Məhkəmə qərarları › İş №2(125)-525/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-525/2024

22.01.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-525/2024 22.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Gəncə şəhəri T.Hacıyev adına 2 saylı uşaq musiqi məktəbinə qarşı “işə bərpa” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Gəncə şəhəri T.Hacıyev adına 2 saylı uşaq musiqi məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri T.Hacıyev adına 2 saylı Uşaq Musiqi Məktəbinin drektoru Qahirə Məmmədovanın 26.*8.2*23-cü il tarixli əmrinin ləğv edilməsi, Gəncə şəhəri T.Hacıyev adına 2 saylı Uşaq Musiqi Məktəbidə müəllimə vəzifəsinə bərpa olunmağına və çarəsizlikdən məcburi iş buraxma dövrü üçün əmək haqqının cavabdeh təşkilatdan tutulub ona verilməsinə dair dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun əsas iş yeri Gəncə şəhəri T.Hacıyev adına 2 saylı Uşaq Musiqi Məktəbidir, ikinci iş yeri isə Gəncə şəhəri Bülbül adına 3 saylı Uşaq Musiqi Məktəbidir. 1981 ildən 1-ci iş yeri olan Gəncə şəhəri T.Hacıyev adına 2 saylı Uşaq Musiqi Məktəbində müəllimə vəzifəsində işləyir. İşlədiyi müddət ərzində heç bir nöqsanı olmadığı üçün rəhbərlik tərəfindən heç bir xəbərdarlıq, töhmət və sairə tənbeh tədbirinə məruz qalmamışdır. Lakin son dövrdə heç bir əsas olmadan həmin məktəbin yeni drektoru 26.*8.2*23-cü il tarixdə Əmək Məcəlləsinin 7*-ci maddəsinin e bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmr vermişdir. Halbuki, onun Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmədə baxılan zaman cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş əmək bildirişində təvəllüdü xx.xx.1961-ci il kimi qeyd edilmişdir. Həmçinin əmək kitabçasında və ona verilən şəxsiyyət vəsiqəsində də, təvəllüdü xx.xx.1961-ci il kimi qeyd edilmişdir. Bundan başqa 1981-ci ildən Gəncə şəhəri T.Hacıyev adına 2 saylı Uşaq Musiqi Məktəbidə işlədiyi dövrdə onunla müddətli əmək müqaviləsi bağlanmamış və yaş həddi ilə bağlı ona töhmət, irad və ya xəbərdarlıq edilməmişdir. Həmçinin yaş həddi ilə bağlı onunla hər hansı bir əmək müqaviləsi bağlanmamışdır. İşdən çıxarıldıqdan sonra ona əmək kitabçanı təqdim etdikdən sonra məlumatı oldu ki, məktəb drektoru onun barəsində 21.*9.2*17-ci il tarixdə eyni tarixli işdən çıxarılmağı və işə bərpa edilməyi barədə əmrlər vermişdir. Lakin həmin əmrlərin mövcudluğundan məlumatsız olmuş və həmin əmrlərin sürəti ona verilməmişdir. İşlədiyi dövrdə həm əsas iş yerinin, həm də əlavə iş yerinin mühasibatlığını Regional şöbədə işləyən Pərvanə xanım aparmış, onun hər iki məktəbdə işlədiyi əmək haqqını bir karta köçürtmüş və hər iki məktəbdən aldığ əmək haqqını birləşdirərək gəlir vergisini və sosial xərcləri əsas iş yerindən tutur. Bu səbəblərdən, bu halların araşdırlması üçün həmin mühasibatçı məhkəmə iclasına dəvət edilərək şahid qismində ifadə verməsini xahiş edir. Ona verilən dərs saatını düzgün verilmədiyi üçün, narazılıq bildirdiyi üçün onun barəsində hazırki iddia tələbində göstərilən əmr verilmişdir. Cavabdeh iddiaya etiraz verərək iddia müddəti tətbiq edilmkələ iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı şəxsiyyət vəsiqəsində doğum tarixi xx xxxx 1961-ci il tarix qeyd olunmuş, lakin digər hüquq müəyyənedici sənədlərdə isə doğum tarixi 22 mart 1951-ci il yazılmışdır. Gəncə Şəhər Baş Polis İdarəsinin 25.11.2*23-cü il tarixli məktuba əlavə edilmiş fərdi uçot kartoçkasının surətindən görünür ki, iddaçı 22 mart 1951-ci il tarixində doğulmuşdur. Həmçinin Gəncə Şəhər Qeydiyyat Şöbəsinin 19.*5.2*23-cü il tarixli məktubuna əlavə edilmiş arayışda İddiaçı 22 mart 1951-ci il tarixində anadan olması qeyd edilmişdir. İddiaçının doğum tarixlərində olan ziddiyyət ilə bağlı aydınlıq gətirilməsini və şəxsiyyət vəsiqəsinin hansı hüquq müəyyən edici sənədlər əsasında verilməsi barədə müvafiq orqanlara məlumatın alınmasını və hüquqi qiymət verilməsini məhkəmədən xahiş edirlər. Çünki mübahisənin səbəbi dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdığına görə işdən azad olunmuşdur. 26 avqust 2*23-cü il tarixli əmrin əsası kimi məhz Gəncə Şəhər Qeydiyyat Şöbəsinin 19.*5.2*23-cü il tarixli arayışına istinad edilmişdir. İşin faktiki hallarından görünür ki, ilkin olaraq 3*.*8.2*23-cüi il tarixdə iddiaçıya əmək kitabçası təqdim olunmuş və həmin tarixli onlara qarşı mediasiya təklifi göndərmişdir. Yəni həmin vaxtdan iddiaçının rəsmi məlumatı olub. Mediasiya prosessi 22.*9.2*23-cü ilə təyin edilsə də lakin iddiaçı prosesdə iştirak etməmiş və iş üzrə xitam verilmişdir. Lakin iddiaçı hər bir halda qanunvericiliyə əsasən 1 təqvim ayı məhkəməyə müraciət etmək müddətini ötürmüşdür. Hal-hazırki mübahisə üzrə hesab edirlər ki, iddiaçı prosessual müddəti ötürülməklə iddia qaldırmışdır Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə hər biri ayrı-ayrılıqda ərizənin məzmununa uyğun izahat verərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazın məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, çalışmanın son yaş həddinə çatdıqdan sonra cavabdeh məktəbdə işləməklə iddiaçı məktəbi maliyyələşdirən dövlət büdcəsinə zərər vurur, bundan başqa iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi qeyd etdiklərinə əsasən, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə Gəncə şəhərində doğulmuşdur. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişinin surətindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 1*.11.2*22-ci il tarixdən-14.*6.2*23-cü il tarixədək əlaəv iş yeri olaraq X11 İdarəsi, Gəncə şəhər 3 nömrəli Uşaq musiqi məktəbində, qarmon müəllimi kimi müddətli əmək müqaviləsi ilə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş X2 İdarəsi Gəncə şəhəri T.Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən qəbul olunmuş İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında 26.*8.2*23-cü il tarixli, 1** nömrəli əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı - musiqi məktəbinin qarmon ixtisası üzrə müəllimi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “e“ bəndinə əsasən 26 avqust 2*23-cü il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Əsas Gəncə şəhər Qeydiyyat şöbəsinin 3-16-5/8-7*N- 2134/2*23 nömrəli, 19.*5.2*23-cü il tarixli arayışıdır İş materiallarına əlavə edilmiş İddiaçı məxsus *161474 nömrəli, *5.12.1974-cü il tarixli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 21.*9.2*17-ci il tarixdən 2 saylı uşaq Musiqi məktəbinə qarmon ixtisası üzrə müəllim vəzifəsinə 13 nömrəli, 21.*9.2*17-ci il tarixli əmrlə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus *161474 nömrəli, *5.12.1974-cü il tarixli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı musiqi məktəbinin qarmon ixtisası üzrə müəllimi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “e“ bəndinə əsasən 26 avqust 2*23-cü il tarixdən əmək müqaviləsinə 26.*8.2*23-cü il tarixli, 1** nömrəli əmrlə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş AR DİN Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş fərdi uçot kartoçkasının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 22.*3.1951-ci il tarixdə Kirovabad şəhərində doğulmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 3- 16-5/8-7*N-2134/2*23 nömrəli, 19.*5.2*23-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı 22.*3.1951-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri T.Hacıyev adına 2 saylı uşaq Musiqi məktəbinə məxsus əmrlər kitabının surətindən görünür ki, 26.*8.2*23-cü il tarixli, 1** nömrəli əmr 3*.*8.2*23-cü il tarixdə İddiaçı rəsmi qaydada verilmişdir. İş materiallarına əlavə edilmiş *161474 nömrəli əmək kitabçasının təsdiqlənmiş çıxarışından görünür ki, əmək kitabçası 22.*3.1951-ci il İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş 2*.*9.1977-ci il tarixli tərcümeyi-halın surətindən görünür ki, X1 şəhərində qulluqçu ailəsində doğulmuş, 1959-cu ildə 6 nömrəli orta məktəbdə 1-ci sinifə getmiş, 1969-cu ildə həmin məktəbin 1*-cu sinfini bitirmiş, 197*-ci ildə T.Hüseynli adına 1 nömrəli orta ixtisas musiqi məktəbinin qarmon şöbəsi üzrə 1-ci sinfə daxil olmuş, 1975-ci il ilə həmin məktəbi tərifnamə ilə bitirmişdir. İş materiallarına əlavə edilmiş 22.*1.2*24-cü il tarixli Gəncə şəhər 1 saylı X3 Sevil Tağıyeva tərəfindən verilmiş məktubda qeyd edilmişdir ki, İddiaçı əmək münasibətindən irəli gələn Uşaq musigi məktəbinə qarşı iddia predmetiniz olan "işə bərpa "məsələsi ilə bağlı iş mediatorun icraatına *7.*9. 2*23-cü il tarixdə MŞG-3*42 nömrə ilə verilmişdir. İddiaçı *7.*9. 2*23-cü il tarixdə müraciəti əsasında Gəncə 1 saylı Mediasiya Təşkilatında qəbul edilmişdir. Təyin edilmiş 22.*9.2*23-cü il tarixdə X5 dəvət bildirişləri və lazımı məlumatları əvvəlcədən poçt vasitəsi ilə 12.*9.2*23-cü il tarixdə almışdınız bu barədə hər iki tərəfə poçt göndərişinin verilməsi haqqında xəbərnamələr mövcuddur. İMS zamanı 2-ci tərəf olan cavabdeh 2 saylı Gəncə Uşaq musiqi məktəb tərəfindən nümayəndə X12 tək İMS-a gəlmişdir. Lakin iddiaçı 22.*9. 2*23-cü il tarixdə İMS-na gəlməmiş və iştirak etməmişdir. Noyabr ayının 1* da İddiaçı nümayəndəsi olan Azərbaycan Respublikasının Vəkillər Kolegiyasinin üzvü olan vəkil Nümayəndə mediasiya prosesinə xitam protokolun surətini cümə günü 1*.11.2*23-cü il tarixdə imzalayaraq ələ almışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1*-1.1-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 42-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 68-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallardır. 7*-ci maddəsinə əsasən, a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 3**-ci maddəsinin 1-ci bəndinə əsasən, Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. 3-cü maddəsinə əsasən, şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəkli yerləşdirilir. Bu maddənin birinci hissəsində göstərilən məlumatlar; vətəndaş soyadını və (və ya) adını dəyişdiribsə, əvvəlki soyadı və (və ya) adı; vətəndaşın yaşadığı yer, ailə vəziyyəti, boyu, gözlərinin rəngi, əl-barmaq izləri, hərbi vəzifəsi; vətəndaşın valideynlərinin soyadı, adı, atasının adı, vətəndaşın qanuni nümayəndəsinin soyadı, adı, atasının adı və əlaqə məlumatları (poçt ünvanı, telefon nömrələri); vətəndaşın ərinin (arvadının) soyadı və adı (nikaha daxil olarkən soyad dəyişdiribsə, nikahdan əvvəlki soyad da göstərilir); vətəndaşın uşaqlarının soyadı və adı; vətəndaşın istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları (imza yaratma məlumatları oxunuş üçün bağlıdır); şəxsiyyət vəsiqəsini verən orqanın adı və vəsiqənin verilmə tarixi; “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də nəzərdə tutulduğu halda digər məlumatlar şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) daxil edilir. Bu maddədə nəzərdə tutulmuş məlumatları şəxsiyyət vəsiqəsinə və ya vəsiqənin elektron daşıyıcısına daxil edən vəzifəli şəxs onların düzgünlüyünə görə cavabdehdir. 4-cü maddəsinə əsasən, şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciətindən ən geci 1* gün keçənədək verilir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi üçün zəruri olan sənədlərin X7 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilmir. Belə sənədlərin X7 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. 5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir. Bu maddənin ikinci hissəsində göstərilən hallardan biri baş verdikdən sonra vətəndaş və ya onun qanuni nümayəndəsi şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün bir ay müddətində vəsiqəni verən orqana özü və ya vətəndaşın qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs vasitəsilə müraciət etməlidir. 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında həyata keçirilir. 15 yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsində onun fotoşəkli yerləşdirilir, lakin şəxsi imzası göstərilmir. 15 yaşı tamam olmamış vətəndaşdan əl-barmaq izləri götürülmür, habelə ona verilən şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına vətəndaşın ailə vəziyyəti, boyu, gözlərinin rəngi, hərbi vəzifəsi və bu Qanunun 3-cü maddəsinin ikinci hissəsinin altıncı-səkkizinci abzaslarında göstərilən məlumatlar daxil edilmir. Fotoşəkilə dair tələblər, şəxsiyyət vəsiqəsini verən orqanın iş qrafiki haqqında məlumatlar, vəsiqənin verilməsi və dəyişdirilməsi üçün tələb olunan sənədlərin siyahısı və ödənilməli olan dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanının rəsmi internet saytında və vəsiqəni verən yerli qurumlarının binalarının qarşısında hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilməlidir. Qeyd: 2*18-ci il sentyabrın 1-dək verilən şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 5* yaşına çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişilənədək, yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız hala düşənədək və ya vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır. 7-ci maddəsinin 3-cü bəndinə əsasən, həmin Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş hallarda və müddətdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişmədikdə şəxsiyyət vəsiqəsi qüvvədən düşmüş hesab edilir. Hazırkı iş üzrə İddiaçı 21.*9.2*17-ci il tarixdən 2 saylı uşaq musiqi məktəbinə qarmon ixtisası üzrə müəllim vəzifəsinə təyin edilmişdir. Cavabdeh məktəb tərəfindən həmin əmək müqaviləsinə işçinin büdcədən maliyyələşən müəssisəsədə çalışmasının son yaş həddinə - 65 yaşa çatması əsası ilə xitam verilmiş, bu barədə əmr Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışa əsasən İddiaçı 1951-ci il təvəllüdlü olması ilə əsaslandırılmışdır. İddiaçı həmin əmrin ləğv olunmasını, əvvəlki işinə bərpa olunmasını və məcburi iş buraxma dövrü üçün əmək haqqının tam hesablanıb ona ödənilməsini məhkəmədən xahiş etmiş, tələbini ona rəsmi verilən şəxsiyyət vəsiqəsində təvəllüdünün xx.xx.1961-ci il olması ilə əsaslandırmışdır. Cavabdeh tərəfindən qəbul olunmuş və mübahisələndirilən əmrin əsası qismində qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışda işçinin 1951-ci il təvəllüdlü olması göstərilsə də, iddiaçının qüvvədə olan şəxsiyyət vəsiqəsində doğulduğu tarix “xx.xx.1961” olaraq göstərilmişdir. Həmin vəsiqədə doğum tarixinə dair göstərilən məlumatın düzgünlüyünə görə vətəndaş deyil, həmin məlumatı daxil edən vəzifəli şəxs cavabdehdir. Eyni zamanda nəzərə alınır ki, şəxsiyyət vəsiqəsində doğum tarixinə dair məlumatın düzgün olmamasına dair və (ya) bu barədə araşdırma aparılması zərurətini yaradan hər hansı əmələ və (ya) iddiaçının şəxsiyyətinə dair məlumatların göstərildiyi həmin vəsiqənin qüvvədən düşməsinə dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, cavabdeh tərəfin tələbə etirazının dəlili qismində təqdim etdiyi və iddiaçının 1951-ci il təvəllüdlü olmasına dair sənəd(lər) qüvvədə olan şəxsiyyət vəsiqəsində göstərilən doğum tarixinin düzgün olmadığını təsdiqləyən sənəd(lər) hesab edilə bilməz. Belə ki, həmin sənədlər iddiaçının təvəllüdünə dair məlumatı əks etdirsə də, daha sonra həmin tarixin qanunvericiliklə müəyyən edilmiş qaydada dəyişdirilmədiyini və (ya) hazırkı doğum tarixinə dair məlumatın qanunvericiliyə zidd olaraq göstərildiyini təsdiqləmir. Belə ki, qanunvericiliyə əsasən, doğum tarixinin dəyişdirilməsi hüquqi imkanı nəzərdə tutulmuşdur və qanunazidd qaydada doğum tarxinin dəyişdirildiyini təsdiqləyən dəlil iddiaya etirazını əsaslandırmaq yükü daşıyan cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, iddiaçının şəxsiyyəti barədə məlumatları əks etdirən, qüvvədə olan şəxsiyyət vəsiqəsinin məlumatına əsasən, 1961-cı ildə doğulmuş iddiaçının büdcədən maliyyələşən müəssisədə çalışmağın son yaş həddinə (1961+65=2*26) 2*26-cı ildə çatmadan qeyd edilən əsasla əmək müqaviləsinə xitam verilməsi əmək qanunvericiliyinin pozulmasıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən verilmiş *4549 nömrəli, 12.*6.1975-ci il tarixli arayışın və orta təhsil haqqında 13.*9.1976-cı il tarixli attestatın təsdiqlənmiş surətləri həmin sənədləri təqdim edən orqanın səlahiyyətli şəxsi tərəfindən imzlanmamışdır, buna görə iş üzrə tədqiq edilmiş sənədlər sırasına daxil edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddəsinin 7-ci hissəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2**1-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Hazırkı iş üzrə cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, əmək mübahisələrindən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir və bu zaman Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin müddəaları mütləq nəzərə alınmalıdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Hazırkı işdə iddiaçı mübahisələndirilən əmri 3*.*8.2*23-cü il tarixdə təhvil almış, belə olan halda, 3*.*8.2*23-cü il iddiaçının öz hüququnun pozulduğunu bildiyi gündür. İddiaçı *7.*9.2*23-cü il tarixdə mediasiyaya müraciət etmiş, beləliklə, mediasiyaya müraciətlə əlaqədar iddia müddətinin axımı dayanmış, habelə 3*.*8.2*23-cü il tarixdən *7.*9.2*23-cü il tarixədək hesablanmaqla mediasiyaya müraciət etdiyi vaxt iddiaçının məhkəməyə müraciət etmək üçün 1 aylıq iddia müddətindən cəmi 23 gün vaxt qalmışdır. Gəncə şəhər 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş müvafiq arayışı iddiaçı tərəf 1*.11.2*23-cü il tarixdə almış, bundan sonra məhkəməyə müraciət etmək üçün sonuncu müddət 3*.11.2*23-cü il tarixi olduğu halda, iddiaçı məhkəməyə 2*.11.2*23-cü il tarixdə müraciət etmiş, nəticədə hazırkı tələblə bağlı məhkəməyə müraciət edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş bir aylıq müddəti ötürülməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair əmr əmək qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edildiyi üçün ləğv edilməli, iddiaçı əvvəlki işinə bərpa edilməli və məcburi iş buraxma dövrü üçün əmək haqqı tam hesablanıb ona ödənilməllidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216-22*, 227 və 36*cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair Gəncə şəhəri T.Hacıyev adına 2 saylı uşaq musiqi məktəbinin 26.*8.2*23-cü il tarixli 1** nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəlki işinə bərpa edilsin və məcburi iş buraxma dövrü üçün əmək haqqı tam hesablanıb ona ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən *1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar