən, iddiaçıya istehsalatda əmək xəsarəti nəticəsində sağlamlığının pozulmasına görə əmək qabiliyyətini itirməzdən əvvəlki orta aylıq əmək haqqının 80 faizi miqdarında aylıq ödəncin cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi qət edilmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə cavabdehdən əmək xəsarətinə görə xx.xx.2017-ci ildən xx.xx.2024-cü il tarixinədək 19166,54 manat ödəncin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının istehsalatda aldığı əmək xəsarəti nəticəsində sağlamlığının pozulmasına görə əmək qabiliyyətini itirdiyi xx.xx.2017-ci ildən qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən aylıq ödəncin tutulduğu xx.xx.2018-ci il tarixədək iddiaçıya əvvəlki orta aylıq əmək haqqının 80 faizi miqdarında aylıq ödəncin cavabdeh tərəfindən hesablanaraq ödənilməsi hissəsində iddia əsaslıdır. Belə ki, iddiaçı xx.xx.2017-ci ildə istehsalatda əmək xəsarəti nəticəsində sağlamlığının pozulmasına görə əmək qabiliyyətini itirmişdir. Bununla yanaşı, müvafiq aylıq ödəncin cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi barədə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Habelə, iddiaçının əmək qabiliyyətinin itirilməsi faizinin xx.xx.2018-ci il tarixli akta əsasən 80 faiz müəyyən edilməsi və iddiaçının əvvəlki orta aylıq əmək haqqının 250 manat olması qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsbit olunmuş hallardır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə həmçinin qeyd edir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-488/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə, qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən müvafiq aylıq ödəncin cavabdeh MMC tərəfindən hesablanaraq ödənilməli olduğu xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan tələbə dair hissədə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilərək, iddiaçıya istehsalatda əmək xəsarəti nəticəsində sağlamlığının pozulmasına görə əmək qabiliyyətini itirməzdən əvvəlki orta aylıq əmək haqqının 80 faizi miqdarında aylıq ödənc cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı istehsalatda əmək xəsarəti nəticəsində sağlamlığının pozulmasına görə əmək qabiliyyətini itirməzdən əvvəlki orta aylıq əmək haqqının 80 (səksən) faizi miqdarında aylıq ödənc cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək hesablanaraq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-488/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-488/2025
13.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver