Məhkəmə qərarları › İş №2(125)-5201/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5201/2025

28.10.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5201/2025 28.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mülkə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, sözügedən mənzilin ¼ hissəsi onun, qalan ¾ hissəsi isə mərhum atasıX2 adınadır. Buna baxmayaraq cavabdeh onu həmin evdə yaşamağa qoymamış, onu evə buraxmamışdır. Bacısı rəhmətə getdikdə gəlmiş, daha sonra evə girməsinə icazə verməmiş, ona hədə-qorxu gəlmişdir. Həmin evdə yaşamaq istədiyini göstərərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, iddiaçının sözügedən evdə yaşamasına etirazının olmadığını göstərdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-İİ 140293 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Cavanşir xx.xx.2019-cu ildə ölmüşdür. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-1519/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Əliyeva (Rzayeva) Aytəkin Cavanşir qızının xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2 qanun üzrə vərəsəsi tanınması və xx.xx.2019-cu il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 2 ünvanında yerləşən 2 saylı miras evin ¼ hissəsinə iddiaçı Əliyeva (Rzayeva) Aytəkin Cavanşir qızının vərəsəlik hüququnun tanınması qət edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********58-05101-093002 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2, mənzil 2 Yeni qaydalarla: AZ 2003, ünvan 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyətdə olmaqla paylı mülkiyyət hüququ üzrə ¼ hissədə İddiaçı adına rəsmi reyestrdə qeydə alınmışdır. İşin müəyyən olunmuş hallarından görünür k, iddiaçının köçmək istədiyi mənzil paylı mülkiyyət hüququ üzrə ¼ hissədə ona məxsusdur. İddiaçı iddia etmişdir ki, cavabdeh onu həmin evdə yaşamağa qoymamış, onu evə buraxmamış, hədə-qorxu gəlmişdir. Buna görə də məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddianı qəbul edərək, iddiaçının sözügedən evdə yaşamasına etirazı olmadığını göstərmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tərəflərin izahatını dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrinin biri Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, İddiaçı ünvan 2, mənzil 2 Yeni qaydalarla: AZ 2003, ünvan 3 ünvanında yerləşən mənzilə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. İddiaçı ünvan 2, mənzil 2 Yeni qaydalarla: AZ 2003, ünvan 3 ünvanında yerləşən mənzilə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar