Məhkəmə qərarları › İş №2(125)-533/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-533/2024

11.09.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-533/2024 11.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilin divarına quraşdırılmış dolabın sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzilin divarına quraşdırılmış dolabın sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun xüsusi mülkiyyətində olan Gəncə şəhəri 4-cü mikrorayon ev 2, 19 saylı mənzilin divarına quraşdırdığı dolabın cavabdehin hesabına sökülməsinə və iddia ərizəsi vermək üçün ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, 4-cü mikr, 2 saylı evin 19 saylı mənzili 2022-ci ilin oktyabr ayından etibarən iddiaçıya məxsusdur. Mənzil çoxmərtəbəli binanın birinci mərtərbəsində yerləşir. Cavabdeh 19 saylı mənzillə üzbəüz olan 20 saylı mənzildə yaşayır. Binanın quruluşuna görə mərtəbədə mənzillərin qarşısında ümumi istifadədə olan sahə, pilləkən qəfəsi var. Onlar həmin sahədən keçib mənzillərinə daxil olurlar. Həmin sahədə cavabdeh qanunsuz olaraq dolab və su çəni yerləşdirib. Cavabdehin yerləşdirdiyi dolab iddiaçının mənzilinə bitişikdir. Ev panel olduğu üçün cavabdeh hər dəfə həmin dolabı açıb-bağlayanda evin içərisində səs və titrəyiş əmələ gəlir. Həmin dolabın cavabdeh tərəfindən istifadəsi nəticəsində iddiaçı evində rahat yaşaya bilmir, işdən qayıtdıqdan sonra istirahət edə bilmir, hər dəfə dolabın qapısı çırpılanda diksinir. İddiaçı dəfələrlə cavabdehə müracftət edərək dolabının evin divarından sökməsini bildirmişdir. Lakin, cavabdeh könüllü olaraq dolabı evinin divarından sökmür. Buna görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Cavabdeh tərəfindən xüsusi mülkiyyətində olan Gəncə şəhəri 4-cü mikrorayon ev 2, 19 saylı mənzilin divarına quraşdırdığı dolabın cavabdehin hesabına sökülməsi, iddia ərizəsi vermək üçün ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş olunmuşdur. Məhkəmədə İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsində qeyd edilən xüsusatlara uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, həmin dolab uzun müddətdir ki, mövcuddur və heç bir kəsə maneçilik törətmir, nə də səsküy yaratmır. İddiaçı həmin evi alanda da dolab orada olmuşdur. Odur ki, iddia tələbinin əsassız olduğundan təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş DƏDRX-nin ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışının surətindən görünür ki, Gəncə şəhəri 4-cü mikrorayon ev 2, 19 saylı mənzil tam mülkiyyət hüququ ilə xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, 4-cü mikrorayon, ev 2, mənzil 20 Yeni qaydalarla: AZ 2023, Gəncə şəhəri, Məmməd Xələfov küçəsi, 8, M1, m2 tam mülkiyyət hüququ ilə xx.xx.2024-cü il tarixdə Cavabdeh adına qeydə alınmışdır. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 09 iyul 2024-cü il tarixli 3-16-16/2-10/1278 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 2 saylı evin 1-ci mərtəbəsinin ümumi istifadədə olan hissəsində (blokunda) taxta materialdan dolab quraşdırıldığı, həmin dolabın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********69-05101-093007 reyestr nömrəli Çıxarışa əsasən, İddiaçı mülkiyyətinə verilmiş Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 2 saylı evin ümumi sahəsi 61,5 kv.metr olan 19 saylı mənzilin hamam tikilisinin divarına bitişik şəkildə quraşdırıldığı müəyyən edilmişdir. Həmin rəyə əlavə edilmiş, ekspertiza xərclərinə dair bildirişdən müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğini təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, DƏDRX-nin ********** qeydiyyat nömrəli çıxarışına əsasən Gəncə şəhəri 4-cü mikrorayon ev 2, 19 saylı mənzil İddiaçı məxsusdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 09 iyul 2024-cü il tarixli 3-16-16/2-10/1278 nömrəli rəyi ilə Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 2 saylı evin 1-ci mərtəbəsinin ümumi istifadədə olan hissəsində (blokunda) taxta materialdan dolab quraşdırıldığı, həmin dolabın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********69-05101-093007 reyestr nömrəli Çıxarışa əsasən, İddiaçı mülkiyyətinə verilmiş Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 2 saylı evin ümumi sahəsi 61,5 kv.metr olan 19 saylı mənzilin hamam tikilisinin divarına bitişik şəkildə quraşdırıldığı müəyyən olunmuşdur. İddiaçı iş üzrə cavabdeh olan Cavabdeh tərəfindən onun xüsusi mülkiyyətində olan Gəncə şəhəri 4-cü mikrorayon ev 2, 19 saylı mənzilin divarına quraşdırdığı dolabın cavabdehin hesabına sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırki mübahisə üzrə iddianın hüquqi əsası ilə bağlı mülki qanunvericiliyinin aşağıdakı müddəalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası MM-nin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının dəlillərinə, cavabdehin etirazlarına və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, hazırki iddia tələbi ilə bağlı iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara malik olub–olmaması, yəni iddiaçının mübahisəli fərdi yaşayış evinin üzərində mülkiyyət və ya əşya hüququnun mövcudluğu, istifadə hüququnun pozulması və tələb hüququnun yaranması, qeyd edilən hallar mövcud olduğu halda, cavabdehlərin etirazları nəzərə alınmaqla iddianın hazırki vəziyyətdə əsaslı olub–olmaması halları müəyyən edilməlidir. Azərbaycan Respublikası MM-nin 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən, yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Həmin məcəllənin 29.4-cü maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1–ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin qeyd edilən müddəasından görünür ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007–ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008–ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyində qeyd edilmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub– olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ–hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmaması məhkəmə tərəfindən araşdırılmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, DƏDRX-nin ********** qeydiyyat nömrəli çıxarışına əsasən Gəncə şəhəri 4-cü mikrorayon ev 2, 19 saylı mənzil tam mülkiyyət hüququ ilə xx.xx.2022-ci il tarixdə İddiaçı adına, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən Gəncə şəhəri, 4-cü mikrorayon, ev 2, mənzil 20 Yeni qaydalarla: AZ 2023, Gəncə şəhəri, Məmməd Xələfov küçəsi, 8, M1, m2 tam mülkiyyət hüququ ilə xx.xx.2024-cü il tarixdə Cavabdeh adına qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 09 iyul 2024cü il tarixli 3-16-16/2-10/1278 nömrəli rəyi ilə Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 2 saylı evin 1-ci mərtəbəsinin ümumi istifadədə olan hissəsində (blokunda) taxta materialdan dolab quraşdırıldığı, həmin dolabın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********69-05101-093007 reyestr nömrəli Çıxarışa əsasən, İddiaçı mülkiyyətinə verilmiş Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 2 saylı evin ümumi sahəsi 61,5 kv.metr olan 19 saylı mənzilin hamam tikilisinin divarına bitişik şəkildə quraşdırıldığı müəyyən olunmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. Belə ki, cavabdehin Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 2 saylı evin 1-ci mərtəbəsinin ümumi istifadədə olan hissəsində (blokunda) və məhz iddiaçının mülkiyyətinə aid olan hissədə quraşdırdığı taxta materialdan dolab, çoxmənzilli yaşayış binasının ümumi istifadədə olan sahəsindən iddiaçının istifadə hüquqlarını məhdudlaşdırdığından və bu baxımdan iddia tələbi əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və İddiaçı məxsus Gəncə şəhəri 4-cü mikrorayon ev 2, 19 saylı mənzilin hamam tikilisinin divarına bitişik şəkildə quraşdırılmış dolab cavabdehin vəsaiti hesabına sökülüb götürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin edilməsi edildiyindən məhkəmə belə qərara gəlir ki, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməli, bundan başqa, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul cavabdehdən alınaraq, dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Gəncə şəhəri 4-cü mikrorayon, 2 saylı evin İddiaçı mülkiyyətində olan 19 saylı mənzilinin hamam tikilisinin divarına bitişik şəkildə, Cavabdeh tərəfindən quraşdırılmış dolab Cavabdeh vəsaiti hesabına sökülüb götürülsün. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: SWİFT BİK: CTREAZ22, **********, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (bir yüz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar