Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-52/2024 08.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, ilkin iddia üzrə İddiaçı, ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı «tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması» tələbi barədə iddiasına, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı «pul» tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri, 28 May küçəsində (Yeni Gəncə yaşayış massivi) yerləşən İddiaçı mülkiyyətində olan 0,51 hektar həyatyanı torpaq sahəsində Cavabdeh tərəfindən aparılan qanunsuz tikililərin Cavabdeh hesabına sökülərək, torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı İddiaçı torpağın alınması müqabilində verilmiş 60.000 manat, çəkilmiş xərcin əvəzi qismində 40.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 360 manat məbləğində pul vəsaitinin İddiaçı onun xeyrinə tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında barışıq əldə olunduğunu, buna görə də iddiadan imtina etdiyini, iddiadan imtina edilməsinin və iş üzrə icraata xitam verilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixində məhkəməyə daxil olan ərizəsində cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı ilə aralarında barışıq əldə olunduğunu, buna görə də iddiadan imtina etdiyini, iddiadan imtina edilməsinin və iş üzrə icraata xitam verilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materialllarını tədqiq edərək, işdə olan sübutları araşdıraraq, hesab edir ki, İddiaçı iddiadan, Cavabdeh qarşılıqlı iddiadan imtina etməsi heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə tərəflərin iddiadan imtinası qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə iddiadan imtina qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa¸ hakim iş üzrə icraata xitam verməlidir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2022; qəbzin nömrəsi:14904) dövlət büdcəsindən İddiaçı, Cavabdeh tərəfindən ödənilmiş 360 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2022; qəbzin nömrəsi: 25768) dövlət büdcəsindən Cavabdeh qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verdildiyinə görə iş üzrə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri qismində 100 manat məbləğində pul vəsaiti İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı və Cavabdeh iddiadan imtinası qəbul edilsin. İddiaçı Cavabdeh qarşı «tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması» tələbi barədə iddiasına, Cavabdeh İddiaçı qarşı «pul» tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı və Cavabdeh izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2022; qəbzin nömrəsi:14904) dövlət büdcəsindən İddiaçı, Cavabdeh tərəfindən ödənilmiş 360 (üç yüz altmış) manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2022; qəbzin nömrəsi: 25768) dövlət büdcəsindən Cavabdeh qaytarılsın. İş üzrə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-52/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-52/2024
08.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver