Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4928/2024 22.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X21 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisi) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisi) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X2 miras qalmış daşınmaz əmlakın ümumi sahəsi 102,2 kvadratmetr, torpaq sahəsinin ölçüsü 0,08 hektar, reyestr nömrəsi **********17-10301 olan Gəncə şəhəri, Kəpəz rayonu (Dəmiryolaltı Y/S sahəsi-1, Məh B-6) ünvanda yerləşən fərdi yaşayış evinin onun tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryolu altı YS sahəsi-1, Məh B-6 tam mülkiyyət hüququ əsasında mərhum qızı X4 məxsus olmuş, X7 xx.xx.2021-ci il tarixdə ürək xəstəliyindən dünyasını dəyişmişdir. Mərhum qızı X7 ölən bir günədək onunla birlikdə Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryolu altı Y/S sahəsi-1, Məh B- 6-də yaşamış, nə rəsmi, nə də ki faktiki nikah münasibətlərinə girməmiş, vərəsələri olmamışdır. Mərhum qızının adına olan çıxarışda olan fərdi yaşayış evi yalnızca Gəncə şəhəri, Kəpəz rayonu olaraq qeyd edilmişdir, ona görə ki, həmin vaxt küçələrə ad, mənzillərə ünvan verilməmişdir. Hazırda isə çıxarışda yazılan Gəncə şəhəri, Kəpəz rayonu reallıqda Gəncə şəhəri, Dəmiryolu altı Y/S sahəsi-1, Məh B-6-dır. Eyni zamanda qeyd edilməlidir ki, hazırda qəbul edilməsini təsdiq edilməsini xahiş etdiyi miras əmlak 2020 13007317-10301 reyestr nömrəli olmaqla, daşınmaz əmlakın ümumi sahəsi 102,2 kvadratmetr, torpaq sahəsinin ölçüsü isə 0,08 hektardır. Yəni ərizəsi təmin ediləcəyi təqdirdə notarius tərəfindən verilən şəhadətnamədə əmlakın reyestr nömrəsi ilə veriləcəkdir ki, həmin şəhadətnamədə də qetd edilən ünvan Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryolaltı Y/S sahəsi-1, Məh B-6 ilə üst-üstə düşəcəkdir. X1 isə 23 avqust 2005-ci il tarixdə Gəncə şəhərində dünyasını dəyişmiş, yeganə vərəsə olaraq o, qalmış, sonra həmin fərdi yaşayış evi hal-hazıradək X14 və onun ailə üzvlərinin faktiki istifadə və sahibliyindədir. Sözügedən fərdi yaşayış evinin həqiqətən kimə məxsus olması, kim tərəfindən faktiki sahibliyin həyata keçirilməsi işin mübahisəsiz halı olsa da Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisi vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina edərək mirası qəbul etmə müddətinin buraxılması səbəbi ilə imtina məktubu vermişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin, məhkəməyə ərizə ünvanlayaraq, mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılması və məhkəmə tərəfindən qanuna uyğun çıxarılacaq hər hansı bir qərara heç bir etirazları olmadığını bildirmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; AZ seriyalı, 068865 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X5 arasında nikah 31 may 1968-ci il tarixdə bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 31 may 1968-ci il tarixdə 579 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Vəliyev”, arvada “Vəliyeva” soyadı verilmişdir. İ-JQ seriyalı, 356851 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 07 iyun 1972-ci ildə doğulmuşdur. Atası: X8, anası: Ərizəçidır. RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 13 dekabr 2017-ci il tarixli, **********17-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu ünvanında yerləşən ümumi ümumi sahəsi 0,08 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 102,2 kvadratmetr olan fərdi yaşayış evi X3 xüsusi mülkiyyətindədir. AZ-İİ seriyalı, 15210 nömrəli, 02 mart 2021-ci il tarixli, Samux rayon İHB-nin İnstitut qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 01 mart 2021-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 02 mart 2021-ci il tarixdə 05 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi ürək çatmamazlığı olmadan ürəyin zədələnməsi ilə xəstəlik. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 iyul 2024-cü il tarixli, 05/09İS/065266-24 nömrəli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X4 aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: X1 (xx.xx.1941) (xx.xx.2005 vəfat edib), anası: Ərizəçi (xx.xx.1951), qardaşı: X11 (xx.xx.1969) (xx.xx.2012 vəfat edib), qardaşı: X10 (xx.xx.1971) (xx.xx.2020 vəfat edib), bacısı: X6 (xx.xx.1978) (xx.xx.1992 vəfat edib) AZ-İİ seriyalı, 224864 nömrəli, 10 dekabr 2021-ci il tarixli, Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 23 avqust 2005-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 24 avqust 2005-ci il tarixdə 675 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi baş beyin qan dövranının kəskin pozğunluğudur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 18 iyun 2024-cü il tarixli, 1420 nömrəli məktubunda ünvan 5 ünvanında qeydiyyatda olan Ərizəçi Cahangir qızına bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbulu müddətini ötürmüşdür, odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə uyğun olaraq mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti başçısının Natəvan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 26 iyul 2024-cü il tarixli, 277 nömrəli arayışdan görünür ki, mərhum X7 xx.xx.2021-ci ildə vəfat etmişdir və ölən günə kimi, ona məxsus olan Samux rayonu, İnstitut qəsəbəsində (indiki Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan qəsəbəsi) yerləşən fərdi yaşayış evində anası ilə birlikdə yaşamışdır. Mərhum heç vaxt rəsmi nikahda olmamışdır, heç bir övladı yoxdur. Mərhumun ailə tərkibi aşağıdakılardan ibarətdir: 1. Ərizəçi 1951-ci il təvəllüdlü anası, 2. X9 – xx.xx.2005-ci ildə vəfat edib atası. 12 yanvar 2023-cü il tarixli, 05/09İS/062737-23 nömrəli, Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Ərizəçi aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar olunmamışdır. Nikah bağlanmışdır: “Vəliyeva” soyadını qəbul edərək X8 ilə xx.xx.1968-ci ildə Kəpəz rayon qeydiyyat şöbəsi (Gəncə) akt qeydi № 579 (nikaha daxil olanadək soyadı “Əliyeva”). Nikaha xitam verilmişdir: F.Vəliyev xx.xx.2005-ci ildə ölmüşdür. (ölüm dövlət qeydiyyatına alınmışdır. xx.xx.2005-ci ildə Kəpəz rayon qeydiyyat şöbəsi (Gəncə), akt qeydi № 675. 20 iyun 2024-cü il tarixli, 05/809İS/052320-24 nömrəli, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X4 aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. Qeyd: S.Vəliyeva öldüyü xx.xx.2021-ci il tarixinədək subay olmuşdur. Məhkəmə, ərizəçinin izahatını və mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin tərəflər arasında mübahisələndirilməyən halları ondan ibarətdir ki, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 13 dekabr 2017-ci il tarixli, **********17-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Gəncə şəhəri, Kəpəz rayonu ünvanında yerləşən ümumi ümumi sahəsi 0,08 ha torpaq sahəsi sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 102,2 kvadratmetr olan fərdi yaşayış evi X3 xüsusi mülkiyyətindədir. Mirasqoyan mərhum Sevinc Vəliyeva 01 mart 2021-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra sözügedən əmlak miras qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 iyul 2024-cü il tarixli, 05/09İS/065266- 24 nömrəli arayışa əsasən mirasqoyanın X1 xx.xx.2005-ci il tarixdə, qardaşları X11 xx.xx.2012-ci il, X10 xx.xx.2020-ci il tarixdə və bacısı X6 isə xx.xx.1992-ci il tarixdə vəfat etmişlər. Həmçinin, 20 iyun 2024-cü il tarixli, 05/809İS/052320-24 nömrəli, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışda “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X4 aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparıldığı və nikah haqqında akt qeydinin aşkar edilmədiyi bildirilmişdir. Mirasqoyanın vəfatından sonra birinci növbəli vərəsələrindən yalnız ərizəçi olan anası Ərizəçi qalmışdır. Ərizəçi mərhum qızı vəfat etdiyi gündən miras əmlakda yaşamaqla, miras əmlakı idarə etmişdir. Ərizəçi mərhum qızı Sevinc Vəliyeva vəfat etdikdən sonra miras əmlakı qəbul etməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmiş, lakin, 18 iyun 2024-cü il tarixli, 1420 nömrəli notariat ofisinin məktubunda mirasın qəbulu müddətini ötürdüyü üçün müraciəti təmin olmamışdır. Hazırda ərizəçi mərhum qızından miras qalmış əmlakı vərəsəlik qaydasında qəbul edilməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin, məhkəməyə ərizə ünvanlayaraq, mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılması və məhkəmə tərəfindən qanuna uyğun çıxarılacaq hər hansı bir qərara heç bir etirazları olmadığını bildirmişdir. Məhkəmə hazırki iş üzrə tətbiq edilməli maddi hüquq normasını müəyyən edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət eməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Göründüyü kimi, mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirdikdə, o, mirası qəbul etmiş sayılır. Odur ki, məhkəmə hesab edir ki, miras qoyan X7 öldükdən sonra onun birinci növbə vərəsəsi kimi hazırkı iş üzrə ərizəçi olan anası – Ərizəçi miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu ünvanında yerləşən (ümumi sahəsi 0,08 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 102,2 kvadratmetr olan fərdi yaşayış evi) ibarət mirası qəbul etmiş sayılır. Odur ki, məhkəmə hesab edir ki, bu baxımdan ərizə əsaslıdır və təmin olunmalıdır. Beləliklə məhkəmənin qənaətinə əsasən ərizə təmin edilməli, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 13 dekabr 2017-ci il tarixli, **********17-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında mərhum X2 miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu ünvanında yerləşən (ümumi sahəsi 0,08 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 102,2 kvadratmetr olan fərdi yaşayış evi) miras əmlakı Ərizəçi faktiki qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 13 dekabr 2017-ci il tarixli, **********17-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında mərhum X2 miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu ünvanında yerləşən (ümumi sahəsi 0,08 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 102,2 kvadratmetr olan fərdi yaşayış evi) miras əmlakı Ərizəçi faktiki qəbul etməsi faktı müəyyən edilsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-4928/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4928/2024
22.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver