Məhkəmə qərarları › İş №2(125)-536/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-536/2023

09.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-536/2023 09.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X21 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Yediyarova Zeynəb Fərman qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə Asan xidmət mərkəzi Qeydiyyat şöbəsinə qarşı doğum haqqında şəhadətnamədə ata adının düzgün yazılmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Gəncə Asan xidmət mərkəzi Qeydiyyat şöbəsinə qarşı doğum haqqında şəhadətnamədə ata adının düzgün yazılması tələbinə dair Gəncə Şəhər Məhkəməsində iddia qaldıraraq, *8.*9.1955-ci il tarixdə Şəmkir rayonu, Dəllər qəsəbəsində anadan olmuş X8 doğum haqqında akt qeydinin ata adı qrafasında X5 olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-ci il tarixdə Goranboy rayonunda anadan olmuşdur. 28 sentyabr 1979-cu il tarixdə X11 ilə rəsmi nikah qeydiyyatına düşməklə evlənmişdir. Həyat yoldaşı xx.xx.1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Bundan sonra şəhid ailəsi üzvünün vəsiqəsi ilə təmin olunmuşdur. Bu yaxınlarda “YAŞAT” fondundan şəhid ailələri üçün nəzərdə tutulan yardımı almaq istəyən zaman ona məlum olmuşdur ki, mərhum əri X8 ata qrafasında X32 yazılmışdır. Halbuki mərhum ərinin atasının soyadı Qurbanov, adı Əli, ata adı isə Allahverdidir. Mərhum ərinin atasının soyadının və ata adının səhv yazılmasının səbəbi isə o olmuşdur ki, mərhum ərinin anası X1 Əli Allahverdi oğlundan əvvəl Hüseynov Əli adlı şəxslə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. Aralarında olan nikah qeydi ləğv edilməmiş X1* ilə qeyri-rəsmi evlənmişdir və onların bu nikahdan başqa övladları da olmuşdur. Z.Hüseynovanın əvvəlki əri ilə nikah qeydi pozulmadığından Ə.Qurbanov ilə birgə nikahından olan övladları da doğulan zaman onların ata adı qrafasında səhvən X32 yazılmışdır. Qeyd edilən faktı təsdiq edəcək şahid də, mərhum ərinin bacısı X19 da təsdiq etmək üçün məhkəmə iclasına gələcəkdir. Belə ki, onun əri ilə olan evlənmək haqqında şəhadətnaməsindən də görünür ki, onun soyadı, Qurbanova, adı Kifayət, ata adı isə Əlidir. Qeyd edilən faktın təsdiq edilməsi ona “YAŞAT” fondundan şəhid ailələri üçün nəzərdə tutulan yardımı almaq üçün lazımdır. Odur ki, hazırda fakt təsdiqi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclası zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iş üzrə iddia tələbini *8.*9.1955-ci il tarixdə Şəmkir rayonu, Dəllər qəsəbəsində anadan olmuş X8 bioloji atasının X5 olması kimi qəbul edib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maraqlı şəxs Gəncə Asan xidmət mərkəzi Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxs Gəncə Asan xidmət mərkəzi Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatlarını, digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X19 izahatında bildirmişdir ki, X13 onun anasıdır. X2 Əli Allahverdi oğlundan əvvəl Hüseynov Əli adlı şəxslə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. 1941-ci ilə qədər birinci həyat yoldaşı ilə ailə münasibətləri davam etmişdir. Sonradan onun atası X1* ilə qeyri-rəsmi ailə qurmuş, birgə qeyri-rəsmi nikahlarından o, yəni X14 24.*8.1947-ci il tarixdə, bacısı Ofelya 1953-cü ildə, qardaşı X11 1955-ci ildə anadan olmuşlar. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X22 izahatında bildirmişdir ki, onlar qonşu olmuşlar. X13 və X5 qızları Ofelya ilə bir sinifdə oxumuşlar. Həmçinin bildirmişdir ki, Ofeliyanın qardaşı və Qurbanov Əlinin oğlunun oğlu Məhərrəmi də tanımışdır. X5 194*-cı illərdə həbs olunduğunu və həbsxanada vəfat etdiyini anası ilə xalasının söhbəti zamanı eşitmişdir. İşdə olan arayışdan görünür ki, X32 ilə X9 birgə nikahından *2 sentyabr 1955-ci ildə Şəmkir rayon Dəllər qəsəbəsində X11 adlı uşaqları doğulmuşdur. İşdə olan təkrar verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, 24.*8.1947-ci ildə Gəncə şəhərində X14 adlı uşaq doğulmuşdur. İşdə olan arayışdan görünür ki, X1* 26 may 198*-ci ildə Ağstafa rayonu, Vurğun qəsəbəsində ölmüşdür. İşdə olan arayışdan görünür ki, X12 28 fevral 1984-cü ildə Gəncə şəhərində ölmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 11 noyabr 1992-ci ildə Ağdərə rayonunda döş qəfəsini dəlib keçən güllə yarası səbəbindən ölmüşdür. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 ilə X15 arasında 28.*9.1979-cu il tarixdə rəsmi nikah bağlanmışdır. İşdə olan evlənmək haqqında şəhadətnamədən görünür ki, X2* ilə X16 arasında nikah 31 mart 1973-cü il tarixdə bağlanmışdır. Arvada nikahdan sonra Həsənova soyadı verilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X1* ilə X13 nikahlarını rəsmiləşdirmədən ailə qrmuşlar. Birgə yaşadıqları dövrdə *2 sentyabr 1955-ci ildə Şəmkir rayon Dəllər qəsəbəsində X11 adlı uşaqları doğulmuşdur. Lakin doğum akt qeydində ata qrafasında X32 qeyd edilmişdir. Ərizəçi hazırkı iddia ərizəsi ilə məhkəmə müraciət edərək X8 bioloji atasının X1* olmasının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlir ki, hazırkı iddia tələbi atalığa dair mübahisə deyil, X8 atası qismində yazılmış X23 onun bioloji atası olubolmaması faktının müəyyən edilməsinə dair olan mübahisədir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, X4 Zəhra Cəfər qızından doğulmuş X8 atası kimi qeyd edilsə də, məhkəməyə təqdim edilmiş sənədlər və şahid ifadələrindən görünür ki, X23 X6 doğulmuş X8 bioloji atası olması inkar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 6*-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatı təsbit olunmuşdur. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 6-cı maddəsində də əksini tapmış və hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmişdir. Məhkəmə mübahisənin qanuni həll edilməsi baxımından hesab edir ki, iddiaçı özünün cavabdehdən doğulmuş uşağın bioloji atası olub-olmaması faktının müəyyən edilməsi ilə bağlı iddia irəli sürməkdə subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 3* iyun 2**8-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyinə əsasən, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə, mübahisənin qanuni həll edilməsi baxımından Azərbaycan Respublikası Ailə Məcəlləsinin müvafiq normalarının tətbiqi əsaslarının araşdırılmasını da zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyumunun tələbi ilə açıla bilər. Həmin Məcəllənin 47.2-ci maddəsinə əsasən bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə, istinad olunan normalarda atalığa dair mübahisə açma tələbinin təmin oluna bilməməsi ilə bağlı qeyd edir ki, hazırkı mübahisə uşağın atası qismində yazılmış iddiaçı tərəfindən atalığa dair mübahisə deyil, uşağın bioloji atası olub-olmaması ilə bağlı mübahisədir. Ona görə də hazırkı mübahisənin qanuni həll edilməsi, istinad olunan normanın tələblərinin pozulması kimi qəbul edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlər və şahid ifadələrindən görünür ki, X6 doğulmuş X8 bioloji atası X7r. Məhkəmə mümkün sübutların tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, mötəbərliyi şahid ifadələri və iş materialları ilə X6 doğulmuş X8 bioloji atası X1* olması təsdiqini tapdığından ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-22*, 235 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. *8.*9.1955-ci il tarixdə Şəmkir rayonu, Dəllər qəsəbəsində anadan olmuş X8 bioloji atasının X5 olması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar