Məhkəmə qərarları › İş №2(125)-5038/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5038/2025

14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5038/2025 14.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2nə, Cavabdeh3 BOKT Açıq Səhmdar Cəmiyyətinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı hərracın yekunlarına dair *5/*8 nömrəli, 13.*1.2*12-ci il tarixli protokolun, eyni tarixli alqı-satqı müqaviləsinin və RX *831546 seriya nömrəli, *9.*3.2*16cı il tarixli mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2nə, Cavabdeh3 BOKT Açıq Səhmdar Cəmiyyətinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Hərrac Mərkəzi MMC ilə Cavabdeh3 BOKT ASC arasında bağlanmış *5/*8 nömrəli hərracın yekunlarına dair protokolun və Cavabdeh3 BOKT ASC-nin adına aparılmış RX *831546 seriya nömrəli, *9.*3.2*16-cı il tarixli mülkiyyət hüquqlarına dair qeydiyyatın ləğv edilməsi, cavabdeh Göygöl rayon İcra şöbəsinin apardığı icra hərəkətlərinin qanunsuz hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh3 BOKT ASC (əvvəlki "xxxx") aralarında bağlanmış 19.*4.2*1*-cu il tarixli, 21*/1* saylı kredit müqaviləsinə əsasən ona 12 ay müddətinə 6*** manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən eyni tarixli və nömrəli ipoteka müqaviləsi ilə o, mülkiyyətində olan Göygöl şəhəri, S.Hacıyev küçəsi, 84 nömrəli binada yerləşən 2 saylı mənzilini ipoteka ilə yüklü etmişdir. Sonradan göstərilən kredit müqaviləsi üzrə kredit borcunu tam ödəyə bilmədiyindən cavabdeh kredit borcunun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş, mülkiyyətində olan mənzilinə yönəldilməsi barədə məhkəməyə müraciət etmişdir. İş üzrə icra vərəqəsi kredit borcuna münasibətdə icraya yönələrkən cavabdehə olan borcunu tam ödəmişdir. Buna baxmayaraq, cavabdeh Göygöl rayon İcra şöbəsi tərəfindən mülkiyyətində olan mənzilin açıq hərraca çxarılması sifariş edilmişdir. Borcunu tam ödəməyinə dair Göygöl rayon İcra şöbəsinə və digər cavabdeh "xxxx" Satış Mərkəzinə məlumat verməsinə baxmayaraq, hərrac davam etmiş və mülkiyyətində olan mənzili borc əvəzi olaraq cavabdeh "PARA” BOKT ASC-nin mülkiyyətinə keçmişdir. Cavabdeh banka borcunun olmamasına baxmayaraq, mənzilinin ipotekadan azad edilməsi və ipoteka müqaviləsinə xitam verilməsi təmin edilmədiyindən o, "PARA” BOKT ASC-yə qarşı ipoteka müqaviləsinə xitam verilməsi tələbinə dair iddia tələbi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırda qanuni qüvvədə olan 3*.*9.2*22-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, onunla cavabdeh "xxxx" ASC arasında bağlanmış 19.*4.2*1*-cu il tarixli, 21*/1* nömrəli ipoteka müqaviləsinə xitam verilmişdir. Bu baxımdan hazırda cavabdehlərə qarşı "xxxx" ASC- ilə Hərrac Təşkilatı arasında bağlanmış *5/*8 nömrəli hərracın yekunlarına dair protokolun və mənzilinin "Para” BOKT ASC-nin adına qeydiyyata alınmış mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Göygöl rayonu İcra şöbəsinin özünün qanuni qüvvəyə malik olan icra vərəqəsinin icra edilməsi zamanı borc ödənildiyi üçün münasibətlərinə xitam verilməsini bildirməsinə baxmayaraq, əmlaka dair hərracın ipoteka sifarişi verilərək keçirilməsini təşkil etməsi “Məhkəmə qərarlarının icrası" haqqında Qanunun və “İpoteka haqqında "Qanunun tələblərinin pozulması ilə nəticələndiyindən ona qarşı iddia tələbi əsaslıdır. Hər iki cavabdehin hərəkət və hərəkətsizliyi onun mülkiyyət hüququnun pozulmasına yönəldiyindən onlara qarşı eyni iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Həmçinin cavabdeh "xxxx" MMC tərəfindən keçirilmiş hərrac baş tutmuş və yekunda ona məxsus mənzilinin "xxxx" ASC-nin balansına götürülməsi barədə hərracın yekunları barədə mübahisələndirilən protokol və müqavilə bağlansa da, həmin müqavilə qanunun tələblərinin pozulması ilə bağlanmışdır. Həmçinin ipoteka əmlakı üzrə keçirilmiş qanunsuz hərracın nəticələri etibarsız olduğundan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri orqanı tərəfindən digər cavabdeh "xxxx" ASC-nin adına mülkiyyət hüququna dair aparılmış qeydiyyat ləğv edilməlidir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh3 BOKT Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə verərək, iddia tələbini qəbul etdiklərini və iddianın təmin edilməsinə heç bir etirazlarının olmadığını göstərmişdir. Digər cavabdehlər Cavabdeh1nə, Cavabdeh2nə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan:- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş *1.*8.2*23-cü il tarixli, 3-21- 3-33/2-686*/2*23 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil 15.*4.2*1*-cu il tarixli, 5*8*11****24-*51*1-*93**2 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı adına olmuş, hərrac təşkilatının açıq hərracın yekunları barədə 13.*1.2*12-ci il tarixli, *5/*8 nömrəli protokoluna əsasən ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə dair "xxxx" ASCnin adına *9.*3.2*16-cı il tarixli, 5*8*11****24-*51*1-*93**2 reyestr nömrəli çıxarış verilmişdir. Göygöl Rayon Məhkəməsinin 1*.12.2*1*-cu il tarixli, 2(*66)-458/2*1* nömrəli icra vərəqəsinin surətindən görünür ki, İddiaçı cəmi 7558 manat məbləğində pul tutularaq, "xxxx" ASC-nin xeyrinə ödənilməsi, qeyd olunan məbləğin İddiaçı mülkiyyətində olan Göygöl şəhəri, S.Hacıyev küçəsində yerləşən 84 nömrəli binada 34,9 kv.m yaşayış, 16,3 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 2 nömrəli mənzilin açıq hərracdan satılaraq, əldə olunmuş vəsait hesabına, həmin əmlak kifayət etmədikdə digər əmlakları hesabına ödənilməsi və ipoteka predmeti olan Göygöl şəhəri, S.Hacıyev küçəsində yerləşən 84 nömrəli binada 34,9 kv.m yaşayış, 16,3 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 2 nömrəli mənzilin dəyərinin 9*** manat məbləğində qiymətləndirilməsi qət edilmişdir. Hərrac təşkilatının açıq hərracın yekunları barədə 13.*1.2*12-ci il tarixli, *5/*8 nömrəli protokolun surətindən görünür ki, sifarişçi Göygöl rayon İcra qrupu, tələbkar "xxxx" ASC, hərrac təşkilatçısı Cavabdeh1 olmaqla Göygöl Rayon Məhkəməsinin 1*.12.2*1*-cu il tarixli, 2(*66)-458/2*1* saylı icra vərəqəsi və Göygöl rayon İcra qrupunun 36/11 saylı, 18.1*.2*11-ci il tarixli sifariş məktubunun icrasına əsasən İddiaçı məxsus Göygöl şəhəri, S.Hacıyev küçəsi, 84 saylı binanın 2 saylı mənzili satış qiyməti 5737,5* manat olmaqla alıcı "xxxx" ASC-yə satılmışdır. *9.*3.2*16-cı il tarixli, 1516**2687 qeydiyyat nömrəli, 5*8*11****24-*51*1-*93**2 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 2 nömrəli mənzil xüsusi mülkiyyətdə olmaqla tam mülkiyyət hüququ üzrə "xxxx" ASC-nin adına rəsmi reyestrdə qeydə alınmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2*.*9.2*22-ci il tarixli, 2(**6)-2369/2*22 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 19.*4.2*1*-cu il tarixli, 21*/1* saylı ipoteka müqaviləsinə xitam verilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, Cavabdeh3 BOKT ASC-nin 2*.*9.2*22-ci il tarixli, *81*/PB saylı məktubunda məhkəmənin sorğusuna cavab olaraq İddiaçı 1*.12.2*1*-cu il tarixli, 2(*66)-458/2*1* saylı qətnamə üzrə müəyyən edilmiş borc məbləğini tam şəkildə ödədiyi qeyd edilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin 1*.11.2*22-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2*.*9.2*22-ci il tarixli, 2(**6)-2369/2*22 nömrəli icra sənədi üzrə icraat başlanılmışdır. 1*.11.2*22-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən Cavabdeh3 BOKT ASC-yə göstərilən tələbin 1* gün müddətində könüllü icra edilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdeh PARA” BOKT ASC-nin iddianı etiraf etməsini qəbul edərək, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normalarına uyğun olaraq qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında ipoteka ilə təmin olunmuş kredit müqaviləsi bağlanaraq, kredit müqaviləsinin təminatı olaraq iddiaçı özünə məxsus Göygöl şəhəri, S.Hacıyev küçəsi, 84 saylı binada yerləşən 2 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü etmişdir. Kredit müqaviləsi üzrə borc ödənilmədiyindən ipoteka predmeti olan Göygöl şəhəri, S.Hacıyev küçəsi, 84 saylı binada yerləşən 2 saylı mənzil 13.*1.2*12-ci il tarixdə keçirilən açıq hərracda satılaraq, tələbkar "xxxx" ASC-nin balansına verilmiş və sonuncunun adına *9.*3.2*16-cı il tarixli, 1516**2687 qeydiyyat nömrəli, 5*8*11****24-*51*1-*93**2 reyestr nömrəli çıxarış üzrə rəsmi reyestrdə qeydə alınmışdır. Bundan sonra iddiaçı tərəfindən kredit müqaviləsi üzrə borc ödənildiyindən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2*.*9.2*22-ci il tarixli, 2(**6)- 2369/2*22 nömrəli qətnaməsinə əsasən İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 19.*4.2*1*-cu il tarixli, 21*/1* saylı ipoteka müqaviləsinə xitam verilməsi qət edilmişdir. İddiaçı iddia etmişdir ki, cavabdehə olan borcunu tam ödəməsinə dair məlumat verməsinə baxmayaraq, hərrac davam etmiş və mülkiyyətində olan mənzil borc əvəzi olaraq cavabdeh "PARA” BOKT ASC-nin mülkiyyətinə keçmişdir. Cavabdehlərin hərəkət və hərəkətsizliyi onun mülkiyyət hüququnun pozulmasına yönəldiyindən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa məhkəmə belə hərəkəti qəbul etmir. Qeyd olunan müddəaları rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə məhkəmə tərəfindən qəbul edilməlidir. MPM-in 22*.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 2 ünvanında yerləşən 2 nömrəli mənzilin satışına dair Hərrac təşkilatının açıq hərracın yekunları barədə 13.*1.2*12-ci il tarixli, *5/*8 nömrəli protokol və eyni tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, ünvan 2 ünvanında yerləşən 2 nömrəli mənzilə dair *9.*3.2*16-cı il tarixli, 1516**2687 qeydiyyat nömrəli, 5*8*11****24-*51*1-*93**2 reyestr nömrəli çıxarış ləğv edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 1** manat dövlət rüsumu Cavabdeh3 BOKT ASC-yə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 358 və 36*-cı maddələrini rəhbər tutub məhkəmə, qət etdi : İddia təmin edilsin. Hərrac təşkilatçısı "xxxx" MMC-in açıq hərracın yekunları barədə 13.*1.2*12-ci il tarixli, *5/*8 nömrəli protokolu və eyni tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, ünvan 2, 2 nömrəli mənzilə dair *9.*3.2*16-cı il tarixli, 1516**2687 qeydiyyat nömrəli, 5*8*11****24-*51*1-*93**2 reyestr nömrəli çıxarış ləğv edilsin. İş üzrə ödənilmiş 1** manat dövlət rüsumu Cavabdeh3 BOKT ASC-dən alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar