Məhkəmə qərarları › İş №2(125)-4903/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4903/2023

24.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4903/2023 24.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçinin və maraqlı şəxsin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlər üzrə mərkəzi filialını maraqlı şəxs qismində göstərməklə “dövlətin təyin etdiyi güzəştli müavinətin verilməsinə dair” hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi izahat verərək bildirdi ki, hazırda oğluna görə güzəştli şərtlərlə təqaüdə çıxmaq istəsə də oğlu X1 adı Elxan yazıldığı üçün bundan imtina edilmişdir. Halbuki oğlu Elçinin onun övladı olması faktını məhkəmədən kənar başqa qaydada aradan qaldıra bilmir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi ərizəyə qarşı etiraz təqdim edərək tələbin təmin edilməməsini xahiş etdi və bildirdi ki, ərizəçi “sənədin şəxsə məxsus olması faktının müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafiq müayinə aktında ərizəçinin qeyd etdiyi Abbasov Elçin adlı şəxsin adı və soyadı Abbaslı Elxan kimi qeyd edilmişdir. Lakin iş materiallarında Agentliyə müraciət edilməsi və Agentliyin hər hansı cavabı barədə məlumat yoxdur, habelə hazırki ərizəsində ərizəçi lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə ərizəçini və maraqlı şəxsin nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə İmişli Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, ərizəçi, İmişli rayonu, Meliorator qəsəbəsi küçəsi, ev 6, mənzil 1* ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edlmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Аzərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 3*6.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. MPM-in 3*9.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin hazırki tələbinin nədən ibarət olduğunu aydınlaşdırmaq Gəncə Şəhər Məhkəməsinin səlahiyyətində olmadığından, başqa sözlə ərizəçinin yaşayış yeri Gəncə şəhərinin ərazisində deyil, İmişli rayonu ərazisində olduğundan, iş ərizənin məzmununu aydınlaşdırmaq və müvafiq prosessual qiymət verilməsi üçün ərazi aidiyyəti üzrə İmişli Rayon Məhkəməsinə göndərilməlidir. MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 44-45, 263-264, 266-268, 3*6, 3*9-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə İmişli Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar