Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5123/2023 25.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, Ərizəçi iştirakları ilə Ərizəçi maraqlı şəxs Gəncə şəhəri 1 saylı Notariat ofisinə qarşı qanun üzrə mirası qəbul etmə faktı tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Gəncə şəhəri 1 saylı Notariat ofisinə qarşı qanun üzrə mirası qəbul etmə faktının təsdiq edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi iddianın təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Gəncə şəhəri 1 saylı Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan notariat hərəkətlərinin aparılmasından imtina edilməsinə dair məktubundan görünür ki, 18.*3.2*21-ci il tarixdə mərhumun miras əmlakının ¾ hissəsinə dair Ərizəçi vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qalan ¼ hissəyə dair mərhumun vərəsələri arasında mübahisə olduğu üçün Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün deyildir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev pr., ev 22, 23 saylı mənzilin ¾ payı Ərizəçi adına *1.*6.2*21-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1521*15338 nömrə ilə qeydiyyata alınmışdır və həmin hüquqi əhəmiyyəti olan fakt müəyyəndir. Məhkəmə Ərizəçi mərhum anası X1 qalmış ünvan 1 ünvanda yerləşən miras qalmış və onun tərəfindən qanun üzrə varis olaraq qəbul edilmiş ¼ hissəsi ilə bağlı qeyd edir ki, Ərizəçi Gəncə şəhəri 1 saylı Notariat ofisinə mərhum anası X1 qalmış vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmasına dair ərizə vermiş olsa da, notarius məsələyə formal yanaşaraq, vərəsələr arasında mirasın bölünməsi ilə bağlı mübahisə olması əsası ilə notariat hərəkətlərinin aparılmasından imtina etmiş və vərəsəlik şəhadətnaməsi verməmişdir. İş materiallarından görünür ki, iddia tələbi Ərizəçi mirası qəbul etmə faktının təsdiq edilməsi ilə bağlıdır. Həmçinin iş materialları ilə müəyyən edilir ki, mərhumun miras əmlakının ¾ hissəsinə dair Ərizəçi vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2*21-ci il tarixli qərarında qeyd etmişdir ki, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyən edilməsi zamanı notariat orqanları məsələyə formal yanaşmamalı, mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Müraciət edən şəxsin vərəsə olması mübahisə predmeti deyilsə, mübahisə sadəcə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariuslar vərəsəlik payının nisbətini göstərmədən vərəsəlik şəhadətnaməsini verməlidirlər. Göründüyü kimi ərizəçinin mirası qəbul etməsi faktı müəyyəndir. Ərizəçinin tələbi mirasın açıq qalmış ¼ hissəsinə dair şəhadətnamə verilməsi ilə bağlıdır ki, Ərizəçi bununla bağlı notariat hərəkətlərinin aparılmasından imtina edilməsinə dair qərarından şikayət vermək hüququ vardır. Azərbaycan Respublikasının MPM-nin 261.*.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Gəncə şəhəri 1 saylı Notariat ofisinə qarşı qanun üzrə varis olaraq mirasın açıq qalmış ¼ hissəsinə qanun üzrə mirası qəbul etmə faktının təsdiq edilməsi tələbi ərizəçinin həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi mümkün olduğundan və bu baxımdan hazırkı ərizə məhkəmədə baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 15*, 151, 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi maraqlı şəxs Gəncə şəhəri 1 saylı Notariat ofisinə qarşı qanun üzrə mirası qəbul etmə faktının təsdiq edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 1* (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-5123/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5123/2023
25.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver