Məhkəmə qərarları › İş №2(125)-5171/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5171/2023

13.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5171/2023 13.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Əli oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3 doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi və X2 doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi yolu ilə İsmayılov X1 ilə X2 eyni şəxs olması faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizənin İsmayılov X1 ilə X2 eyni şəxs olması faktının təsdiq edilməsi hissəsində iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-4721/2022 saylı qərardadından görünür ki, Ərizəçi (maraqlı şəxs Gəncə şəhər Qeydiyyat İdarəsi) «qohumluq faktının və şəxslərin eyni şəxs olması faktının müəyyən edilməsi» tələbi barədə ərizəsinin qəbul edilməsindən imtina edilmiş, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2023; əməliyyat İD:210518384; qəbzin nömrəsi:1820; terminal nömrəsi: K0127015; GPP qəbz nömrəsi:**********) dövlət büdcəsindən Ərizəçi qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikasının MPM-nin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, İsmayılov X1 ilə X2 eyni şəxs olması faktının təsdiq edilməsi hissədə ərizənin icraata qəbul edilməsindən imtina edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərardadı olmasına baxmayaraq, ərizəçi yenidən eyni tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, Ərizəçi (maraqlı şəxs Gəncə şəhər Qeydiyyat İdarəsi) «qohumluq faktının və şəxslərin eyni şəxs olması faktının müəyyən edilməsi» tələbindən imtina edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərardadı olduğundan hazırkı iş üzrə İsmayılov X1 ilə X2 eyni şəxs olması faktının təsdiq edilməsi hissəsində iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizənin İsmayılov X1 ilə X2 eyni şəxs olması faktının təsdiq edilməsi hissəsində iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar