Məhkəmə qərarları › İş №2(125)-524/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-524/2024

01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-524/2024 01.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X17 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" QSC-yə, "xxxx" MMC-yə, Cavabdeh1nə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı hərracın nəticələrinə dair 08/04 nömrəli protokolun, eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka müqaviləsi üzrə ipoteka predmetinin sahəsinin və sərhədlərinin müəyyən edilməklə mərzlənməsi və sahə üzrə əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" QSC-yə, "xxxx" MMC-yə, Cavabdeh1nə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC və "xxxx" QSC arasında bağlanmış xx.xx.2020-ci il tarixli hərracın nəticələrinə dair 08/04 nömrəli protokolun eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2011-ci il tarixli, 06M000000724 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmetinin sahəsinin və sərhədlərinin müəyyən edilməklə mərzlənməsi və həmin sahələrin, sərhədlərin, çox illik əkmə olan ağacların və tikililərin natura qaydasında bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə cavabdehlərdən olan "xxxx" QSC ilə aralarında bağlanmış 21 dekabr 2011-ci il tarixli, 06M000000724 nömrəli ipoteka müqaviləsinə əsasən Süleyman X8ın kredit öhdəliyinin təminatı kimi özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 2,6066 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan ümumi sahəsi 17182 kv.m olan əmlak kompleksini ipoteka ilə yüklü etmişdir. Bundan sonra baş vermiş inflyasiya ilə bağlı X12 Tsərrüfatı tərəfindən kredit borcu ödənilmədiyindən onun tərəfindən yalnız mülkiyyətində olan sahələri əvvəldən hüququn dövlət qeydiyyatı üzrə qeydə alınmış 17182 kv.m olan sahə cavabdeh "xxxx" QSC qarşısında ipoteka ilə yüklü edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin qətnaməsinə əsasən ipoteka predmeti üzrə yalnız ipoteka ilə yüklü edilmiş tikili olaraq əmlak kompleksi ipoteka ilə yüklü edilmişdir. Tərəf olaraq bankla aralarında bağladıqları ipoteka müqaviləsindən sonra ipoteka predmetinin sahəsi kimi dövlət qeydiyyatı yalnız ipoteka predmetini təşkil edən əmlak kompleksi və tikili altında yerləşən torpaq sahəsi ipoteka qeydə alınmışdır. İpoteka predmetinin sahəsi olaraq mülkiyyətində olan 2,60656 ha torpaq sahəsi ipoteka predmetinin sahəsi olaraq dövlət qeydiyyatına alınmamışdır. İpoteka ilə yüklü edilmiş əmlak kompleksi kimi həmin kompleksin fəaliyyətini təmin etdiyi torpaq sahəsi və ipoteka ilə yüklü edilməyən yüngül konstruksiyalı və digər tikililər ipoteka predmetini təşkil etmir və bununla bağlı onun cavabdeh "xxxx" QSC ilə heç bir razılaşma və əlavə ipoteka müqaviləsi bağlanmamışdır. Gəncə Şəhər Məhkəməsinin qətnaməsi ilə də tutma yönəldilən hissə yalnız əmlak kompleksinin mülkiyyətində olan tikili sahəsi olan 1718 kv/m hissə ipoteka ilə yüklü edilmişdir. Mülkiyyətində olmayan tikili sahəsinin ipoteka predmeti kimi göstərilməsi və hazırda hərracda həmin sahənin də satışa çıxarılması X11 tələblərinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə ziddir. Mülkiyyətində olan torpaq sahəsinin ipoteka predmetini təşkil edən tikililərin altında yerləşən sahədən başqa fəaliyyətini təmin etdiyi torpaq sahəsi üzrə torpaq sahəsinin də açıq hərraca çıxarılması qanunun tələblərinə ziddir. Belə ki, ipoteka predmetinə tutma yönəldilən hissə yalnız ipotekanın dövlət qeydiyyatına alındığı sahə üzrə tələb yönələ bilər və ipoteka saxlayan cavabdeh "xxxx" QSC ipotekanın dövlət qeydiyyatına alındığı sahə üzrə tələb yönəltmək hüququna malikdir. Həmçinin Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin qətnaməsi ilə yalnız tələb əmlak kompleksi olaraq mülkiyyətində olan sahələrə tələb yönəltmişdir, əmlak kompleksinin fəaliyyətini təmin etdiyi torpaq sahəsinə deyil, ipoteka ilə yüklü edilmiş qeyriyaşayış sahəsi kimi həmin qeyri-yaşayış sahəsinin fəaliyyətini təmin etdiyi torpaq sahəsi və ipoteka ilə yüklü edilməyən tikililər ipoteka predmetini təşkil etmir və bununla bağlı onunla 3-cü şəxs arasında "xxxx" QSC ilə heç bir razılaşma və əlavə ipoteka müqaviləsi bağlanmamışdır. Qeyri-yaşayış sahəsinin və onun yəni tikililərin altında yerləşən torpaq sahəsi ilə qeyri-yaşayış sahəsinin həyətyanı sahəsinin bir çıxarışla hüququn dövlət qeydiyyatına alınması həyatyanı torpaq sahəsinin, həmin torpaqda inşa edilmiş əlavə tikililərin və əlavə olaraq inşa edilmiş tikililər ipoteka predmetinin tərkibini və ünsürünü təşkil edə bilməz. İddia ərizəsinə əlavə edilmiş Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin qətnaməsindən də görünür ki, ipoteka predmeti olan tələb yalnız qeyri-yaşayış sahəsinə yönəlmişdir. Həmin qeyri-yaşayış sahəsi üzərində sahiblik və istifadə hüququ isə ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin və onun altında yerləşən torpaq sahəsinə eyni həcmli hüquq əsasında 3-cü şəxs "xxxx" ASC tərəfindən əldə edilmişdir. Nə qədər ki, tərəflər arasında bağlanmış 21 dekabr 2011-ci il tarixli ipoteka müqaviləsindən sonra ipoteka əmlakı üzərində hüququn dövlət qeydiyyatı torpaq sahəsi üzərində deyil, qeyriyaşayış sahəsi üzərində qeydə alınmışdırsa, ipoteka predmetinə tutma yönəldilməsi ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi təşkil etmiş, onun fəaliyyətini təmin edən torpaq sahəsi ilə tikinti altında yerləşən torpaq sahəsinin ipoteka müqaviləsi üzrə hüquqi təsiri nəzərə alınmaqla torpaq sahəsi və bu torpaq sahəsində yerləşən əlavə tikililər 3-cü şəxs "xxxx" QSC-nin heç bir hüququ ilə yüklənməmiş və yaxud məhdudlaşdırılmamışdır. Lakin buna baxmayaraq keçirilmiş hərrac nəticəsində hərracın yekunlarına dair alqı-satqı müqaviləsində və protokolunda yalnız qeyri-yaşayış sahəsi qeyd olunduğundan və alqısatqı müqaviləsinin predmeti olduğundan hazırda ona məxsus olan qeyri-yaşayış sahəsinin həyətyanı torpaq sahəsinin və əlavə tikililərin 3-cü şəxsin mülkiyyətinə verilməsinə dair apardığı qeydiyyat əsassızdır. Bununla bağlı cavabdehə müraciət edilsə də, cavabdeh tərəfindən qeyd olunan əmlak üzərində hüquqların dövlət qeydiyyatının ləğvi təmin edilməmişdir. Belə ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsin qətnaməsinə əsasən ünvan 1 ünvanda yerləşən ipoteka predmetinin sahəsini müəyyən etməyən tikililərdən başqa ibarət olan əlavə tikililərin üzərində İddiaçı gözlənilən mülkiyyət hüququdur. İddia ərizəsinə əlavə edilmiş 3-cü şəxs “Access Bank QSC-nin adına verilmiş hüququn yüklülüyü barədə çıxarışdan da görünür ki, ipotekanın dövlət qeydiyyatı ilə ipoteka predmetinin qeyri-yaşayış sahəsinin olması təsdiq olunur. “Daşınmaz əmlakın Dövlət Reyestri Haqqında” Qanunun 1, 2.1, 6, 8, 9-cu maddələrinin tələblərinə əsasən cavabdehin imtinası və hərəkətləri qanunsuz hesab edilməklə bu normalarda göstərilən hüquqları pozulmuşdur. Hazırda torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılmaması onun üzərində mülkiyyət hüququnun olmamasına deyil, yalnız sərəncamverici hüquqların həyata keçirilməsinə müdaxilə etmiş olur. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, Cəncə Şəhəri Kəpəz Rayon Məhkəmsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin dövrdə İddiaçı əmlakın dəyəri ilə bağlı mübahisələndirdiyi hissə yalnız 2009 kv.m, yəni qeyd olunan torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi olmuşdur. İddia tələbinin əsaslı olduğunu qeyd edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" QSC-in nümayəndəsi X9 iddia tələbinə qarşı yazılı etiraz təqdim etdiklərini göstərərək, iddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" QSC tərəfindən iddia tələbinə qarşı yazılı etiraz verilərək, etiraz onunla əsaslandırılmışdır ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-618/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh4 QSC-nin cavabdehlər “Süleyman adına X10”, X6 və İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair iddia tələbləri qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə ümumlikdə cəmi 594537.28 ABŞ dolları borcun, məhkəmə xərclərinə görə 30 manatın tutulması, tələbin ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Qaraməmmədli yaşayış massivinin cənub qərbində yerləşən əmlak kompleksinə yönəldilməsi və əmlak kompleksinin ilkin satış qiymətinin 210807 manat müəyyən edilməsi, həmçinin tələbin ünvan 1ndə yerləşən əmlak kompleksinə yönəldilməsi və əmlak kompleksinin ilkin satış qiymətinin 319278 manat müəyyən edilməsi, əmlakların hərracdan satılaraq banka olan borcun ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2018-ci il tarixli, 2(104)-788/2018 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-618/2017 saylı qətnaməsi borcun tutulması və əmlakların ilkin satış qiymətlərinin müəyyən edilməsi hissələrində dəyişdirilmiş, cavabdehlərdən 4 kredit razılaşması üzrə ümumilikdə, cəmi 581913.61 ABŞ dolları borcun tutulması, ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Qaraməmmədli yaşayış massivinin cənub qərbində yerləşən əmlak kompleksinin ilkin satış qiymətinin 451000 manat, ünvan 1ndə yerləşən əmlak kompleksinin ilkin satış qiymətinin 960000 manat müəyyən olunması qət edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-4932/2019 saylı qərarına əsasən cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cərimə məbləği hissəsində dəyişdirilmiş, cərimənin məbləği hər kredit razılaşması üzrə 15000 ABŞ dolları müəyyən edilmiş, tutulmalı olan ümumi borc məbləği 521913.61 ABŞ dolları müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün icra şöbəsinə göndərilmişdir. İcra şöbəsi tərəfindən ipoteka predmeti olan əmlakın açıq hərracdan satılaraq realizə edilməsi üçün hərrac mərkəzinə sifariş verilmişdir. Keçirilmiş hərraclar baş tutmadığından əmlaklar yekunda ipoteka saxlayan Cavabdeh4 QSC-yə təklif edilmiş və bank tərəfindən təklif qəbul edilərək əmlakların borcun müəyyən hissəsinin qarşılığından bankın mülkiyyətinə götürülməsinə razılıq verilmişdir. Hərracın keçirilməsində hər hansı qanun pozuntusu yoxdur. Hərrac mərkəzi tərəfindən icra şöbəsindən daxil olmuş sifarişə əsasən hərrac keçirilmiş, borclular hərracın vaxtı və yeri barədə məlumatlandırılmışlar. Hərracın etibarsız hesab edilməsi üçün qanunvericilikdə konkret əsaslar müəyyən edilmişdir. Hazırki işdə isə həmin əsaslardan heç biri yoxdur. Mülki Məcəllənin 415.1-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. İpoteka müqaviləsi bağlanarkən həm 2.6066 ha torpaq sahəsi və həm də üzərində yerləşən əmlak kompleksi kimi müəssisə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti olan əşyanın dəyərinin artmasına səbəb olan yaxşılaşdırmalar da öhdəliyin təminat dəyərinə aiddir. X11 tələblərinə görə ipoteka saxlayanın ipoteka predmetinə dair hüququ, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun ləvazimatına da şamil edilir. Göründüyü kimi, ipoteka predmeti olan əmlak həm torpaq sahəsi və həm də üzərində yerləşən müəssisədən ibarətdir. Həmin əmlak kompleksinin daxilində əkilmiş ağaclar, tikilmiş hər hansı tikili ipoteka predmetinin dəyərini artıran yaxşılaşdırmalardır və ipoteka predmetinin tərkib hissəsi hesab olunur. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsi digər mülki iş üzrə artıq yoxlanılmış, həmin müqaviləyə hüquqi qiymət verilmiş və müqavilənin qanuni, əsaslı, etibarlı olması müəyyən edilmiş və həmin işlər üzrə qəbul edilmiş məhkəmə aktları qanuni qüvvəsini almışdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırki iş üzrə İddiaçı bankın kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə cavabdehlərdən biri - ipoteka qoyan olmaqla həmin məhkəmə mübahisələri barədə məlumatlı olmuşdur. Həmçinin o da qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlak bankın mülkiyyətinə qəbul edildikdən sonra artıq digər şəxsə satılmışdır və hazırda bankın mülkiyyətində deyildir. Hesab edirik ki, hazırki iddianın qaldırılmasında məqsəd qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasını yubatmaq, vaxt qazanmaq, bank qarşısında kredit öhdəliklərinin icrasından yayınmaqdan ibarətdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- MA ******* seriya nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1ndə yerləşən ümumi sahəsi 2919,4 m² olan əmlak kompleksi və onun yerləşdiyi 2,6066 ha torpaq sahəsi xüsusi mülkiyyətdə olmaqla tam mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-618/2017 nömrəli mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: -xx.xx.2011-ci il tarixli, 06M000000724 nömrəli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2011-ci il tarixli, 06L000003201 nömrəli kredit xətti müqaviləsi və və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan “Kredit Razılaşması” və “Bank qarantiyası verilməsi haqqında müqavilə” formasında ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin təminatı kimi İddiaçı mülkiyyətində olan ünvan 1ndə yerləşən 2,6066 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2919,4 m² ümumi sahədən ibarət əmlak kompleksini ipoteka qoymuşdur. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 319,278 manat müəyyən edilmişdir. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* nömrəli, qeydiyyat tarixi xx.xx.2011-ci il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı məxsus olan ünvan 1ndə yerləşən əmlak kompleksi xx.xx.2011-ci il tarixli, 06L000003201 nömrəli kredit müqaviləsinin təminatı kimi xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 120 ay müddətə "xxxx" QSC-nin Gəncə filialının xeyrinə yüklü edilərək bu barədə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 153 nömrəli vərəqində qeydiyyat aparılmışdır. - Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-618/2017 nömrəli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" QSC-nin cavabdehlər “Süleyman adına X5”, X3 və İddiaçı qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin olunmuş, cavabdehlər “Süleyman adına X10”, X6 və İddiaçı "xxxx" QSC-nin xeyrinə müştərək qaydada ümumilikdə 594537,28 ABŞ dolları milli manat ekvivalentində pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın İddiaçı məxsus ünvan 1ndə yerləşən əmlak kompleksinə yönəldilməsi, həmin əmlak açıq hərracda satılmaqla əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi və əmlak kompleksinin ilkin satış qiymətinin 319278 manat müəyyən edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışlarından əldə edilən vəsaitin qalan hissəsinin ipoteka qoyana qaytarılması qət edilmişdir. -Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-618/2017 nömrəli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, sonuncu apellyasiya şikayətində xx.xx.2011-ci il tarixli, 06M000000724 nömrəli ipoteka müqaviləsi üzrə ona məxsus ünvan 1ndə yerləşən torpaq sahəsi 2,6066 ha olan 2929,4 kvm sahədən ibarət əmlak komplesinin 319278 manat məbləğində qiymətləndirilməsini mübahisələndirərək təkcə həmin torpaq sahəsinin bazar qiymətinin 319278 manatdan üç dəfə baha çox olduğunu göstərmişdir. - Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(104)-788/2018 nömrəli qərardadından görünür ki, əmlakın qiymətləndirilməsi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. -Daşınmaz əmlakın qiymətləndirilməsinə dair xx.xx.2018-ci il tarixli, 021-03/18 nömrəli rəydən görünür ki, hüquqmüəyyənedici sənədlərə əsasən qiymətləndirilən obyekt xüsusi mülkiyyətdə olan 2,6066 ha torpaq sahəsindən və ümumi sahəsi 2919,4 kvm əmlak kompleksindən ibarət olmuş, və dəyəri 960 000 (doqquz yüz altmış min) manat təşkil etmişdir. -Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(104)- 788/2018 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-618/2017 nömrəli qətnaməsi dəyişdirilərək ünvan 1ndə yerləşən əmlak kompleksinin ilkin satış qiyməti 960000 mant dəyərində müyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-4932/19 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(104)-788/2018 nömrəli qətnaməsindən cavabdehlər X6 və İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, dörd kredit razılaşması üzrə cəmi tutulacaq məbləğ 521913,61 ABŞ dolları manatın məzənnəsinə uyğun olaraq və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər “Süleyman adına X8”dan, X2 və İddiaçı müştərək qaydada tutularaq "xxxx" QSC-yə ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Respublika Xammal və X15 Mərkəzi "xxxx" MMC tərəfindən keçirilmiş hərrasın yekunlarına dair 28 yanvar 2020-ci il tarixli, 08/04 nömrəli protokoldan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəmənin 2(102)-4932/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə ünvan 1ndə yerləşən 2,6066 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2919,4 kvm olan əmlak kompleksini 612000 manat qiyməti ilə tələbkar "xxxx" QSC əldə etmişdir. xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1ndə yerləşən ümumi sahəsi 2919,4 m² olan əmlak kompleksi kimi müəssisə və onun yerləşdiyi 2,6066 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə "xxxx" QSC-nin adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Bakı şəhəri 53 saylı notariat ofisində 4Ə-3648 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ƏMDK yanında DƏDRX-in Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə "xxxx" QSC-yə verilmiş **********14-12302 reyestr nömrəli,********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 2,6066 ha torpaq sahəsi 500000 manata alıcı X1. xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Sevil Qazıyeva küçəsi, Yeni qaydalarla: AZ 2024, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 2620,3 m² olan əmlak kompleksi kimi müəssisə və 2,6066 ha torpaq sahəsi xüsusi mülkiyyət olmaqla tam mülkiyyət hüququ üzrə X4 adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq tədqiq edilmiş sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında olan mübahisə hərracın nəticələrinə dair protokolun və onun əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlıdır. İddiaçı iddia etmişdir ki, cavabdehlərdən "xxxx" QSC ilə aralarında bağlanmış 21 dekabr 2011-ci il tarixli, 06M000000724 nömrəli ipoteka müqaviləsinə əsasən “Süleyman adına X8”ın kredit öhdəliyinin təminatı kimi özünə məxsus olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksini ipoteka qoyarkən 2,6066 ha torpaq sahəsi ipoteka pretmeti olmamış, rəsmi reyestrdə yüklülük haqqında qeydiyyat aparılarkən torpaq sahəsi dövlət qeydiyyatına alınmamışdır. Cavabdehlərdən "xxxx" QSC iddia tələbinə qarşı etiraz edərək Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-618/2017 saylı qətnaməsi ilə borcun ödənilməsi tutmanın ünvan 1ndə yerləşən əmlak kompleksinə yönəldilməsi və əmlak kompleksinin ilkin satış qiymətinin 319278 manat müəyyən edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2018-ci il tarixli, 2(104)-788/2018 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, ünvan 1ndə yerləşən əmlak kompleksinin ilkin satış qiyməti 960000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. MM-in 324.5-cü maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. MM-in əqdlərin etibarsızlığı ilə bağlı müvafiq normalarına əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; əqdin məzmunu; əqdin forması; iradə və iradə ifadəsinin bir-birinə uyğunluğu. «İpoteka Haqqında» Qanunun 39.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən məhkəmənin həll etdiyi məsələlərdən biri də ipoteka predmetinin ilkin satış qiymətidir. İddiaçı ona məxsus əmlak kompleksini ipoteka qoyarkən 2,6066 ha torpaq sahəsinin ipoteka predmeti olmadığını iddia etsə də, öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, mülki iş materiallarında olan xx.xx.2011-ci il tarixli, 06M000000724 nömrəli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2011-ci il tarixli, 06L000003201 nömrəli kredit xətti müqaviləsi və və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan “Kredit Razılaşması” və “Bank qarantiyası verilməsi haqqında müqavilə” formasında ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin təminatı kimi İddiaçı mülkiyyətində olan ünvan 1ndə yerləşən 2,6066 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2919,4 m² ümumi sahədən ibarət əmlak kompleksini ipoteka qoymuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)- 618/2017 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərkən ipoteka predmetinin ilkin satış qiyməti olan 319278 manat məbləği mübahisələndirərək təkcə həmin torpaq sahəsinin bazar qiymətinin 319278 manatdan üç dəfə baha artıq olduğunu göstərmiş, apellyasiya qaydasında işə baxılarkən əmlakın dəyəri qiymətləndirilmiş, 2,6066 ha torpaq sahəsindən və ümumi sahəsi 2919,4 kvm olan əmlak kompleksinin dəyəri 960000 (doqquz yüz altmış min) manata qiymətləndirilmişdir. Göründüyü kimi iddiaçı Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-618/2017 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək ipoteka predmetinin torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin aşağı olmasını mübahisələndirdiyi üçün apellyasiya şikayətinə baxılarkən ipoteka predmeti yenidən qiymətləndirilərək 2,6066 ha torpaq sahəsindən və ümumi sahəsi 2919,4 kvm olan əmlak kompleksinin hərracda ilkin satış qiyməti 960000 (doqquz yüz altmış min) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə müəyyən olunmuş halları araşdırıb, sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" QSC-yə, "xxxx" MMC-yə, Cavabdeh1nə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı hərracın nəticələrinə dair 08/04 nömrəli protokolun, eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka müqaviləsi üzrə ipoteka predmetinin sahəsinin və sərhədlərinin müəyyən edilməklə mərzlənməsi və sahə üzrə əmlakın naturada bölünməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar