Məhkəmə qərarları › İş №2(125)-509/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-509/2025

23.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-509/2025 23.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi ilə, Ərizəçi (maraqlı şəxslər 1 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi və X2) «miras əmlakın qəbul edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi (maraqlı şəxslər 1 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi və X2) «miras əmlakın qəbul edilməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum qızı X1 miras qalmış Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-19/2022 saylı hökmü ilə müəyyən olunmuş zərər olan 1990 manat pulun miras əmlak kimi qəbul etməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçi və maraqlı şəxs X2 məhkəmənin çağırışlarına üzrlü səbəblər göstərmədən gəlməmişlər, ərizəçi işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs 1 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin, məhkəməyə ərizə ünvanlayaraq, mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə tərəfindən qanuna uyğun çıxarılacaq hər hansı bir qərara heç bir etirazları olmadığını bildirmişdir. Məhkəmə işə maraqlı şəxs 1 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəçi və maraqlı şəxs heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlmədiklərindən ərizə baxılmamış saxlanılmalıdır. Həmçinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi (maraqlı şəxslər 1 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi və X2) «miras əmlakın qəbul edilməsi» tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar