Məhkəmə qərarları › İş №2(125)-5240/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5240/2024

30.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5240/2024 30.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sahəsi 197,5 kv.m olan yaşayış evindən və 400 kv.m (0,04 ha) torpaq sahəsindən cavabdehin çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07 noyabr 2023-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən sahəsi 197,5 kv.m olan yaşayış evini və 400 kv.m (0,04 ha) torpaq sahəsini cavabdehdən almışdır. Yaşayış evinin və torpaq sahəsinin adına qeydiyyata alınması barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ona xx.xx.2023-cü il tarixli çıxarış verilmişdir. İddiaçı evi cavabdehə satmasına baxmayaraq cavabdeh evdən çıxmır. Belə ki, evi ona satdıqdan sonra cavabdeh evdən köçmək üçün ondan bir ay vaxt istəmişdir. Cavabdeh qadın olduğu üçün ona mərhəmət göstərmiş, onun dərhal evdən çıxmasını tələb etməmişdir. Lakin cavabdeh vəd etdiyi vaxtdan sonra da evdən çıxmamışdır. Artıq 9 aydır ki, cavabdeh onun mülkiyyətində olan evi boşaltmır. O, evi boşaltması barədə cavabdehə dəfələrlə xəbərdarlıq etmiş, lakin cavabdeh onun tələbinə məhəl qoymamışdır. Buna görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında iddianı müdafiə edərək bildirdi ki, iddiaçı sözügedən torpaq sahəsində yerləşən bağ evini cavabdehə alqı-satqı müqaviləsi əsasında satmış, iddiaçının adına müvafiq hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı cavabdehə sözügedən evdən və torpaq sahəsindən çıxması üçün 1-2 ay vaxt versə də, cavabdeh iddiaçının mülkiyyət hüquqlarını pozaraq 10 aydan çoxdur ki, həmin evdən çıxmır. Cavabdeh məhkəmə iclasından məlumatlıdır, buna baxmayaraq evdən çıxmaq üçün iddiaçıdan yenə də möhlət istəyir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin telefon nömrələrinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildirişlər göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən reyestrdə 4Ə-1094 nömrəsi ilə təsdiqlənmiş xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən mülkiyyətdə olan 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 197,5 kv.m olan bağ evi İddiaçı satılmışdır. İş materiallarına əlavə edilmiş, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş **********58-11301 reyestr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında 0,04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 197,5 kv.metr olan bağ evi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş, ******* nömrəli, xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında qeydiyyatda heç bir şəxs yoxdur. Beləliklə, iş materiallarına əlavə olunmuş daşınmaz əmlakın alqı-satqı müqaviləsindən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və iddiaçının nümayəndəsi və vəkilinin izahatından görünür ki, ünvan 2 ünvanında 0,04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 197,5 kv.metr olan bağ evindən ibarət daşınmaz əmlak iddiaçının mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarında göstərilmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarınıntəmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddəaların mənasından göründüyü kimi, mülkiyyətçinin (əmlak hüquqlarına malik olan sahibin) öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: əmlakın mülkiyyətçiyə məxsus olması, əmlakın başqa şəxsin sahibliyində olması və sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini (qanuni sahibi) MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 2 ünvanında 0,04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 197,5 kv.metr olan bağ evindən ibarət daşınmaz əmlak iddiaçının mülkiyyətindədir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquqa malikdir. Həmin daşınmaz əmlakın cavabdehin qanunsuz sahibliyində və istifadəsində olması iş materialları ilə təsdiq edilir. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, sözügedən daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi olmuş Cavabdeh həmin daşınmaz əmlakı iddiaçıya satsa da sözügedən bağ evində yaşamaqda davam edərək daşınmaz əmlakı iddiaçıya təhvil vermir. Cavabdeh hazırkı halda mübahisə predmeti olan daşınmaz əmlakın onun qanuni sahibliyində və istifadəsində olması halı ilə bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddələri). Qeyd olunan müddəalardan da göründüyü kimi, sübutlar işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (MPM-nin 5.1-ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. İddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (MPM-nin 77.1-ci maddəsi). Məhkəmə belə qənaətə gəlir ki, yuxarıda qeyd edilən əsaslar sözügedən ünvan 2 ünvanında 0,04 ha torpaq sahəsindən və ümumi sahəsi 197,5 kv.metr olan bağ evindən ibarət daşınmaz əmlakın hazırda Cavabdeh qanunsuz istifadəsində olduğunu deməyə əsas vermiş olur. Şərh edilən hallardan da göründüyü kimi, Mülki Məcəllənin 157.2-ci maddəsində əks olunmuş hər üç dispozitiv şərt mövcuddur. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən daşınmaz əmlakın qanuni sahibi kimi öz əmlakına sahib olmaq, öz əmlakından maneəsiz şəkildə istifadə etmək hüququna malik olduğundan, cavabdehin isə həmin daşınmaz əmlaka dair hazırda hər hansı hüquqları mövcud olmadığından o, həmin daşınmaz əmlakdan əşyaları ilə birlikdə çıxmağa borcludur. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçının qanuni sahibliyində olan ünvan 2 ünvanında 0,04 ha torpaq sahəsindən və ümumi sahəsi 197,5 kv.metr olan bağ evindən ibarət daşınmaz əmlakdan məcburi qaydada çıxarılmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh ünvan 2 ünvanında 0,04 ha torpaq sahəsində və ümumi sahəsi 197,5 kv.metr olan bağ evindən ibarət **********58-11301 reyestr nömrəli daşınmaz əmlakdan çıxarılsın. Cavabdeh məhkəmə xərcinin əvəzi qismində 100 (bir yüz) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar