Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4998/2023 23.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, doğulduğu gündən 1996-cı ilə qədər anası və bibiləri ilə birgə həmin ünvan 2 ünvanda yaşamışdır. Atası dünyasını dəyişdikdən sonra onları evdən qovmuşlar. Ona görə onlar Mingəçevir şəhərinə yaşamaq üçün getmişlər. Daha sonra 2000-ci ildə onlar yenə yaşamağa yerləri olmadığı üçün məcbur olub Gəncə şəhərinə, həmin yaşadıqları ünvana qayıtmışlar və orada 2009-cu ilə qədər yaşamışlar. Daha sonra yenə bibiləri iddiaçını evdən qovmuşdur. İddiaçı və anası müəyyən vaxtlarda həmin ünvanda yaşamaq üçün ora getsələr də, iddiaçını, onun ailəsini və dörd övladlarını evdən qovurlar və orda yaşamağa imkan yaratmırlar. 2020-ci ilin avqust ayında onlar yenidən ora getmiş və yas mərasimində iştirak etdikdən sonra onları yasın 40-cı günü bir bəhanə ilə evdən qovmuşlar. Sonralar vəkil tərəfindən verilən sorğuya əsasən iddiaçıya məlum olmuşdur ki, Gəncə şəhər 4 saylı notariusun xx.xx.2004-cü il tarixli 2V-1-101 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mülk X10 və X20 adlarına keçmiş, onların adlarına 1/2 hissə payları göstərilməklə xx.xx.2004-cü il tarixli, 20116 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhər Memarlıq və tikinti şöbəsinin xx.xx.2004-cü il tarixli 10-585 saylı məktubuna əssən mülkdə icazə sənədləri olmadan inşa edilmiş tikililər qanunlaşdırılmışdır. ünvan 4 ünvanında 0.0257 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 30,6 kv.m olan fərdi yaşayış evinə dair X10 (1/2 hissə) və X20 (1/2 hissə) adlarına payları göstərilməklə xx.xx.2013-cü il tarixli, **********38-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 2 saylı notariat kontorunun xx.xx.2013-cü il tarixli, 4Ə-1-92 reyestr nömrəli bəxşeyiş müqaviləsinə əsasən mülk X21 bağışlanmış,ona xx.xx.2013-cü il tarixli **********38-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli, 4Ə-404 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən əmlak Cavabdeh bağışlanmışdır. Fərdi yaşayış evinin faktiki olaraq sökülməsi barədə ərizəsi nəzərə alınaraq Cavabdeh ünvan 5 ünvanında yerləşən 0.02257 ha torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli **********4 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək iddia tələbini qəbul etmədiyini bildirmiş və qeyd etmişdir ki, iddiaçı və ailə üzvləri 1996-cı ildən sonra həmin ünvandan köçərək öz razılıqları ilə Mingəçevir şəhərinə getmişlər. Mingəçevir şəhərində isə cavabdehin mərhum nənəsi X12 və X14 məxsus olmuş ünvan 7 ünvanında yaşamışlar. Mingəçevir şəhərində köçüb yaşaması cavabdehin mərhum nənəsi X10 razılığı ilə olmuşdur. Belə ki, iddiaçının anası X40 cavabdehin mərhum nənəsi X22 ilə razılaşmasına əsasən Mingəçevir şəhərində yerləşən evin ona verilməsi şərti ilə evdən çıxıb getmişdir. 2013-cü ildə isə iddiaçının anası X40 həmin mənzili öz adına keçirmişdir. 2010-cu ildə ünvan 9 ünvanında yerləşən evi yanmış və sonradan sökülmüşdür. 2013-cü ildə ev cavabdehin xalası X15 adına keçmişdir. 2022-ci ildə isə cavabdehin xalası X6 şəhəri M.Bürcəliyev küçəsi ev 62 ünvanında yerləşən fərdi yaşayış evini cavabdehə bağışlamışdır. Qeyd edilir ki, hazırda həmin ünvanda olan ev yandığı üçün evin hüquqi qeydiyyatı yoxdur. Sadəcə torpaq sahəsinin dövlət qeydiyyatı mövcudur. Hazırda həmin ünvanda 2 otaqlı kiçik ölçülü əl damı vardır. İddiaçı və ailəsi 1996-cı ildə mübahisəli evdən öz razılıqları ilə Mingəçevir şəhərinə getmişlər. İddiaçı və ailəsi həmin vaxtdan ünvan 9 ünvanında yerləşən evdə yaşamamışlar. Odur ki, göstərilənləri nəzərə alıb iddia tələbinin təmin olunmamasına dair qətnamə çıxarılmasını Sizdən xahiş edirəm. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə etdi ki, həmin evdə iddiaçının istifadə hüququ olub, münasibətlər isə yeni Mənzil Məcəlləsi tətbiq olunana kimi yaranıb, iddiaçının adına nə torpaq sahəsi, nə də mülk var. 1996-cı ildə həmin evdən çıxanda iddiaçı yaşca kiçik olub, 2014-cü ildə həmin mübahisəli əmlakda yas mərasimində iştirak edib, axırıncı dəfə isə 2017-ci ildə həmin evə getsə də, onu evə buraxmamışlar. Həmçinin şahid ifadələri ziddiyyətlidir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edərək izahatında bildirdi ki, iddiaçı və onun ailəsi sözügedən mənzildən 1996-cı ildən köçüb başqa yerdə yaşamışlar, həmin mənzil əvvəlcə nənəsinin, daha sonra bibisinin, ən sonda isə bibisi qızının mülkiyyətində olmuşdur. 2008-ci ildə ev bibisi Əsgərova Naibənin adına rəsmiləşdirilibdir. Cavabdeh iddiaçının bibisi qızıdır. 2010-cu ildə mübahisəli əmlak yanmışdır, hazırda həmin torpaq sahəsində təkcə 2 ədəd əl damı var. Məhkəmənin baxış iclasında şahid qismində dindirilmiş X35 ifadəsində bildirdi ki, mübahisəli əmlak ata evidir, 1996-cı ildə qardaşı ölmüşdür, onun 3 uşağı vardı, iddiaçının anası dedi ki, “mən Mingəçevirliyəm, ora gedirəm”. Anası, yəni iddiaçının nənəsi də Mingəçevirdəki evin açarını ona verdi, o vaxtdan bəri onlar Mingəçevirdəki evdə yaşayırlar. 1997-ci ildə bir dəfə iddiaçı və anasıgil Mingəçevirdən qayıtdılar ki, Gəncədəki evi də alsınlar. Lakin ondan sonra heç vaxt ora yaşamaq üçün gəlməmişlər. 10 ilə yaxındır ki, iddiaçı və anasını görmürlər. Onun oğlu 2021-ci ildə öləndə iddiaçı ailəsi ilə birgə yas mərasimində iştirak etmişdilər. Mübahisəli əmlak 2010-cu ildə yanıbdır, hazırda orada bir dam tikilibdir, ev yoxdur. X11 ifadəsində bildirdi ki, mübahisəli ünvanın da daxil olduğu evlər (küçə) üçlüyünün sədri kimi fəaliyyət göstərir. İddiaçı onu aldadıbdır ki, anası xəstədir və o da, iddiaçıya qeydiyyatda olduğu ünvan üzrə Sosial müdafiə fonduna təqdim etmək üçün arayış vermişdir. İddiaçı uşaq olarkən anası ilə birgə, 1996-cı ildən mübahisəli evdən getmişdir. İddiaçı həmin ünvanda sadəcə pasport qeydiyyatındadır, həmin ünvanda yaşamır. Şahid qismində dindirilmiş X36 ifadəsində bildirdi ki, iddiaçının nənədi Tamaranın qızı ilə qonşudur, Tamara, təxminən 7-8 il əvvəl Rənaya Mingəçevirə küsülü olduğu gəlini Naibənin yanına gedəcəyəni, evi təsdiqlədəcəyini demişdir. Tamara Mingəçevirdəki evi iddiaçı və ailəsinə vermişdir, iddiaçını tanıyandan bəri onları həmin mübahisəli əmlakda yaşayan görməmişdir. Axırıncı dəfə 2021-ci ildə iddiaçını yas mərasimində iştirak etdiyini görmüş, ümumiyyətlə isə, nə iddiaçının anası Naibənin, nə də iddiaçı Rəşadın həmin evdə yaşadığını görməmişdir. Məhkəmə, tərəflərin nümayəndələrini, şahidləri dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan İddiaçı verilmiş arayışdan görünür ki, o sözügedən ünvanda yaşayır və ailə tərkibi anası X16, həyat yoldaşı X29, oğlu X37, qızı X17, oğlu X23 və qızı X18 ibarətdir. Həmçinin, İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, o, xx.xx.2005-ci il tarixdən ünvan 10 ünvanda qeydiyyatdadır və qeydiyyatda olan digər şəxslər X30, X24 və X5r. İş materiallarına əlavə edilmiş vəkil sorğusuna cavab məktubundan görünür ki, Gəncə şəhəri, Məmməd Bürcəliyev küçəsi, 62 saylı ev 1930-cu ildə aparılmış inventarlaşdırma zamanı X7 faktik istifadəsində olan mülk kimi onun adına qeyd edilmişdir. Gəncə şəhəri 1 saylı notariusun 08 02.1956-cı il tarixli 7-2240 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mülk X25 adına keçmişdir. Gəncə şəhəri 4 saylı notariusun xx.xx.2004-cü il tarixli 2V-1-101 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mülk X10 və X20 adlarına keçmiş, onların adlarına 1/2 hissə payları göstərilməklə xx.xx.2004-cü il tarixli, 20116 reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhər Memarlıq və tikinti şöbəsinin xx.xx.2004-cü il tarixli 10- 585 saylı məktubuna əsasən mülkdə icazə sənədləri olmadan inşa edilmiş tikililər qanunlaşdırılmışdır. ünvan 5 ünvanında yerləşən 0,0257 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 30,6 kv.m olan fərdi yaşayış evinə dair X10 (1/2 hissə) və X20 (1/2 hissə) adlarına payları göstərilməklə xx.xx.2013-cü il tarixli, **********38-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 2 saylı notariat kontorunun xx.xx.2013-cü il tarixli, 4Ə-1-92 reyestr nömrəli bəxşeyiş müqaviləsinə əsasən mülk X21 bağışlanmış, ona xx.xx.2013-cü il tarixli, **********38-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli, 4Ə-404 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən əmlak Cavabdeh bağışlanmışdır. Fərdi yaşayış evinin faktiki olaraq sökülməsi barədə ərizəsi nərəzə alınaraq Cavabdeh ünvan 5 ünvanında yerləşən 0.0257 ha torpaq sahəsinə dair xx.xx.2022-cı il tarixli, **********4 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş vəkil sorğusuna cavab məktubundan görünür ki, Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 58 nömrəli binanın 1 nömrəli mənzili üzərində X26 mülkiyyət hüququ xx.xx.2013-cü il tarixində ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X2 və X8 notarial razılıq ərizələri, Mingəçevir Mənzil Təsərrüfatı və Abadlaşdırılması İdarəsinin 2 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş F-2 arayışı (X40, X31, X19) və 26.11,2008-ci il tarixli 006850 nömrali order (X40, X31, X19) əsasında aparılmışdır. Sözügedən mənzil xx.xx.2013-cü il tarixli 49/02-887 nömrəli notarial alqı-satqı müqaviləsinə əsasən X4 və onun mülkiyyət hüququ xx.xx.2013cü il tarixində ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X38 etibarnamə ilə nümayəndəsi X27 tərəfindən xx.xx.20017-ci il tarixli 4Ə-661 nömrəli notarial alqı-satqı müqaviləsinə əsasən X1 və onun mülkiyyət hüququ xx.xx.2017ci il tarixində ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. ünvan 11 ünvanında yerləşən 0.021 ha bağ torpaq sahəsi üzərində X13 mülkiyyət hüququ xx.xx.2015-ci il tarixində ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsi X43 tərəfindən xx.xx.2015-ci il tarixli A seriyalı ******* nömrəli notarial alqı-satqı müqaviləsinə (4Ə-730) əsasən X3. İş materiallarından həmçinin görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 20/200/8 nömrəli, xx.xx.2008-ci il tarixli qətnaməsi ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin X33 qarşı mənzildən istifadə hüququnun itirilməsi və mənzildən çıxarılması tələbinə dair iddiası təmin edilmiş, X26 Mingəçevir şəhəri, H.Əliyev küçəsidə yerləşən 58 saylı evin 1 saylı mənzilindən istifadə hüququ itirilmiş sayılması və onun, həmin mənzildən çıxarılması, X26 Mingəçevir şəhər İcra Hakimiyyətinə və Mingəçevir şəhər Polis Şöbəsinə qarşı mənzildən istifadə hüququnun tanınması, yaşayış yeri üzrə qeydiyyata alınması və onunla icarə müqaviləsi bağlanması tələbinin təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 2(107)- 396/2008 nömrəli, 06 noyabr 2008-ci il tarixli qətnaməsi ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin X33 qarşı Mingəçevir şəhəri, H.Əliyev küçəsi 58 nömrəli evin 1 nömrəli mənzilində istifadə hüququnun itirilməsi və mənzildən çıxarılmasına dair iddiası üzrə Mingəçevir şəhər İcra hakimiyyətini nümayəndəsinin iddiadan imtinası barədə ərizəsi nəzərə alınaraq iddiadan imtina qəbul edilmiş, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 23 may 2008-ci il tarixli qətnaməsi Mingəçevir şəhər İcra Hakimiyyətinin X33 qarşı iddiası ilə bağlı hissədə ləğv edilərək həmin iddia üzrə icraata xitam verilmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin daşınmaz əmlakın dövlət reyestrində 67 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində qeydiyyata alınmış xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanda 0,0257 hektar torpaq sahəsində yerləşən torpaq sahəsi xüsusi mülkiyyətdədir. Daşınmaz əmlak üzərində tam mülkiyyət hüququ Cavabdeh məxsusdur. İş materiallarında olan arayışdan görünür ki, ünvan 10 ünvanda yaşayan Cavabdeh həqiqətən sözügedən ünvanda yaşayır və həmin ev 2010-cu ildə qaz sızıntısından alışıb yanmış, evdən heç bir şey çıxartmaq mümkün olmamış, ev kül olmuşdur. Mübahisənin mahiyyəti üzrə qeyd edilməlidir ki, iddiaçı istifadə hüququnun olduğuna əsaslanaraq özünün mübahisəli evə köçürülməsini tələb edir. İşin mübahisəsiz halından məlum olur ki, mübahisəli ev xx.xx.2022-ci il tarixdən cavabdehin mülkiyyətindədir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəlləyə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). Məcəllə nəzərdə tutur ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər (157.4). Bundan başqa, xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə müvafiq olaraq yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-ci il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyrihüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (maddə 178.1, 178.2). Mülki Məcəllə, həmçinin nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir (maddə 228.1 və 228.2). Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır (maddə 228.5). Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə hər hansı daşınmaz əmlaka istifadə hüququnun mövcudluğunun müəyyən olunması üçün həmin daşınmaz əmlak rəsmi reyestrdə qeydə alınmalı, istifadə hüququnun əmələ gəlməsi ilə bağlı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmalı, yaxud həmin hüquq cavabdeh olan mülkiyyətçi ilə onun ailə üzvü olan iddiaçı arasında davamlı ailə münasibətlərindən irəli gəlməlidir. Göründüyü kimi, iddiaçı cavabdehin ailə üzvü deyil və hazırda cavabdehin mülkiyyətində olan mübahisəli evə dair istifadə hüququnun əmələ gəlməsi ilə bağlı iddiaçı ilə cavabdeh arasında bağlanan, notariat qaydasında təsdiqlənən hər hansı yazılı razılaşma yoxdur. 2022-ci ildən sözügedən evə mülkiyyət hüququ əldə edən cavabdehin iradəsinə zidd olaraq onun ailə üzvü statusuna malik olmayan iddiaçının yaşayış sahəsində qeydiyyatda qalması (istifadəsi və ya mənzilə köçürülmək istəməsi), əmlak sahibinin mülkiyyət hüquqlarını faktiki məhdudlaşdırır. Məhkəmə həmçinin bir daha qeyd etməyi zəruri hesab edir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsinin mənasına görə də baxılan iş üzrə iddiaçı mənzilin mülkiyyətçisi olan cavabdehin ailə üzvü olmadığından mülkiyyətçinin iddiaçını saxlamaq vəzifəsi yoxdur. Ona görə də iddiaçının hazırkı tələbi qanuni və əsaslı deyil. Bundan başqa, iddiaçı iddia edir ki, doğulduğu gündən 1996-cı ilə qədər anası və bibiləri ilə birgə mübahisəli evdə yaşamış, atası dünyasını dəyişdikdən sonra evdən qovulduqlarına görə anası ilə Mingəçevir şəhərinə yaşamaq üçün getməyə məcbur olmuş, 2000-ci ildə yenə yaşamağa yerləri olmadığı üçün məcbur olub Gəncə şəhərinə, həmin yaşadıqları ünvana qayıtmış və orada 2009-cu ilə qədər yaşamışlar. Lakin daha sonra yenə bibiləri iddiaçını evdən qovmuşdur. İddiaçı və anası müəyyən vaxtlarda həmin ünvanda yaşamaq üçün ora getsələr də, iddiaçını, onun ailəsini və dörd övladlarını evdən qovurlar və orda yaşamağa imkan yaratmırlar. Baxılan iş üzrə iddiaçının mübahisəli evə istifadə hüququnun 01 oktyabr 2009-cu il tarixədək yarandığı nəzərə alınsa belə qeyd edilməlidir ki, həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır (maddə 60). Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir və yaşayış sahəsinə hüququ itirilir (maddə 87). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Habelə, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. Qanunvericilin sadalanan normalarının məzmunundan göründüyü kimi, iddiaçının mübahisəli evə istifadə hüququnu itirməsi üçün onun daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya başqa yaşayış sahəsinə köçməsi müəyyən edilməlidir. İş materialları ilə müəyyən edilir ki, eləcə də iddia ərizəsində iddiaçı özü bildirir ki, o, hələ uşaq olarkən, 1996-cı ildən daimi yaşamaq üçün anası ilə birgə başqa yaşayış sahəsinə köçmüşlər. İddiaçının anası X40 ilə Mingəçevir şəhəri, H.Əliyev küçəsi 58 nömrəli evin 1 nömrəli mənzilində daimi yaşadıqları iş materiallarına əlavə edilmiş məhkəmə qərarları ilə də təsdiq olunur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli evə köçürülməsi üçün qanuni əsas yoxdur. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Bütün bunlarla yanaşı, məhkəmə qeyd edir ki, iddiaçı 2000-ci ildən 2009-cu ilə qədər mübahisəli evdə yaşamasını, lakin yenə də həmin evdən qovulmasını, sonralar cəhd etsə də mübahisəli evdə yaşamağına imkan verilməməsi barədə dəlillərini təsdiq edən hər hansı mötəbər sübutunu da məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının mübahisəli ünvanda yaşamasına dair iş materiallarına əlavə edilmiş arayışı məhkəmə mötəbər sübut kimi qəbul etmir həm də ona görə ki, həmin arayışı verən və sözügedən ərazi üzrə evlər (küçə) üçlüyünün sədri olduğunu bildirən X41 məhkəmədə şahid qismində verdiyi ifadəsində iddiaçının həmin evdə yaşamadığını, həmin ünvanda yalnız pasport qeydiyyatında olduğundan sosial müdafiə fonduna təqdim etmək üçün iddiaçıya belə bir arayış verdiyini bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tələbinin əsası kimi irəli sürdüyü dəlillər məntiqli və ağlabatan deyil, iddiaçı 1996-cı ildən sonra mübahisəli mənzildə davamlı yaşadığı və ya buna cəhd etdiyi barədə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə iddianın rədd edilməsi qənaətinə gələrkən həm də 2010-cu ildə mübahisəli əmlakın yanmış olmasını da nəzərə alır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə, xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki mülki iş üzrə iddia təmin olunmadığına görə, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-4998/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4998/2023
23.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver