Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5365/2023 12.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1* üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, X8 və X3 qarşı “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1* üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, X8 və X3 qarşı idida ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, ailə üzvlərinin və onlara məxsus əşyaların Gəncə şəhəri, 15** mənzilli Yeni qəsəbə, bina 1*-da yerləşən 38 nömrəli 1 otaqlı mənzildən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X1* üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və ailə üzvlərinə qarşı Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış 15** ailəlik Yeni qəsəbədə bina 1*-da yerləşən 38 nömrəli 1 otaqlı mənzildən çıxarılması və mənzilin boşaldılması tələbi ilə bağlı bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*17ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X1* üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildiririk ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlərə verilmiş mənzillərdə müqavilədə adı keçməyən şəxslər qeyri qanuni yolla yaşayır. Azərbaycan Respublikası Qaçqınların və X1* üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 27 mart 2*14-cü il tarixli bina 1*/38 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Kəlbəcər rayonundan məcburi köçkün X1 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəliki Yeni qəsəbədə 1* nömrəli binada 38 nömrəli 1 otaqlı mənzil ilə təmin edilmişdir. X14 1* dekabr 2*2*-ci il tarixində vəfat etmişdir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilənin şərtlərinə əsasən mənzildə yaşayan şəxs (kirayəçi) vəfat etdiyi təqdirdə mənzilin açarı Mənzil İstismar Departamentinin Gəncə şəhəri üzrə Mənzil Komunal İstismar Sahəsi təqdim edilməli olduğu halda, Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı 38 nömrəli mənzildə Cavabdeh1 və ailə üzvlərinin qeyri qanuni yaşadığı müəyyən edilmişdir. Sahə rəisi tərəfindən 38 nömrəli mənzilin Cavabdeh1 və ailə üzvləri tərəfindən zəbt edilməsi və mənzildə qeyri qanuni yaşaması müəyyən edildiyindən, həmin mənzilin boşaldılıb təhvil verilməsi barədə onlara dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin cavabdehlər mənzilin təhvil verilməsindən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbi müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan kirayəverən Azərbaycan Respublikası Qaçqınların və X1* üzrə Dövlət Komitəsi ilə kirayəçi X14 arasında bağlanmış 27.*3.2*14-cü il tarixli, 1*/38 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Gəncə şəhəri, 15** mənzilli Yeni qəsəbə, bina 1*-da yerləşən 38 nömrəli 1 otaqlı mənzil həmin kirayəçinin istifadə və sahibliyinə verilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 22.12.2*2*-ci il tarixli, AZ-İİ 11*933 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 1*.12.2*2*-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Cavabdeh1 tərəfindən verilmiş 26.*4.2*23-cü il tarixli izahatdan görünür ki, o, və üç nəfər ailə üzvü çətin şəraitdə yaşadıqları üçün 2*14-cü ildə Gəncə şəhəri, 15** mənzilli Yeni qəsəbə, bina 1*-da yerləşən 38 nömrəli mənzildə müvəqəti qeydiyyatda olan X9 onun razılığı əsasında qaynanası X4 tərəfindən 6*** manat pul verilmişdir. 2*14-cü ildən etibarən həmin mənzildə o, ailə üzvləri ilə birgə yaşayır. Təxminən 3-4 il əvvəl X14 vəfat etmişdir. Hal hazırda həmin mənzildə müvəqqəti qeydiyyatda olan yoxdur. Onlar qeydiyyatsız olaraq həmin mənzildə yaşayırlar. İş materiallarına əlavə edilmiş İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1* üzrə Dövlət Komitəsinin Mənzil İstismar Gəncə şəhər Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş 26.*4.2*23-cü il tarixli aktdan görünür ki, bina 1*, mənzil 38 ünvanına baxış keçirildi. Aşkar oldu ki, həmin mənzildə Cavabdeh1 və ailə üzvləri yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X1* Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin 28.*4.2*23-cü il tarixli, 57 saylı və 16.*5.2*23-cü il tarixli, 73 saylı məktublardan görünür ki, hazırda yaşadığı bina 1* mənzil 38-i qeyri-qanuni alqı-satqı yolu ilə zəbt edilmişdir. Siz 1* gün müddətində yaşadığınız mənzili könüllü olaraq təhvil verməlisiniz. Həmin mənzil X12 müqavilə əsasında verildiyinə görə onun tərəfindən mənzilin kiməsə satması, bağışlaması hüququ yoxdur. Raya Məmmədova vəfat etdiyinə görə həmin mənzildə müvəqqəti olaraq heç kim qeydiyyatda yoxdur. Mənzili Şəhid ailəsi və yaxud Qarabağ Qazisinə veriləcəyini nəzərə alıb göstərilən müddət ərzində könüllü olaraq mənzili təhvil verməlisiniz. Əks halda məhkəməyə veriləcəksiniz. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən, Maddə 82.5. Sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir. Maddə 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) xidməti yaşayış sahələri; yataqxanalarda yaşayış sahələri; Maddə 91.1.3. manevr fondu yaşayış sahələri; əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri aiddir. Maddə 91.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Maddə 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Maddə 99.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Maddə 99.3. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Maddə 99.4. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Maddə 1**.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası”na əsasən, Maddə 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. Maddə 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur.[1] Maddə 3.4. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. Maddə 3.5. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. Maddə 3.6. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. Maddə 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırkı iş üzrə iddiaçı Departament mübahisəli mənzilə dair aralarında müqavilə bağlanan şəxsin vəfat etməsinə, hazırkı iş üzrə cavabdehlərin və ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə və sahiblik üçün qanuni əsas(lar)ının olmamasına istinad edərək onların mənzildən çıxarılmasını və mənzilin boşaldılaraq təhvil verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən çəkişmə prinsipinin təmin olunmasına baxmayaraq, cavabdeh tərəf hazırkı tələbin faktiki əsaslarını təkzib edən hər hansı dəlil təqdim etməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehlər Cavabdeh1, X6 və X2 və onlara məxsus əşyaların qeyd edilən mənzildən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi hissəsində iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, adları sadalanan cavabdehlərin ailə üzvlərinin və onlara məxsus əşyaların mübahisəli mənzildən çıxarılmasını xahiş etmişdir. Lakin “ailə üzvləri” ifadəsi qeyri-müəyyən olmaqla tələbin kimlərə qarşı yönəlməsinin, həmin şəxslərin tələbə cavab verməli olub-olmamasının, habelə onlara qarşı tələbin araşdırılmasını qeyrimümkün edir, bu səbəbdən cavabdehlərin ailə üzvlərinin və onlara məxsus əşyaların mübahisəli mənzildən çıxarılmasına dair hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149 və 15*-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və onlara məxsus əşyalar Gəncə şəhəri, 15** mənzilli Yeni qəsəbə, bina 1*-da yerləşən 38 nömrəli 1 otaqlı mənzildən çıxarılsın və mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X1* üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-5365/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5365/2023
12.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver