Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5170/2025 27.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X36 Tahir oğlunun sədrliyi və Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, atası X3 Gəncə şəhəri, Nizami rayonu ərazisində yerləşən Gülüstan bina 56, mənzil 4, 47,0 kv.m 3 otaqdan ibarət yaşayış evini miras əmlak kimi qəbul etməsi faktının və mirasın qəbul edilməsi vaxtının uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili X20 məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X6 məxsus Gəncə şəhəri, Nizami rayonu ərazisində Gülüstan qəsəbəsi bina 56, mənzil 4, 47,0 kv.m 3 otaqdan ibarət yaşayış evi olmuşdur. Həmin yaşayış evini atası xx.xx.2007-ci ildə ona vəsiyyət etmişdir. Yaşayış evi ilə bağlı vərəsələr arasında heç bir mübahisə yoxdur. Digər bacı və qardaşlarının da həmin yaşayış evinin onun adına rəsmiləşdirilməsinə etirazları yoxdur. X34 xx.xx.2021-ci ildə və anası X9 xx.xx.2023-cü ildə vəfat etmişlər. Hazırda onlardan qalan miras əmlakı faktiki olaraq o qəbul etmişdir və idarə edir. Maraqlı şəxs 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi məhkəməyə ərizə ünvanlayaraq, işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, Ərizəçi bacısıdır. Sözügedən ev bacısına məxsusdur, ancaq atasının adına olmuşdur. Atası vəfat etmişdir. Atasının vərəsələri o, Nabat, Elmira, Ofelya, İbrahim və Almasdır. Onlar hamısı qardaş-bacıdırlar. Atalarından qalan mirası bacısı Nabat qəbul etmişdir. Kommunallar da Nabatın adınadır. Digər vərəsələr də evin Nabatın adına keçməsinə razıdırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, Ərizəçi bacısıdır. 5 bacı, 1 qardaşdırlar. Ev bacısı Nabata məxsusdur, o, Rusiyada olanda atasının adına alınmışdır. Nabat həmin evi kirayəyə vermişdir, hər ay kirayə pulunu alıb Nabata göndərir. Digər vərəsələr də razıdırlar, Nabatın öz evidir. Heç bir etirazları yoxdur. İş materiallarında olan:- İ-İE 324440 nömrəli, AZ 248702 nömrəli və AZ 524362 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.1960-cıil təvəllüdlü X7, xx.xx.1964-cü il təvəllüdlü X10 və xx.xx.1962-ci il təvəllüdlü X8 ata qrafalarında X11, ana qrafalarında isə X1 qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli, 3-16-5/7-H-12-489/2023 nömrəli arayışın surətindən görünür ki, X11 ilə X4 nikahları xx.xx.1960-cı ildə Samux rayon Yenikənd kənd icra nümayəndəliyində 12 nömrə ilə qeydə alınmışdır. AZ-İİ 241689 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2013-cü ildə ölmüşdür. AZ-İİ 281742 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2021-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 19472 nömrəli qeydiyyat vəsiqəsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 47,0 kv.m 3 yaşayış otağından ibarət 4 nömrəli mənzil X3 adına mülkiyyət hüququ əsasında xx.xx.2004-cü ildə qeydə alınmışdır. Gəncə şəhər 3 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2007-ci il tarixli, 2V-1-40 reyestr nömrəli vəsiyyətnamənin surətindən görünür ki, X14 ona məxsus olan Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 56 saylı binada yerləşən 4 saylı mənzili Tümen vilayəti, Berezovski rayonu, İqrim qəsəbəsi, İdmançılar küçəsi, ev 12-b, mənzil 14-də yaşayan Ərizəçi vəsiyyət etmişdir. xx.xx.2023-cü il tarixli, 8İ-17343 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 8İ-19478 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 8İ-19477 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 8İ- 19617 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli, 8İ-17598 reyestr nömrəli ərizələrdən görünür ki, X19, X15, X18, X16 və X17 xx.xx.2021-ci ildə vəfat etmiş ataları X2 qalmış miras əmlakdan imtina etmişdirlər. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, 2469 saylı məktubundan görünür ki, mirası qəbul etməsi müddətini keçirdiyi üçün ərizəçiyə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə şahid ifadələrini və işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin atası X2 Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 56 saylı binada yerləşən 4 saylı mənzil miras qalmış, atası sağlığında həmin mənzili Ərizəçi vəsiyyət etmişdir. Miras açılandan sonra mirasqoyanın vərəsəsi qızı Ərizəçi miras əmlakı faktiki olaraq qəbul edərək, idarə etmiş, mirasqoyanın digər vərəsələri olan övladları da notarial qaydada ərizə verərək miras əmlakdan imtina etmişdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1133.2-ci məaddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-in 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. MM-in 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. MM-in 1243.1-1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə iddia tələbinə hüquq normaları baxımından qiymət verərək hesab edir ki, yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir.Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və ya mirasa yiyələnməsi, eləcə də vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. Bundan başqa məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında izah olunmuşdur ki, miras qanunun tələbinə əsasən qəbul olunmuşsa, lakin vərəsəlik şəhadətnaməsi vaxtında rəsmiləşdirilməmişsə, bu mirasa qarşı hüququn itirilməsi üçün əsas hesab edilə bilməz. Vərəsə mirasa sahiblik, ondan istifadə və ona sərəncam verməsi sahəsində müvafiq işlər görmüşsə-binanın təmiri, həyətyanı torpaq sahəsini becərmək, məhsulu yığmaq və s. yaxud sığorta tədiyəsini və ev üçün vergini ödəmişsə, kirayənişinlərdən mənzil pulunu yığmışsa və başqa hallar vərəsənin mirası faktiki surətdə idarə etməyə başlamasını və mirasa yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. İşin müəyyən olunmuş hallarından görünür ki, ərizəçi mərhum atasından miras qalmış əmlaka sahiblik və ondan istifadə etməklə mirası faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır (MPM. mad. 307.2.9) Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Ərizəçi mərhum atası X2 miras qalmış Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 56, 4 nömrəli mənzili vərəsəlik qaydasında qəbul etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi mərhum atası X2 miras qalmış Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 56, 4 nömrəli mənzili vərəsəlik qaydasında qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-5170/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5170/2025
27.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver