Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4990/2025 20.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evə dair İddiaçı ilə Cavabdeh arasında xx.xx.1988-ci il tarixdə baş vermiş alqı-satqı müqaviləsinin bağlanmış hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, hazırda ailə üzvləri ilə birgə yaşadığı və idarə etdiyi ünvan 2 ünvanında yerləşən mülkü 17 oktyabr 1988-ci il tarixdə sadə yazılı formada bağlanmış alqı-satqı müqaviləsi əsasında Cavabdeh 27000 manata almışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin məktubundan görünür ki, Gəncə şəhəri, M. Y.Axundzadə (Çaparidze) küçəsi, 6-cı döngə, 66 saylı mülk 17 mart 1970-ci ildə alqı-satqı müqaviləsinə əsasən X7 tərəfindən Cavabdeh satılmışdır. Onunla cavabdeh arasında M.Y.Axundzadə (Çaparidze) küçəsi, 6-cı döngə, 66 saylı evə dair faktiki alqı-satqı hərəkəti baş tutmuşdur. Onlar alqı-satqıdan irəli gələn bütün öhdəlikləri hayata keçirmişdirlər. O, M.Y.Axundzadə (Çaparidze) küçəsi, 6-cı döngə, 66 saylı evin bütün kommunal xərclərini hazırki vaxta kimi ödəmişdir. Hazırda M.Y.Axundzadə (Çaparidze) küçəsi, 6-cı döngə, 66 saylı evlə bağlı sənədlərini qaydaya salmaq məqsədilə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, 1988-ci ildə qonşuların da iştirakı ilə tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, müharibə başladıqdan sonra cavabdeh tərəf çıxıb getmiş, buna görə də müqavilənin rəsmiləşdirilməsi üçün cavabdehlə birlikdə notariat orqanına gedə bilməmişdirlər. İddiaçı 1988-ci ildən bəri həmin üvanda yaşamış, kommunal xərcləri də özü ödəmişdir. Sözügedən ünvanda əsas tikili durur, əlavə konstruktiv dəyişikliklər də edilmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X4 iddia tələbinə qarşı etiraz edərək, alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilməli olduğunu və həmin vaxt tərəflərin notariusa getmək imkanlarının mövcud olmasını göstərərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işin materiallarında olan:- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-4368/2024 nömrəli məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Kirovabad şəhər notariat kontorunun xx.xx.1970-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X7 tərəfindən Cavabdeh satılmışdır. Fərdi yaşayış evinə dair müqavilədən sonra Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportu Cavabdeh adına işlənilmiş, bir yaşayış otağı 27,3 kv.m, 24,5 kv.m örtülü eyvan, 21,4 kv.m zirzəmi, yerləşdiyi torpaq sahəsi 700,0 kv.m olmuşdur. Fərdi yaşayış evi daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçməmişdir. xx.xx.1970-ci il tarixli torpaq qeydindən görünür ki, Kirovabad şəhəri, kvartal 633-39, 6-cı döngə, Çaparidze 43/48 ünvanı Cavabdeh adına qeydə alınmışdır. Evi satan Cavabdeh ilə evi alan İddiaçı arasında bağlanmış xx.xx.1988-ci il tarixli yazılı müqavilədən görünür ki, Kirovabad şəhəri, Çaparidze küçəsi, 6-cı döngə, 66 nömrəli evdə yaşayan Cavabdeh 1988-ci ilin oktyabr ayının 17-də özünə məxsus mülkünü 27000 manata Daşkəsən rayonu, Qabaqtəpə kəndində yaşayan X1, bu məbləğdən 4000 manatını aldığını, qalan 23000 manatını isə 1988-ci ilin noyabr ayının 20-nə qədər alacağını və evi boşaldacağını göstərmiş, tərəflər öz imzaları ilə müqaviləni rəsmiləşdirmişdirlər. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyib, işdə olan sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının iddia etdiyi fərdi yaşayış evi Cavabdeh məxsus olmuş və onun adına Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport tərtib edilmişdir. İddiaçı iddia etmişdir ki, o, həmin evi 17 oktyabr 1988-ci il tarixdə sadə yazılı formada bağlanmış alqı-satqı müqaviləsi əsasında Cavabdeh 27000 manata almışdır. Aralarında alqı-satqı edildikdən sonra cavabdeh müharibə başladığına görə ölkəni tərk etdiyi üçün alqı-satqını notariusda təsdiq etdirə bilməmişdir. Onlar alqı-satqıdan irəli gələn bütün öhdəlikləri hayata keçirmiş, evin bütün kommunal xərclərini hazırki vaxta kimi ödəmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi iddia tələbinə qarşı etiraz edərək, alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilməli olduğunu və həmin vaxt tərəflərin notariusa getmək imkanlarının mövcud olmasını göstərmişdir. Göründüyü kimi, iddiaçı 30 ildən artıqdır ki, həmin evdə yaşamaqla sahiblik və istifadə etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin notariat formasına riayət edilməməsi həmin dövrdə Qarabağ münaqişəsi ilə bağlı erməni milliyətindən olan şəxslərin Azərbaycan ərzisindən köçüb getmələri ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olmuş 1965-ci il Azərbaycan SSR Mülki Məcəlləsinin 43-cü maddəsinə əsasən əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin e`tibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Gəncə şəhəri, M.Y.Axundzadə (Çaparidze) küçəsi, 6-cı döngə, 66 nömrəli evə dair İddiaçı ilə Cavabdeh arasında olan xx.xx.1988-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Gəncə şəhəri, M.Y.Axundzadə (Çaparidze) küçəsi, 6-cı döngə, 66 nömrəli evə dair İddiaçı ilə Cavabdeh arasında olan xx.xx.1988-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-4990/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4990/2025
20.10.2025 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver