Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5386/2023 24.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: Ərizəçi Goranboy rayon İcra Hakimiyyəti başçısının Nizami kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyini maraqlı şəxs qismində göstərməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Goranboy rayonu Nizami kənd sakini X3 adına olan Goranboy rayonu Nizami kəndi ərazisində göstərilən sərhəd daxilində *,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini keçmiş Goranboy Rayon Torpaq şöbəsindən 15 noyabr 1997-ci il tarixli, **351 nömrə ilə JN-363, kod 5*9**118 saylı Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında 15.*5.1998-ci il tarixdə Azərbaycan Respublikasının 1998-ci ildə qüvvədə olan 228-ci maddəsinin məzmunu tərəflərə izah olunmaqla Goranboy rayon İcra Hakimiyyəti başçısının Nizami kənd icra nümayəndəsinin möhürü ilə təsdiq etdiyi torpaq alqı-satqı müqaviləsinin hüquqi əhəmiyyətli fakt olmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizənin məzmunundan və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi, Goranboy rayonu, Nizami kənd sakini X4 tərəfindən, sonuncunun adına olan Goranboy rayonu, Nizami kəndi ərazisində göstərilən sərhəd daxilində *.52 ha.kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin keçmiş Goranboy Rayon Torpaq şöbəsindən 15 noyabr 1997-ci il tarixli, **351 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında 15.*5.1998-ci il tarixdə Goranboy rayon İcra Hakimiyyəti Başçısının Nizami kənd İcra nümayəndəsinin möhürü ilə təsdiq edilmiş torpaq alqı-satqı müqaviləsi ilə 4.**** (dörd milyon) manata ona satıldığını, hazırki vaxtadək torpaq sahəsindən istifadə etdiyini, lakin satıcı X4 21.*5.1998-ci il tarixdə vəfat etdiyindən və mərhum X1 yaşaığı dövrdə övladı olmadığından torpaq sahəsini adına keçirə bilmədiyini qeyd etmişdir. Ərizəçi qeyd olunan torpaq sahəsinin ona satılmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, ərizəçi hazırda onun istifadəsində olan torpaq sahəsinin ona məxsus olması, yəni ona satılması faktının müəyyən edilməsini xahiş etmişdir ki, bu cür müraciətlərə məhkəmə qaydasında baxılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 3*7.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 3*7.2-ci maddəsində məhkəmə tərəfindən baxıla bilən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi ilə bağlı işlərin siyahısı qeyd olunmuşdur. Həmin siyahıda daşınmaz əşyanın şəxsə satılması və ya şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmələr tərəfindən baxılması göstərilməmişdir. MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi mövcud ərizəsinə xüsusi icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçiyə qanunvericiliklə müəyyən olunmuş qaydada kifayət qədər əsaslar olduğu halda onun istifadəsində olan həmin *,52 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsi ilə bağlı müvafiq inzibati orqana müraciət etməli olması, onun müraciətindən əsassız imtina edildikdə isə inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 153, 263, 264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-5386/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5386/2023
24.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver