Məhkəmə qərarları › İş №2(125)-5081/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5081/2024

05.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5081/2024 05.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X24 İsa oğlunun sədrliyi, X12 Eldar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair JN-281, KOD 50700018 nömrəli Dövlət aktında mülkiyyətçi kimi adı qeyd edilən X5 Ərizəçi kimi tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizənin dəqiqlədirilməsi barədə ərizə təqdim edərək, torpağa mülkiyyət hüququna dair JN-281, KOD 50700018 nömrəli Dövlət aktında qeyd edilmiş, “X9” qeydinin ona- Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Samux rayon Yenikənd kəndində xx.xx.1960-cı ildə doğulmuşdur. Ona məxsus 824287 nömrəli X8 soyadı, adı və atasının adı müvafiq olaraq X1 qeyd edilmişdir. Sonradan nikaha girdiyi üçün 298202 nömrəli nikah haqqında şəhadətnamədə də göstərildiyi kimi soyadını dəyişərək Abbasova olaraq qəbul etmişdir. X2 xx.xx.1999-cu ildə ölmüşdür. Şəxsiyyət vəsiqəsində də soyadı, adı və atasının adı müvafiq olaraq Ərizəçi yazılmışdır. Torpağa mülkiyyət hüququna dair JN-281, Kod 50700018 saylı Dövlət Aktında isə onun adı texniki səhv olaraq X3 göstərilmişdir. Təhsili olmadığı və savadsız olduğu üçün həmin sənəddə səhv olmağına diqqət etməmişdir. Torpağa mülkiyyət hüququna dair JN-281, Kod 50700018 saylı Dövlət Aktı əsasında həmin torpaq sahəsinə çıxarış almaq istədiyi zaman Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən ona əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş təqdim edilmişdir. Həmin bildirişdə dövlət aktında X3 qeyd edilən şəxsin Ərizəçi olmasını təsdiq edən məhkəmə qətnaməsi olmaması səbəbindən ərizənin icrasından imtina edildiyi göstərilmişdir. Bu səbəbdən də hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respulikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını araşdırıb hesab edir ki, ərizəçinin xahişi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Torpağa mülkiyyət hüququna dair JN-281, KOD 50700018 nömrəli Dövlət aktının surətindən görünür ki, Samux rayon AİK-nın 02 iyun 1998-ci il tarixli 10 nömrəli qərarı ilə Samux rayonu Yenikənd kənd sakinləri X11, X9, X18 və X10 1.97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.1999-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1999-cu il tarixdə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X13 ilə X4 birgə nikahından xx.xx.1960-cı il tarixdə X6 adında bir uşaq anadan olmuşdur. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X11 ilə X6 xx.xx.1979-cu il tarixdə rəsmi nikah bağlamışlar və nikah bağlanandan sonra arvada “Abbasova” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən müəyyən edilir ki, X11 ilə Ərizəçi birgə nikahından xx.xx.1982-ci il tarixdə X18, 24 fevral 1985-ci ildə X14 adında iki uşaq anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 14 mart 2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi adı olan, ona və ailəsinə məxsus Samux rayonu, Yenikənd kəndi ərazisində yerləşən pay torpaq sahəsini təsdiq edən JN-281, KOD 50700018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında mülkiyyətçilərin soyadı, adı və ata adı səhfəsində X5 adı və cinsiyyəti texniki səhv olaraq yazılmışdır. Düzgün yazılışı Ərizəçidır. İşdə olan Azərbaycan Respulikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, aparılan araşdırma zamanı əmlaka dair təqdim edilmiş sənədlərdə hüquq sahibinin adı “ X9 ” kimi qeyd olunub, lakin şəxsiyyəti təsdiq edən sənədlərdə “Ərizəçi” kimi qeyd olunmuşdur. Vətəndaşın eyni şəxs olmasını təsdiq edən sənədin (məhkəmə qətnaməsi) təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən Samux rayonu, Yenikənd kəndində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizənin icrasının mümkün olmadığı bildirilmişdir. İşdə olan Samux Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 03 avqust 2023-cü il tarixli arayışdan görünür ki, Gəncə şəhər Nizami rayon R.Əliyev ünvanda yaşayan Ərizəçi ona görə ki, ona və ailə üzvlərinə Samux rayon X7 02 iyun 1998-ci il tarixdə, 10 saylı qərarı ilə verilmiş 1.97 ha pay torpaq sahəsini təsdiqləyən JN-281,kod-50700018 saylı Dövlət Aktında mülkiyyətçilərin soyadı, adı və ata adı qeyd olunan səhifədə X5 adı və cinsiyyəti texniki səhv olaraq yazılmışdır. Lakin, yuxarıda qeyd olunan Samux rayon X7 02 iyun 1998-ci il tarixdə, 10 saylı qərarı ilə verilmiş 0.25 ha həyətyanı torpaq sahəsini təsdiqləyən JN-270A, kod-50700018 saylı şəhadətnamədə də öz əksini tapmış şəxslərin ailə üzvünün soyadı, adı və ata adının düzgün yazılışı aşağıdakı kimidir: Ərizəçi- Əsas: şəxsiyyət vəsiqəsi AA 4992045, FİN xxxxxxx, İ-ИE № 824287 nömrəli X8 və İİ-ЖГ № 298202 nömrəli nikah haqqında şəhadətnamədə “Talıbova” soyadını dəyişərək “Abbasova” soyadını qəbul etmiş və eyni zamanda müvafiq sənədlərdə də düzgün yazılışı öz əksini tapmışdır. Odur ki, son olaraq şəxsiyyət vəsiqəsini, doğum haqqında şəhadətnaməni, nikah haqqında şəhadətnaməni Samux Rayon İHB-nın Yenikənd kənd İƏD üzrə nümayəndəliyin xx.xx.2023-cü il tarixli, 68 nömrəli arayışını əsas götürərək yuxarıda adı qeyd edilən vətəndaşın soyadını, adını və ata adının düzgün yazılışının nəzərə alınmasını xahiş edilmişdir. Beləliklə məhkəmə iclasında iş materialları ilə müəyyən edildi ki, Samux rayon AİKnın 02 iyun 1998-ci il tarixli 10 nömrəli qərarı ilə Samux rayon Yenikənd kənd sakinləri, bir aılənin üzvləri olan X11, onun arvadl Ərizəçi və onların uşaqları-X18 və X10 1.97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin sənədləşdirilməsi zamanı “Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktında Ərizəçi adı yanlış olaraq X3 qeyd edilmişdir. Azərbaycan Respulikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsində bu yanlışlığın aradan qaldırılmasından imtina edilmişdir. Ərizəçinin xahişi də məhz hüquq müəyyənedici sənədin ona məxsus olmasının müəyyən edilməsindən ibarətdir. Məhkəmə hesab edir ki, hüquq müəyyənedici sənədin şəxsə məxsus olması ərizəçinin qanunla müəyyən edilmiş hüquqlarının düzgün qeydə alınmasının əsası kimi qəbul edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, ərizəçinin xahişi təmin edilməli və sənədin tərtibatı zamanı yol verilmiş yanlışlıq aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsində birbaşa nəzərdə tutulmasa da, həmin Məcəllənin 307.2.11-ci maddəsində başqa faktların da məhkəmə tərəfindən müəyyən edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli və Torpağa mülkiyyət hüququna dair JN-281, KOD 50700018 nömrəli Dövlət aktında göstərilən torpaq sahəsinin mülkiyyətçisi kimi qeyd edilmiş X9 qeydinin xx xxx 1960-cı ildə Xanlar rayonu, Səfərəliyev qəsəbəsində doğulmuş Ərizəçi aid (ona məxsus) olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305-311 və 391-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-281, KOD 50700018 nömrəli Dövlət aktında göstərilən 1,97 hektar torpaq sahəsinin mülkiyyətçisi kimi adı qeyd edilmiş “X9” qeydinin xx xxx 1960-cı ildə Xanlar rayonu, Səfərəliyev qəsəbəsində doğulmuş Abbasova (Talıbova) Məhəbbət Qurban qızına aid (ona məxsus) olması fakt kimi müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar