Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5/2024 13.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 oğlunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilə köçürülmələri və Cavabdeh2 ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq onlara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044) -2884/2021 nömrəli qiyabi qətnaməsi ilə (hakim G.Şirinov) onun və atası İddiaçı2 qeydiyyatda olduqları ünvan 2 ünvanda yerləşən mənzildən iddiaçı-əmisi Cavabdeh2 iddiası əsasında istifadə hüquqları itirilmiş hesab edilmişdir. Həmin qətnamədən verdikləri apellyasiya şikayətləri Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-4045/2021 saylı qətnaməsi ilə təmin edilmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin qiyabi qətnaməsi ləğv edilmiş, qətnamə qəbul olunmuş, iddiaçı Cavabdeh2 onlara qarşı ona məxsus ünvan 2 ünvanda yerləşən evə istifadə hüquqlarının itirilməsinə dair iddia ərizəsi təmin edilməmiş, bununla da onların evə istifadə hüquqları bərpa edilmişdir. Məhkəmə qətnaməsi qüvvəyə minməsinə baxmayaraq onlar hələ də ünvan 2 ünvana köçə bilmirlər. Belə ki, onların qeydiyyatda olduqları ünvan 2 ünvanda yerləşən mənzildən istifadə hüquqları Cavabdeh2 iddiası əsasında istifadə hüquqları itiriləndən sonra qeydiyyatdan çıxarılmışlar və onların xəbərləri olmadan ev X2. Hal-hazırda onlar məcbur olub kirayədə yaşayırlar. S.Aslanova evi kirayəyə vermişdir, evdə kirakeşlər yaşayırlar. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, ev onların iştirakı olmadan satılmışdır. Evin satılmasından xəbərləri olmamışdır. Hal-hazırda başqa yerdə kirayədə yaşayır. Öz payına düşən pul ona verilməlidir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçıların mübahisələri Sevillə özlərinin arasındadır. İddiaçıların mübahisələndirdiyi evin ona heç bir aidiyyəti yoxdur. Həmin evi çoxdan Bəsti adlı qadına satmış, Bəsti isə hazırki cavabdeh Sevil adlı şəxsə satmış, Sevil də başqa adama satmışdır. Hazırda onun hər hansı bir evi yoxdur, həmin evdə qeydiyyatda da deyildir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş:-Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, Gəncə şəhəri, X14, ev 10, mənzil 36 ünvanında İddiaçı2, İddiaçı1 və Cavabdeh1 qeydiyyatdadırlar. xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********10-05101-093013 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil tam xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Gəncə “ASAN xidmət” mərkəzi notariat ofisində 4Ə-275 reyestr nömrə ilə təsdiq edilmiş, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil alqı-satqı qiyməti 34000 manat məbləğ müəyyən edilməklə satıcı Cavabdeh2 tərəfindən alıcı X1. xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********10-05101-093013 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil xüsusi mülkiyyətdə olmaqla tam hissədə X4 adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Gəncə “ASAN xidmət” mərkəzi notariat ofisində 4Ə-716 reyestr nömrə ilə təsdiq edilmiş, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil alqı-satqı qiyməti 20000 manat məbləğ müəyyən edilməklə satıcı X9 tərəfindən alıcı X3. xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********10-05101-093013 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, ev 10, 36 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X6 adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-4045/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı evdən istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-2884/2021 saylı qətnaməsindən cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-2884/2021 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul olunmuş, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı ona məxsus ünvan 4 ünvanda yerləşən evə istifadə hüququnun itirilməsinə dair iddiası təmin edilməmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-827/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən iddianın etiraf olunması təsdiq edilmiş, iddiaçı Cavabdeh1 iddiası təmin edilmiş, cavabdehlər İddiaçı1 və İddiaçı2 Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 10 saylı evin 36 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarında qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Göründüyü kimi iddiaçılar mübahisələndirilən mənzilə köçürülmələrini tələb etsələr də, onların həmin mənzildən istifadə hüquqlarına məhkəmə qətnaməsi ilə xitam verilmişdir. Onların həmin mənzil üzərində hər hansı hüquqları olmamışdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında isə göstərilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə işin müəyyən olunmuş halları və araşdırılmış sübutlar məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçıların mübahisəli mənzilə köçürülmələrini tələb etməkdə subyektiv hüquqları olmadığından iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilməmiş 70 manat dövlət rüsumu iddiaçılardan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 İş üzrə ödənilməmiş 70 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-5/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5/2024
13.06.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver