Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-500/2022 18.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı2 və İddiaçı1 nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Şəfayət Yusupovanın iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh X6 qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onlara məxsus 3100 manat dəyərində əşyaların naturada, əşyalar olmadığı halda dəyərinin və dövlət rüsumu kimi ödənilmiş 32 manat pulun, cəmi 3132 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, o, cavabdeh onların əmisidir. X3 vəfat edəndən sonra cavabdeh onları və anasını yaşadıqları ünvan 1 evdən çıxarmışdır. Onlar evdən çıxarkən bir sıra ev əşyaları həmin evdə qalmışdır. Cavabdeh həmin əşyaları könüllü olaraq qaytarmır. Həmin əşyalar: nərdtaxta əl işi- dəyəri 200 manat, jurnal stolu əl işi-dəyəri 200 manat, soyuducu-dəyəri 400 manat, ayaq tikiş maşını 2 ədəd-dəyəri 1000 manat, şifoner üstlü- dəyəri 100 manat, televizor- dəyəri 100 manat, kompyuter stolu, stullar-dəyəri 250 manat, samovar-dəyəri 210 manat, aluminium beton-dəyəri 40 manat, mətbəx üçün qab-qacaqlar- dəyəri 200 manat, 5 ədəd 4 metrlik 100 sm-lik dəmir truba(boru)-dəyəri 400 manat, cəmi 3100 manat. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf hər biri ayrı-ayrılıqda tələbi müdafiə edərək iddia ərizəsinin məzmununda sadalanan əşyaların, bu mümkün olmadıqda dəyərinin cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz etdi və yazılı izahat təqdim edərək bildirdi ki, Nümayəndə2 nərdtaxtasını onun anası 100 dollara satdığını bildirmişdir; Jurnal stol küçəyə atılıb; Soyuducu xx.xx.2005-ci ildə istehsal olunub, 2021-ci ilin yay ayında 30 manata metalloma (metal qəbulu məntəqəsinə) satılıb; 2008-ci ildə ayaq tikiş maşınını mübahisə zamanı qardaşı Yusibov Rövşən və onun oğlu anasını döyərkən qırıblar; Ona məxsus şifoneri 1986-cı ilin avqust ayında maşınla Moskvadan gətirmişdir; Kompyuter stolu atılıb, stullar yox idi; Samovarlar hamısı Nümayəndə2 evində mətbəxdə şkafın üstündədir; Qab-qacaq kiçik həyət məhləsində hər yerə dağılıb tozun içindədir; Aluminium qabı görməmişdir; Köhnə çürük trubaları (boruları) metalloma (metal qəbulu məntəqəsinə) 20-30 manata satılıb; Anası sağ olarkən köhnə televizor olduğundan işləmədiyi üçün atılıb zibilə; O gələrkən evdə zibil, köhnə əşyalardan başqa bir şey yox idi; Üçgözlü şkafı 1986cı ildə avqust ayında şəxsən Moskva şəhərindən gətirmişdir və ona məxsusdur; Televizoru tapmışdır və iddiaçılara təhvil vermək istəyir; Cavabdeh həmçinin şifahi qaydada bildirmişdir ki, jurnal stolunun dəyəri ən çox 50 manat olardı və kompyuter stolu mübahisəli evdədir, iddiaçılara təhvil verməyə razıdır. Cavabdehin nümayəndəsi iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ödəniş qəbzlərinə əsasən, X9 tərəfindən QSC “Bank Standart” KB-yə xx.xx.2005-cı ildə 17 ABŞ dolları, xx.xx.2005-cı ildə 32 ABŞ dolları, xx.xx.2005-cı ildə 32 ABŞ dolları, xx.xx.2005-cı ildə 32 ABŞ dolları, xx.xx.2005-cı ildə 32 ABŞ dolları, xx.xx.2005-cı ildə 32 ABŞ dolları, xx.xx.2005-ci ildə 32 ABŞ dolları ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, ******* manat dəyərində olan nərd taxtası X9 tərəfindən satın alınmışdır. İş materiallarında olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-1875/2020 saylı qətnaməsinə əsasən, iddia təmin edilərək, İddiaçı2, İddiaçı1 və X5 ünvan 1 ünvanda 97 kv.m torpaq sahəsində yerləşən 21.8 kv.m bir yaşayış otağından ibarət mülkə hər birinin miras əmlakda payları 1/3 hissədə müəyyən edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-1939/2021 saylı qətnaməsinə əsasən, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-1875/2020 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilərək, İddiaçı2, İddiaçı1 və X10 mərhum X2 vərəsələri kimi tanınmış; X1 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı2 2/9 hissədə, İddiaçı1 2/9 hissədə və X5 2/9 hissədə payları müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbunə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəf ünvan 1 evdə olan, iddiaçılara məxsus və cavabdehin qanunsuz sahibliyində olduğunu bildirdikləri əşyaların, bu mümkün olmadıqda onların dəyərinin cavabdehdən alınaraq iddiaçı tərəfə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfin iddiasının əsası kimi istinad etdiyi göstərilən 11 adda əşyanın və ya dəyərinin yalnız bir qisminin cavabdehdə olması məhkəmə iclasında iddiaçı tərəfin izahatı, cavabdeh tərəfin qismən etirafedici ifadəsi ilə sübut olunduğundan, həmin hissədə iddia tələbi qismən əsaslıdır. Belə ki, iddiaçı tərəf iddia ərizəsi ilə tələb edilən digər əşyaların mövcud olmasını, iddiaçı tərəfə məxsus olmasını və cavabdehin qanunsuz sahibliyində olmasını, habelə həmin əşyalardan biri istisna olmaqla, digərlərinin sadalanan dəyərlərini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Rövşən Yusifov tərəfindən 2005-ci ildə ******* manata satın alınmış nərd taxtasının cavabdehin qanunsuz sahibliyində olması, habelə, Bank tərəfindən təqdim edilmiş qəbzlərlə iddia ərizəsində tələb edilən soyuducunun dəyərinin ödənildiyi mülki işin araşdırılan halları ilə müəyyən olunmur. Buna görə də iddianın əşyaların və ya dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair hissəsi qismən təmin edilərək, yalnız cavabdeh tərəfin etiraf etdiyi hissədə jurnal stolunun dəyəri olan 50 manat, soyuducunun dəyəri olan 30 manat, trubaların dəyəri olan 30 manat, habelə kompyuter stolu, qablar və televizor cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 03 manat pul cavabdehdən alınaraq iddiaçı tərəfə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri, İbrahim Eminbəyli küçəsində 90 saylı evdə yerləşən kompyuter stolu, qablar və televizor cavabdeh X4 alınaraq iddiaçılar İddiaçı2 və İddiaçı1 verilsin. Jurnal stolunun dəyəri olan 50 (əlli) manat, soyuducunun dəyəri olan 30 (otuz) manat, boruların dəyəri olan 30 (otuz) manat, cəmi 110 (yüz on) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 03 (üç) manat pul cavabdeh X4 alınaraq iddiaçılar İddiaçı2 və İddiaçı1 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-500/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-500/2022
18.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver