Məhkəmə qərarları › İş №2(125)-4929/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4929/2024

04.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4929/2024 04.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X15 İsa oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin doğumunun qeydə alınması faktının müəyyən edilməsi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi “şəxsin doğumunun qeydə alınması faktının müəyyən edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, onun-Xəlilova (Mirzoyeva) Nətalət Yusif qızının 20 fevral 1962-ci il tarixdə Ermənistan Respublikası İcevan rayonunda doğulması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun 20 fevral 1962-ci il tarixdə Ermənistan Respublikası İcevan rayonunda doğulmasının qeydə alınması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 20 fevral 1962-ci ildə Ermənistan Respublikası İcevan rayonunda anadan olmuş, soyadı «Mirzoyeva» olmuş, 25 noyabr 1986-cı ildə X5 ilə Maraqlı şəxsndə nikaha daxil olmuş və «Xəlilova» soyadını qəbul etmişdir. ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq ünvan 2 yaşayır. Hazırda onun doğum haqqında şəhadətnaməsi yoxdur. Belə ki, o, doğum haqqında şəhadətnaməsini itirmişdir. Ermənistan Repspublikasında doğulduğundan həmin şəhadənaməni əldə edə bilmir. Bu səbəbdən şəxsiyyət vəsiqəsini dəyişdirə də bilmir. O, bununla bağlı Maraqlı şəxsnə də müraciət etmiş, lakin onun ərizəsi Qeydiyyat şöbəsi tərəfindən təmin edilməmiş, ona hüquqları izah olunmaqla, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmədə Ərizəçi iştirak etmiş, ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 01 aprel 1963-cü ildə Ermənistanın İcevan rayonunda anadan olmuş X6 onun doğma bacısıdır. Sonda ərizənin təmin olunmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslı sayılmalı və təmin edilməlidir Belə ki, işdə olan Maraqlı şəxs 15 iyul 2024-cü il tarixli arayışından görünür ki, Ərizəçi xx.xx.1962-ci ildə Ermənistan Respublikası İcevan rayonunda doğulması ilə bağlı doğum haqqında akt qeydinin bərpa edilməsi barədə ərizəyə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”a uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında icra edilir. Həmçinin həmin müddəaların 14-cü bəndinə əsasən itmiş qeydlərin bərpası qeydiyyat orqanı tərəfindən mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Ermənistan Respublikası İcivan rayonunda doğulmasını təsdiq edəcək sənədləri Qeydiyyat şöbəsinə təqdim edə bilmədiyinə görə Qeydiyyat şöbəsində doğum haqqında akt qeydinin bərpası mümkün olmamışdır. İşdə olan Məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Gəncə şəhər 15 №-li tam orta məktəbin direktoru Vəfa Nəbiyevanın məlumatından görünür ki, 2011-ci ildə 15 №li tam orta məktəbə direktor vəzifəsinə işə təyin olunmuşdur. Həmin müddətdə məktəbdə olan sənədləri təhvil alarkən 2000-ci ildən qabaq olan sənədlər ona təhvil verilməmişdir. Odur ki, 1978-ci ildə məktəbin məzunu olmuş Ərizəçi sənədi haqqında heç bir məlumatı yoxdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məlumatından görünür ki, xx.xx.1962-ci il tarixdə anadan olmuş Ərizəçi xx.xx.2005-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ünvan 3 ünvanında qeydiyyatda olub, xx.xx.2024-cü il tarixdən həmin ünvandan qeydiyyatdan çıxarılmışdır. Ərizəçi qeydiyyata alınmasına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. İşdə olan XX-ЖГ № 660502 seriyalı Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının pasportundan görünür ki, Ərizəçi 20 fevral 1962-сi ildə Ermənistan SSR İcivan rayonunun Poladkənd kəndində doğulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Xəlilova (Mirzəyeva) Nətalət Yusif qızının doğma bacısı- X6 01 aprel 1963-cü ildə Ermənistan, İcivan rayonunda anadan olmuşdur. X1, anası X2r. İşdə olan Şəmkir RPŞ tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1963-cü ildə Ermənistan, İdjevan rayonunda doğulmuşdur. Hazırda ünvan 4i ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən olundu ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Ermənistan İcevan rayonunda anadan olmuşdur. Bu hal mübahisəsiz olaraq ona keçmiş Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşına verilən pasportla da təsdiq olunur. Bu hal onu təsdiq edir ki, Ərizəçi anadan olanda ona Ermənistanda doğum haqqında şəhadətnamə verilmişdir. Ərizəçi həmin sənədin itirildiyini və hazırda həmin sənədi bərpa edə bilmədiyini, bu səbəbdən də yeni şəxsiyyət vəsiqəsi ala bilmədiyini göstərərək, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 257 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Mirzəyeva (hazırki soyadı Xəlilova) Nətalət Yusif qızının X1 və anası X3 olmaqla xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikası İcevan rayonunda doğulmasının qeydə alınması fakt kimi müəyyən olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar