Məhkəmə qərarları › İş №2(125)-4930/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4930/2024

27.11.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4930/2024 27.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, Ərizəçi, ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) «şəxsin ölmüş elan edilməsi» barədə xüsusi icraat qaydasında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs) atası X10 ölmüş elan edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, mərhum anası X7 ilə atası X18 arasında olan nikah akt qeydi xx.xx.1961-ci il tarixdə qeydə alınmışdır. Belə ki, hələ o, körpə uşaq olan zaman atası ilə anası faktiki olaraq ayrılmışdırlar. Atası onu və anası tərk edərək getmişdir.Təxminən 1970-1972-ci illərdə sonuncu dəfə atası X8 məlumat almışdırlar. Artıq 52 ildir ki, atası X8 heç bir xəbərləri yoxdur. Güman etdiklərinə görə o, ölmüşdür. Atası nəinki onlarla, öz qardaşlaı ilə belə heç bir əlaqə yaratmamışdır. Bundan başqa anası X7 xx.xx.2016-cı il tarixdə vəfat etdikdən sonra ondan mənzil miras əmlak qalmışdır. Lakin atası ilə anasının arasında nikah akt qeydi mövcud olduğundan və atasının ölüm haqqında şəhadətnaməsi mövcud olmadığından sözügedən miras əmlakına dair vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Bununla bağlı qeydiyyat şöbəsinə müraciət etsə də ona məhkəməyə müraiət etmək hüququ izah olunmuşdur. Buna görə də X10 ölmüş elan edilməsi barədə qətnamənin qəbul edilməsi zərurəti yaranmışdır. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə ərizəçinin xahişini müdafiə edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iş üzrə müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin və ərizəçinin nümayəndəsinin (vəkilinin) izahatını və şahid ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Ərizəçi onun əmisi İlyasın oğludur. O, İlyası uşaq olduğuna görə heç vaxt görməsə də, yalnız digər şəxslərdən barəsində eşitmişdir.Onun bildiyinə görə İlyas onun anadan olduğu 1974-cü il tarixdən əvvəl Rusiya Federasiyasına getmişdir. Həmin vaxtdan sonra da X13 görən olmamışdır. X18 onlarla əlaqə saxlamamışdır. Onun nənəsi X2 oğlu X18 üçün daim ağlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, Ərizəçi onun əmisi İlyasın oğludur. Onun təxminən 10 yaşı olanda bibisi Ülkər vəfat etdikdən sonra əmisi İlyas Rusiya Federasiyasından gələrək dəfn mərasimində iştirak etmiş, 10 gündən qısa müddət ərzində Azərbaycan Respublikasında qaldıqdan sonra yenidən Rusiya Federasiyasına qayıtmışdır. Bundan sonra İlyasla heç kəsin əlaqəsi olmamışdır.Onun nənəsi, İlyasın isə anası X3 ölən günədək İlyasla əlaqə saxlaya bilməmiş, bu səbəbdən də daimi olaraq göz yaşı tökmüşdür. Bəzi adamlar Rusiya Federasiyasının Maqadan şəhərində İlyasın ağackəsmə sexində çalışan zaman ayağını zədələdiyini, ayağının qanqrena verərək ampultasiya olduğunu və İlyasın öldüyünü onlara bildirmişdirlər. İş materiallarında olan 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzi Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli, 05/09İS/068484-24 nömrəli arayışından görünür ki, xx.xx.1965-ci il tarixdə anadan olmuş Ərizəçi atası X18, anası isə X4r (xx.xx.1941xx.xx.2016). İş materiallarında olan Daşkəsən rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16-5/8-76-284/2023 nömrəli məktubundan görünür ki, X18 barəsində ölüm akt qeydinin müəyyən edilməsi məqsədilə Daşkəsən rayon qeydiyyat şöbəsinoin arxivində və «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, 05/Q-61/69 nömrəli arayışdan görünür ki, X18 və X7 arasında olan nikah akt qeydi xx.xx.1961-ci il tarixdə 64 akt qeyd nömrəsi ilə Daşkəsən rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. İş materiallarında olan AЗ seriyalı, 522229 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1965-ci anadan olmuş Ərizəçi atası X18, anası isə X4r. İşdə olan 10144 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil X5 məxsusdur. İş materiallarında olan AZ-İ seriyalı, 815994 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2016-cı il tarixdə ölmüşdür. İşdə olan Daşkəsən rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-13- 419/2024 nömrəli məktubundan görünür ki, X10 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə Daşkəsən rayon qeydiyyat şöbəsinin arxiv kitablarında, həmçinin «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış lakin doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-16-5/8-13-366/2024 nömrəli arayışdan görünür ki, 1937-ci ildə Daşkəsən rayonunun Əmirvar kəndində anadan olmuş X10 doğumu barəsində Daşkəsən rayon qeydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Baş Prokrorluğunun xx.xx.2024-cü il tarixli, 2-2- 174/2-129347/2024 nömrəli məktubundan görünür ki, 1937-ci ildə Daşkəsən rayonunun Əmirvar kəndində anadan olmuş X10 Azərbaycan Respublikası Baş Prokrorluğuna ünvanlanmış hər hansı müraciəti aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-13-1975/2024 nömrəli məktubundan görünür ki, Daşkəsən rayon qeydiyyat şöbəsində tərtib olunmuş doğum akt qeydində Ərizəçi ananın say üzrə 2-ci uşağı kimi qeyd olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd xidmət sərhəd nəzarəti xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-38-2/33-3536/24 nömrəli arayışdan görünür ki, 1937-ci il təvəllüdlü X10 xx.xx.2024-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-13-57/2-31250/2024 nömrəli məktubdan görünür ki, 1937-ci ildə Daşkəsən rayonunun Əmirvar kəndində anadan olmuş X10 barəsində Gəncə şəhər Baş Polis İdarəsində hər-hansı material və axtarış işi yoxdur. İşdə olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-39-1/2-1420/2024 nömrəli məktubundan görünür ki, 1937-ci il təvəllüdlü X10 barəsində Dövlət Təhlükəsizliyi Xidmətində hər hansı məlumatı aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnterpolun Milli Mərkəzi bürosunun xx.xx.2024-cü il tarixli, 3-13-25/2-11568/2024 nömrəli məlumatından görünür ki, 1937-ci il təvəllüdlü X10 axtarışda olması barədə təşkilatın «e-ASF» avtomatlaşdırılmış axtarış sistemində məlumat yoxdur. İş materiallarında olan Gəncə Şəhər Prokrorluğunun xx.xx.2024-cü il tarixli, 933xid-24 nömrəli arayışından görünür ki, 1937-ci il təvəllüdlü X18 barəsində şəhər prokrorluğunda araşdırma aparılmamışdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 3-48-DA/2-677/2024 nömrəli məktubdan görünür ki, 1937-ci ilə dair Daşkəsən (Dəstəfur) rayonu Əmirvar icra nümayəndəliyi üzrə doğum haqqında qeydiyyat kitablarında X10 təvəllüdü haqqında heç bir məlumat aşkar olunmamışdır. İş materiallarında olan Daşkəsən rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 3-48-13RA/2-71-94-6/2024 nömrəli arxiv arayışından görünür ki, 1935-ci il tarixdə Daşkəsən rayonun Əmirvar kəndində anadan olmuş X10 atası X12, anası isə X1r. İşdə olan Daşkəsən rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3- 48-13RA/2-11-129-6/2024 nömrəli arxiv arayışından görünür ki, 1932-ci il tarixdə Daşkəsən rayonun Əmirvar kəndində anadan olmuş X6 atası X12, anası isə X1r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 312.1-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 315.2-ci maddəsinə görə şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1.-ci maddəsinə görə əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə görə şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 nömrəli qərarının 9.5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, 1935-ci il tarixdə anadan olmuş X10 ölkədən çıxması və ölkəyə bira daha qayıtmaması, 5 ildən artıq müddətdə yaşayış yerində X10 harada olması barədə məlumatın olmaması iş materialları ilə sübut edilir. Məhkəmə hesab edir ki, X10 ölmüş elan edilməsinin sair yolla müəyyən edilməsi mümkün olmadığından Ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və X18 ölmüş elan edilməlidir. Buna görə də, məhkəmə hesab edir ki, 1935-ci il tarixdə anadan olmuş X18 ölmüş elan edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. 1935-ci il tarixdə Daşkəsən rayonunun Əmirvar kəndində anadan olmuş X18 ölmüş elan edilsin. Hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gün X10 ölüm günü hesab edilsin. Qətnamə 1935-ci il tarixdə anadan olmuş X10 ölümü barədə qeydin aparılması üçün əsasdır. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar