Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4994/2023 16.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X19 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “atalığın etiraf edilməsi faktının müəyyən edilməsi” tələbinə ərizəsi üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs) “atalığın etiraf edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun atasının X8 olmasının etiraf olunması faktının müəyyən edilməsi və yeni doğum haqqında şəhadətnamə verilən zaman ata qrafasında X8 yazılması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxx 1968-ci tarixində Gəncə şəhərində anadan olmuşdur. X2, anası isə X9r. Lakin, o, anadan olan vaxt onların arasında rəsmi nikah olmadığı (onlar yalnız 1970-ci ildə rəsmi nikaha daxil olmuşlar) və atalığın müəyyən olunması üçün qeydiyyat orqanına gedilmədiyindən onun doğum haqqında şəhadətnaməsinin ata qrafasında atasının soyadı boş saxlanılmışdır. Bu isə müəyyən sənədləşmə işləri aparan zaman çətinlik yaradır. Belə ki, hazırda atasından qalmış miras mülkə dair miras payının müəyyən edilməsini istəsə də, doğum haqqında şəhadətnamədə atasının soyadının qeyd edilməməsi səbəbindən sənədlərdə uyğunsuzluq əmələ gəlir. Ona görə də onun atasının X8 olmasının etiraf olunması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi (vəkil) Nümayəndə ərizədə göstərilənlərə uyğun izahat verib ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs rəisi Anar Əhmədov məhkəməyə məktub ünvanlayaraq, iş üzrə məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, Ərizəçi onun doğma bacısıdır. O və Ərizəçi mərhum atası Suliddin Qasımovun ikinci nikahından olan uşaqlarıdır. Atası sağlığında həmişə demişdir ki, Aygün onun doğma qızıdır. Sadəcə atası ilə anası 1970-ci ildə rəsmi nikaha girmiş, Aygün isə 1968-ci ildə doğulduğundan onun doğum haqqında şəhadətnaməsinin ata qrafasında atasının soyadı qeyd olunmamışdır. Ərizəçi atası Suliddin Qasımovdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirdi ki, mərhum Suliddin Qasımov onun qardaşıdır. Ərizəçi onun mərhum X10 qızıdır. X10 2 həyat yoldaşı olmuşdur. Ərizəçi onun Xanım Həsənova ilə birgə ailə münasibətlərindən olan qızıdır. Qardaşı sağlığında demişdir ki, Aygün onun doğma qızıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, Ərizəçi əmisi qızıdır. Ərizəçi ilə bir müddət bir yerdə yaşamışlar. X15 Xanım adlı həyat yoldaşı olmuşdur. Aygün əmisi Suliddin Qasımov ilə Xanım Həsənovanın birgə ailə münasibətlərindən doğulan qızıdır. Əmisi Suliddin sağ olan zaman bunu etiraf etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş; 16 iyun 2023-cü il tarixli, 3-16-5/8-70-H-2561/2023 nömrəli, Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi xx xxxxxxx 1968-ci il tarixdə doğulmuşdur. Bu barədə 18 dekabr 1968-ci il tarixdə Azərbaycan Respublikası Maraqlı şəxsndə 4407 nömrəli doğum haqqında akt qeydi ilə tərtib olunmuşdur. Atası – Suliddin Cabbar oğlu, anası – X9r. 16 iyun 2023-cü il tarixli, 3-16-5/8-70-H-2558/2023 nömrəli, Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, X8 və X11 arasında nikah 06 fevral 1970-ci il tarixdə 127 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Qasımov”, arvada “Həsənova” soyadı verilmişdir. Qeyd: nikaha X3 xx.xx.2000-ci ildə ölməsi (ölüm xx.xx.2000-ci ildə 242 nömrəli akt qeydi ilə Maraqlı şəxsndə qeydə alınmış), X11 isə xx.xx.2014-cü ildə ölməsi (ölüm xx.xx.2014-cü ildə 197 nömrəli akt qeydi ilə Maraqlı şəxsndə qeydə alınmış) ilə bağlı xitam verilmişdir. 16 iyun 2023-cü il tarixli, 3-16-5/8-70-H-2560/2023 nömrəli, Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, X8 07 aprel 2000-ci ildə ölmüşdür. Ölüm haqqında 08 aprel 2000-ci il tarixli 242 nömrəli akt qeydi tərtib olumuşdur. Ölümün səbəbi bədənin səthinin İİ- İİİ dərəcəli termik yanığı qeyd edilmişdir. 16 iyun 2023-cü il tarixli, 3-16-5/8-70-H-2559/2023 nömrəli, Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, X11 25 mart 2014-cü il tarixdə ölmüşdür. Ölüm haqqında 27 mart 2014-cü il tarixli 197 nömrəli akt qeydi tərtib olunmuşdur. Ölümün səbəbi qəfləti koronar ölüm qeyd edilmişdir. AZ-T seriyalı, 233100 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 26 oktyabr 1973-cü il tarixdə doğulmuşdur. Valideynləri atası – X8, anası – X9r. Məhkəmə ərizəçini və onun nümayəndəsinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 188-ci maddəsinə əsasən atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.10-cu maddəsinə əsasən atalığın etiraf olunması faktını müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 447-ci maddəsinin tələblərinə əsasən şəxsi münasibətlərlə əlaqədar valideynlərlə uşaqlar arasında olan məhkəmə işlərində Azərbaycan Respublikasının məhkəmələri o vaxt müstəsna səlahiyyətə malik olurlar ki, tərəflərdən hər hansı biri Azərbaycan Respublikasının vətəndaşı olsun və ya onun Azərbaycan Respublikasında adətən olduğu yeri olsun. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi anası Xanım Həsənova mərhum atası Suliddin Qasımov ilə 06 fevral 1970-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Ərizə Ərizəçi isə xx xxxxxxx 1968-ci il tarixdə anadan olmuşdur. Yəni, Ərizəçi doğulan zaman anası Xanım Həsənova və atası Suliddin Qasımov arasında rəsmi nikah olmamışdır. Ərizə Ərizəçi doğum haqqında şəhadətnamə almaq üçün qeydiyyat orqanına gedilmədiyi və X8 xx.xx.2000-ci il tarixdə öldüyündən Ərizəçi doğum haqqında şəhadətnaməsində atalıq faktı müəyyən olunmadan qalmışdır. Hazırda ərizəçinin mərhum X2nun vəfat etməsi səbəbindən özünün atalığını başqa qanuni vasitələrlə etiraf etdirə bilməmiş, bu səbəbdən məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, ərizəçi mərhum X2nun atası olmasını etiraf etməsi faktını təsdiq edən sənədi, atası vəfat etdiyi üçün başqa qaydada ala bilmir. Ona görə də həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Beləliklə, məhkəmə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, 07 aprel 2000-ci il tarixdə vəfat etmiş X3 xx xxxxxxx 1968-ci il tarixdə doğulmuş Ərizəçi atası olmasını etiraf etməsi faktı müəyyən olunmalı, qətnamə yeni doğum haqda şəhadətnamə verilməsi üçün əsas hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 07 aprel 2000-ci il tarixdə vəfat etmiş X3 xx xxxxxxx 1968-ci il tarixdə doğulmuş Ərizəçi atası olmasını etiraf etməsi faktı müəyyən edilsin və mərhum X1 Aygün Suliddin qızının atası hesab edilsin. Qətnamə, xx xxxxxxx 1968-ci il təvəllüdlü Ərizəçi yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas hesab edilsin və yeni doğum haqqında şəhadətnamədə ata qrafasında X8 qeyd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-4994/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4994/2023
16.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver