Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5349/2024 21.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ermənistan Respublikasının Krasnoselski rayonunun Topluca kənd sovetliyində 09 may 1982-ci ildə X4 ilə bağlanmış nikah haqqında şəhadətnamə "Məmedova" kimi göstərilmiş soyadının “Məmmədova" olmasını nəzərə alaraq ona məxsus olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1963-cü ildə Ermənistan Respublikası Çəmbərək kəndi (Krasnoselo) anadan olmuş, 09 may 1982-ci ildə X4 ilə Ermənistan Respublikasının Krasnoselski rayonunun Topluca kənd sovetliyində rəsmi hikaha daxil olmuşdur. Nikah haqqında şəhadətnamə onun və yoldaşının soyadları Məmmədov əvəzinə Mamedov yazılmışdır. Birgə nikahdan övladları olmuş, əri X4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Əri vəfat etdikdən sonra ondan miras qalmış əmlaklar tərəfindən vərəsəlik qaydasında qəbul edilmişdir. Lakin nikah haqqında şəhadətnamə onun soyadı texniki səhv olaraq “Məmmədov” əvəzinə “Mamedova" kimi yazıldığından Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu ərinin pensiyasının ona verilməsindən imtina etmişdir. Onun bütün sənədlərində (şəxsiyyət vəsiqə, doğum haqqında şəhadətnamə) də soyadı “Məmmədova”-dır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvanlayaraq, nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ermənistan SSR-nin Krasnoselo rayonunun Toxluca kənd soveti tərəfindən verilmiş xx.xx.1982-ci il tarixli 426908 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X5 xx.xx.1982-ci ildə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi məxsusdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 377775 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1963-cü ildə Ermənistan Respublikası Çəmbərək (Krasnoselo) rayonu Toxluca kəndində doğulmanız ilə bağlı doğum haqqında akt qeydinin bərpa edilməsi barədə ərizəsinə Maraqlı şəxsndə baxıldı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas miiddəalar”a uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında icra edilir. Həmçinin həmin müddəaların 14-cii bəndinə əsasən itmiş qeydlərin bərpası qeydiyyat orqanı tərəfindən mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Ərizəçi Ermənistan Respublikası Çəmbərək (Krasnoselo) rayonu Toxluca kəndində doğulmağını təsdiq edəcək sənədləri Qeydiyyat şöbəsinə təqdim edə bilmədiyinə görə Qeydiyyat şöbəsində doğum haqqında akt qeydinin bərpası mümkün olmamışdır. Ona görə də xx.xx.1963-cü ildə Ermənistan Respublikası Çəmbərək (Krasnoselo) rayonu Toxluca kəndində doğulmanız ilə bağlı doğum haqqında akt qeydinin bərpası üçün qeydiyyat yeri üzrə məhkəməyə müraciət etmək hüququnun olduğu tövsiyyə olunmuşdur. İş materiallarında olan 1 Saylı Gəncə “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü X1 anası xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi; atası xx.xx.1958-ci il təvəllüdlü və xx.xx.2023-cü ildə vəfat etmiş X3r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin soyadı ona məxsus bütün sənədlərdə “Məmmədova” kimi göstərilsə də, Ermənistan SSR-nin Krasnoselo rayonunun Toxluca kənd soveti tərəfindən verilmiş xx.xx.1982-ci il tarixli, 426908 nömrəli nikah haqqında şəhadətnamə ərizəçinin soyadı “Mamedova” kimi göstərilmişdir. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə sosial təminat hüququnun realizəsi üçün tələb olunur. Ermənistan SSR-nin Krasnoselo rayonunun Toxluca kənd soveti tərəfindən verilmiş xx.xx.1982-ci il tarixli, 426908 nömrəli nikah haqqında şəhadətnamə göstərilən “X2” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – şəxsiyyət vəsiqəsinin surəti, ölüm haqqında şəhadətnamənin surəti, nikahın bağlanması haqqında şəhadətnamənin surəti şəxsiyyət vəsiqəsinin surəti ərizəçi tərəfdən məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin soyadı ona məxsus bütün sənədlərdə “Məmmədova” kimi göstərilsə də, Ermənistan SSR-nin Krasnoselo rayonunun Toxluca kənd soveti tərəfindən verilmiş xx.xx.1982-ci il tarixli, 426908 nömrəli nikah haqqında şəhadətnamə “Mamedova” kimi göstərilmişdir. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə sosial təminat hüququnun realizəsi üçün lazımdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, Ermənistan SSR-nin Krasnoselo rayonunun Toxluca kənd soveti tərəfindən verilmiş xx.xx.1982-ci il tarixli, 426908 nömrəli nikah haqqında şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305- 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ermənistan SSR-nin Krasnoselo rayonunun Toxluca kənd soveti tərəfindən verilmiş xx.xx.1982-ci il tarixli, 426908 nömrəli nikah haqqında şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-5349/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5349/2024
21.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver